59
"Nobel qardaşları" şirkəti ilə sərt mübarizə aparan Rotşild şirkəti daim qüvvətli rəqibinə ağır zərblər
endirərək onu zəiflətməyə can atırdı.
Rusiya neft sənayesində fransız kapitalının çox yüksək fəallığını bir sıra faktlar sübut edir. Məsələn,
1916-cı ilin əvvəllərində Rusiya neft sənayesinin 15 müəssisəsinin səhm kapitalı 176767 min rubl, burda fransız
kapitalının payı isə 62380 min rubl idi. Beləliklə, Rusiya neft sənayesinin 16 müəssisəsinin səhm kapitalının
ümumi miqdarının 35,3%-ə qədəri Rotşild şirkətinin əlində idi. 1912-1913-cü illərdə "Mazut" və "Xəzər—Qara
dəniz ticarət və sənaye cəmiyyəti"nin "Şell" ingilis—holland şirkətinə keçdi. Bu cəmiyyətlərdə Rotşildin iştirak
payı xeyli azaldı. Əvəzində "Bakı neft sənaye cəmiyyəti"nin səhm kapitalının 38,7%-ə qədəri, "Q.MLianozov
və oğulları" şirkətinin kapitalının 50%-ə və Rusiyanın "Neft" şirkətinin səhmlərinin 88,9%-ə qədəri fransız kapi-
talistlərinin əlində idi. Bütün bu cəmiyyətlər Bakıda fəaliyyət göstərirdilər.
Qeyd etmək lazımdır ki, zaman keçdikcə Rotşildin şirkəti yalnız kredit-borc əməliyyatları ilə məşğul
olmağı nəzərdə tutan nizamnamə müddəasının əksinə olaraq öz caynaqlarını neft sənayesinin bütün sahələrinə
uzadırdı. Belə ki, Rusiya neftinin ixracı işində öz mövqeyini tam möhkəmləndirdikdən sonra o, həmçinin
"Xəzər—Qara dəniz ticarət və sənaye cəmiyyəti" vasitəsilə geniş neftli torpaqları məqsədyönlü şəkildə icarəyə
götürməyə və satın almağa başladı.
Balaxanı, Sabunçu, Ramana, Suraxanı, Bibiheybətdə bir çox neft mədənləri, Keşlədə ağ neft və yağ
zavodları Rotşildə məxsus idi. Rusiyanın mühüm məntəqələrində onun anbarları, Batum limanında neft
məhsullarını daşımaq üçün çoxlu gəmiləri vardı. Rotşildin şirkəti ölkəmizin hüdudlarından kənarda neftin bir
çox satış bazarlarını ələ keçirə bilmişdi. Özünün əlavə maliyyə imkanlarını genişləndirmək məqsədilə Rotşild
Zaqafqaziya dəmir yolunda hərəkət edən qatarların sayının artırılmasına xeyli kömək edirdi. Belə ki, 1883-cü
ildə bu dəmir yolunun açılması zamanı burada cəmi 600 vaqon-sistern vardı. Hökumət ayrı-ayrı şəxslərə
Zaqafqaziya dəmir yolu üçün vaqonlar göndərməsinə icazə verdikdən sonra isə "Xəzər—Qara dəniz ticarət və
sənaye cəmiyyəti" 300 sistern istismara buraxdı. Neft istehsalı üzərində özünün bölünməz inhisarını yaratmaq
məqsədilə Rotşild öz neftinin daşınması üçün zəruri olan tənəkə qablar istehsalı zavodlarının yenidən qurulması
və genişləndirilməsinə xeyli vəsait ayırdı. Daha sonra Rotşildlərin verdikləri borc Bakını Batumla birləşdirən
dəmir yolunun çəkilişini başa çatdırmağa imkan verdi. Beləliklə, 1883-cü ildə Batum dünyanın ən mühüm
limanlarından birinə çevrildi.
1899-cu ilin əvvəllərində Rotşteyn Rotşildlərlə danışıqlar aparmağın faydasız olduğunu yəqin edəndən
sonra İngilis—rus bankı ideyasını irəli sürdü. Bu ideya həyata keçiriləcəyi halda ingilis kapitalistlərinin
gəlirlərinin bir qismi həmin cəmiyyətə çatmalı idi. Bundan əlavə, təsisçilik və emissiya əməliyyatları hesabına
xeyli mənfəət əldə etmək imkanı yaranırdı. Bankın layihəsi elə tərtib edilmişdi ki, Rotşteyn bütün təşəbbüsü və
nəzarət funksiyalarını öz əlində saxlaya bilirdi.
Lakin işin bu cür təşkil olunması İngiltərə tərəfini əsla qane etmirdi. Bu barədə ilk siqnal Londondan,
Leyndən alındı. Leyn Peterburqa məktub yazıb bildirmişdi ki, "Bibiheybətdəki torpaq sahələrinin yeni sahibləri
onlarla danışıqlar stolu arxasında görüşməyi çətin ki, arzu edələr". Məhz həmin məktub göndərilən ərəfədə
İngilis—rus bankının layihəsini açıqlayan məktub Londona çatmışdı. Leyn həmin məktubda münasibətini çox
qəzəbli bir tərzdə ifadə etmişdi. Məktubun əvvəlində o, yazırdı ki, Sənaye-Kredit bankı məhz bizim İngilis—rus
torpaq kredit bankı formasında təşkil etmək istədiyimiz şeydir. Bu zaman o, Bakıdakı dövlətə məxsus neft
yataqları ilə zəngin torpaqların ingilislər tərəfindən maliyyələşdirilməsi və işlənməsi barədə özünün təklif etdiyi
layihəni nəzərdə tuturdu. İngilislərin fikrincə, Rotşteynin layihəsi vəziyyəti həddən artıq mürəkkəbləşdirirdi.
Leyn özünün peterburqlu tərəfdaşlarına açıqca bildirirdi ki, onların planı ümumiyyətlə səmərəli deyil və
"britaniyalılar yalnız ingilis bankları tərəfindən buraxılan qiymətli kağızları alacaqlar". Onun dediyinə görə,
Rotşteynin təklifi yalnız bu şərtlə qəbul edilə bilərdi ki, gələcək bankın bütün işləri sonradan ingilislərə—
məxsusi olaraq Sənaye-Kredit bankından ötrü yaradılmış və onu idarə edən xalis ingilis müəssisəsinə həvalə
olunsun. Beləliklə, Rusiya Sənaye- Kredit Bankı əslində ingilis bankı olacaq, lakin başqa cür adlanacaqdı.
Britaniya kapitalistləri isə bu variantı müzakirə etməkdən əvvəl çar hökumətindən bu cür bankın təsis
olunmasına icazə veriləcəyi haqda zəmanət almaq istəyirdilər.
Bununla bərabər, Leyn geri çəkilmək imkanını da nəzərdə tutmuşdu. O, Koxa ünvanlanmış məktubunda
yazırdı: "Lakin əgər siz Rusiya Sənaye-Kredit bankının tamamilə məxsusi müəssisə kimi qalmalı olduğunu
qərara alsanız, mənə belə gəlir ki, cənab Offenheym və mən həmin bankın bir neçə min funt-sterlinq səhmini
almaq istəyərik". Leyn bir növ özünü yoxlamaq və hər şeyi qəti müəyyənləşdirmək üçün Koxdan soruşurdu ki,
"Bu fikir bizim nəzərdə tutduğumuz bankın yaradılmasına mane olmayacaqmı?" O, məsələnin tam təfsilatı ilə
tanış olmasının zəruriliyini qeyd edərək konkret təkliflər irəli sürürdü: "Bizim məqsədlərimiz üçün Rotşteynin
lütfkarlıq göstərərək surətini bizə təqdim etdiyi nizamnaməni bir qədər dəqiqləşdirmək lazım gəlirdi, çünki
bizim nəzərdə tutduğumuz məqsədlər baxımından həmin nizamnamə müəyyən mənada məhduddur". Beləliklə,
Leyn və onun şərikləri b i l d i r i r d i l ə r ki, müəyyən şərtlər daxilində onlar İngilis-rus bankının
f ə a l i y y ə t i n d ə iştirak etməyə hazırdırlar.
Eyni zamanda ingilis kapitalistləri Uladston və Stüart da boş dayanmırdılar. Lakin onlar öz talelərini
Beynəlxalq bankla bağlamayıb, müstəqil fəaliyyət göstərməyi qərara almışdı. 1899-cu ilin mart ayında Stüart və