61
İngilislərin bu işdə marağı olması təsdiq ediləndən sonra Siti ilə danışıqlarda qarşıya çıxan uğur-
suzluqlara və bitib-tükənməz maneələrə görə əsəbiləşən Rotşteyn danışıqlarda aşkar təcavüzkar mövqe
tutmuşdu. "Bibiheybət Petroleum K"-nın səhmlərinin satışı isə uğurla davam edirdi.
Keçmiş Bibiheybət ieft şirkətinin 10 min səhminin hamısı (hər səhmin qiyməti 250 rubl idi) ingilislərə
verildi. Peterburq Beynəlxalq Bankı isə yeni ingilis səhmlərinin satışından əldə edilmiş mədaxildən ona çatası
329 min funt-sterlinqin və bundan əlavə müqavilədə nəzərdə tutulduğu kimi, "Bibiheybət Petroleum K°"
şirkətinin 126 min funt-sterlinqlik səhm paketinin sahibi oldu. Bu, sanballı məbləğ idi. Əlavə xərclər çıxılandan
sonra köhnə səhmlərin hər birinə görə xalis gəlirin məbləği 250 rubl nəğd pul və yeni şirkətin 13,4 funt-
sterlinqlik səhmləri dəyərində idi.
Lakin Rusiyadakı neft işinin vəd etdiyi gəlirlərlə müqayisədə bunlar hamısı cüzi məbləğ idi. Leyn—
Samuel qrupunun əsas müəssisəsi olan Şibayevin şirkəti öz fəaliyyətinin təkcə ilk beş ili ərzində təqribən 3,5
milyon rubl gəlir gətirmişdi ki, bu da həmin müəssisənin alınmasına sərf edilmiş məbləğə bərabər idi.
Uladstonun "Oleum" şirkəti isə həmin müddətdə təqribən 10 milyon rubl xalis gəlir götürmüş və beləliklə,
Tağıyevin mədənlərini almaq üçün sərf edilmiş vəsait ikiqat artıqlaması ilə ödənilmişdi. Doğrudur, "neft azarı"
dövründə meydana çıxmış bəzi İngiltərə şirkətləri sonradan zərərlə işləməyə başladı və onları ləğv etmək lazım
gəldi. Lakin bu cür müəssisələrin xüsusi çəkisi ingilislər tərəfindən nəzarət edilən bütün kapitalın 1/10
hissəsindən də kiçik idi. Britaniya konsul xidmətinin məlumatına görə, kiçik istisnalar nəzərə alınmasa, ingilis
şirkətlərinin hamısı gəlirli müəssisələr idi.
Həmin illərdə neft işinin sürətli tərəqqisi, xüsusən neft yanacağına tələbatın hədsiz artması daha yüksək
gəlir əldə etmək perspektivi yaradırdı. Bakıya ingilis kapitalı cəlb etməyin tərəfdarlarının əsas dəlillərindən biri
kerosin istehsalını inkişaf etdirmək zərurəti idi. Bununla belə, yeni yaradılmış ingilis müəssisələrinin əsasən ağır
neft yanacağı istehsal etmək məqsədi daşıyırdı. Bu mənada "Oleum"un və Şibayevin ingilis şirkətinin
yaradılması "Mazut" şirkətinin təsis edilməsi ilə müqayisə oluna bilər. 1899-cu ilin fevral ayında ingilislərə yeni
konsepsiyalar verməyin məqsədəuyğun olması məsələsi xüsusi müşavirədə müzakirə edilərkən müzakirə
iştirakçıları mazut istehsalını özlərinin əsas məqsədi hesab edən ingilis şirkətlərinin bu istiqamətdə
fəaliyyətindən narazı olduqlarını bildirmişdilər.
XIX əsrin axırlarında ingilislər Bakı ətrafında ümumi kapitalı təqribən 40 milyon funta bərabər olan 11
neft sənayesi şirkəti yaratmışdılar.
Həmin illərdə ingilislər Bakıda və Rusiyanın neftlə zəngin olan digər rayonlarında ümumi kapitalının
həcmi 6,5 milyon funt-sterlinqə çatan 24 şirkət yaratmışdılar. Əldə edilən nəticə ingilislərin ilkin
hesablamalarına görə gözləniləndən xeyli az idi. O vaxt haqlı olaraq belə hesab edirdilər ki, ən qiymətli neft
yataqları Abşeron yarımadasında yerləşir və Rusiyanın bütün neft sənayesi bu yataqlara böyük maraq göstərir.
1910-cu ildə ingilislərin Rusiyaya qoyduqları sərmayənin məbləği Avropa ölkələrindən hər hansı birinə
Britaniya kapitalı ixracından artıq idi. Burada neftə daha böyük əhəmiyyət verilirdi. Gəmilərdə maye yanacaq
tətbiq edilməsi genişləndikcə, neft qıtlığı İngiltərə ticarət donanmasının hegemonluğuna, dəniz ticarətinə və
sənayeçilərin gəlirinə təhlükə yaradırdı. Britaniya hərbi donanmasının gücünü artırmaq üçün neft lazım idi.
Dünya müharibəsi ərəfəsində İngiltərə hərbi donanmasını texniki cəhətdən yenidən təchiz etmək məsələsi
hökumətin qarşısında çox ciddi şəkildə qarşıya çıxmışdı. Neft məsələsini həll etmək üçün kral komissiyası
yaradılmışdı. Hərbi donanmada duru yanacaqdan istifadə edilməsinə keçid barədə admiral Fişerin ideyaları
müəyyən dairələrdə etirazla qarşılanmış olsa da, Kral komissiyası bu ideyanı bəyənmişdi. Buna görə də "Royal
Datç-Şell" müştərək İngiltərə—Hollandiya neft şirkətinin direktoru Q.Deterlinqin çıxışları da bu ideyanın qəbul
edilməsində müəyyən rol oynamışdır. Neft məsələsinin komissiyada həll edilməsində İngiltərənin xarici siyasət
sahəsində yaranmış mürəkkəbliklər mühüm rol oynamışdı. "Royal Datç-Şell" tresti ingilislərin planlarının
həyata keçirilməsində mühüm rol oynayırdı.
İngiltərə kapitalının xeyli hissəsi Rusiyanın neft ehtiyatlarını ələ keçirmək məqsədilə sərmayə kimi qoyu-
lurdu. Nəticədə 1910-cu ildən 1914-cü ilə qədər Rusiyada yaradılmış İngiltərə müəssisələrinin əsas kapitalının
həcmi əvvəllər misli görünməmiş bir həddə — 209,3 milyon rubla çatmışdı. Lakin bu kapitalın heç də bütün
məbləğindən istifadə edilmirdi. Neftlə bağlı ajiotaj və səhmdar cəmiyyətlərinin İngiltərə qanunları əsasında
qeydiyyata alınmasının asanlığı bu cür coşqun inkişafa şərait yaradırdı.
Bakı neftini idarə edən adamlarla Deterlinqin yazışmalarının bir qismi salamat qalmışdır. Bu materiallar
əsasında belə qənaətə gəlmək olar ki, Deterlinq Rusiya neft ixracatçılarını öz trestinə tabe etməklə Avropa
bazarlarını ələ keçirmək niyyətindədir. Bu trestin əsas rəqibi olan "Standart oyl" ilə mübarizə aparmaq üçün
trestin neft bazasını gücləndirmək lazım idi. Buna görə də Deterlinqin ən mühüm vəzifəsi dünyanın ən zəngin
neft yataqları yerləşən rayonları və o cümlədən, Rusiyadakı neft işini bütünlüklə öz əlinə keçirmək idi. Bu
trestin 1912-ci ildə Rotşildlərin ən böyük müəssisələri olan "Mazut" və "Xəzər — Qara dəniz cəmiyyəti"ni
alması onun ən sanballı sövdəsi idi. Bundan sonra bir sıra başqa müəssisələr də alındı. Müharibə ərəfəsində bu
trestin Rusiyada 10 neft müəssisəsi vardı ki, onların ümumi səhmdar kapitalının məbləği 77 milyon rubldan
artıq idi.