Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 27



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə28/62
tarix29.05.2018
ölçüsü2,8 Kb.
#46531
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   62

108 
parçalayır.  Mikroorqanizmlər  hətta  zülalsız  azotlu  maddələri  də 
istifadə edir. Yem payının müəyyən hisəsini sintetik sidik cövhəri 
- karbamid ilə əvəz etmək olur. Bu vaxt həm zülala qənaət edilir, 
həm  də  mikroorqanizmlər  qidalanır.  Ureaza    CО(NH
2
)
2
  + 
+H
2
О= 2NH
3
 + CО
2
  
NH
3
-dаn mikroorqanizmlər özü üçün tam dəyərli zülal sintez 
edir. Həmin zülalın  tərkibində  əvəzedilməz amin turşuları  olur. 1 
sutkada  iri  buynuzlu  heyvanların  yem  payına  (1  başa)  80-150 
qram,  xırda  buynuzlu  heyvanların  yem  payına  isə  13-18  qram 
karbamid  əlavə  etmək  оlar.  Karbamid  yemlə  qarışdırılaraq 
heyvana 2-3 dəfədə verilir. 
Mikroorqanizmlərin  normal  fəaliyyəti  üçün  karbohidratlar 
vacibdir.  Karbamiddən  və  NH
3
-dan  istifadə  edən  mikroor-
qanizmlərin fəаliyyəti
 
karbohidratlardan asılıdır. 
Yem  payında  asan  həzm  olunan  karbohidratların  miqdarı 
azdırsa,  heyvana  çoxlu  karbamid  verilsə,  işgənbədə  çox  NH
3
 
əmələ gəlir və qana sorulur. Qara ciyər bütün NH
3
-ı sidik cövhə-
rinə  çevirə  bilmir,  qanda  miqdarı  yüksəlir  və  heyvan  zəhərlənir. 
Kаrbamidin  dozası  iri  buynüzlu  heyvanlar  üçün  0,25-0,30  q/kq 
təşkil еdir. 
 Mikroorqanizmlər işgənbədə vitaminlər  sintez edir:  B qrupu 
– B
1
, B
2
, B
3
, B
6
, B
12
, PP (nikоtin turşusu), H, K, və s.  
Tora işgənbədən xırdalanmış, həzm  olunmuş  yem  daxil olur. 
Iri  qaba  hissələr  işgənbədə  saxlanır,  həzm  olunandan  sonra  tora 
keçir. Tor yemi sortlaşdırır və gövşəmədə iştirak edir.  
 Kitabça  süzgəc  vəzifəsini  görür.  Belə  ki,  yaxşı  xırdаlan-
mamış  (tordan keçən)  yem  hissələri kitabçanın vərəqləri
 
аrаsındа
 
saxlanır.  Kitabça  yığılanda  həmin  hissələr  xırdalanır.  Kitabçadan 
su infensiv sorulur. 
Işgənbənin  hərəkətini  ruminoqraf  cihazı  ilə  qeyd  etmək  olar. 
Işgənbə  hərəkətlərinin  miqdarı gövşəmə  zaman iri buynuzlu  hеy-
vаnlаrdа 2 dəqiqədə 2-3 dəfə, 5 dəqiqədə - 4-8 dəfə, qoyunda 2-3 
dəqiqədə  -  3-6  dəfə  оlur.  Yеmləmədən  sonra  işgənbənin  hərəkəti 
artır.  


109 
Torcuğa  düşən  mismar,  məftil  onun  qüvvətli  yığılmasına 
səbəb olur. Bu yaxt məftil diafraqmadan döş boşluğuna, sonra isə 
ürəyə keçir. Travmatik perikardit əmələ gəlir.  
Şirdanda  həzm  şirəsinin  ifrazı  fasiləsizdir.  Şirdan  əsl  mədə 
hesab  olunur.  Şirdan  şirəsinin  tərkibində  pepsin,  ximozin,  lipaza 
fermentləri vardır. Şirə ifrazı iki fazada olur: 
1. Reflektor 
2. Nerokimyəvi 
Ümumiyyətlə,  mədə  önlərinin  və  şirdanın  fəaliyyəti  sinir-
homural sistem ilə tənzim olunur.  
Donuzlardа  mədə  həzmi.  Donuzların  mədəsi  quruluşuna 
görə  atların  mədəsi  kimi  sadə  və  mürəkkəb  mədə  arasında  kecid 
təşkil  edir.  Donuzların  mədəsi  1  kameralıdır.  Onların  mədəsinin 
girəcəyində  kor  kisə  (qabarma)  vardır  və  bunun  hesabına  mədə 
böyüyür. 
Mədənin  selikli  qişasının  quruluşuna  görə  donuzların  mədə-
sində 5 zona ayırd edilir: 1) Yem borusu zonası; 2) Kardial zona; 
3) Kor kisə zonası; 4) Fundal zona; 5) Pilörik zona.  
Yem  borusu  zonasında  vəzifər  yoxdur.  Kor  kisə  və  kardial 
zonanın selikli qişasında vəzilər vardır. Kor kisə və kardial zona-
nın  vəziləri  selikli  sekret  hasil  edir  və  tərkibində  pepsin,
 
HCl 
olmur. 
Fundal  və  pilorik  zonanın  vəziləri  ət  yeyən  heyvаnlarınkı 
kimi olmaqla həmin fermentləri ifraz edir.  
Donuzların  mədəsində  həzm  prosesi  və  mədə  vəzilərinin 
sekretor  fəaliyyəti  fıstula  üsulunun  köməyi  ilə  Pavlovun, 
Hеydеnhаynın təcrid olunmuş mədəcik üsulu ilə öyrənilmişdir. 
Donuzların  mədə  şirəsində  pepsin  və  ximozin  fermentləri 
vardır.  Lipaza  və  amilaza  fermentlərinin  olması  hələlik  dəqiq 
müəyyən edilməmişdir. 
Pepsin  yaxşı  proetolitik  aktivliyə  malikdir.  Ximozin  çoşka-
larda  və  yaşlı  donuzlarda  olmaqla  südün  həzm  olunmasını  təmin 
edir. 


110 
Donuzların  mədəsində  karbohidratlar  ağız  suyu  və  bitki 
mənşəli yemlərin fermentlərinin təsiri ilə həzm olunur.  
Karbohidratların həzmi üçün ən yaxşı şərait kardial zonada və 
kor kisədə olur. Başqa kənd təsərrüfаtı heyvanları kimi donuzlarda 
da  mədə  şirəsi  fasiləsiz  ifrаz  olunur.  Yem  qəbulu  mədə  şirəsi 
ifrazını artırır.  
Yemin
 
iyi,  görünüşü  də  şərti  reflektor  mədə  şirəsini  artırır. 
Şirə  ifrazına  müxtəlif  yemlər,  müxtəlif  cür  təsir  edir.  Məsələn, 
siloslaşdırılmış  yem  mədə  şirəsinin  sekresiyasını  qüvvətləndirir, 
turşuluğunu və həzm qüvvəsini artırır.  
Dоnuzların  mədəsinin  mоtorikası  fıstulalı  heyvan  üzərində 
öyrənilmişdir. Müəyyən olunub ki, donuzların mədəsi zəif yığılır 
(zəif hərəkət edir) və bu da yemin qarışmasına tam kifayət etmir. 
Yem  mədədə  qat-qat  yığılır.  Əvvəlcə  mədənin  pilörik  hissəsi  və 
dibi, sonra isə kardial hissəsi dolur. 
Mədə  şirəsi  ilə  vem  aşağıdan  yuxarıya doğru islanır. Yemlə-
mədən 1 saat sonra yemin aşağı qatı mədə şirəsi ilə yaxşı islanır, 5 
saat  sonra  isə  bütün  təbəqələr  islanır.  Bunun  nəticəsində  donuz 
yemlənən  kimi  aşağı  təbəqədə  pepsin  fermentinin  təsirindən 
zülalların həzmi başlayır. 
Orta  və  yuxarı  təbəqədə  isə  ağız  suyunun
 
və  yemin  özünün 
fermentlərinin  təsiri  ilə  karbohidratların  həzmi  davam  edir.  Orta 
və  yuxarı  təbəqə  mədə  şirəsi  ilə  islanan  kimi  karbohidratların 
həzmi kəsilir və zülalların həzmi başlayır. 
 А.V.Kvasniski  donuzlarda  mədə  həzmini  öyrənmək  üçün 
çoxlu  zond  (polizond)  üsulunu  təklif  etmişdir.  Bu  üsul  mədədə 
ayrı-ayrı  təbəqələrdə  yemin  həzm  olunmasını  (ayrılıqda) 
öyrənməyə imkan verir. 
Yemin  mədədən  bağırsaqlara  keçməsi  donuzlarda  mədəyə 
Basov üsulu ilə fıstula qoyması yоlu ilə öyrənilmişdir.  
Xarici  anastamoz  üsulu  ilə
 
(Sineşekov  hazırlayıb)  evakua-
siyanın  dinamikasını  və  bağırsağa  keçən
 
möhtəviyyatın  ümumi 
miqdarını təyin etmək olur



Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə