440
dir ki, klassika duet quruluşlarında, hind başlanğıcı isə solo vari-
asiyalarında üstünlük təşkil edir.
Təəssüf ki, baletin musiqisinin əsil simfonikliyi və polifonik-
liyi xoreoqrafiyada kifayət qədər parlaqlıqla açıqlanmamışdır.
Niyazi musiqisi heç də həmişə özünəmüvafiq xoreoqrafik ekvi-
valentə malik olmamışdır. Buna əmin olmaq üçün “Çitra” baleti-
nin Samara şəhərinin opera və balet teatrının səhnəsində tamaşa-
sının quruluşçu-baletmeysterinin işini xatırlamaq kifayətdir.
Bu baxımdan “Çitra” baletinin SSRİ Xalq rəssamı M.Abdul-
layev tərəfindən verilmiş tərtibatı əhəmiyyətli dərəcədə fərqlə-
nir. Yüngül konstruksiyalarda və rəngarəng, gözəl təcəssümdə
hərəkətli, sürətlə dəyişən dekorasiyalar, habelə geyimlərin incə,
gözəl rəngləri – bütün bunlar baletin ruhuna son dərəcə uyğun
gəlirdi.
1974-cü ildə Niyaziyə “Çitra” baletinin musiqisinə görə Cə-
vahirləl Nehru adına beynəlxalq mükafat verildi. Hindistanın
musiqi ictimaiyyəti arasında “Çitra” baleti “hind və sovet xalq-
larının dostluğunun poetik rəmzi” adlandırılırdı.
“Çitra” baleti bənzərsiz Niyazi istedadının daha bir təzahürüdür.
441
IV fəsil
Fortepiano üçün pyeslər
“...Niyazi Tağızadə-Hacıbəyovun bəstəkarlıq irsində ən az
tanınmış əsərləri piano üçün pyeslərdir. Musiqi ədəbiyyatında
onun piano əsərləri haqqında məlumat yalnız L.V.Karaqiçevanın
“Niyazi” kitabında (1959) verilmişdir. Bu məlumata əsasən Ni-
yazinin ilk əsərlərindən olan “Od içində” piano poeması və talış
mövzusunda silsilə piano pyesləri 1930-cu illərin əvvəllərində
yazılmışdır. Təəssüf ki, onlar bizə gəlib çatmamışdır. Lakin Ma-
estronun arxivi üzərində iş aparılarkən əvvəllər adı heç bir yerdə
çəkilməyən piano üçün digər əsərlərin əlyazmaları aşkar edil-
mişdir. İlk dəfə olaraq adsız pyesin əlyazması ilə pianoçu Rəna
Rzayeva rastlaşmış, Niyazinin həyat yoldaşı Həcər Tağızadənin
icazəsi ilə köçürmüş və öz repertuarına daxil etmişdir.
Həcər xanımın vəfatından sonra Niyazinin mənzilində xatirə
muzeyi təşkil olundu. Muzeyin əməkdaşları not əlyazmalarını araş-
dırarkən Niyazinin 1929-1950-ci illərdə yazdığı bir sıra piano
əsərlərinin müəllif əlyazmalarını, o cümlədən R.Rzayevanın əv-
vəllər köçürdüyü “Miracle” (ingiliscə) – “Möcüzə” pyesini də aş-
kar etmişlər. XX əsrin birinci yarısında gənc bəstəkarın əsərləri ilə
tanışlıq faktı özü bir möcüzədir. Bu, Niyazinin çoxşaxəli is-
tedadının yeni cəhətlərini açıb göstərir.
Piano üçün pyeslər ilk dəfə olaraq Azərbaycan Musiqi Mə-
dəniyyəti Dövlət Muzeyində və həmin muzeyin filiallarından bi-
ri olan Niyazinin ev muzeyində onun 90 illiyinə həsr olunmuş
elmi konfransda ifa olunmuşdur.”
1
“1. Etüd (“Zarafat”).
1929-cu il. Əsər Moskva şəhərində,
Qnesinlər adına Musiqi pedaqoji texnikumunda təhsil illərində
bəstələnmişdir. 2. Skertso. 1929-cu il. Əsər Leninqrad (Sankt-
1
Bayramova A. Ön söz // Niyazi Pyeslər – piano üçün / Tərtibçi-redaktor
A.Bayramova, – Bakı, Azərbaycan Musiqi Mədəniyyəti Muzeyi, 2005.
442
Peterburq) şəhərində Mərkəzi Leninqrad Musiqi texnikumunda
təhsil illərində bəstələnmişdir. 3. Prelüd. 1930-cu il. 4. Rəqs.
Həcər Kafiye həsr olunur. 1934-cü il. 5. “Almaz” kinofilminə
yazılmış musiqidən fraqmentlər.
1935-ci il. “Azərfilm” kino-
studiyasının istehsalı. Səsli bədii film. Ssenari müəllifi Əməkdar
incəsənət xadimi C.Cabbarlı; rejissorlar: A.Quliyev, Q.M.Bra-
qinski; bəstəkarlar: Niyazi, Z.Hacıbəyov; 3 fraqment: I. Andan-
tino;
II. Moderato; III. Allegretto. 6. “Miracle” (“Möcüzə”).
1950-ci il. 7. “Çitra” baletindən Çitra və Arcunanın Adajio-
su
. 1961-ci il. Fortepiano üçün müəllif işləməsi. 8. Rəng (“Şur”
muğamında).
”
1
1
Niyazi Pyeslər – piano üçün / Tərtibçi-redaktor A.Bayramova, Bakı,
Azərbaycan Musiqi Mədəniyyəti Muzeyi, 2005, s. 48.
443
Rəqs. Həcər Kafiye hədiyyə. Niyazinin əlyazması
(Azərbaycan musiqi mədəniyyəti muzeyinin arxivi) və çap
variantı (Piano üçün pyeslər. B., 2005).
444
V fəsil
Niyazinin ifaçılıq üslubunun başlıca xüsusiyyətləri
Niyazinin ifaçılıq üslubunun başlıca xüsusiyyətləri Azərbay-
can bəstəkarlarının əsərlərinin, o cümlədən Qara Qarayevin
Azərbaycan simfonizminin ən yaxşı örnəklərindən olan “Leyli
və Məcnun” simfonik poemasının partiturasının “yenidən ya-
radılması” prosesində xüsusilə aydın surətdə nəzərə çarpır.
Qara Qarayevin “Leyli və Məcnun” simfonik poemasının
partiturasının Niyazi tərəfindən oxunuşu əsərin ideya-obraz
məzmununun və daxili emosional-psixoloji mənasının dərindən
anlaşılması ilə seçilir.
Melodik idrakın üstünlüyü, harmonik mühiti və fakturanı
melodizmlə zənginləşdirmək qabiliyyəti, əsəri müxtəlif sürətlər-
lə, nüanslarla və vurğularla, ayrı-ayrı instrumental səslərin və
bütövlükdə bütün orkestrin səslənməsinin “rəngarəng” keyfiyyə-
ti ilə ifa etməsi Niyazi yozumunun müəllif fikrinə maksimal də-
rəcədə yaxınlaşmasını təmin edir. Eyni zamanda dirijorun özü-
nün fərdi ifaçılıq xüsusiyyətlərini ifadə etmək imkanı yaradır.
Niyazinin nəzərdən keçirdiyi və ifa üçün hazırladığı partitu-
raların səhifələrində etdiyi ifaçılıq qeydləri-remarkaları ciddi şə-
kildə düşünülmüş olması və lakonikliyi ilə fərqlənir. Bu qeydlər
üç qrupa bölünür:
1)
əsərin formasının müəyyən edilməsinə və planlaşdırılma-
sına dair edilmiş qeydlər – burada, əsərin “anatomik” quruluşu-
na aid olan bölümlər qeyd olunmuşdur;
2)
əsərin dinamikasına və ifadəliliyinə aid edilən qeydlər;
3)
başlanğıc, qoşulma üçün işarələrlə və yaxud musiqi alət-
ləri ilə bağlı olan hər hansı bir üsulun xüsusi ayrılması üçün edi-
lən texniki remarkalar. Və bu məqamda səciyyəvi hal diqqəti
cəlb edir: əsər daxili məzmun baxımından nə qədər əhəmiyyətli-
dirsə və Niyazinin yaradıcı psixikasına nə qədər yaxındırsa, o,
həmin əsəri onun ideyasının mürəkkəblik dərəcəsindən, quruluş
Dostları ilə paylaş: |