118
§ 31. FƏTƏLİ xANIN BEşİYİ
I hissə
Sizə hardan deyim? Quba mahalından*. Quba mahalında kimdən*?
Hüseynəli xandan*. Hüseynəli xan Azərbaycanın dörd bir
səmtinə – Badi-
Kubəyə, Dəmirqapı Dərbəndə, Şəkiyə, Qarabağa, Lənkərana, İrəvana,
Naxçıvana, Təbrizə, Marağaya, Ərdəbilə …
çapar göndərmişdi.
Qəsdi bu idi
ki, o mahalların adlı-sanlı* xanlarını* Novruzqabağı bir yerə
yığsın, incikliyi,
umu-küsüsü olanları* barışdırsın.
♥
Neçə gün idi
ki
, qonaqlığa hazırlıq* görülürdü. Mahalın ən
mahir
ovçuları səhərin gözü açılmamışdan bildirçin, qırqovul, turac, kəklik ovuna
çıxırdılar. Çobanlar* kəsiləcək erkəkləri seçirdilər, qızlar* iri-iri sinilərdə düyü
arıtlayırdılar. Eşikağasının
da ki
, bir ayağı elə
çarşıda qalmışdı. Baş aşpaz nə
deyirdisə, şabalıd olsun,
kişmiş olsun, albuxara olsun,
dərhal alıb gətirirdi.♥
Hüseynəli xan
həm də
düşünürdü
ki
, axırda hər qonağa adına layiq bir
bəxşiş
də
versin.
♥
Odur ki
, əvvəl istədi
ki
, eşikağasını tanıdığı zərgərlərin*,
xəttatların* yanına göndərsin, görsün nələri var?
Amma
sonradan fikrini
dəyişdi. Belə qərara gəldi
ki
, özü Badi-Kubəyə – “Böyük çarşı”ya getsin, seç-
sin,
ürəyinə yatan şeylər alsın.
Hüseynəli xan nökər-naibə göstəriş verdi
ki
, faytonu hazırlasınlar*. Sonra
arvadını – Usmi Əhmədxan qızını çağırıb dedi:
– Mən səfərə çıxıram.
♥
Bir həftəyə* kimi gələcəyəm. Mahalda gözün olsun.
Hüseynəli xan lap
obaşdan yola çıxdı. İki ötüb, üç deyən günü Badi-
Kubəyə
yetişdi. “Böyük çarşı” Qız qalasından* azca yuxarıda – karvansaranın
düz qabağında idi. Burada nələr satmırdılar? Üzük, sırğa, boyunbağı, nişan
xonçaları, Osmanlıdan* gətirilmiş qılınclar*, qaragül dəridən tikilmiş buxara
papaqlar*, Xorasan kürkü,
qısası, hildən, darçından*, zəfərandan*, iydə quru-
sundan*, püstədən, badamdan* tutmuş,
xalça-palazacan hər şey.
♥
Hüseynəli xan “Böyük çarşı”da xeyli gəzib-dolaşandan* sonra qını
və
qəbzəsi qızıl suyu ilə işlənmiş, qiymətli* daş-qaşlarla bəzədilmiş bir
neçə osmanlı* qılıncı aldı.
♥
Elə çıxıb getmək istəyirdi
ki
, xalça-xalı satılan
yerin qabağında yan-yana düzülmüş beşikləri görəndə
ayaq saxladı
, diqqətlə
baxmağa başladı.
Məşhur beşik ustası Hacıəli kişi Hüseynəli xanı görən kimi tanıdı.
Odur
ki
, yaxınlaşıb*: “Xan, beşik almaq istəyirsiniz?” – deyə xəbər aldı.
Hüseynəli xan dedi:
– Yox … Elə-belə baxıram … çox qəşəngdilər. Kim düzəldib bunları?
Hacıəli kişi
kamali-ədəblə əlini
köksünə qoyub: “
Bəndeyi-həqiriniz”,
– dedi.
Hüseynəli xan dedi: “Hacıəli kişi, Allah-Təala mənə bir övlad
bəxş etsə,
beşiyini sənə düzəltdirəcəyəm”.
Çap üçün deyil