Azərbaycan neftġ



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə41/52
tarix06.05.2018
ölçüsü1,27 Mb.
#43232
1   ...   37   38   39   40   41   42   43   44   ...   52

58 

 

Leynin  və  cənab  Offenheymin  gətirdikləri  kapitalın  müqabilində  onlara  külli  miqdarda  müftə  neft  çıxarmaq 



hüququ bəxş edilməsinə bərabər olacaqdır". 

Yermolov bu fikrini hər iki layihənin müzakirəsi üçün çağırılmış xüsusi müşavirədə söyləmişdi. 1899-cu 

ilin  fevral  ayının  axırlarında  keçirilən  həmin  müşavirə  ingilis  layihələrini  rədd  etmiş  və  ingilislər  bu  qərarla 

razılaşmaq istəməyərək təkrarən, çar hökumətinə müraciət etmişdilər. 

Elə həmin vaxt İngiltərə tərəfinə İngilis—rus bankının layihəsi təklif edildi. Rotşteynin fikrincə, bu bank 

Britaniya  kapitalının  bu  işdə  maraqlı  olmasından  istifadə  edərək  onu  Rusiya  sənayesinin,  o  cümlədən  neft 

müəssisələrinin  maliyyələşdirilməsi  qəbilindən  olan  işlərə  cəlb  etməli  idi.  Beynəlxalq  bank  ingilislərə  təklif 

edirdi  ki,  onlar  beynəlxalq  bank  tərəfindən  layihələşdirilmiş  "Sənaye  kredit  bankı"nın  fəaliyyətində  iştirak 

etsinlər  və  İngiltərədəki  rus  sənaye  müəssisələrinin  aktivlərini  və  istiqrazlarını  yerləşdirmək  məqsədilə 

Londonda bu bankın şöbəsini açsınlar. 

Əcnəbilərin iştirakı ilə bank yaratmaq ideyası Rotşteyni çoxdan maraqlandırırdı. Çox güman ki, Bakıda 

müştərək ticarət bankı yaratmaq ideyası fransızların "Əsas cəmiyyəti" yaradılandan daha əvvəl — 1896-cı ilin 

əvvəllərində Tağıyevin müəssisələrinin maliyyələşdirilməsi barədə Rotşildlərlə danışıqlar yenicə başlayan vaxt 

yetişmişdi. Yeri gəlmişkən Nobeldən 10 il sonra, yəni 1883-cü ildə Bakıya gəlmiş, özlərinin fəaliyyət miqyasına 

görə ikinci şirkətin sahibi olmuş məşhur Paris bankiri Rotşild haqqında ayrıca qeyd etmək istərdik. 

Öz  fəaliyyətini  genişləndirmək  üçün  o,  hər  şeydən  öncə  1883-cü  ildə  "Bakı  neft  sənaye  cəmiyyəti"nin 

səhmlərinin xeyli hissəsini, sonradan 1885-ci ildə isə "Batum neft sənaye və ticarət cəmiyyəti" (BNSTC) şirkə- 

tinin bir hissəsini satın aldı. Hər iki müəssisəni ruslar yerli kapital hesabına yaratmışdılar. 1893-cü ildə Rotşild 

BNSTC-ni  "Xəzər  —  Qara  dəniz  ticarət  və  sənaye  cəmiyyəti"nə  çevirdi.  1898-ci  ildə  o,  "Mazut"  cəmiyyətini 

təşkil  etdi.  Bu  2  cəmiyyətin  köməyi  ilə  Rotşild,  demək  olar  ki,  bütün  Rusiya  neft  sənayesinə  öz  təsirini 

genişləndirməyə və bununla da həm daxili, həm də beynəlxalq bazarlarda böyük rol oynamağa nail oldu. 

"Bakı  neft  sənaye  cəmiyyəti"  və  BNSTC-nin  Rotşild  şirkətinin  sərəncamına  keçməsi  belə  olmuşdur. 

"Bakı neft sənaye cəmiyyəti" özünün yaranmasından az sonra kəskin maliyyə çətinliklərinə məruz qaldı və daha 

güclü  şirkətlərlə  rəqabət  aparmaq  iqtidarında  olmadığından,  onun  fəaliyyəti  ildən  ilə  zəiflədi.  Belə  ki,  onun 

1874-cü ildə 7,5 mln. rubl olan ilkin kapitalı 1877-ci ildə 4 mln. rubladək, 1891-ci ildə 3,2 və 1894-cü ildə 2 

mln.  rubladək  azalmışdı.  Fəaliyyəti  zəiflədikcə  bu  cəmiyyət  tədricən  öz  müstəqilliyini  itirib,  Rotşildin  Paris 

bankir  evinin  güclü  təsiri  altına  düşdü.  1907-ci  ildə  "Bakı  neft  sənaye  cəmiyyəti"nin  səhmləri  Paris  fond 

birjasında kotirovka edildi və bunun nəticəsində fransız kapitalı burada öz mövqelərini daha da möhkəmlətdi. 

Bundan bir qədər sonra cəmiyyət öz fəaliyyətini genişləndirmək məqsədilə yeni səhmlər buraxmağı qərara aldı, 

buna  görə  də  növbəti  buraxılışa  təminat  vermək  xahişilə  kredit  müəssisələrinə  müraciət  etdi.  Rotşild  ona  qəti 

müəyyən edilmiş səhmlər paketi verilməsinə və bu cəmiyyətin idarəsinin yenidən təşkil edilməsinə nail olaraq, 

yeni  səhmlər  buraxılışını  təmin  etdi.  Beləliklə,  həmin  vaxtdan  etibarən  "Bakı  neft  sənaye  cəmiyyəti"  öz 

müstəqilliyini  itirərək  Rotşildin  bank  kapitalından  tam  asılı  vəziyyətə  düşdü.  BNSTC-yə  gəldikdə  isə,  onun 

aqibəti  də  sözü  gedən  cəmiyyətin  aqibətilə  eyni  oldu.  BNSTC-nin  ilkin  kapitalı  cəmi  1,5  mln.  rubl  idi.  Belə 

nisbətən kiçik məbləğ ona öz fəaliyyətini genişləndirməyə imkan vermirdi. Buna görə də, yaranmasından lap az 

keçdikdən  sonra  BNSTC  750  min  rublluq  səhmlər  buraxdı.  Bunların  demək  olar  ki,  hamısı  2  illiyə  baron 

Feleyzenə  girov  şəklində  verildi.  Lakin  həmin  müddət  bitdikdən  sonra  cəmiyyət  öz  səhmlərini  satın  ala 

bilmədiyindən baron Feleyzen özünün payçı kimi cəmiyyətə daxil olması və onun işlərinin birgə idarə edilməsi 

barədə BNSTC rəhbərləri ilə razılığa gəldi. 

Sonradan  Feleyzen  cəmiyyətin  fəaliyyətinin  daha  da  zəiflədiyini  görərək,  Rotşildpə  saziş  bağladı  və  öz 

səhmlərinin hamısını nominal dəyərindən aşağı qiymətlə ona verdi. Beləliklə, 1885-ci ildən başlayaraq Rotşild 

bu cəmiyyətin əmlakının böyük hissəsinin mülkiyyətçisi oldu. BNSTC-nin Rotşildin sərəncamına keçməsindən 

sonra  onun  1883-cü  ildə  1,5  mln.  rubl  olan  ilkin  əsas  kapitalı  1895-ci  ildə  6  mln.  və  1913-cü  ildə  10  mln. 

rubladək artdı. 

Nəhəng  kapitala  və  kredit-ticarət  əməliyyatları  təcrübəsinə  malik  olan  Rotşildin  şirkəti  öz  fəaliyyətini 

sürətlə  genişləndirərək  Azərbaycandakı  sahibkarlara  güclü  təsir  göstərdi.  Rotşild  özünün  özəl  mədən  və 

zavodlarını həddən artıq genişləndirmək yolu ilə getmək "istəmirdi". O, əsasən, kredit-ticarət əməliyyatları ilə 

məşğul olmağı daha sərfəli sayırdı. Rotşild özünün bütün işgüzar əməliyyatlarını "Xəzər— Qara dəniz ticarət və 

sənaye  cəmiyyəti"  vasitəsilə  aparırdı.  "Mazut"  cəmiyyəti  isə  onun  ən  iri  neft  ixracı  və  neft  ticarəti  şirkəti  idi. 

Belə  ki,  misal  üçün  o,  "Xəzər—Qara  dəniz  ticarət  və  sənaye  cəmiyyəti"  vasitəsilə  bir  çox  neft  emalı 

zavodlarının  sahiblərinə  kreditlər  verərək,  müqaviləyə  əsasən  onlar  üzərinə  belə  bir  öhdəlik  qoymuşdu  ki, 

istehsal  etdikləri  ağ  nefti  xarici  bazarlarda  satış  üçün  irəlicədən  müəyyən  edilmiş  qiymətlərlə  ona  təhvil 

versinlər.  Beləliklədə,  Rotşildə  borcları  olan  onlarca  zavod  sahibi  ondan  tam  asılı  vəziyyətdə  qalaraq,  öz 

kreditorlarının bütün tələblərini itaətlə yerinə yetirirdilər. 

1910-cu  ildə  Rusiyanın  "Neft"  şirkətinin  paylarının  mühüm  hissəsi—təxminən  1  mln.  rublluğu  fransız 

kapitalistlərinin  əlinə  keçdi,  o  biri  il  isə  onlar  "Q.M.Lianozov  və  oğulları"  şirkətinin  də  təxminən  elə  bu 

məbləğdə  paylarını  ələ  keçirdilər.  Yuxarıda  sadalanan  cəmiyyət  və  şirkətlərin  əksəriyyətinin  səhmləri  Paris 

birjasında kotirovka olunurdu. 




Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə