Azərbaycan neftġ



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə42/52
tarix06.05.2018
ölçüsü1,27 Mb.
#43232
1   ...   38   39   40   41   42   43   44   45   ...   52

59 

 

"Nobel  qardaşları"  şirkəti  ilə  sərt  mübarizə  aparan  Rotşild  şirkəti  daim  qüvvətli  rəqibinə  ağır  zərblər 



endirərək onu zəiflətməyə can atırdı. 

Rusiya  neft  sənayesində  fransız  kapitalının  çox  yüksək  fəallığını  bir  sıra  faktlar  sübut  edir.  Məsələn, 

1916-cı ilin əvvəllərində Rusiya neft sənayesinin 15 müəssisəsinin səhm kapitalı 176767 min rubl, burda fransız 

kapitalının  payı  isə  62380  min  rubl  idi.  Beləliklə,  Rusiya  neft  sənayesinin  16  müəssisəsinin  səhm  kapitalının 

ümumi miqdarının 35,3%-ə qədəri Rotşild şirkətinin əlində idi. 1912-1913-cü illərdə "Mazut" və "Xəzər—Qara 

dəniz ticarət və sənaye cəmiyyəti"nin "Şell" ingilis—holland şirkətinə keçdi. Bu cəmiyyətlərdə Rotşildin iştirak 

payı xeyli azaldı. Əvəzində "Bakı neft sənaye cəmiyyəti"nin səhm kapitalının 38,7%-ə qədəri, "Q.MLianozov 

və oğulları" şirkətinin kapitalının 50%-ə və Rusiyanın "Neft" şirkətinin səhmlərinin 88,9%-ə qədəri fransız kapi- 

talistlərinin əlində idi. Bütün bu cəmiyyətlər Bakıda fəaliyyət göstərirdilər. 

Qeyd  etmək  lazımdır  ki,  zaman  keçdikcə  Rotşildin  şirkəti  yalnız  kredit-borc  əməliyyatları  ilə  məşğul 

olmağı nəzərdə tutan nizamnamə müddəasının əksinə olaraq öz caynaqlarını neft sənayesinin bütün sahələrinə 

uzadırdı.  Belə  ki,  Rusiya  neftinin  ixracı  işində  öz  mövqeyini  tam  möhkəmləndirdikdən  sonra  o,  həmçinin 

"Xəzər—Qara dəniz ticarət və sənaye cəmiyyəti" vasitəsilə geniş neftli torpaqları məqsədyönlü şəkildə icarəyə 

götürməyə və satın almağa başladı. 

Balaxanı,  Sabunçu,  Ramana,  Suraxanı,  Bibiheybətdə  bir  çox  neft  mədənləri,  Keşlədə  ağ  neft  və  yağ 

zavodları  Rotşildə  məxsus  idi.  Rusiyanın  mühüm  məntəqələrində  onun  anbarları,  Batum  limanında  neft 

məhsullarını  daşımaq  üçün  çoxlu  gəmiləri  vardı.  Rotşildin  şirkəti  ölkəmizin  hüdudlarından  kənarda  neftin  bir 

çox satış bazarlarını ələ keçirə bilmişdi. Özünün əlavə maliyyə imkanlarını  genişləndirmək məqsədilə Rotşild 

Zaqafqaziya  dəmir  yolunda  hərəkət  edən  qatarların  sayının  artırılmasına  xeyli  kömək  edirdi.  Belə  ki,  1883-cü 

ildə  bu  dəmir  yolunun  açılması  zamanı  burada  cəmi  600  vaqon-sistern  vardı.  Hökumət  ayrı-ayrı  şəxslərə 

Zaqafqaziya dəmir yolu üçün vaqonlar göndərməsinə icazə verdikdən sonra isə "Xəzər—Qara dəniz ticarət və 

sənaye  cəmiyyəti"  300  sistern istismara  buraxdı.  Neft  istehsalı üzərində  özünün bölünməz  inhisarını  yaratmaq 

məqsədilə Rotşild öz neftinin daşınması üçün zəruri olan tənəkə qablar istehsalı zavodlarının yenidən qurulması 

və  genişləndirilməsinə  xeyli  vəsait  ayırdı.  Daha  sonra  Rotşildlərin  verdikləri  borc  Bakını  Batumla  birləşdirən 

dəmir  yolunun  çəkilişini  başa  çatdırmağa  imkan  verdi.  Beləliklə,  1883-cü  ildə  Batum  dünyanın  ən  mühüm 

limanlarından birinə çevrildi. 

1899-cu  ilin  əvvəllərində  Rotşteyn  Rotşildlərlə  danışıqlar  aparmağın  faydasız  olduğunu  yəqin  edəndən 

sonra  İngilis—rus  bankı  ideyasını  irəli  sürdü.  Bu  ideya  həyata  keçiriləcəyi  halda  ingilis  kapitalistlərinin 

gəlirlərinin bir qismi həmin cəmiyyətə çatmalı idi. Bundan əlavə, təsisçilik və emissiya əməliyyatları hesabına 

xeyli mənfəət əldə etmək imkanı yaranırdı. Bankın layihəsi elə tərtib edilmişdi ki, Rotşteyn bütün təşəbbüsü və 

nəzarət funksiyalarını öz əlində saxlaya bilirdi. 

Lakin  işin  bu  cür  təşkil  olunması  İngiltərə  tərəfini  əsla  qane  etmirdi.  Bu  barədə  ilk  siqnal  Londondan, 

Leyndən alındı. Leyn Peterburqa məktub yazıb bildirmişdi ki, "Bibiheybətdəki torpaq sahələrinin yeni sahibləri 

onlarla  danışıqlar  stolu  arxasında  görüşməyi  çətin  ki,  arzu  edələr".  Məhz  həmin  məktub  göndərilən  ərəfədə 

İngilis—rus bankının layihəsini açıqlayan məktub Londona çatmışdı. Leyn həmin məktubda münasibətini çox 

qəzəbli bir tərzdə ifadə etmişdi. Məktubun əvvəlində o, yazırdı ki, Sənaye-Kredit bankı məhz bizim İngilis—rus 

torpaq  kredit  bankı  formasında  təşkil  etmək  istədiyimiz  şeydir.  Bu  zaman  o,  Bakıdakı  dövlətə  məxsus  neft 

yataqları ilə zəngin torpaqların ingilislər tərəfindən maliyyələşdirilməsi və işlənməsi barədə özünün təklif etdiyi 

layihəni  nəzərdə  tuturdu.  İngilislərin  fikrincə,  Rotşteynin  layihəsi  vəziyyəti  həddən  artıq  mürəkkəbləşdirirdi. 

Leyn  özünün  peterburqlu  tərəfdaşlarına  açıqca  bildirirdi  ki,  onların  planı  ümumiyyətlə  səmərəli  deyil  və 

"britaniyalılar  yalnız  ingilis  bankları  tərəfindən  buraxılan  qiymətli  kağızları  alacaqlar".  Onun  dediyinə  görə, 

Rotşteynin  təklifi  yalnız  bu  şərtlə  qəbul  edilə  bilərdi  ki,  gələcək  bankın  bütün  işləri  sonradan  ingilislərə—

məxsusi  olaraq  Sənaye-Kredit  bankından  ötrü  yaradılmış  və  onu  idarə  edən  xalis  ingilis  müəssisəsinə  həvalə 

olunsun.  Beləliklə,  Rusiya  Sənaye-  Kredit  Bankı  əslində  ingilis  bankı  olacaq,  lakin  başqa  cür  adlanacaqdı. 

Britaniya  kapitalistləri  isə  bu  variantı  müzakirə  etməkdən  əvvəl  çar  hökumətindən  bu  cür  bankın  təsis 

olunmasına icazə veriləcəyi haqda zəmanət almaq istəyirdilər. 

Bununla bərabər, Leyn geri çəkilmək imkanını da nəzərdə tutmuşdu. O, Koxa ünvanlanmış məktubunda 

yazırdı:  "Lakin  əgər  siz  Rusiya  Sənaye-Kredit  bankının  tamamilə  məxsusi  müəssisə  kimi  qalmalı  olduğunu 

qərara alsanız,  mənə  belə gəlir  ki,  cənab  Offenheym  və  mən  həmin  bankın  bir neçə  min  funt-sterlinq  səhmini 

almaq istəyərik". Leyn bir növ özünü yoxlamaq və hər şeyi qəti müəyyənləşdirmək üçün Koxdan soruşurdu ki, 

"Bu fikir bizim nəzərdə tutduğumuz bankın yaradılmasına mane olmayacaqmı?" O, məsələnin tam təfsilatı ilə 

tanış olmasının zəruriliyini qeyd edərək konkret təkliflər irəli sürürdü: "Bizim məqsədlərimiz üçün Rotşteynin 

lütfkarlıq  göstərərək  surətini  bizə  təqdim  etdiyi  nizamnaməni  bir  qədər  dəqiqləşdirmək  lazım  gəlirdi,  çünki 

bizim nəzərdə tutduğumuz məqsədlər baxımından həmin nizamnamə müəyyən mənada məhduddur". Beləliklə, 

Leyn  və  onun  şərikləri  b i l d i r i r d i l ə r   ki,  müəyyən  şərtlər  daxilində  onlar  İngilis-rus  bankının 

f ə a l i y y ə t i n d ə   iştirak etməyə hazırdırlar. 

Eyni  zamanda  ingilis  kapitalistləri  Uladston  və  Stüart  da  boş  dayanmırdılar.  Lakin  onlar  öz  talelərini 

Beynəlxalq bankla bağlamayıb, müstəqil fəaliyyət göstərməyi qərara almışdı. 1899-cu ilin mart ayında Stüart və 




Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə