Azərbaycan neftġ



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə50/52
tarix06.05.2018
ölçüsü1,27 Mb.
#43232
1   ...   44   45   46   47   48   49   50   51   52

70 

 

Lakin  sonrakı təcrübənin  göstərdiyi  kimi,  paylı ödənc  də neft işi sahəsində elə  şərait  yarada  bilmədi  ki, 



bunu  dövlətin  mənafelərinə  tam  cavab  verən  üsul  saymaq  mümkün  olsun.  İlk  baxışdan  sanki  paylı  ödənc 

icarənin daha ədalətli növüdür, çünki bu halda həm xəzinə, həm də sahibkar bazarda neftin qiymətlərinin qalxıb-

enməsinin nəticələrini eyni dərəcədə bölüşdürür. Bir halda ki, bu qiymətlər müntəzəm qalxıb-enir, deməli həmin 

üsul xəzinənin maraqları baxımından daha sərfəlidir. Bu müddəa yalnız o halda mübahisəsiz olardı ki, xəzinənin 

və onun kontragentinin məqsədləri yalnız müəssisənin maddi gəliri ilə məhdudlaşardı. Lakin məsələ ondadır ki, 

xəzinə, yaxud daha dəqiq desək, dövlət qarşısında son nəticədə yalnız müəyyən sənaye sahəsində öz mənfəətini 

güdən və digər rəqabət aparan sənaye sahəsinin (bu halda daş kömür) tənəzzülündə maraqlı olan özəl sahibkarın 

mənafeləri hüdudlarından çox-çox kənara çıxan vəzifələr dururdu. Dövlət həm təsərrüfatın ümumi ehtiyaclarını, 

həm də istehlakçıların maraqlarını nəzərə almalı idi. Əgər hökumət hər hansı sənaye sahəsinin normallaşdırıl- 

masında bu ümumi məqsədləri unutmamalı idisə, deməli bütün Xəzər və Volqa gəmiçiliyinə, dəmir yollarının 

bir  qisminə  (Zaqafqaziya,  Vladiqafqaz)  və  Mərkəzi  sənaye  rayonunun  böyük  hissəsinə  (Moskva,  İvanovo  — 

Voznesensk) xidmət edən neft sənayesinin vəziyyətinə xüsusi diqqət yetirməli idi. Başqa sözlə, dövlət təkcə neft 

sənayesinə  kommersiya  mənfəəti  əldə  edilməsinə  görə  deyil,  həm  də  ona  görə  maraqlı  idi  ki,  neft  sənayesi 

ölkənin  ümumi  iqtisadi  həyatında  lazımi  yeri  tutsun  və  bu  sənayenin  gəlirliliyi  digər  sənaye  sahələrinin  və 

istehlakçıların  maraqlarına  ziyan  vurmadan  artsın.  Eyni  zamanda  paylı  ödənc  sisteminin  tətbiqi  zamanı 

xəzinənin neftli sahələri icarəyə verməklə, onlardan istifadə bütövlükdə neftin bazar qiyməti kimi dəyişkən və 

qeyri-sabit amildən birbaşa asılı vəziyyətə salınırdı. Bazardan bu sıx asılılıq yüksək qiymətlər şəraitində xəzinə 

üçün əlverişli olsa  da,  hökumət  üçün sərfəli  deyildi, çünki  neftin qiymətlərini müəyyən  edən  ümumi  şərtlərlə 

(bazarın  vəziyyəti,  yerin  təkinin  məhsuldarlığı  və  i.a.)  yanaşı,  iri  neft  sənayesi  şirkətlərinin  (Nobel  qardaşları 

şirkəti, Xəzər — Qara dəniz şirkəti və s.) qiymətlərə təsir göstərmək və bəzi hallarda bu qiymətləri diktə etmək 

imkanını istisna etmirdi. Buna görə də 1912-ci il 17 iyun tarixli yeni neft qanunu neftin bazar qiymətinə xüsusi 

diqqət  yetirərək,  onun  hər  ay  üçün  müəyyənləşdirilməsini  qanun  məxsusən  bu  məqsədlər  üçün  təsis  edilmiş 

komitələrə  (bu  komitələrə  Ticarət  və  Sənaye  Nazirliyindən,  Maliyyə  Nazirliyindən,  Əkinçilik  və  Torpaq 

Quruculuğu Baş İdarəsindən və dövlət nəzarətindən, həmçinin neft sənayeçilərindən və yerli birja komitəsindən 

nümayəndələr daxil idi) həvalə edərək hərraclar üçün tamamilə yeni prinsip — neftin şərti qiymətini tətbiq etdi. 

81-ci  maddəyə  uyğun  olaraq  bu  şərti  qiymət  hərraclar  vasitəsilə  müəyyən  edilir,  özü  də  sənayeçinin  üzərinə 

çıxarılması  zəruri  olan  miqdarda  neftin  bazar  qiymətləri  ilə  dəyəri  və  onunla  şərti  qiymət  arasındakı  fərqi 

xəzinəyə  ödəmək  vəzifəsi  qoyulurdu.  Məcburi  normadan  artıq  çıxarılmış  neft  isə  paylı  ayırma  hədlərinə  görə 

natura  ilə  və  yaxud  pulla  ödənilməli  idi.  784-cü  maddənin  3-cü  bəndinə  əsasən,  sahə  daha  aşağı  şərti  qiymət 

təklif  etmiş  şəxslərə  verilirdi,  bir  şərtlə  ki,  bu  qiymət  ticarət  və  sənaye  nazirinin  müəyyən  etdiyi  məxfi  şərti 

qiymətdən yüksək olmalı idi, 1912-çi il 17 iyun qanununun hərraclar üçün yeni qaydalar müəyyənləşdirən digər 

maddələrindən danışarkən, 177-çi maddəni (VII cild) xatırlatmaq lazımdır. Bu maddə dövlət neftli torpaqlarının 

30  il  müddətinə  icarəyə  verilməsini  nəzərdə  tuturdu.  Əvvəlki  əsaslarla  isə  bu  sahələr  müddət  göstərilmədən 

icarəyə  verilirdi.  Daha  sonra  789-796-cı  maddələri  qeyd  etmək  lazımdır.  Bunlar  Tiçarət  və  Sənaye  nazirinə, 

Maliyyə  naziri  və  Dövlət  Nəzarətçisi  ilə,  zəruri  hallarda  isə  həmçinin  Əkinçilik  və  Torpaq  Quruçuluğu 

İdarəsinin  rəisi  və  Qafqaz  canişini  ilə  razılaşdırmaqla  neftli  sahələri  müsabiqə  üsulu  ilə  icarəyə  vermək 

hüququnu və həmin müsabiqənin keçirilməsi şərtlərini müəyyən edirdi. Belə müsabiqəyə 790-cı maddə əsasında 

aşağıdakı hallarda yol verilirdi: 1) sahə bir desyatindən az olduqda; 2) mədənin fəaliyyəti üçün bilavasitə qazma 

ilə bağlı dağ-mədən işlərindən başqa, daha hansısa əsaslı tikili və qurğular tələb olunduqda; 3) artıq istifadədə 

olmuş sahə icarəyə verildikdə; 4) sahələr neft sənayesinin yaranmadığı ərazilərdə yerləşdikdə. Bu maddənin 2-ci 

və 4-cü bəndlərində göstərilən şərtlər mövcud olduqda, bir neçə sahə ümumi böyüklüyü 100 desyatindən artıq 

olmayan bir qrupda birləşdirməklə hərraclara çıxarıla bilərdi, 

2. Kəşfiyyat qanunu (790-816-cı maddələr) 

1900-cü  il  14  may  tarixli  qanuna  əsasən  müəyyən  edilmiş  "Neftli  olduğu  qabaqcadan  məlum  olan  bəzi 

sahələrin  kəşfiyyat  və  neft  hasilatı  üçün  hərracsız  icarəyə  verilməsinə  dair  müvəqqəti  qaydalarda"  (593-cü 

maddəyə  əlavə)  olduğu  kimi  burada  da  neft  hasilatının  istismar  olunan  sahəsinin  genişləndirilməsi  məqsədi 

güdülürdü. Bu “Qaydalar" köhnəsindən əvvəla onunla fərqlənirdi ki, burada "neft verəcəyi qabaqcadan bilinən" 

termini  yetərincə  dəqiq  olmadığına  gərə  çıxarılmışdı  və  yeni  qaydalarda  yalnız  ayrı-ayrı  şəxslərin  sifarişləri 

üçün qapalı olan torpaqlardan danışılırdı. İkincisi, bu qanunda neft kəşfiyyatı aparılan dövlət torpaqlarının ayrı-

ayrı şəxslərə hərraclarsız verilmə şərtləri və qaydaları daha ətraflı müəyyənləşdirilirdi (belə ki, misal üçün, 806-

cı maddədə nəzərdə tutulduğuna görə, kəndlilərin daimi istifadəsində olan sahələrin ayrılması zamanı kəşfiyyat 

nəticəsində  kəndlilərə  ziyan  dəyərsə,  bunun  müqabilində  onlara  haqq  ödənilməli  idi.  Bu  barədə  keçmiş 

"Qaydalar"da heç nə danışılmırdı). 

3. Neftli torpaqların müsadirəsi haqqında qanun 

Kəndli pay torpaqları tərkibində neftli torpaqların alınması barədə 25 iyun 1912-ci il qanunu Dağ-Mədən 

Nizamnaməsinin 1912-ci il nəşrində 736-cı maddədə və ona əlavə edilmiş "Qaydalar"da əks olunmuşdu. Bunlar 

Qanunlar  Külliyyatının  VII  cildinə  əlavəyə  daxildir.  Yeni  qanuna  uyğun  olaraq  Abşeron  yarımadasında 

xəzinənin  sərəncamına  dövlət  kəndlilərinin  istifadəsində  olan  elə  neftli torpaqlar  keçirilə  bilərdi  ki,  Ticarət  və 



Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə