Azərbaycan neftġ



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə46/52
tarix06.05.2018
ölçüsü1,27 Mb.
#43232
1   ...   42   43   44   45   46   47   48   49   ...   52

63 

 

Xarici  kapitalistlər,  xüsusilə  də  ingilislər  öz  kapitallarının  böyük  hissəsini  çox  vaxt  yeni  istehsal 



obyektlərinin  yaradılması  və  neft  istehsalının  artmasına  deyil,  artıq  mövcud  olan  müəssisələri  əvvəlki 

sahiblərindən almağa sərf edirdilər. 

Bakı neft sənayesindən alınan gəlirin böyük hissəsi Bakı neft mədənləri üzərində öz inhisarını yaratmış 

aparıcı xarici iş adamlarının əlinə keçirdi. 

1913-cü ildə müxtəlif şirkətlərin pay və səhmlərinin qiymətinin görünməmiş dərəcədə artması müəyyən 

dərəcədə  neft  sənayesində  müharibədən  əvvəlki  canlanmanın  nəticəsi  idi.  Yuxarıda  deyildiyi  kimi,  xarici 

kapitalın  Bakı  neft  sənayesinə  axını  xeyli  dərəcədə  güclənmişdi.  Bakıda  öz  aparıcı  mövqeləri  ilə  "Oyl 

korporeyşn" və "Şell" kimi iri şirkətlər Abşeron neft ehtiyatlarının böyük hissəsini öz əllərində cəmləşdirərək, 

neft sənayesində öz inhisarını yaratmış şirkətləri öz nüfuz dairələrinə salmışlar. 

Bütün  qeyd  edilənlərlə  yanaşı  Bakı  neft  sənayesinə  xarici  kapitalın  güclü  axını  yerli  sahibkarlar  və  iş 

adamlarının  kəskin  narazılığına  səbəb  olmuşdu.  Belə  ki,  hələ  1885-ci  ildə  —  Bakıda  neft  sənayesində  iri 

kapitala əsaslanan xarici kapitalın coşqun fəaliyyəti dövründə Kəsən bəy Zərdabi Nobelin işğalçılıq fəaliyyətini 

nəzərdə  tutaraq  ürək  ağrısı  ilə  yazırdı:  "Savadsız  (təhsilsiz)  yaşamaq  qeyri-mümkündür,  xüsusilə  də  bizim 

diyarda. Onun sərhədləri xaricindəki sivil qonşular gündən-günə irəliləyərək bizim əmlak və varidatımıza sahib 

olur. Bir az da keçsə, biz onların rəncbərləri və mallarını daşımaları üçün arabaçılara çevriləcəyik". 

Həsən  bəy  Zərdabidən  sonra,  1887-ci  ildə  Dmitri  İvanoviç  Mendeleyev  xarici  kapitalın  Bakı  neft 

sənayesinə  müdaxiləsi  əleyhinə  öz  səsini  qaldıraraq  yerli  sahibkarları  "fransız,  alman,  isveç,  ingilis  və 

amerikalıları Bakı neftini istismar etməyə" imkan verməməyə çağırırdı. Xarici kapitalistlərin Bakı nefti ilə bağlı 

apardığı talançılıq siyasətinə qarşı etirazlar bir sıra əsərlərin səhifələrində də öz əksini tapmışdır. Bütün bunları 

nəzərə  alaraq  çar  hökuməti  əcnəbilər  haqqında  bir  sıra  xüsusi  qanunlar  qəbul  etməyə  və  neft  işi  ilə  məşğul 

olmaq sahəsində onların hüquqlarını məhdudlaşdırmağa məcbur oldu. 

Əcnəbilərin  müvəqqəti  istifadə  üçün,  yaxud  da  mülkiyyət  kimi  torpaq  sahələri  və  daşınmaz  əmlak 

almasına  çar  qanunları  ən  müstəsna  hallarda  icazə  verirdi.  Əcnəbilərin  hüquqlarının  məhdudlaşdırılması  əsas 

etibarilə  daşınmaz  əmlak  və  torpaq  sahələri  sahibliyinə  aid  idi.  Lakin  bu  məhdudiyyət  Bakı  neft  sənayesinə 

xarici  kapitalın  cəlb  edilməsi  sahəsində  Rusiya  hökumətinin  qəbul  etdiyi  qərarların  icra  olunmasına  təsir 

etmirdi.  hökumət  bir  tərəfdən  torpaq  sahiblərinin  maraqlarını  əcnəbilərin  qazanc  cəhdlərindən  qoruyur,  digər 

tərəfdən isə Rusiyaya xarici kapital axınının yolunu kəsmək istəmirdi. Çarizm siyasətinin bu cür "ikiliyi" onunla 

izah edilir ki, Rusiya iqtisadi cəhətdən Avropanın iri sənaye-maliyyə maqnatlarından asılı olan bir ölkə idi. 



 

 


64 

 

AZƏRBAYCAN  NEFT  SƏNAYESĠNĠN  SONRAKI  ĠNKĠġAFINDA 



9 fevral 1890-cı il  

QANUNUNUN  ƏHƏMĠYYƏTĠ 

 

Ultizam sisteminin ləğvindən sonra Azərbaycan neft sənayesinin inkişafında (canlanmasında) baş vermiş 



üzvü dəyişiklər, qəbul olunmuş qanun və qərarların vaxtlı-vaxtında yeniləşdirilməsini tələb edirdi. 

Bu baxımdan Abşeron yarımadasında yaşayan kəndlilərin istifadəsinə verilmiş torpaq paylarından istifadə 

qaydalarına  yenidən  baxılaraq,  onların  tərkibindən  neftli  torpaqların  çıxarılması  haqqında  Nazirlər  Kabineti 

tərəfindən  imzalanan  9  fevral  1890-cı  il  tarixli  yeni  qanun  neft  işi  sahəsində  1872-ci  il  1  fevral  qanunundan 

sonra  qəbul  edilmiş  istər  siyasi,  istərsə  də  iqtisadi  cəhətdən  çox  əhəmiyyətli  bir  sənəd  idi.  Məlum  qanuna 

qədərki  neft  qanunvericiliyində  qəbul  edilmiş  aktların  heç  biri  ümumi  xarakter  daşımadığından,  bu  sənədlər 

yalnız neft işinin ayrı-ayrı sahələrinə qismən şamil edilirdi. Məsələn: "Xam neftin və neft məhsullarının dəniz 

yolları vasitəsi ilə daşınması" (1886-cı il qanunlar toplusu 24, maddə 254), "Xəzər və Qara dəniz arasında Neft 

Kəməri  Cəmiyyətinin  yaradılmasına  icazə  verilməsi haqqında"  (yenə  orada,  maddə  252), qanunları,  Rəhbərlik 

tərəfindən  "Yüksək  imtiyaza  malik  hərbi  və  mülkü  məmurlara  neftli  sahələrin  bağışlanması  haqqında"  aktlar 

(1877-1881-ci illər) və s. 

Qeyd  olunanlarla  yanaşı,  yalnız  1890-cı  il  9  fevral  tarixli  qanun  Bakı  neft  sənayesinin  ümumi  ehti- 

yaclarını  nəzərdə  tuturdu.  Neft  yataqlarının  maneəsiz  işlənilməsi  və  neftli  sahələrin  genişləndirilməsinə 

yönəldilmiş bu qanunun verilməsinin zəruriliyi Abşeron yarımadası istiqamətində xəzinənin sərəncamında olan 

torpaq fondunun müəyyən qədər məhdudluğundan, Bakı neft sənayesi rayonuna xas olan bəzi çətinliklərdən irəli 

gəlirdi.  Müqayisə  üçün  qeyd  etmək  lazımdır  ki,  Amerikanın  neft  sənayesi  çox  böyük  ərazidə  (Pensilvaniya, 

Kaliforniya,  Texas  və  s.)  yerləşdiyi,  eyni  zamanda  yerin  təkindəki  neftin  çox  da  böyük  olmayan  həcmlərdə 

bərabər qaydada bölündüyü halda, Bakı neftinin qeyri - adi zənginliyinə baxmayaraq, əhatə dairəsi məhdud bir 

sahədə, cəmi bir neçə desyatində yerləşdi. Bir sıra geoloji axtarışlar nəticəsində Abşeron yarımadasının bir çox 

yerlərində  istismar  üçün  kifayət  dərəcədə  neft  ehtiyatlarının  olduğu  aşkar  edilmişdi.  Buna  görə  də  bu 

yarımadanın  torpaqları,  xüsusən  də,  mədən  sahəsinə  yaxın  olan  torpaqlar  xüsusi  qiymət  və  əhəmiyyət  kəsb 

edirdi.  Bəzi  istisnalarla  Abşeron  yarımadasının  bütün  torpaqları  11  kənd  icmasının  kəndli  torpaq  paylarının 

tərkibinə  daxil  idi.  Kəndlilər  ictimai  torpaqlardan  istifadə  edərək,  bunları  şəxsi  istifadəyə  verə  bildiklərinə  və 

həqiqətən də qanun ilə hökumətə məxsus olan yerin təkini istismara verdiklərinə (uzunmüddətli icarə müqavi- 

lələri üzrə) görə, hökumət adları çəkilən kənd icmalarının torpaq paylarından neftli torpaqların alınmasını zəruri 

hesab etmişdi. 

Bu  tədbir  Dövlət  Əmlak  nazirinin  təşəbbüsü  ilə  qanunvericilik  qaydasında  həyata  keçirilmişdi.  Nazirlər 

Kabinetinə  1890-cı  il  18-19  yanvar  tarixli  63  saylı  təqdimatında  torpaqların  alınmasının  zəruriliyini 

əsaslandıraraq  qeyd  edilirdi  ki,  "Abşeron"  yarımadasının  dövlət  kəndliləri  həm  də  yüksək  qiymətli  neftli 

torpaqların kəndlilər üçün əhəmiyyəti yoxdur, çünki onlar münbit deyildir və yalnız otlaq kimi istifadə oluna 

bilər.  Kəndçilər  buna  görə  də  həmin  torpaqlara  kənd  təsərrüfatı  baxımından  əhəmiyyət  verməyərək  yerin  təki 

barəsində istifadə  hüququna  malik  olmadıqlarından  xəzinəyə  məxsus  neftli torpaqları  əldə  etməyə  çalışan neft 

sahibkarları ilə qanunsuz sövdələşmələr aparır, qanun pozuntularına yol verirlər. 

Nazirlər Kabineti qeyd olunan məlumatla razılaşmış həmin torpaqların kəndlilərdən alınmasını 1893-cü il 

Qanunlar  Məcmuəsinin  7-ci  cildinə  543-cü  maddəyə  əlavə  edərək  onların  hüquqlarını  müəyyən  etmişdir. 

Bununla yanaşı 1890-cı il 9 fevral qanunu ilə Dövlət Əmlak nazirinə aşağıdakı səlahiyyətlər verilmişdi: 

Qafqazda  mülki  işlər  üzrə  Baş  rəisin  razılığı  əsasında  aşağıdakılar  barədə  qayda  və  şərtlər  müəyyən 

edilsin:  a)  Abşeron  yarımadasının  dövlət  kəndlərinin  xəzinə  torpaqlarının  tərkibindən  neftli  torpaqların 

çıxarılması; b) Bununla, torpağı təhvil vermiş adı çəkilən kəndlilərin mükafatlandırılması təmin edilsin; v) Neft 

çıxarılması  təcili  hesab  edilməyən  belə  torpaqların  həmin  kəndlilərin  müvəqqəti  istifadəsində  saxlanılması 

nəzərə alınsın. 

1890-cı  il  9  fevral  qanununun  göstərilən  qaydalarında  Abşeron  yarımadasında  neftli  kəndli  torpaq  pay- 

larının bilavasitə xəzinənin sərəncamına verilməsinin şərtləri və qaydası sonralar Dövlət Əmlak nazirinin təsdiq 

etdiyi 1891-ci il 20 fevral tarixli "Abşeron yarımadasında neftli dövlət torpaqlarının dövlət kəndlilərinin torpaq 

payları  tərkibindən  çıxarılması  üçün  qaydalar"da  öz  əksini  tapdı.  Torpaqların  alınmasının  qayda  və  üsullarını 

müəyyən  edən  əsas  müddəalar  aşağıdakı  11  bənddə  ifadə  olunmuşdur.  Bu  bəndlər  vaxtı  ilə  neft  sənayesi 

tarixində  torpaq  məsələsinin  düzgün  izahatı  üçün  böyük  əhəmiyyət  daşıdığından,  bəndlərin  bütövlükdə 

verilməsi məqsədəuyğundur. 

1.

 

Nazirlər  Kabinetinin  1890-cı  il  9  fevral  tarixli  əmri  əsasında  Abşeron  yarımadasında  dövlət 



kəndlilərinin torpaq payları tərkibinə daxil olmuş və Dövlət Əmlak nazirinin Qafqazda mülki işlər Baş 

idarəsi  rəisi  ilə  birgə  razılaşmaqla  xəzinənin  neftli  torpaqlarının  onların  torpaq  payı  tərkibindən 

çıxarılması məqsədəuyğun hesab edilsin; 

2.

 



Kəndlilərin  tamamilə  və  daimi  istifadəsində  qalan  həyətyanı  yerlər  istisna  edilməklə,  kəndli 

torpaqlarının bütün kateqoriyaları onlardan alınsın; 




Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə