Azərbaycan respublikasi məDƏNİYYƏt və turiZM



Yüklə 371,01 Kb.
Pdf görüntüsü
səhifə13/15
tarix15.05.2018
ölçüsü371,01 Kb.
#44352
1   ...   7   8   9   10   11   12   13   14   15

28 

 

etməklə öz övladını hələ dünyaya gəlməmişdən zəhərləyir, nəticədə xəstə, əqli zəif 



uşaq dünyaya gəlir.  

Gənclərin  sağlamlığını  təhlükə  qarşısında  qoyan  əsas  xəstəliklərdən  biri  AİDS 

xəstəliyidir ki, bu barədə gənc oxucuların maarifləndirlməsi olduqca vacibdir. Bu 

məqsədlə  xüsusən  məktəblərdə  kitabxanaçı  tərəfindən  maarifləndirici  söhbətlərin 

aparılması  yaxşı  nəticələr  doğurar.  Kitabxanaçının  maarifləndirici  çıxışında 

aşağıdakı məlumatlar öz əksini tapmalıdır: 

       AİDS 

       AIDS  xəstəliyi  QİÇS,  SPİD  adları  ilə  də  tanınır.  HİV  insanın 

immunçatışmazlığı  virusudur.  Bu  viruslar  insan  orqanizminin  CD4  adlanan 

hüceyrələrini məhv edir. HİV-ə yoluxmuş insanlarda müdafiə sistemi zəiflədiyinə 

görə  onlar  bir  çox  xəstəliklərə  asanlıqla  tutulurlar.  Bu  xəstəliklər  ölümlə 

nəticələnir. Virus daşıyıcısı tamamilə sağlam görünə bilər. QİÇS-ə yoluxmuş insan 

yoluxduğundan xəbərsiz ola bilər. Bu xəstəlik əsasən qanla yoluxur və hər kəs iynə 

vurdurarkən, salonlara gedərkən ehtiyatlı olmalıdır. 

         Gənclər,  onu  da  bilməlidir  ki,  Respublikamızda  QİÇS-lə  mübarizə  mərkəzi 

fəaliyyət  göstərir.  Mərkəzin  qaynar  xətti  (494  99  24)  hər  zaman  insanların 

müraciəti üçün açıqdır. Eyni zamanda mərkəzin saytı (

www.AIDS.az

) da fəaliyyət 

göstəriri  ki,  bura  daxil  olaraq  sizi  maraqlandıran  sualları  buradan  da  əldə  edə 

bilərsiniz.  Hətta  həmin  mərkəzin  əməkdaşları  ilə  gənclərin  görüşünün  təşkili  də 

mümkündür.  Hər  bir  gənc  gün  ərzində  öz  öhdəsinə  düşən  işləri  görməklə  yanaşı 

düzgün  istirahət  etməyi  də  bacarmalıdır.  Lakin  gənclərimiz  istirahət  rejimlərini 

düzgünmü  qururlar?  Əyləncə  anlayışını  hər  kəs  eyni  mənada  qəbul  etmir. 

Gənclərimizin  çoxu istirahəti  kitab oxuyub,  mütailə  etməkdə,  musiqi dinləməkdə 

televizora  baxmaqda  görürsə,  böyük  bir  qismi  isə  əyləncəni  dostlar  ətrafında 

hansısa istirahət mərkəzində dincəlməkdə görür. Bir sözlə hər bir gəncin öz maraq 

dairəsinə uyğun əyləncə tərzi var. İnsan vaxtını həm iş üçün, həm də istirahət üçün 

düzgün bölüşdürməyi bacarmalıdır. Düzgün işləyə bilməyən adam düzgün istirahət 

etməyi də bacarmaz. Beləcə də imuniteti zəifləyə bilər. Bununla əlaqədar kiabxana 

işçiləri 

tərəfindən 

gənclərimizin 

düzgün 

asudə 


vaxtının 

düzgün 


istiqamətləndirilməsi vacibdir. Ancaq onu da qeyd edək ki, kitab oxumaq istirahət 

etməyin ən yaxşı üsuludur. Britaniyalı psixoloqlar bəyan etmişlər ki, kitab oxumaq 

başqa  üsullarla  müqayisədə  sakitləşməyə  tez  bir  zamanda  kömək  edir.  Cəmi  6 

dəqiqə kitab oxumaq stressin səviyyəsini ikidə üç dəfə endirir. Kitab oxumaq fikri 

cəmləşdirməyə,  ədəbiyyat  aləminə  daxil  olmağa  və  problemlərdən  yayınmağa 

kömək edir. Kitabxanaçıların bu mühüm vərdişi gənclərə sevdirməsi olduqca vacib 

amillərdən biridir.  

Mütaliə  insan  xarakterini  formalaşdırıb,  gənclərimizə  bir  sıra  müsbət 

keyfiyyətlər  aşılayır.  Bu  səbəbdən  kitabxanaçılar  gənclərdə  mütaliəyə  həvəs 




29 

 

oyatmaq məqsədilə öz işlərini planlı şəkildə qurmalıdıdrlar. Nəzərə alsaq ki, XXI 



əsr komputer-informasiya əsridir. Mütaliəni gənclərə sevdirməyin, gənclərlə daim 

ünsiyyətdə  olmağın  ən  yeni  üsullarından  biri  də  internetin  geniş  imkanlarından 

istifadə etməkdir. Çünki son dövrlərdə internetdən istifadə etməyən gənc az tapılar. 

Bunun  üçün  kitabxanaların  internet  səhifələrinin  fəaliyyət  göstərməsi  əlbəttə  ki, 

yaxşıdır.  Ancaq  onu  da  nəzərə  almaq  lazımdır  ki,  iqtisadi  çətinliklər  hər 

kitabxanaya bu imkanı vermir. Ancaq sadə üsullarla da gənclərlə əlaqə saxlamaq 

olar. Bilirik ki, internetdə Tvitter, Facebook kimi məşhur sosial şəbəkələr fəaliyyət 

göstərir. Bu şəbəkələrdə kitabxanaların səhifələrini yaratmaq və səhifələri şəbəkə 

istifadəçilərinə  təklif  etmək  olar.  Həmin  səhifədə  kitabxananın  şəkilləri, 

kitabxanaya  yeni  daxil  olan  kitabların  üz  qabıqları  yerləşdirilə  bilər.  Bununla 

yanaşı gənclər səhifəni yaradan kitabxanaçı ilə söhbət edə bilər, öz problemləri və 

onları  maraqlandıran  kitablarla  əlaqədar  suallarını  kitabxanaçıya  ünvanlaya 

bilərlər.  Bu  həm  də  kitabxanaçıya  gənc  oxucuları  kitabxanaya  yeni  daxil  olan 

kitablarla  yaxından  tanış  etmək  imkanı  verir.  Internetdə  bu  kimi  səhifələrin 

yaradılması  həm  də  oxuculara  vertual  olaraq  müəyyən  əsər  haqqında  fikir 

mübadiləsi  etməyə  və  müzakirələr  aparmağa  imkan  verir.  Gördüyümüz  kimi 

internetin  imkanlarından  istifadə  edərək  kitabxana  sahəsində  mühüm  naliyyətlər 

əldə etməyə imkan verir. 



Uşaqlar: Azərbaycanın bu günü və gələcəyi. 

Uşaq  hüquqlarının  müdafiəsi  problemi  həmişə  ictimaiyyəti  maraqlandıran  bir 

məsələ olmuşdur. Dünyanın bir sıra ölkələrində bu məsələ ilə ciddi məşğul olunur. 

Azərbaycanda da  uşaq hüquqlarının müdafiəsi ilə bağlı mühüm addımlar atılmış, 

bir  sıra  qərar  və  qanunlar  qəbul  edilmişdir.  Ictimaiyyəti  bu  cəhətdən 

maarifləndirmək,  onları  öz  hüquqları  barədə  məlumatlandırmaq  kitabxanaların 

üzərinə düşən mühüm vəzifələrdən biridir. Bu sahədə F. Köçərli adına Respublika 

Uşaq  Kitabxanasının  xidmətləri  əvəzsizdir.  Belə  ki,  kitabxanamızda  keçirilən  bir 

sıra  tədbirlər  uşaqların,  yeniyetmələrin,  hətta  valideynlərin  hüquqi  cəhətdən 

maariflənməsinə kömək edir.        

 

Kitabxanalarda  kiçik yaşlı uşaqlar üçün keçirilən  tədbirlərdən biri “Ucadan 



oxu”dur.  Bu  tədbir  hər  zaman  oxucularda  böyük  maraq  doğurur.  Cəlil 

Məmmədquluzadənin uşaq hüquqlarından bəhs edən “Qız tərbiyəsi”, “Uşaq teatrı”  

əsərlərinin ucadan oxunması oxucular üçün maraqlı ola bilər. Bildiyimiz kimi bu 

əsərlərdə  qeyd  olunan  uşaq  hüquqları  ilə  bağlı  problemlər  müasir  dövrlə  də 

ayaqlaşır.            

            Uşaqların öz hüquqlarını yaxşı öyrənmələrinə nail olmaq üçün məktəblilər 

arasında  “Mən  öz  hüquqlarımı  yaxşı  bilirəm”  mövzusunda  inşa  müsabiqəsinin 

keçirilməsi  yaxşı  nəticələr  verə  bilər.  Mövzunu  işləyərkən  uşaqlar  müvafiq 

ədəbiyyatı oxumalı, internetdən lazımi informasiyanı almış olacaqlar. Bu da istər-



Yüklə 371,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə