YENİ TƏLİM TEXNOLOGİYALARI.
FƏAL VƏ İNTERAKTİV TƏLİM
Əhatə olunan məsələlər:
1. Yeni təlim texnologiyalarının mahiyyəti. Ənənə və müasirlik.
2. Yeni təlim texnologiyalarının prinsipləri.
3. Ənənəvi təlimdən fəal və interaktiv təlimə.
4. Fəal və interaktiv təlim metodlarının səciyyəsi.
5.İnteraktiv təlim metodu ilə keçilən dərslərin mərhələləri
və səciyyəvi xüsusisiyyətləri.
6 . İnteraktiv təlim metodlarının təsnifatı və məzmunu.
7. Dərsdə şagirdlərin qiymətləndirilməsi.
1. Yeni təlim texnologiyalarının mahiyyəti.
Ənənə və müasirlik
İnkişaf etmiş Qərb dövlətlərinin təhsil sistemində istifadə edilən aktiv və ya
interaktiv təlim metodlarından respublikamızın təhsil müəssisələrində yüksələn xətlə
istifadə edilməkdədir.
Bu metodların şagird şəxsiyyətinin formalaşdırılmasında xüsusi yeri vardır.
Təlimi humanistləşdirmədən, humanitarlaşdırmadan, demokratikləşdirmədən şagird
şəxsiyyətini formalaşdırmaq olmaz. Təlimin humanistləşdirilməsi prinsipi sosial,
bəşəri və mədəni ideyalara xidmət edir. “Məlum olduğu kimi islahatın əsas mahiyyə-
tini təhsilin humanistləşdirilməsi, humanitarlaşdırılması, demokratikləşdirilməsi,
diferensiallaşdırılması və inteqrasiya kimi prinsiplər təşkil edir. Bu prinsiplər isə milli
zəminə, bəşəri dəyərlərə əsaslanan dünyəvi təhsil sisteminin yaradılmasının, təhsil
alanın şəxsiyyət kimi formalaşdırılması üçün onun təlim-tərbiyə prosesinin bərabər
hüquqlu subyektinə çevrilməsini bir vəzifə kimi qarşıya qoyur”. Yeni təlim
texnologiyalarında şagirdlərin intellektual, mənəvi cəhətdən inkişaf etdirilməsi ön
plana keçirilir. Yeni texnologiyaların təlimdə tətbiqi şagirdlərin öz fikirlərini aydın,
məntiqi ardıcıllıqla ifadə etmələrinə şərait yaradır. Bu metodlar şagirdlərin yaradıcılıq
qabiliyyətinin inkişafını təmin etməklə, onlarda yüksək ünsiyyət mədəniyyəti
formalaşdırır.
Azərbaycan
Respublikası
Təhsil
Nazirliyinin
kollegiya
iclasınının
materiallarında göstərilir: “Fasiləsiz təhsil konteksində şəxsiyyətin, kamil insanın
hazırlığı üzrə dünya təcrübəsinə inteqrasiya prinsipi zəruri faktor kimi qəbul edilməli,
həmin istiqamətdə konkret fəaliyyət həyata keçirilməlidir“. Bu şagirdləri müəyyən
qədər fəallaşdıran, təlimdə müvəffəqiyyət qazanmağa imkan verən ənənəvi təlim
metodlarından bütövlükdə imtina etmək demək deyildir. Ənənəvi metodların müsbət
cəhətlərindən istifadə edərək yeni yanaşmanın, yeni təlim texnologiyalarının,
innovasiyaların pedaqoji, psixoloji əsaslarını işləmək və nəticəyönümlü, şagirdə isti-
qamətlənmiş təlim-tərbiyə prosesinin elmi əsaslarının müasir tələblərə uyğun
araşdırmaların aparılması təhsil sisteminin qarşısında duran ən aktual problem kimi
qiymətləndirilir.
Yuxarıda təlim metodlаrı təlimdə müəyyən məqsədə nail olmaq üçün müəllim
və şagirdlərin fəaliyyətinin nizama salınması qaydasıdır. Təlim metodları dedikdə,
məqsədə nail olmaq, təhsil vəzifələrini həll etmək yollarının məcmusu başa düşülür.
Pedaqoji ədəbiyyatda metod anlayışı müəllimin və ya şagirdlərin fəaliyyətinə aid
edilir. Müəllimin fəaliyyəti ilə bağlı olan metodlar tədris metodları, şagirdlərin
fəaliyyəti ilə bağlı olan metodlar isə öyrənmə metodları adlanır. Müəllim və
şagirdlərin birgə fəaliyyəti ilə bağlı olan metodları təlim metodları kimi işlətmək
lazımdır. Təlim metodları strukturunda priyomları (tərzləri) da fərqləndirmək la-
zımdır. Priyom metodun elementidir, onun tərkib hissəsidir, metodun tətbiqində
ayrıca addımdır.
Təlim metodu mürəkkəb, çoxparametrli bir anlayış olmaqla təlimin məqsədini,
məzmununu, qanunauyğunluqlarını, prinsiplərini səmərəli həyata keçirmək üçün
istifadə olunur. Təlimin məqsədinin, məzmununun keyfiyyətlə icrası seçilmiş
metodların praktik imkanlarından asılıdır. Bu imkanları məhz metodlar təmin edir və
didaktik sistemin inkişaf sürətinə təkan verir. Təlimdə tətbiq edilən metodlar inkişafa
nə qədər çox şərait yaradarsa, təlimin səmərəsi də bir o qədər yüksək olаr.
Bu mənada interaktiv təlim metodları üstünlük təşkil edir.
İnkişafetdirici, nəticəyönümlü təlim əsas üç funksiyanı yerinə yetirdiyindən,
bunlar təlim-tərbiyə prosesində nəzərə alınmalıdır:
pedoqoji - buraya şagirdin təlimlə bağlı inkişafına təsir göstərən amilləri:
mikromühiti, kommunikasiyaları, şəxsi təcrübə və metodları;
psixoloji - buraya təlim nəticələrinin mənimsənilməsini təmin edən
şagirdlərin psiхoloji imkanları: səyi, marağı, xarakterik xüsusiyyətləri;
sosial - buraya əxlaq, əmək, elm, incəsənət, din və s. ilə əlaqədar bilik və
bacarıqların verilməsi daxildir.
Təlim prosesinin mahiyyəti, təlim metodlarının məzmunu ictimai şərait inkişaf
etdikcə dəyişdiyindən, Azərbaycan Respublikası azad, müstəqil inkişaf yoluna
keçdikdən sonra inkişafın xarakterinə uyğun olaraq təlim metodları da forma və
məzmunca yeniləşməyə başlamışdır. Cəmiyyət müstəqil düşünən, kamil,
rəqabətəqabil şəxsiyyət, yaradıcı insan yetişdirməyi problem kimi təhsil müəsisələri-
nin qarşısında qoymuşdur. Bu vəzifələri həyata keçirmək, reallaşdırmaq inkişaf etmiş
qabaqcıl ölkələrdə mövcud olan fəal təlim metodlarından, milli-mənəvi dəyərləri
nəzərə alaraq istifadəni zərurətə çevirmişdir.
Azərbaycan Respublikasında təhsil sahəsində İslahat Proqramı yeni təlim
metodlarından, təlim texnologiyalarından istifadənin elmi, pedaqoji - psixoloji
əsaslarının işlənilməsini əsas problem kimi qarşıya qoymuşdur. Təhsil sistemində
yeni təlim texnologiyalarının tətbiqi təlim prosesinin səmərəliliyini, keyfiyyətini
yüksəldən əsas amil olduğundan, belə nəticəyə gəlmək olar ki:
- tədris prosesi nəticəyönümlü proses olduğundan, məqsədi əvvəlcədən
müəyyənləşdirilmiş və şagirdə istiqamətlənmiş təlim həyata keçirilməlidir;
- tədris və təlim bir-biri ilə sıx bağlı olduğundan daim qarşılıqlı əlaqədə
götürülməlidir;