Azərbaycan neftġ



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə43/52
tarix06.05.2018
ölçüsü1,27 Mb.
#43232
1   ...   39   40   41   42   43   44   45   46   ...   52

60 

 

Uladston  "İstern  oyl  K°"  adlı  müştərək  müəssisə  yaratmışdılar.  Bu,  Şərqdə  təxminən  eyni  adlı  —"İstern  oyl 



Assoşieyşen"  inhisarçı  birliyinin  yaradılması  yolunda  hazırlıq  addımı  idi.  Layihə  təşəbbüsçülərinin  niyyətinə 

görə, Rusiyada Stüarta və Uladstona məxsus Britaniya şirkətləri birləşərək, gələcək assosiasiyasının dayağı və 

"Şell"in  əsas  rəqibi  olmalı  idilər.  Bu  şirkətin  yaradılması  ingilis  kapitalistlərinin  Bakıda  fəaliyyət  göstərən 

müəssisələrinin birləşdirilməsi deyil, yalnız gələcəkdə müştərək fəaliyyət xətti yeritməyin başlanğıcı demək idi. 

Yeni yaradılmış şirkət xalis kommersiya müəssisəsi olub, ilk vaxtlar heç bir daşınmaz əmlaka malik deyildi və 

hətta, özünün kapitalının həcmini də müəyyən etməmişdi. Şirkətin Rusiyadakı fəaliyyətini yalnız bir müddətdən 

sonra leqallaşdırmaq fikrində olan çar hökumətindən icazə almaq məqsədilə ingilis kapitalistləri "İstern oyl K°" 

üçün  hələ  1899-cu  ilin  lap  əvvəllərində  aldıqları  neftli  sahə  şəklində  real  baza  yaratmağı  qərara  almışdılar. 

Stüartın  bakılı  neft  sənayeçisi  Tsovyanovdan  aldığı  həmin  sahəyə  qoyduğu  kapitalın  məbləği  250  min  funt-

sterlinq həcmində müəyyən edilmişdi. 

İngilis—rus  bankının  layihəsi  ilə  əlaqədar  çətinliklərlə  qarşılaşan  Rotşteyn  ingilis  kapitalistlərinə  təklif 

etdi  ki,  yaxın  vaxtlarda  təşkil  edilmiş  Bibiheybət  neft  şirkətindən  onların  vaxtilə  sahib  çıxmaq  iddiasında 

olduqları neftli torpaqların bir hissəsini alsınlar. Fevralın 16-da keçirilən hərracda Beynəlxalq bank özü həmin 

torpaqları  məxsusi  olaraq  Bakıya  ezam  edilmiş  kənar  adamın  adına  aldı  və  bu  torpaqlar  lap  əvvəldən  xalis 

spekulyativ  müəssisə  kimi  nəzərdə  tutulan  yeni  şirkət  üçün  bir  növ  baza  oldu.  Vasitəçi  rolunda  çıxış  edən 

Rotşteyn isə əslində ingilislərə təklif edilən şirkətin sahibi idi. Bu vəziyyətin yaranmasının səbəblərindən biri də 

o idi ki, Rotşteyn həmin sövdənin həyata keçirilməsinə təkidlə nail olmaq istəyirdi. 

Beynəlxalq bank bu məsələ ilə əlaqədar əvvəllər Parisdə fəaliyyət göstərən Rotşildlərin "ağzını aramışdı". 

Onlar  bir  qədər  götür-qoy  etmiş,  amma  sonra  razılıq  verməmişdi.  Bu  əhvalatın  başlanğıcı  müəyyən  mənada 

Tağıyevin işlərinin alınmasına bənzəyirdi: hər iki halda ingilislər əvvəlcə fransızların təkliflərini rədd edir, sonra 

isə  özləri  işə  girişirdilər.  Bu  iki  məsələnin  fərqli  cəhəti  isə  ondan  ibarət  idi  ki,  daha  münasib  variant  olan 

Polyakın şirkəti peyda olandan sonra Rotşildlər Tağıyevlə danışıqları kəsib, özləri fəal alqı obyekti axtarmağa 

başlamışdılar. Bu dəfə isə onlar bu şirkəti alıb, onun əsasında "Mazut" şirkəti yaratmış, bundan sonra isə yeni 

şirkətin fəaliyyətində iştirak etməkdən vaz keçmişdilər. Görünür, ingilislər ehtiyat edirdilər ki, bu şirkət onların 

pullarını havaya sovuracaq və yeni təşkil edilmiş müəssisənin işinə zərər gətirəcəkdir. 

Lakin  adını  çəkdiyimiz  hallarda  ingilislərin  vəziyyəti  də  eyni  deyildi.  Birinci  dəfə  tam  işçi  vəziyyətdə 

olan  müəssisənin  alınmasından söhbət  gedirdi.  Bu  müəssisə  böyük  məbləğdə  əlavə  vəsait  sərf  etmədən  dərhal 

gəlir əldə etməyə imkan verirdi (Rusiyada fəaliyyət göstərən əcnəbi sahibkarların əksəriyyəti bu amilə üstünlük 

verirdi).  İkinci  halda  isə  söhbət  hələ  mənimsənilməmiş  neft  yataqlarından  gedirdi.  Lakin  bu  da  əsas  deyildi, 

çünki ingilislər özləri müvafiq xahişlə müraciət etmişdilər. Əsas məsələ ondan ibarət idi ki, bu torpaqları onlara 

çox baha — spekulyativ qiymətlə təklif edirdilər. 

Buna  görə  Rotşteyn  Bibiheybət  neft  şirkəti  ilə  sövdəni  "mürəkkəb  və  çətin  reallaşdırıla  bilən  sövdə" 

adlandırmışdı.  O  vaxt  Rotşildlərin  açıq-aşkar  düşmən  mövqe  tutması  isə  mövcud  vəziyyəti  daha  da 

gərginləşdirmişdi.  Spitser  yazırdı:  "Bibiheybət  məsələsi  üzündən  bizim  bank  yeni  hücumlar  üçün  hədəfə 

çevrilmişdi". Rotşildlər yeni şirkətin müdiriyyətinə qara yaxır və bütün bu işləri "çürük əməllər" adlandırırdı. 

Onlar ehtiyat edirdilər ki, Bibiheybət şirkəti özlərinin əlində olduğu halda, "Mazut" ilə rəqabət aparmağa və ona 

zərər vurmağa qadirdirsə, həmin şirkət ingilislərin əlində olacağı halda nələr baş verəcəyini təsəvvür etmək çətin 

deyil.  Buna  görə  də  fransızlar  özlərinin  imtina  etdikləri  sövdənin  ingilislərlə  danışıqların  predmetinə 

çevrildiyindən xəbər tutanda bu şirkətə daha çox qara yaxmağa başladılar. Hər şeydən əlavə, parisli bankirlərin 

şəstinə  toxunan  o  idi  ki,  Rusiya  tərəfi  onların  xidmətlərindən  asanlıqla  imtina  edib  ingilislərə  üz  tutmuşdur. 

Rusiyanın  Parisdəki  maliyyə  agenti  Rafaloviç  haqlı  olaraq  deyirdi  ki,  fransızların  xoşuna  gəlmək  çox  çətin 

məsələdir, çünki Parisdən borc istəyəndə "onları istismar etmiş olursan", kənardan borc alanda isə "fransızların 

mənafelərinə xəyanət etmiş olursan". 

Bununla  belə,  Rotşteyn  Bibiheybət  neft  şirkəti  ilə  sövdələşməyi  Leynə  təklif  edəndə  yanılmadığını 

Azərbaycan  nefti  dünya  siyasətində  bilirdi.  Stüartın  və  Uladstonun  "İstern  oyl  K°"  qrupu  Rusiyanın  neft 

sərvətlərini ələ keçirmək baxımından Leynin qrupunu onsuz da xeyli qabaqlamışdı. Ona görə də Leynin qrupu 

itirdiklərinin  əvəzini  çıxmağa  çalışırdı.  Rotşteyn  bunu  hamıdan  yaxşı  başa  düşdüyü  üçün  qarşıya  çıxan 

çətinliklərə  və  ingilislərin  tərəddüd  etmələrinə  baxmayaraq,  daxilən  əmin  idi  ki,  vaxt  gələcək,  ingilis 

kapitalistləri onun təklif etdiyi sövdəni imzalayacaqdır. Doğrudan da belə bir gün gəlib yetişdi. 

Bağlanmış sövdə bir vaxt İngilis-rus bankının yaradılmasında iştirak etmək üçün razılıq verməkdən ötrü 

Leynin irəli sürdüyü şərtlərin eyni ilə təkrarı idi. İngilislər Bibiheybət şirkətində iştirakçı kimi onu idarə edən 

"Bibiheybət  Petroleum  K°"  Britaniya  şirkətini  yaratmışdı.  Rusiya  şirkətinin  bütün  səhmləri  bu  şirkətin 

mülkiyyətinə keçmişdi. Bu barədə 1900-cü ildə yayın axırlarında razılıq əldə edilmişdi, lakin sövdələşmənin son 

nəticəsi  Londondakı  ingilis  şirkətinin  səhmlərinin  satışının  nə  dərəcədə  uğurlu  olacağından  asılı  idi.  Bu  iş 

beynəlxalq  bankın  nümayəndəsi  A.Koxun  müşahidəsi  və  onun  iştirakı  ilə  Siti  birja  maklerlərinin  bir  qrupuna 

tapşırılmışdı. Sövdənin baş tutması bu barədə rəsmi müqavilə imzalanması mərasimi ilə başa çatmalı idi. 




Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə