69
maddəyə qeyd) ləğv olundu və dövrədə olan, 1891-ci il fevralın 20-də Dövlət Əmlak nazirinin təsdiq etdiyi
"Müsadirə haqqında qaydalar" əvəzinə "Abşeron yarımadasındakı neftli torpaqların dövlət kəndlilərinin
istifadəsindən alınaraq xəzinənin sərəncamına verilməsi üsulları və şərtləri haqqında" yeni Qaydalar tətbiq
edildi. Bunlar 1912-ci il nəşrinin VII cildinin 736-cı maddəsində "VII" əlavəni təşkil edir.
Həmçinin bunu da qeyd etmək çox mühümdür ki, 17 iyun qanunu qəbul edildikdən sonra, "irəlicədən
neftli hesab edilmiş" dövlət torpaqları haqqında bütün maddələr (586-591 və 593) Dağ-Mədən
Nizamnaməsindən çıxarıldı. Bundan belə nəticəyə gəlmək olar ki, yeni qanun "irəlicədən neftli sayılan
torpaqlar" anlayışının özünü ləğv etmişdir.
Beləliklə, 1912-ci ildə qəbul edilmiş, neft sənayesini tənzimləyən sənədlər öz mahiyyəti etibarilə 3 ayrı-
ayrı qanundan ibarət oldu:
1.
"Hərraclar haqqında mədən qanunu"— bunun obyekti neft yataqları ilə zəngin olan yerin təki,
məqsədi isə yer təkinin mülkiyyətçisi kimi xəzinənin maraqlarının daha yaxşı təmin olunması şərti ilə
işlənilməsidir;
2.
"Kəşfiyyat qanunu" — məqsədi geoloji kəşfiyyatdır, orada neft olduğu güman edildiyinə görə
həmin torpaqlar özəl sifarişlər üçün bağlı olaraq qalır;
3.
"Kəndli pay torpaqları tərkibindən dövlət torpaqlarının müsadirəsi haqqında qanun" — obyekti
kəşfiyyat aparılmış dövlət torpaqları, məqsədi isə dövlət neftli torpaq fondunun artırılmasıdır.
Kustar neft hasilatı məsələsinin formal tərəfdən lazımınca işıqlandırılması üçün 17 iyun qanunun
müstəsna əhəmiyyət kəsb edə biləcəyini nəzərə alaraq, sözü gedən qanunun hər üç bəndinin ətraflı nəzərdən
keçirilməsi zəruridir:
1.Hərraçlar haqqında qanun
Dövlətə məxsus neftli sahələrin təkindən istifadə üçün onların ayrı-ayrı şəxslərə icarəyə verilməsi zamanı
icarə şərtlərinin tənzimlənməsi neft qanunvericiliyinin ən başlıca vəzifəsidir. Bu çətinlik hər şeydən öncə, dövlət
torpaqlarının yerin təkindən istifadə üçün işlədilməsinin öz xüsusiyyəti ilə izah edilir. Çünki, əvvəla, konkret
sahədə yerin təkində məhz hansı ehtiyatların gizləndiyini qabaqcadan təyin etməyin mümkün olmaması,
ikincisi, neftin bazar qiymətlərinin hansı ölçüdə dəyişiləcəyini irəlicədən müəyyən etməyin çətinliyi, çox kəskin
ola bilər.
1912-ci il 17 iyun qanunu qəbul edilənədək dövlət neftli torpaqlarının istismar (işlədilmə) üçün hərraclar
vasitəsilə verilməsi zamanı aşağıdakı 3 icarə forması tətbiq edilirdi: birdəfəlik ödənc (haqq), pud hesabı ilə
ödənc və paylı ayırma. Və buna uyğun olaraq, hərracın predmeti 3 ödəmə formasından biri olurdu:
a)
Birdəfəlik ödənc (haqq). Bu üsulu xəzinə 1872-ci ildəki uğursuz təcrübədən sonra ləğv etdi. O zaman
aydın oldu ki, yalnız formaca icarə sayılan bu cür üsul əslində qiymətli neftli sahələrin müddətsiz
olaraq özgəninkiləşdirilməsinə gətirib çıxarmışdır. Xəzinə üçün bunun nə qədər ziyanlı olduğu
sonradan daha aşkar göründü.
Bu uğursuzluq xəzinəni pud hesabı ödənc prinsipinə keçməyə sövq etdi (1892-ci il iyun qanunu, maddə
589; 1893-cü il nəşri, c. VII).
b)
Pud hesabı ödənc. Bu şərtlərlə 4 dəfə (1896, 1898, 1899 və 1900-cü illərdə) hərrac keçirilmişdi.
hərrac üçün zəmin kimi bu kimi ödənc, şübhəsiz, birdəfəlik ödəncə nisbətən üstünlüyə malik idi. Belə
ki, bu halda hərracda xəzinə üçün böyük və ya kiçik olsa da, daimi gəlir təmin edilirdi ki, bu da
bilavasitə neftin miqdarından, hərracda təklif edilən pud hesabı ödəncdən asılı idi. Lakin bu sistemin
tətbiqi də təcrübədə mənfi nəticələrini tezliklə göstərdi.
Məsələ ondadır ki, hasil edilən neftin bir pudunun müəyyən qiyməti qeydə alındığına görə, bu sövdə
icarəçi üçün böyük risklə bağlı idi. Çünki onun maraqları bilavasitə bazar tərəddüdlərindən asılı vəziyyətə qoyu-
lurdu. İcarə sisteminin tətbiqi təcrübəsi də bunu sübut etdi.
İlk hərraclarda nisbətən aşağı qiymətlər təklif edilmişdi və sahələr də bu qiymətlərlə verildi;
gözlənilmədən bunun ardınca gələn əlverişli konyuktura (bazar qiymətlərinin 2 dəfə artması) icarəçilər üçün
böyük gəlir gətirdi. Sonrakı 3-cü və 4-cü hərraclarda, qiymətlərin gələcək artımı ümidi ilə xeyli artıq məbləğdə
pud hesabı ödənc təklif olundu. Özü də sövdələşənlərin bəziləri hay-küyə o qədər uydular ki, hətta bazar
qiymətlərindən də yüksək qiymətlər təklif etdilər. Lakin sonra gerçəklik şişirdilmiş ümidləri doğrultmadı, neftin
qiymətləri aşağı düşməyə başladı və 3-cü, 4-cü hərracların bir çox iştirakçıları qoyduqları girovu, həmçinin
başladıqları qazma işlərinə görə bütün xərcləri itirərək icarəyə götürdükləri sahələrdən imtina etməyə məcbur
oldular.
v) Paylı ayırma. Bu sistemin qüsurlarını aradan qaldırmaq üçün icarənin yeni növü işlənib hazırlandı.
Bu paylı ayırma yolu ilə icarə idi. Elə bu zəmində 1903-cü il iyunun 2-də Balaxanı və Bibiheybət
sahələrindəki dövlət torpaqlarının verilməsi üçün hərrac keçirildi. Dövlət neftli torpaqlarının istifadəyə
verilməsinin bu üsulu icarənin forması olmasa da, öz çevikliyinə görə daha səmərəli üsul idi. Çünki bu
halda neft sənayeçisi bazar təsadüflərindən asılılıq risqi qarşısında qalmırdı, digər tərəfdən isə qiymətlər
artdığı halda sahibkarın mənfəətindən xəzinəyə də pay düşürdü.