Azərbaycan neftġ



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə38/52
tarix06.05.2018
ölçüsü1,27 Mb.
#43232
1   ...   34   35   36   37   38   39   40   41   ...   52

54 

 

öyrənir, Şərq alverində danışıqlar prosesinin dərinliklərini qavrayır və bəzən də özü xırda işlər görürdü. Məktəbi 



bitirdikdən sonra onu Fransaya, Marselə fransız dilini öyrənməyə göndərdilər. Daha sonra o, Londona Kral kol- 

lecinə  gəldi  və  orada  neft  mühəndisi  və  qazma  işləri  texnoloqu  ixtisaslarına  yiyələndi.  Kral  kollecindəki 

professor  ona  təklif  etdi  ki,  təhsilini  davam  etdirmək  üçün  Fransaya  getsin.  Lakin  atası  bunu  "mənasız 

akademiya" adlandırıb, Qalustu Bakıya yola saldı. Ömründə görmədiyi nəhəng neft sənayesi Qalusta böyük təsir 

bağışladı.  Bakını  tərk  edərkən  geri  dönəcəyinə  söz  verdiyinə  baxmayaraq,  o,  bir  də  heç  zaman  neft  ölkəsinə 

qayıtmadı. Qayıtmağa ləyaqəti də qalmamışdı. Çünki Bakı neftinə birdəfəlik sahib olmaq üçün min bir hiylə ilə 

Türkiyədə  və  Bakıda  milli  münaqişə  üçün  xeyli  vəsait  ayırıb,  minlərlə  günahsız  azərbaycanlının  qanına  bais 

olmuşdur. 

Gülbenkyan Britaniya və alman maraqlarını və daha sonra "Royyal Datç-Şell" şirkətini "Törkiş Petroleum 

Kompani" şirkəti ilə bir araya gətirdi. Üzünün dediyi kimi, bu iş böyük bacarıq tələb edirdi və çox da xoşa gələn 

deyildi. İngilis-fars qrupu yeni konsorsiumda 50% qazanmışdı. "Deyçe-Bank" və "Şell" isə hərəsi 25%-ə malik 

idilər.  Bircə  Gülbenkyan  qalmışdı.  Uzun  mübahisələrdən  sonra  ingilis-fars  qrupu  və  Şell  hərəsi  2,5%-ini  bu 

erməniyə  verdilər.  Cənab  5%  belə  doğuldu.  Sazişə  əsasən  Osmanlı  imperiyasında  Gülbenkyanın  razılığı 

olmadan bu şirkətlər heç cür iş görə bilməzdilər. 

Bakı isə XX əsrdə  dünya neft istehsalının lideri kimi daxil olmuşdu. Şöhrətin zirvəsində olan Bakı şir- 

kətlərinin səhmləri Avropanın mötəbər birjalarında ən nüfuzlu şirkətlərin diqqət mərkəzində olardı. Bakı neftinə 

doğru can atanlardan biri də təbii ki, "Şell" idi. 

Nəhayət, 1912-ci ildə Parisin "Dreyfus və Rotşild" bankına məxsus olan 80%-i, bir qədər sonra isə daha 

10% "Şell"in ixtiyarına keçdi. Bakı neftinə aparan yollar "Royyal Datç-Şell"in üzünə belə açıldı. Tezliklə "Ma- 

zut" cəmiyyətinə məxsus səhmlərinin də böyük bir hissəsi "Şell"in əlində cəmləşdi. 

Beləliklə də, Rotşild Bakı səhnəsindən çəkildi. Bunun əsas səbəbi vardı. Birincisi, Rotşild xarici bazarda 

"Standart oyl"a qarşı rəqabət apara bilmədi, daxildə isə Nobel qardaşlarının üstünlüyünü inkar etmək mümkün 

deyildi. Rotşildi əvəz edən "Şell" bununla Nobel qardaşları ilə Rotşild arasında nəzərdə tutulan blok yaradılması 

təhlükəsini də birdəfəlik aradan qaldırdı və əksinə, Nobellə birləşib "Standart oyl"un Bakıya girmək planlarını 

xülyaya çevirdi. Bu, həmçinin Henri Deterdinqin şəxsi qələbəsi idi. 

Neft yataqlarına, məhsullarına tələbat Avropada gündən-günə artırdı. Səbəbi isə məlum idi — texniki və 

texnoloji  sıçrayış.  Bakı  neftindən  alınan  sürtkü  yağlarının  keyfiyyəti  ən  yüksək  tələblərə  cavab  verirdi.  Bunu 

"neft Napoleonu" adlandırılan Deterdinq də yaxşı bilirdi. Odur ki, tezliklə Bakı markalı sürtkü yağları ilə dünya 

bazarına yol açdı. 

Birinci  dünya  müharibəsinin  başlanmasına  hələ  xeyli  qalmış,  neftin  gələcək  müharibədə  aparıcı  rol 

oynayacağı  artıq  yaxşı  məlum  idi.  "Neft  Napoleonu"  Deterdinqin  adyutantı  Elliot  Alvesin  müharibənin  ilk 

günlərində söylədiyi sözlər obyektiv gerçəkliyi bir daha sübut edir. O deyirdi: "Ordu da, donanma da, dünyanın 

bütün  qızılları  və  xalqları  da  neftə  sahib  olanlar  qarşısında  gücsüz  və  acizdilər".  Tarix  sübut  etdi  ki,  bu, 

həqiqətən belədir. 

Bununla  da  müharibə  ərəfəsində  Böyük  Britaniya  misilsiz  neft  potensialına  malik  oldu.  Bu,  tədriclə 

ingilis hərb gəmilərini neft yanacağına keçirməyə imkan verdi. Mütəxəssislərin fikrincə, duru yanacaq gəmilərin 

döyüş qabiliyyətini 50% artırırdı. 

Uinston  Çerçill  icma  palatasına  məlumat  verdi  ki,  Deterdinq  "Royyal  Datç-Şell"  şirkətinin  bütün  neft 

ehtiyatlarını Britaniya taxt-tacının sərəncamına verməyə hazırdır. Döyüş gəmilərinin artıq 50%-i neft yanacağı 

ilə  işləyirdi.  Britaniya  donanması  müharibəyə  tam  hazır  idi.  Dünya  okeanındakı  gələcək  hadisələr  bunu 

birmənalı təsdiq etdi... 

Əsrlərlə  Abşeron  ərazisində  müxtəlif  üsullarla  neft  əldə  edilməsinə  baxmayaraq,  iri  miqyaslı  əsl  neft 

sənayesi XIX əsrin ikinci yarısından sonra formalaşmağa başladı. Elə sənaye ki, o qədər də böyük olmayan Bakı 

şəhəri  bütün  dünyanın  neft  paytaxtına  çevrildi.  Qədim  Abşeron  torpağından  püskürən  neft  fontanlarının  əks-

sədası  dünyanın  ən  uzaq  nöqtələrində  belə  eşidildi.  Var-dövlət  qazanmaq  ehtirasları  gündən-günə  coşurdu. 

Dünyanın  hər  hansı  ölkəsindən  başlayan  yol  əvvəl-axır  Bakıya  doğru  üz  tuturdu.  Şəhər  misli  görünməyən  bir 

qızdırmaya düçar olmuşdu. Bu neft qızdırması idi. Onun hərarəti gündən-günə yüksəlirdi. Və onun son həddinin 

hansı səviyyədə olacağını heç kim bilmirdi. Əslində bilmək də mümkün deyildi. Çünki tarixi bir mərhələnin lap 

başlanğıcı idi. 

 

 




55 

 

AZƏRBAYCAN  NEFT  SƏNAYESĠNDƏ  



XARĠCĠ  KAPĠTALIN  ROLU 

 

Bakı  neftinin  XIX  əsrin  axırlarında  iqtisadi  və  strateji  əhəmiyyəti  get-gedə  artır,  o,  iri  kapitalist 



dövlətlərinin  kəskin  rəqabət  obyektinə  çevrilirdi.  Amerika  və  Bakı  şirkətləri  arasında  gedən  "kerosin 

müharibəsi"  Rusiyanın  daxili  bazarından  Amerika  məhsullarının  tamamilə  sıxışdırılıb  çıxarılması,  Avropa  və 

Yaxın Şərq bazarlarında Amerika kapitalının mövqeyinin zəifləməsi ilə nəticələndi. Azərbaycan neft sənayesi 

hasilatın  artım  sürətinə  görə  dünyada  birinci  yerə  çıxdı.  Abşeron  torpağının  təkində  yerləşən  zəngin  yataqlar, 

işçi qüvvəsinin ucuzluğu  və mütləqiyyət rejiminin himayədarlığı əcnəbi sahibkarlara əvvəllər xəyallarına belə 

gətirmədikləri yüksək mənfəət vəd edirdi. Buna görə də Bakı həmin sahibkarları özünə cəlb etməyə başlamışdı. 

Xarici kapitalın Azərbaycan neft sənayesinə nüfuz etmə formaları çox müxtəlif idi. Əcnəbi sahibkarların 

buradakı  şirkətlərinin  fəaliyyətinə  rəsmi  icazə  verilmiş  olduqda,  onlar  leqal  formada  çıxış  edir,  əks  halda 

əvvəllər  mövcud  olan  və  Rusiya  nizamnamələri  əsasında  təsis  edilmiş  əcnəbi  şirkətləri  satın  alırdılar.  Neft 

sənayesinə  bu  cür  nüfuz  etmənin  formalarından  biri  də  ondan  ibarət  idi  ki,  əsas  müəssisə  ayrı-ayrı  kiçik 

şirkətləri  almaq  və  daha  böyük  şirkətlərdə  "İştirak  sistemi"  əcnəbilərin  mənafelərini  elə  səhmdar 

cəmiyyətlərində təmsil edirdi ki, həmin cəmiyyətlərin səhmlərinin müəyyən hissəsi əcnəbi cəmiyyətlərin səhm 

portfellərində,  yaxud  neft  sənayesi  ilə  xarici  ölkələrin  valyuta  bazarları  arasında  vasitəçi  kimi  çıxış  edən  yerli 

bankların nəzarət etdikləri müştərək sindikatlarda olurdu. 

Qərbi Avropa nümunəsi əsasında yaradılmış iri neft sənayesi şirkətləri Azərbaycanın neft sənayesinə təsir 

göstərməkdə çətinlik çəkmirdi. Onların vəziyyəti sabit, iqtisadi fəaliyyətləri rentabelli və rəqabət qabiliyyətli idi. 

Həmin şirkətlərdə istehsalın təşkil səviyyəsi xeyli yüksək olduğu və onlar bütün sənayesinin mənafelərini daha 

yaxşı  təmsil  edə  bildikləri  üçün  çar  hökuməti  bu  şirkətləri  dəstəkləyirdi.  Xarici  ticarət  balansının 

fəallaşdırılması,  valyuta  şəklində  gəlir  əldə  edilməsi  çarizmin  konkret  məqsədlərinə  və  ümumi  iqtisadi 

siyasətinə uyğun idi. 

XIX  əsrin  80-ci  illərində  ölkədə  yaranmış  sosial-  iqtisadi  şərait  Bakı  neft  sənayesi  regionuna  müdaxilə 

etmək  fikrinə  düşmüş  əcnəbi  sahibkarların  ürəyincə  idi.  Rusiyadan  maliyyə  naziri,  borc  kapitalını  cəlb  etmək 

yolu ilə çarizmin iqtisadi siyasətini həyata keçirməyə çalışan S.Y.Vittenin dəstəyi bu planların xeyrinə sanballı 

arqument idi. 

90-cı illərdə Fransa Rusiyadan yeni siyasi və iqtisadi güzəştlər tələb edirdi. Bununla əlaqədar Rusiya—

Fransa  münasibətləri  xeyli gərginləşmişdi.  Bu  vəziyyətdə  S.Y.Vitte  İngiltərəyə  müraciət  etdi  və  bundan sonra 

oradan  Rusiyaya,  xüsusən  onun  neft  sənayesinə  kapital  axını  gücləndi.  Xarici  kapitalın  neft  sənayesinə  cəlb 

edilməsi 90-cı illərin axırlarında Rusiyanın daxilində və dünya kerosin bazarında maye yanacağın qiymətlərinin 

sürətlə  artması  və  sənayedə  güclü  tərəqqi  ilə  bir  vaxta  düşdü.  Avropalıların  ən  çox  istifadə  etdikləri  üsul 

Rusiyadakı  mövcud  neft  sənayesi  şirkətlərini  və  həmin  şirkətlərə  məxsus  olan  zəngin  neft  yataqlarını  satın 

almaqdan ibarət idi. 

İri xarici kapitalın Bakı neft sənayesinə nüfuz etməsinin tarixi ardıcıllıqlarını qeyd edərkən, öncə alman, 

sonra ingilis, fransız və nəhayət Amerika kapitalını xatırlamaq lazımdır. Bakı neft sənayesində alman kapitalının 

təmsilçisi İsveç təbəəsi R.Nobel və onun qardaşları haqqında kitabda ətraflı qeyd olunduğundan, bu fəsildə onlar 

haqqında qeyd etmirik. Lakin onların ardınca Bakıya gəlmiş fransız kapitalının daşıyıcısı, məşhur Paris bankiri 

Rotşild,  ingilis  kapitalının  Bakıda  yerləşdirilməsində  xüsusi  xidməti  olan  Ceyms  Vişaunun  və  amerikalı  tü- 

kənməz kapital sahibi Rokfellerin rəhbərlik etdikləri maliyyə-sənaye qrupları haqqında məlumat alacaqsınız. 

Azərbaycanda  ən  güclü  fəaliyyət  göstərən  ingilis  kapitalistlərindən  ibarət  üç  qrup  yeni  səhmdar  şir- 

kətlərinin  təşkil  edilməsi  və  neft  müəssisələrinin  satın  alınması  ilə  məşğul  idi.  Bu  qruplardan  birinin  rəhbəri 

İngiltərə  bankının  direktoru  E.Qubbard,  digər  iki  qrupun  rəhbərləri  A.Stüart  və  F.Leyn  idilər.  Həmin  qruplar 

əsasən  Azərbaycanın  neft  sənayesi  ilə  bağlı  çox  geniş  planlar  işləyib  hazırlamışdılar.  E.Qubbardın  başcılıq 

etdiyi,  Q.Uladstonun,  D.Kistonun,  Ç.Murun,  B.Consonun,  həmçinin  K.  və  V.  Vernerlərin  daxil  olduğu  qrup 

1897-ci  ilin  sentyabr  ayında  Rusiyanın  bir  sıra  şəhərlərində  H.Z.Tağıyevin  şirkətinə  məxsus  olan  mədənləri, 

kerosin  yağı  və  sulfat  turşusu  zavodlarını,  neft  boru  kəmərini,  neftdaşıma  donanmasını,  dəmir  yol  sisternləri 

parkını, eləcə da kerosin-mazut anbarlarını 5 milyon rubla almağa müvəffəq oldu. İngiltərə bankının direktoru 

E.Qubbard Rusiyanın maliyyə naziri Y.Vitteyə ünvanlanmış 10 aprel 1898-ci il tarixli məktubunda bu məsələ 

ilə əlaqədar yazmışdı: "... c-b Tağıyevin müəssisəsinin xarakteri ilə tanış olduqdan sonra biz həmin müəssisəni 

almaq barədə onunla müqavilə bağladıq. Əlbəttə, İngiltərə şirkətinin fəaliyyəti üçün xüsusi icazə istəmək yalnız 

həmin şirkət həqiqətən yaradılandan sonra mümkündür. Biz bu cür icazə alana qədər öz hərəkətlərimizi Rusiya 

qanunları ilə uyğunlaşdırmaq üçün zəruri olan bütün işləri görmüş və aldığımız bütün daşınmaz əmlakın Rusiya 

təbəəsi,  Sankt-Peterburq  şəhərinin  fəxri  vətəndaşı  olan  dostumuz  Ceyms  Vişaunun  adına  keçirilməsi  barədə 

sərəncam vermişik...". "Göstərilən şirkət üçün Tağıyevin müəssisələrini almış Vişau"nun adı başqa bir sənəddə 

də  göstərilir.  Görəsən,  ingilislər  nəyə  görə  D.Vişaunun  vasitəçiliyindən  istifadə  etməli  olmuşdular.  İş 

burasındadır ki, 1893-cü ildə nəşr edilmiş dağ-mədən nizamnaməsinin 547-ci maddəsinin 1-ci bəndinə müvafiq 

olaraq, əcnəbi cəmiyyətlərə icazə verilirdi ki, onlar "Qafqaz" diyarında neftli torpaqlardan istifadə etmək və ya 



Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə