140
xatırlamamaq mümkünsüzdür. Onu 1417-ci ildə qətlə
yetirdilər. Nəsimi özünü yeni Mənsur saydığından
bilərəkdən öz taleyində Həllacın əziyyətlərini və
ölümünü təcəssüm etdirmişdi”
13
. Təsadüfi deyil ki,
Nəsiminin dərisi soyulduqdan sonra onu qol və
qıçlarını kəsmişdilər.
Mən heç bir nəticəyə gəlməyəcəyəm. Janrı
“filoloji fantaziya” olan bir yazıya nəticə nə
lazım? Məgər 313 mürsəl (göndərilmiş elçi) və 6
üluləzm (başçılar, qabaqda gedənlər) peyğəmbərlərin
əksəri KƏPƏNƏK geyinib də çoban olmadımı? Dünyada
hər
şey
tale,
olacaq
və
ya
karma
ilə
müəyyənləşmirmi? Şayəd belə isə, onda “ah, nidəm,
nidəm, nidəm?”.
Məqalənin sözlüyü və izahları
1
Pust (f) – dəri.
2
Mənsur (ə) – qalib, üstün.
3
Kisvət (ə) – libas, geyim; Kəbənin qara örtüyü.
4
Camə (f) – paltar, geyim.
5
Anəstu-nar (ə) – “odu tapdım” Musa peyğəmbərə işarədir.
6
Bərgüzidə (f) – bəyənilmiş seçilmiş.
7
Bax: Шюкуров Ш.Ш. Искусство средневекового Ирана. - М.:
Наука, 1989. - 248 с.
8
Əndişə (f) – fikir .
9
Kəpənəkpuş (f) – kəpənək geyinmiş.
10
Əbcəd (ərəb əlifbasının sistemini müəyyən edən 8
kəlmənin birincisi; Xüsusi hesablama cədvəli. Bu haqda
bax: Елбрус Ахмед. Поeтика и Математика. – Б.: 1979.
11
Mən bu Həsimi şeirindən oxunan mənaları bir məqalə
halına salıb 2000-ci ildə “Azərbaycan” dərgisində dərc
elətdirdim. 2007-ci ildə isə filoloq Rəhim Əliyev mənə
özünün “Nəsimi və klassik dini üslubun təşəkkülü” adlı
araşdırmasını
bağışladı.
Rəhimin
“tədqiqatı”na
göz
gəzdirərkən gördüm ki, o, həmin bu məsələni tamam ayrı
cür yozur. Lakin, təəssüf ki, onun təfsiri heç bir
141
tənqidə tablamadı. Uzun danışmamaqdan ötrü mən Rəhimin
kitabından
bu
xüsusda
deyilənləri
sitatlaşdırmaq
istərdim: “Uçmaqda röyətə dəxi əhli-nəzər gərək” -
sətrindən görünür ki, Allahla hürufinin görüşü uçuş kimi
(ayrı tövr də olurmu yahu? Muhammədin meracı bir uçuş
deyilmi, əcəba? - kursiv A.T.) baş verirdi. Bir sıra
(yəni hansı? - kursiv A.T.) şeirlərdən aydın olur ki, bu
uçuşdan qabaq hürufilər Fəzlullahın qarşısında xüsusi
dərvişi paltarda olur, başlarına mövləvi (bu haradan
çıxdı? - kursiv A.T.) papağı qoyur, ona müraciətlə şeir
oxuyur və ya nəsə (kim bilir nədir bu nəsə? - kursiv
A.T.) imanla bağlı söhbətlər aparırdılar. Bu zaman onlar
həm də Fəzlullahın sifəti ilə ilahi kontakta girməyə
çalışırdılar. Onların rəngi saralır, onları əsmə tutur,
özlərindən gedirdilər. Bir şeirində müvəhhidliyə doğru
“röyət uçuşunu” Nəsimi “Kəpənək” obrazı ilə ifadə
etmişdir (Bununla nə demək, hansı məxfi mənaları
şifrələmək istəmişdir Nəsimi? - kursiv A.T.)... Burada
“kəpənək” obrazı ilə hürufi birliyi üzvlərinin başlarına
qoyduqları xüsusi sarığa işarə edilir: güman ki, iki-üç
rəngli olduğundan onu kəpənəyə bənzətmişlər. Şair deyir
ki, kəpənəyə oxşar mərdlər (məna anlamsızdır. Mərdlər də
kəpənəyə oxşadılar? - kursiv A.T.) papağını başıma
qoyandan bu kəpənək-papaq onun Allahdan uzaqlıq dərdinə
dərman olub. Kəpənəyə oxşar baş sarğısı hətta ona “röyətə
uçuşundan”
əvvəlki
üşütmələrini
-
əsmələrini
də
rahatlaşdırıb. Mərifət əhlinə kəpənək ulduzsuz səma
boşluqlarını papaq edib və buna görə cahillərin papaq
geyməsi rəva deyil”. Bu da Rəhimin yazdıqları...
İndi bir neçə mətləbi Rəhim bəyə izah eləyək.
Birincisi ondan başlayaq ki, papağı əyinə çəkmək
(“çəkəli əynimə bu sikkeyi-mərdan kəpənək”) olmaz. Papağı
başa qoyarlar. Hərçənd “papağını geyin” ifadəsindən də
biz yararlanırıq. Yalnız kürkü, köynəyi, yapıncını,
şalvarı, şəltəni əyinə çəkmək mümkün.
İkincisi: papağa don (“yeri gey, xirqə ərənlər
donudur”) deməzlər. Məncə, Nəsimi paranoik olmayıb,
papağı paltar bilməyib. Məəttələm ki, bu cür adi
detallara Rəhim necə diqqət eləməyib.
Üçüncüsü: Nəsimi kəpənəyi xirqəyə tay tutur, onu
mərifət əhlinin xirqəsi bilir. Papağı da xirqə güman
edərlərmi, yahu?
142
Dördüncüsü: nə vaxtdan mərd papağı “ətləsi-xas”
sayılır?
Beşincisi: bu şeir, heç şübhəsiz ki, Nəiminin
müridlərinə göndərdiyi xəbərdarlıq məktubundan sonra
yazılıb, yoxsa bu münasibətlə söylənilmiş başqa bir
şeirində Nəsimi vurğulamazdı ki, “qeyri bir tayfadanam,
bu kəpənək fəxrimdir”.
Altıncısı: “sikkeyi-mərdan” farscadan tərcümədə kişi
xarakteri mənasına uyğun gəlir. Və bundan əlavə hürufilər
heç
vədə
mövləvilərin
“sikkə”
adlanan
papaqlarını
başlarına qoymazdılar. Əlbəttə ki, bir sadə səbəbə görə.
Çünki konusformalı uzunsov mövləvi papağı “Ya Həzrət
Mövlanə” ifadəsinin kalliqrafik obrazının təcəssümüdür.
Bu nə Nəimiyə xoş gedərdi, nə də Nəsimiyə. Bundan əlavə
mövləvilərin papağı ya qəhvəyi olurdu, ya da ağ.
Yeddincisi: mən öz məqaləmin janrını ona görə
“filoloji fantaziya” kimi müəyyənləşdirmişəm ki, mən
Nəsiminin tədqiqatçısı deyiləm. Amma buna baxmayaraq
yazdıqlarımın
hamısının
elmi
sübutları
mövcuddur.
“Fantaziya” isə Rəhimə məxsusdur. Nəsimi “ulduzsuz səma
boşluqlarını” özünə papaq bilsəydi, bu günki şairlərdən
fərqlənərdimi heç? Yəni Nəsimidə məsələ bu qədər
birmənalı, primitiv ola bilməz.
Səkkizincisi: Nəsiminin “Tapdım” rədifli şeirində
kəpənək birbaşa xirqə adlandırılır.
Doqquzuncusu: xirqənin rəngi isə, adətən, sufilərdə
tünd göy rəngində (qaraya yaxın) olurdu. Xirqə zərif
yapıncı deyilmi? Bu da bir daha onu göstərir ki, filoloq
Rəhim Əliyevin gümanı səhvdir.
Onuncusu: mövləvilərin papğı kəpənəyə oxşamır və
əlvan rənglərlə bəzədilmir. Ona görə də Rəhim şübhələnib
“papaq” sözünü “baş sarğısı” ifadəsilə əvəzləyir. Baş
sarğısı dedikdə isə həməncə əmmamə düşür adamın yadına:
həm yumru, gümbəz formalı olduğundan, həm də müsəlmanın
kəfəni kimi anlaşıldığından bunun kəpənəklə nə ilişgisi?
Əgər bu kəpənək papaqdırsa, onda Nəsiminin “İkilik
pərdəsindən keçib birlik bacasından baxan insan gizli
sirləri görə bilər. Gizli sirləri anlayan isə Allahdır”
fəlsəfi müddəasını nə ilə izah edəcək Rəhim: papağı və ya
baş sarğısını ikiyə böləcək? Axı baca qapadılmaz! İnsanın
başındakı papağı da baca ola bilməz və əgər olsa da ordan
papaq yiyəsi heç nə görməz. Aydın görünür ki, Rəhim
Dostları ilə paylaş: |