445
prinsiplərindən, onun təcəssümündən, faktura tərtibatından asılı
olmayaraq, bir o qədər fəal və tez mənimsəyir.
Orkestr ifaçılığı təcrübəsində tez-tez təsadüf olunan qeyri-ix-
tiyari mexaniki sürətlənmələri, səslənmənin güclənməsi və zəif-
ləməsi hallarında ləngimələri istisna edən dinamik və temp baş-
lanğıclarının ciddi surətdə uzlaşdırılması məsələsi məşqlər və
konsertlər prosesində Niyazini daim narahat edirdi.
Niyazi ritmik amil probleminə və əsərin əsas quruluş ünsürləri-
nin çatdırılması məsələsinə də bu cür diqqətlə yanaşırdı. Kəskin
ritm duyğusu dirijora səs məkanını vahid ritmik nəfəslə zənginləş-
dirmək və bu yolla əsərin eşidilə bilən konkret arxitektonik müva-
zinət hissini yaratmaq imkanı verirdi. Soltan Hacıbəyovun “Kar-
van” simfonik lövhəsinin, Qara Qarayevin “İldırımlı yollarla” bale-
tindən “Yürüş”epizodunun, xüsusilə Moris Ravelin “Bolero”sunun
Niyazi tərəfindən ifası bunu təsdiq edən xüsusi nümunələrdir. Ni-
yazinin ifaçılıq üslubu məhz onunla əlamətdardır ki, bu üslubda si-
tayiş müəllif fikri, şəxsi impulsiv və əsl yaradıcı təşəbbüs özünün
bütün komponentləri ilə üzvi surətdə birləşir.
Niyazinin incəliklə tərtib etdiyi çoxsaylı yozumlar dirijorun
musiqi əsərlərini bütün zənginliyi, dinamik çalarların və rənglə-
rin dəyişkənlikləri ilə yüksək sənətkarlıqla yenidən yaratmaq qa-
biliyyətindən xəbər verir. Niyazi partituranın not sətirlərində
qeyd olunmuş dinamik müəllif nüanslarının və özünün əlavə et-
diyi replikaların mənalarının “açılması” gedişində izahın ən
müxtəlif formalarına müraciət edirdi. Lakin bu zaman üstünlük
gah havanı özündə cəmləşdirən və onu yazan, bununla belə səs-
lənmənin relyefliliyinə nail olan, gah da işarələrə bənzər “xəsis”
jestlərin aşkar, əyani dilinə məxsus olurdu. Niyazi çox zaman di-
rijorluğun ifadəli “barmaq” texnikasından istifadə edir, gah hə-
dələyici, işarəedici, əmredici, gah da xırda, qısa, sanki şərti siq-
nalları xatırladan hərəkətlərə müraciət edirdi.
446
VI fəsil
Niyazi və Türkiyə musiqi mədəniyyəti
Niyazinin qastrol həyatı xarici ölkələrə səfərlərin çoxluğu ilə
əlamətdar olmuş və Amerika Birləşmiş Ştatlarından Monqolu-
stana, Hindistana, Çinə qədər olan geniş coğrafi məkanı əhatə
etmişdir. Bir qayda olaraq, Niyazi hər hansı bir ölkəyə daim
uğurla müşayiət olunan birinci səfərindən sonra həmin ölkəyə
təkrarən dəvət edilirdi. Lakin Türkiyə Cümhuriyyətinə konsert-
yaradıcılıq fəaliyyəti məqsədilə səfəri Niyazinin digər xarici öl-
kələrdə olan səfərlərindən daha uzunmüddətli olması ilə fərqlə-
nir. Bu ölkədəki konsert fəaliyyəti onun tərcümeyi-halında xüsu-
si yer tutur. Niyazi Türkiyə Cümhuriyyətinə (Respublikasına)
1963-cü, 1965-ci, 1966-1967-ci illərdə dəvət edilmiş, 1973-cü
ildə isə yeni dəvət əsasında Ankarada 1,5 il çalışmış, burada
Opera və Balet Teatrının baş dirijoru vəzifəsində işləmişdir. Əs-
lində Niyazinin Türkiyə bəstəkarları və ifaçıları ilə yaradıcılıq
əlaqələri onun Türkiyə Cümhuriyyətinə qastrol səfərindən xeyli
öncə – 1963-cü ildə Bakıda başlanmış və uzun illər ərzində bu
əlaqələr Azərbaycanda və Rusiya qastrol səfərlərində də davam
etmişdir. Bu yaradıcılıq əməkdaşlığı xüsusi, geniş elmi-tədqiqat
əsərinin mövzusudur. Niyazinin müasir Türkiyə musiqi sənətinə
təsirinin əhəmiyyətini nəzərə alaraq bu yazının xüsusi bölümü
həmin mövzuya həsr edilib.
“Niyazi və Türkiyə musiqi mədəniyyəti”
1
mövzusu Niyazi-
nin yaradıcılıq fəaliyyətinin bir neçə önəmli cəhətinin diqqətə
alınmasını tələb edir. Məsələn:
1. Niyazinin Türkiyədəki fəaliyyətinin düşdüyü tarixi-siyasi
dönəm və mədəni-ictimai şərait; 2. Repertuarın təşkili və əsərlə-
rin seçilməsində əsas meyarlar; 3. Türk bəstəkarlarının əsərləri-
nin təfsiri məsələsi, ilk səslənişi və Türkiyənin xaricində türk
1
Ağayeva S. Niyazi və Türkiyə musiqi mədəniyyəti // Musiqi Dünyası.
№ 2/51, Bakı, 2012, s. 28-32.
447
musiqisinin təbliği; 4. Türkiyədə Azərbaycan, Qərb və rus bəs-
təkarlarının əsərlərinin ifası; 5. Ankara və İstanbul teatr səhnə-
lərində balet və opera tamaşalarının təfsiri; 6. Niyazinin tamaşa-
larda bədii rəhbər kimi çalışmaları; 7. Xalq musiqisi haqqında
düşüncələri; 8. Niyazinin Türkiyənin ifaçılıq (vokal, instrumen-
tal, orkestr dirijorluğu) sənətinə təsiri; 9. Türkiyədə maarifçilik
fəaliyyəti; 10. Niyazinin bu və ya digər yaradıcılıq və insani xü-
susiyyətlərinin təhlili.
Göründüyü kimi, mövzu çox geniş olduğundan, təqdim edi-
lən yazıda Niyazi yaradıcılığının bu sahəsinin sadəcə bir neçə
məqamı işıqlandırılıb.
Niyazinin çağdaş türk musiqiçiləri ilə ilk yaradıcılıq təmas-
ları 1963-cü ildə Əhməd Adnan Sayqun (1907-1991) və Ülvi
Cemal Erkinin (1906-1972) Bakıda keçirilən konsertləri ilə baş-
ladı. Burada Ə.A.Sayqunun 3-cü simfoniyası və Fortepiano
üçün konserti, Ü.C.Erkinin 2-ci simfoniyası və Skripka ilə or-
kestr üçün yazdığı konsert Azərbaycan dinləyicilərinə təqdim
olundu.
Bu konsert Ə.A.Sayqun simfoniyasının ilk ifası olduğundan
həm bəstəkar, həm də bütövlükdə musiqi mədəniyyəti üçün əla-
mətdar bir hadisə idi. Niyazi Sayqunun bu yeni əsərini proqra-
ma salmadan öncə onun partiturasını Azərbaycan bəstəkarı Qa-
ra Qarayevlə (1918-1982) birgə diqqətlə nəzərdən keçirmiş və
türk musiqisinin müasir bəstəkarlıq texnikasına sahib olan ustad
bir sənətkarı ilə qarşılaşdığına əmin olmuşdu.
Türk bəstəkarlarının Bakıdakı konsertləri böyük müvəffə-
qiyyətlə keçdi. Bu nailiyyəti A.Sayqun və Ü.Erkin Niyazi ilə
paylaşdılar və ona öz minnətdarlıqlarını bildirdilər.
Adətən bir dirijorun səviyyəsinin yüksəkliyini göstərmək
üçün onun hər hansı bəstəkarın duygu və düşüncələrini dəqiq
şəkildə dinləyiciyə çatdırmasından bəhs edilir. Lakin Niyazi
qeyri-adi bir dirijor olduğu üçün o, çox vaxt ifa etdiyi əsərdə
bəstəkarın özünün də təxmin etmədiyi dərin məna və gözəlliklə-
ri hiss edib, aşkara çıxararaq dinləyiciyə təqdim edir, beləcə,
əsərin müəyyən dərəcədə həmmüəllifinə çevrilirdi. Niyazi ya-
radıcılığının bu özəlliyi türk bəstəkarlarının öz əsərlərinin yozu-
Dostları ilə paylaş: |