Azərbaycan neftġ



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə44/52
tarix06.05.2018
ölçüsü1,27 Mb.
#43232
1   ...   40   41   42   43   44   45   46   47   ...   52

61 

 

İngilislərin  bu  işdə  marağı  olması  təsdiq  ediləndən  sonra  Siti  ilə  danışıqlarda  qarşıya  çıxan  uğur- 



suzluqlara  və  bitib-tükənməz  maneələrə  görə  əsəbiləşən  Rotşteyn  danışıqlarda  aşkar  təcavüzkar  mövqe 

tutmuşdu. "Bibiheybət Petroleum K"-nın səhmlərinin satışı isə uğurla davam edirdi. 

Keçmiş Bibiheybət  ieft şirkətinin 10 min səhminin hamısı (hər səhmin qiyməti 250 rubl idi) ingilislərə 

verildi. Peterburq Beynəlxalq Bankı isə yeni ingilis səhmlərinin satışından əldə edilmiş mədaxildən ona çatası 

329  min  funt-sterlinqin  və  bundan  əlavə  müqavilədə  nəzərdə  tutulduğu  kimi,  "Bibiheybət  Petroleum  K°" 

şirkətinin 126 min funt-sterlinqlik səhm paketinin sahibi oldu. Bu, sanballı məbləğ idi. Əlavə xərclər çıxılandan 

sonra  köhnə  səhmlərin  hər  birinə  görə  xalis  gəlirin  məbləği  250  rubl  nəğd  pul  və  yeni  şirkətin  13,4  funt-

sterlinqlik səhmləri dəyərində idi. 

Lakin  Rusiyadakı  neft  işinin  vəd  etdiyi  gəlirlərlə  müqayisədə  bunlar  hamısı  cüzi  məbləğ  idi.  Leyn—

Samuel  qrupunun  əsas  müəssisəsi  olan  Şibayevin  şirkəti  öz  fəaliyyətinin  təkcə  ilk  beş  ili  ərzində  təqribən  3,5 

milyon  rubl  gəlir  gətirmişdi  ki,  bu  da  həmin  müəssisənin  alınmasına  sərf  edilmiş  məbləğə  bərabər  idi. 

Uladstonun  "Oleum"  şirkəti  isə  həmin  müddətdə  təqribən  10  milyon  rubl  xalis  gəlir  götürmüş  və  beləliklə, 

Tağıyevin mədənlərini almaq üçün sərf edilmiş vəsait ikiqat artıqlaması ilə ödənilmişdi. Doğrudur, "neft azarı" 

dövründə meydana çıxmış bəzi İngiltərə şirkətləri sonradan zərərlə işləməyə başladı və onları ləğv etmək lazım 

gəldi.  Lakin  bu  cür  müəssisələrin  xüsusi  çəkisi  ingilislər  tərəfindən  nəzarət  edilən  bütün  kapitalın  1/10 

hissəsindən də kiçik idi. Britaniya konsul xidmətinin məlumatına görə, kiçik istisnalar nəzərə alınmasa, ingilis 

şirkətlərinin hamısı gəlirli müəssisələr idi. 

Həmin illərdə neft işinin sürətli tərəqqisi, xüsusən neft yanacağına tələbatın hədsiz artması daha yüksək 

gəlir əldə etmək perspektivi yaradırdı. Bakıya ingilis kapitalı cəlb etməyin tərəfdarlarının əsas dəlillərindən biri 

kerosin istehsalını inkişaf etdirmək zərurəti idi. Bununla belə, yeni yaradılmış ingilis müəssisələrinin əsasən ağır 

neft  yanacağı  istehsal  etmək  məqsədi  daşıyırdı.  Bu  mənada  "Oleum"un  və  Şibayevin  ingilis  şirkətinin 

yaradılması "Mazut" şirkətinin təsis edilməsi ilə müqayisə oluna bilər. 1899-cu ilin fevral ayında ingilislərə yeni 

konsepsiyalar  verməyin  məqsədəuyğun  olması  məsələsi  xüsusi  müşavirədə  müzakirə  edilərkən  müzakirə 

iştirakçıları  mazut  istehsalını  özlərinin  əsas  məqsədi  hesab  edən  ingilis  şirkətlərinin  bu  istiqamətdə 

fəaliyyətindən narazı olduqlarını bildirmişdilər. 

XIX əsrin axırlarında ingilislər Bakı ətrafında ümumi kapitalı təqribən 40 milyon funta bərabər olan 11 

neft sənayesi şirkəti yaratmışdılar. 

Həmin  illərdə  ingilislər  Bakıda  və  Rusiyanın  neftlə  zəngin  olan  digər  rayonlarında  ümumi  kapitalının 

həcmi  6,5  milyon  funt-sterlinqə  çatan  24  şirkət  yaratmışdılar.  Əldə  edilən  nəticə  ingilislərin  ilkin 

hesablamalarına  görə  gözləniləndən  xeyli  az  idi.  O  vaxt  haqlı  olaraq  belə  hesab  edirdilər  ki,  ən  qiymətli  neft 

yataqları Abşeron yarımadasında yerləşir və Rusiyanın bütün neft sənayesi bu yataqlara böyük maraq göstərir. 

1910-cu  ildə ingilislərin  Rusiyaya  qoyduqları  sərmayənin  məbləği  Avropa ölkələrindən  hər hansı  birinə 

Britaniya kapitalı ixracından artıq idi. Burada neftə daha böyük əhəmiyyət verilirdi. Gəmilərdə maye  yanacaq 

tətbiq  edilməsi  genişləndikcə,  neft  qıtlığı  İngiltərə  ticarət  donanmasının  hegemonluğuna,  dəniz  ticarətinə  və 

sənayeçilərin  gəlirinə  təhlükə  yaradırdı.  Britaniya  hərbi  donanmasının  gücünü  artırmaq  üçün  neft  lazım  idi. 

Dünya  müharibəsi  ərəfəsində  İngiltərə  hərbi  donanmasını  texniki  cəhətdən  yenidən  təchiz  etmək  məsələsi 

hökumətin  qarşısında  çox  ciddi  şəkildə  qarşıya  çıxmışdı.  Neft  məsələsini  həll  etmək  üçün  kral  komissiyası 

yaradılmışdı.  Hərbi  donanmada  duru  yanacaqdan  istifadə  edilməsinə  keçid  barədə  admiral  Fişerin  ideyaları 

müəyyən dairələrdə etirazla qarşılanmış olsa da, Kral komissiyası bu ideyanı bəyənmişdi. Buna görə də "Royal 

Datç-Şell" müştərək İngiltərə—Hollandiya neft şirkətinin direktoru Q.Deterlinqin çıxışları da bu ideyanın qəbul 

edilməsində müəyyən rol oynamışdır. Neft məsələsinin komissiyada həll edilməsində İngiltərənin xarici siyasət 

sahəsində  yaranmış  mürəkkəbliklər  mühüm  rol  oynamışdı.  "Royal  Datç-Şell"  tresti  ingilislərin  planlarının 

həyata keçirilməsində mühüm rol oynayırdı. 

İngiltərə kapitalının xeyli hissəsi Rusiyanın neft ehtiyatlarını ələ keçirmək məqsədilə sərmayə kimi qoyu- 

lurdu. Nəticədə 1910-cu ildən 1914-cü ilə qədər Rusiyada yaradılmış İngiltərə müəssisələrinin əsas kapitalının 

həcmi əvvəllər misli görünməmiş bir həddə — 209,3 milyon rubla çatmışdı.  Lakin bu kapitalın heç də bütün 

məbləğindən  istifadə  edilmirdi.  Neftlə  bağlı  ajiotaj  və  səhmdar  cəmiyyətlərinin  İngiltərə  qanunları  əsasında 

qeydiyyata alınmasının asanlığı bu cür coşqun inkişafa şərait yaradırdı. 

Bakı neftini idarə edən adamlarla Deterlinqin yazışmalarının bir qismi salamat qalmışdır. Bu materiallar 

əsasında  belə  qənaətə  gəlmək  olar  ki,  Deterlinq  Rusiya  neft  ixracatçılarını  öz  trestinə  tabe  etməklə  Avropa 

bazarlarını  ələ  keçirmək  niyyətindədir.  Bu  trestin  əsas  rəqibi  olan  "Standart  oyl"  ilə  mübarizə  aparmaq  üçün 

trestin neft bazasını gücləndirmək lazım idi. Buna görə də Deterlinqin ən mühüm vəzifəsi dünyanın ən zəngin 

neft  yataqları  yerləşən  rayonları  və  o  cümlədən,  Rusiyadakı  neft  işini  bütünlüklə  öz  əlinə  keçirmək  idi.  Bu 

trestin  1912-ci  ildə  Rotşildlərin  ən  böyük  müəssisələri  olan  "Mazut"  və  "Xəzər  —  Qara  dəniz  cəmiyyəti"ni 

alması onun ən sanballı sövdəsi idi. Bundan sonra bir sıra başqa müəssisələr də alındı. Müharibə ərəfəsində bu 

trestin  Rusiyada  10  neft  müəssisəsi  vardı  ki,  onların  ümumi  səhmdar  kapitalının  məbləği  77  milyon  rubldan 

artıq idi. 



Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə