Azərbaycan neftġ



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə45/52
tarix06.05.2018
ölçüsü1,27 Mb.
#43232
1   ...   41   42   43   44   45   46   47   48   ...   52

62 

 

Rusiyanın  neft  müəssisələrinin  alınması  "Royyal  Datç-Şell"in  istər  neft  sənayesində,  istərsə  də  neft 



məhsulları ticarətində aparıcı mövqeləri ələ keçirmək baxımından ən iri əməliyyatlardan biri idi. "Royyal Datç-

Şell"  trestinin  bu  hücumu  Nobel  qardaşları  yoldaşlığının  ciddi  müqaviməti  ilə  qarşılaşdı.  Əvvəllər  Deterlinq 

Nobellərlə razılığa gəlmək istəyirdi, lakin Rusiyada bir neçə uğurlu əməliyyat keçirdikdən sonra bu cür sazişə 

ehtiyac qalmadı. 

Birinci  Dünya  müharibəsinin  başlanğıcında  Rusiyada  hasil  edilən  neftin  təqribən  1/5  hissəsi  "Royyal 

Datç-Şellin  tərkibinə  daxil  olan  neft  sənayesi  müəssisələrinin  payına  düşürdü.  Bakıda  fəaliyyət  göstərən 

müəssisələrin  səhmdar  tresti  kapitalının  məbləği  Azərbaycanın  neft  sənayesinə  sərmayə  qoyulmuş  ümumi 

səhmdar kapitalının 10%-indən çox idi. "Royyal Datç-Şell"in Rusiyadakı fəaliyyətinin ən mühüm nəticəsi neft 

sənayesinin inhisarlaşdırılması prosesinin xeyli sürətlənməsi idi. 

Bu  vaxt  Londonda  trest  tipli  daha  bir inhisarçı  neft təşkilatı  yaradılmışdı.  Bu,  əvvəllər  Bakıda  fəaliyyət 

göstərən  ingilis  neft  müəssisələrinin  birləşməsi  və  onların  maliyyəsinə  nəzarət  edilməsi  əsasında  yaradılmış 

"Neft  sənaye  və  maliyyə  korporasiyası"  idi.  Yeni  korporasiya  Azərbaycandakı  neftlə  bağlı  mülkiyyəti  ələ 

keçirməklə kifayətlənməyib "iştirak sistemi" və "şəxsi uniya" vasitəsilə Rusiyanın müxtəlif neft müəssisələrində 

öz maraqlarını təmsil edirdi. 

Birinci  Dünya  müharibəsi  ərəfəsində  neft  sənayesi  üç  iri  əcnəbi  inhisarçı  şirkətin  —  "Şell  Petroleum 

kompani"  (ixtisar  edilmiş  şəkildə  "Şell"),  Nobel  qardaşlarının  yoldaşlığı  və  "Raşen  General  Oyl  korporeyşn" 

(ixtisar  edilmiş  şəkildə  "Oyl")  şirkətlərinin  əlində  cəmləşmişdi.  Bu  şirkətlərdən  sonuncusu  1912-ci  ildə 

Londonda  yaradılmışdı.  Onun  məqsədi  Rusiyanın  neft  sənayesi  müəssisələrinin  səhmlərini  almaq  yolu  ilə  bu 

müəssisələrin  əksəriyyətini  öz  əlində  cəmləşdirməkdən  ibarət  idi.  Artıq  1913-cü  ildə  bu  şirkətin  kapitalının 

həcmi 23,6 milyon rubla çatmışdı. 

Bu  üç  maliyyə-sənaye  qrupundan  Azərbaycanın  neft  sənayesində  ən  güclü  mövqeyə  malik  olan  "Oyl" 

tresti idi. Neft sənayesi müəssisələrinin səhmdar kapitalının 50%-i barədə sərəncam  vermək hüququ qazanmış 

bu trest Azərbaycanda neft hasilatının təqribən 40%-ini ələ keçirmişdi. 

1910-1914-cü illərdə ingilis, fransız və alman inhisarları arasında mübarizə çox kəskinləşmişdi. Onlardan 

hər  biri  Azərbaycandakı  neft  yataqlarına  şəriksiz  sahib  olmaq  istəyirdi.  İngilis  biznesmenləri  bu  mübarizədə 

üstünlüyü ələ keçirərək, tədricən öz rəqiblərini sıxışdırıb aradan çıxardılar. 1913-cü ildə İngiltərənin "Oyl" tresti 

Nobel qardaşları şirkətinin səhmlərini almağa başladı. 

Birinci Dünya müharibəsinin başlanğıcında Bakı neft sənayesi rayonunda ümumi məbləği 112,6 milyon 

rubla  çatan  əcnəbi  səhmdar  kapitalının  54,3  milyon  rublu  ingilislərin,  48,3  milyon  rublu  fransızların  və  10 

milyon rublu almanların payına düşürdü. 

Bakı neft sənayesi hələ XIX əsrin sonu — XX əsrin əvvəllərində Amerika neft kralı Rokfellerin və onun 

başçılıq  etdiyi  "Standart  oyl"  trestinin  diqqətini  cəlb  etmişdi.  Lakin  Amerika  kapitalının  Azərbaycan  neft 

sənayesində iştirakı son dərəcə zəif idi. Amerika kapitalı burada yağ istehsalı ilə məşğul olan "Vakuum oyl və 

K°"  şirkəti  vasitəsilə  təmsil  edilirdi.  Bu  cəmiyyətin  əsas  kapitalı  2,4  mln.  rubl  idi,  bunun  1,2  milyonu 

Amerikanın  payına  düşürdü,  lakin  XX  yüzilliyin  əvvəllərində  Amerikanın  iri  kapital  sahiblərinin  Bakı  neft 

mədənlərinə axını nəzərə çarpacaq dərəcədə gücləndi. 

Amerika  inhisarçıları  özlərinin  Azərbaycan  neft  sənayesinə  münasibətlərində  heç  də  onun  uğurla 

inkişafına  kömək  etmək  arzusunda  deyildilər,  əksinə,  onlar  beynəlxalq  bazarlarda  "Standart  oyl"un  təhlükəli 

rəqibi olan neft ixracını ləngitmək məqsədi görürdülər. Amerika neft krallarının Bakı məsləhətçisinin fikrincə, 

"Standart  oyl"u  Amerika  neft  inhisarını  saxlamaq  naminə  Bakıdan  neft  ixracını  qəsdən  azaltmaqda 

günahlandırmasınlar deyə, bu şirkət Nobel və Rotşildlə saziş bağlayıb, onlarla birgə işləyirdi. 

Amerika neft krallarının Azərbaycan neftinə marağı Birinci Dünya müharibəsi illərində xüsusilə yüksəldi. 

S.A.Kaderin  yazdığına  görə,  Rotşild  və  Nobelin  ümumi  tabeliyi  altında  olan  və  məxsusən  Amerika  neft 

sənayeçilərinə qarşı mübarizə üçün yaradılmış "Konsolibated Petroleum K°" xüsusi müqaviləyə əsasən 1916-cı 

ildə "Standart oyl"un London bölməsilə birləşdi. "Xəzər — Qara dəniz ticarət və sənaye cəmiyyəti", "Mazut" və 

"Russki  novı  standart"  cəmiyyətlərinin  direktorları  Rusiya  neft  sənayesini  təmsil  edir  və  eyni  zamanda 

Amerikanın "Standart oyl" şirkətinin London bölməsinin direktorları sayılırdılar. 

Azərbaycan  neft  sənayesində  xarici  kapitalın  böyük  uğur  qazanmasında  Rusiya  hökumətinin  kənardan 

gətirilən  kapitala  müsbət  münasibəti  az  rol  oynamışdı.  Bunun  tərəfdarı  hər  şeydən  öncə  Qafqazda  mülki 

hissəsinin baş rəisi knyaz Qolitsın idi. O, 1898-ci ildə yazırdı: "Bakı başqa bir vəziyyətdədir və burada hələlik 

xarici  kapitalsız  keçinmək  çətindir.  Xüsusilə  də  rus  iri  kapital  sahibləri  burada  təşəbbüskarlıq  göstərirlər... 

Xarici  sahibkarların  Qafqazdakı  fəaliyyətinin  hər  cür  məhdudlaşdırılması,  şübhəsiz,  ölkənin  sənaye  inkişafına 

ciddi əngəl törətmək deməkdir". 

Xaricilərin  Bakı  neft  işinə  qoyduqları  kapitalın  xeyli  hissəsi  xaricdən  gətirilir,  bir  hissəsi  isə  yerli 

ehtiyatların səfərbər edilməsi hesabına əldə olunurdu. Əcnəbilər bu ehtiyatları öz əllərində cəmləşdirmək üçün 

kiçik dəyəri olan çoxsaylı səhmlər buraxır, onların satışı üçün mümkün olduqca daha çox geniş əhali təbəqəsi 

cəlb edirdilər. 



Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə