Azərbaycan neftġ



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə39/52
tarix06.05.2018
ölçüsü1,27 Mb.
#43232
1   ...   35   36   37   38   39   40   41   42   ...   52

56 

 

onları  mülkiyyət  kimi  almaq,  eləcə  də  bu  diyarda  neft  hasil  etmək  məqsədilə  xüsusi  ayırma  almaq  hüququna 



malikdirlər. Bundan ötrü hər dəfə müvafiq idarələrdən xüsusi icazə alınmalıdır. Bu cür icazə isə, ümumiyyətlə, 

əcnəbi  səhmdar  cəmiyyətlərindən  yalnız  elələrinə  verilə  bilər  ki,  onların  Rusiya  hüdudlarında  fəaliyyətlərinə 

icazə  verilmiş  olsun".  Bununla  belə,  bürokratik  əngəllərlə  qarşılaşacağından  ehtiyat  edən  və  H.Z.Tağıyevin 

şirkətini  tezliklə  satın  almağa  çalışan  ingilislər  qanunla  müəyyən  edilmiş  tələblərə  riayət  etmədən  sövdəni 

həyata keçirmişdi. Lakin  nəzərə almaq lazımdır ki, 1898-ci il iyunun sonunda Ali həzrətləri tərəfindən təsdiq 

edilmiş  Nazirlər  kabineti  haqqında  Əsasnaməyə  görə  icazə  verilmişdi  ki,  ingilislər  Tağıyevə  məxsus  olan  və 

onun tərəfindən... Vişauya güzəşt edilmiş hazır mədənləri, o cümlədən dövlətə məxsus bəzi neftli torpaqları alıb 

istismar  etsinlər.  H.Z.Tağıyevin  müəssisələri  əsasında  1897-ci  ilin  oktyabrın  29-da  Londonda  "Rusiyada  neft 

maye yanacaq çıxaran cəmiyyət" ("Oleum") yaradılmışdı. Bu cəmiyyət Abşeron yarımadasında neft mədənlərini 

istismar etmək məqsədilə 1898-ci il dekabrın 2-də Rusiyada fəaliyyətə başladı. Cəmiyyətin direktorlar şurasının 

6  üzvü  vardı:  D.Kiston  (sədr),  Q.Uladston,  K.  və  V.Vernerlər,  eləcə  də  Londonda  C.Mur  və  Bakıda 

H.Z.Tağıyev (direktorların hər birinə məxsus olan səhmlərin dəyəri 100 min funt-sterlinq idi. Bu, təqribən bir 

milyon  rubl  qızıl  pula  bərabər  idi).  Cəmiyyətin  məsul  agenti  M.M.Şumaxer  Bakıda  yaşayırdı.  Rusiyada 

aparılacaq əməliyyatlar üçün 1,2 milyon funt-sterlinq dəyərində əsas kapital nəzərdə tutulmuşdu. 

İngilis  kapitalistləri  H.Z.Tağıyevin  müəssisələrini  aldıqdan  sonra  sanballı  gəlir  əldə  etdilər.  Onlar 

aldıqları quyularda qazma işlərini başa çatdırmağa macal tapmamış, həmin quyular güclü fontan vururdu. 

Təkcə dörd ay ərzində (1897-ci ilin noyabrından 1898-ci ilin martına qədər) "Oleum" 40 milyon pud neft 

hasil  etmiş,  bu  isə  həmin  cəmiyyətə  300  min  funt-sterlinqdən,  yaxud  3  milyon  rubldan  artıq  xalis  gəlir 

gətirmişdi. Həmin satış müqaviləsi bağlanandan sonrakı iki il dörd ay ərzində ingilislər 7,25 milyon rubl xalis 

gəlir əldə etmişdilər. 

H.Z.Tağıyevin şirkətinin alınması ingilislərdən ötrü özlərinin gözlədiklərindən daha uğurlu oldu. 1898-ci 

il  yanvarın  28-də  Rusiya  Maliyyə  Nazirliyinin  Londondakı  nümayəndəsi  Q.P.Kamenski  yazırdı  ki,  "son 

zamanlar  İngiltərədə  neft  yataqları  ilə  zəngin  olan  torpaqları  yeni  qayda  ilə  istismar  etmək  və  ya  həmin 

torpaqların  istismarını  daha  səmərəli  üsullarla  davam  etdirmək  üçün  bu  cür  torpaqları  almaq  cəhdləri 

yaranmışdır... İngilislər özləri bu yataqların istismarını son dərəcə sərfəli iş hesab edirlər...". 

H.Z.Tağıyevin  şirkətinin  alınması  Azərbaycanın  neft  sənayesinə  İngiltərədən  kapital  axınının  güclən- 

məsinə təkan verdi. 1897-1901-ci illərdə ingilislərin təşkil etdikləri 11 səhmdar şirkət tezliklə neft sənayesində 

mühüm  yer  tutdu.  1901-ci  ildə  Bakıda  fəaliyyətdə  olan  buruqların  ümumi  sayının  11%-i  ingilis  şirkətlərinə 

məxsus  mədənlərdə  yerləşirdi.  Neftin  ümumi  hasilatının  təqribən  1/6  hissəsi  İngiltərə  şirkətlərinin  payına 

düşürdü.  Həmin  illərdə  yaradılmış  İngiltərə  şirkətləri  əsas  kapitalının  məbləği  3,67  milyon  funt-sterlinq  olan 

"Neft-sənaye  maliyyə  korporasiyası"  adlı,  trestə  oxşar  bir  qurumda  birləşmişdilər.  İngilis  kapitalı  fəaliyyət 

sərbəstliyinə nail olmuşdu. Bəzi tədqiqatçıların obrazlı şəkildə dedikləri kimi, XX əsrin əvvəllərində bu kapital 

"Neft  Bakısında  kök  salmışdı".  K.Z.Tağıyevin  neftlə  bağlı  işlərinin  alınması  ingilislərin  strateji  niyyətlərinin 

yalnız birinci mərhələsi idi. 1901-ci ildə ingilis maliyyəçisi d”Arsi İranda neft yataqlarının işlənməsinə razılıq 

aldıqda,  daha  mühüm  addım  atılmış  oldu.  Britaniyanın  bu  müəssisəsi,  neft  yataqlarının  işlənməsindən  ibarət 

xalis  iqtisadi  məqsədlərlə  yanaşı,  Yaxın  Şərqin  bu  mühüm  strateji  rolunu  öz  nəzarəti  altına  almaq  məqsədi 

güdürdü. 

Bütün bunlar göstərirdi ki, neft probleminin əhəmiyyətini Avropada tez başa düşmüşdülər. Britaniyanın 

ən iri ticarət şirkəti sayılan Samuelin şirkəti tezliklə neft alverinə qurşandı.  Samuellə bərabər, digər Britaniya 

şirkətləri da neft alverinə qoşulmuş və neftlə bağlı əməliyyatlar hesabına yüksək gəlir əldə etmişdilər. 

90-cı  illərin  axırlarında  İngiltərə  şirkəti  öz  paroxodlarında  neft  yanacağından  istifadə  etməyə  başladı. 

Samuel Britaniya donanmasının rəhbərliyini ondan nümunə götürməyə sövq etmək üçün çox fəal təbliğat aparır, 

donanmanı  lazımi  miqdarda  neftlə  təmin  etməyə  hazır  olduğunu  bildirirdi.  Britaniya  şirkətlərinin  zəif  cəhəti 

ondan  ibarət  idi  ki,  onların  özlərinin  neft  yataqları  yox  idi.  Buna  görə  də  onlar  əcnəbi  şirkətlərdən  tam  asılı 

vəziyyətdə idilər. Əslində Britaniya şirkətlərinin neft aldıqları yeganə mənbə həmin şirkətlər idi. 

Tağıyevin şirkətinin yerində Britaniyanın ən iri neft şirkəti - işgüzar yazışmada və ədəbiyyatda "Oleum" 

adı ilə tanınmış, kapitalının həcmi 12 milyon rubla bərabər olan "Raşen Petroleum ənd likvid fyuel K" limited" 

şirkəti yaradılmışdı. 

Rusiyanın neft sənayesində birinci olaraq "özlərinə yer edən" Stüart və Uladston oldu. Lakin Samuel də 

öz rəqiblərindən geri qalmaq fikrində deyildi. Tağıyevin işlərinin alınması demək olar ki, eyni zamanda, "Şell"in 

tərkibinə  daxil  olan  və  bir neçə  ildən  bəri  Samuellə  əməkdaşlıq  edən  "Leyn  ənd  Makendru"  şirkəti  Şibayevin 

müəssisəsini  almış  və  onun  bazasına  kapitalının  həcmi  6,5  milyon  rubl  olan  "Şibayev  Petroleum  K°"  şirkətini 

təşkil etmişdir. 

Britaniya  şirkətləri  yaradılandan  sonra  elə  ilk  aylarda  onlar  yəqin  etdilər  ki,  aldıqları  müəssisələr 

gəlirlidir. Bu mənada "Oleum"un işləri xüsusilə uğurlu gedirdi. Əvvəllər Tağıyevə məxsus olmuş mədənlərdəki 

quyular  elə  güclü  fontan  vururdu  ki,  şirkətin  qarşısında  yaxın  vaxtlarda  öz  xərclərini  çıxarmaq  perspektivi 

açılmışdı.  Tağıyevin  işini  almaq  üçün  5  milyon  rubl  verildiyi  halda,  yeni  şirkət  təkcə  ilk  dörd  ay  ərzində 

təqribən  40  milyon  pud  neft  hasil  etmişdi.  "Fayneşial  nyus"  qəzetinin  hesablamalarına  görə,  bu  qədər  neftin 




Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə