OĞUZ YURDU
İ C T İ M A İ - S İ YA S İ Q Ə Z E T
• № 23-24 (4554) • 22 iyul 2017-ci il • Şənbə • Qəzet 1934-cü ildən çıxır • Qiyməti 40 qəpik
OĞUZ
Azərbaycan mətbuatının banisi H.B.Zərdabinin
Bakıda ana dilində nəşr etdirdiyi “Əkinçi” qəzeti-
ninin ilk nömrəsi 1875-ci il iyulun 22-də çapdan
çıxmışdır. Həmin gün hər il olduğu kimi bu il də ölkə-
mizdə yüksək bayram əhval-ruhiyyəsi ilə Milli Mət-
buat Günü kimi qeyd edilir. Bayram ərəfəsində 250
jurnalistə ev verilmiş, Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən
KİV əməkdaşlarına yeni evlərin tikilməsi üçün 5 mil-
yon manat, qəzetlərin maddi-texniki bazasının
möhkəmləndirilməsi üçün 1milyon manat vəsait ay-
rılmışdır.
“Oğuz yurdu” qəzetinin kollektivi və rayonumu-
zun ictimaiyyəti də Milli Mətbuat Gününü qeyd edir.
1991-ci ildən-qəzetlərin maliyyələşdirilməsi büd-
cədən çıxarıldıqdan sonra ilk dəfədir ki, 2017-ci ilin
yanvar ayından qəzetin səhifələrinin sayı 4-dən 8-ə
çatdırılmışdır. Qəzet Bakı şəhərində daha yaxşı tər-
tibatla çap olunmağa başlamışdır. İlin əvvəllə-
rindən başlayaraq qəzetin hər bir sayının elektron
variantı MKS-nin saytında yerləşdirilir, kitabxananın
“oghuz.cls.az” saytına daxil olaraq “kitablar”
bölməsində “Oğuz yurdu qəzeti” linkinə daxil ol-
maqla qəzetimizin nömrələri ilə tanış ola bilərsiniz.
(22 İyul Milli Mətbuat Günü ilə bağlı material-
lar qəzetimizin 3-cü səhifəsində verilmişdir.)
22 İYUL MİLLİ
22 İYUL MİLLİ
MƏTBUAT GÜNÜDÜR
MƏTBUAT GÜNÜDÜR
Hesabat məruzəsində və çı-
xışlarda iyulun 12-də Azərbay-
can Respublikasının Prezidenti
İlham Əliyevin sədrliyi ilə keçi-
rilmiş Nazirlər Kabinetinin 2017-
ci ilin birinci yarısının sosial- iq-
tisadi inkişafının yekunlarına və
qarşıda duran vəzifələrə həsr
olunmuş iclasında verilmiş tapşı-
rıqlardan, onların yerinə yetiril-
məsi üçün rayonda həyata ke-
çiriləcək tədbirlərdən, ölkəmizin
müxtəlif sahələrdə əldə etdiyi na-
iliyyətlərdən, rayonda ilin birinci
yarısında görülmüş işlərdən ət-
raflı söhbət açılmışdır.
Azərbaycan Respublikasının
sosial-iqtisadi inkişafı Dövlət Pro-
qramında (2014-2018-ci illər)
Oğuz rayonu üzrə nəzərdə tu-
tulmuş tədbirlərlə bağlı qarşıda
duran vəzifələrin yerinə yetiril-
məsi sahəsində 2017-ci ilin birin-
ci yarısında görülmüş işlərdən
konkret bəhs olunmuşdur.
Qeyd edilmişdir ki, rayonun
elektrik enerjisi ilə təminatının
yaxşılaşdırılması sahəsində mü-
vafiq işlər aparılır. Oğuz şəhəri,
Bayan, Qumlaq, Şirvanlı, Tayıflı,
Hallavar kəndlərində 1923 ədəd
10 kv-luq və 3737 ədəd 0,4 kv-
luq şəbəkələrin yenidən qurul-
ması işləri başa çatdırılıb. 91 km
Sip kabel xətti çəkilib. Oğuz şə-
həri, Xalxal, Xalxalqışlaq, Ər-
mənət, Filfilli, Xaçmaz, Bucaq,
Calut, Muxas, Baş Daşağıl kənd-
lərində 10 və 0,4 kv-luq xətlərin
yenidən qurulması işləri davam
etdirilir. 5 ədəd yeni, müasir tipli
transformator məntəqəsi qurul-
muşdur.
Rayonun qaz təchizatının
yaxşılaşdırılması sahəsində mü-
vafiq işlər aparılır. Rayonda əha-
linin təbii qaza olan tələbatını
tənzimləmək üçün Qarabulaq,
Yaqublu və Tərkeş kəndlərinin
həb birinə bir ədəd SQTM-300
kub m/saat tipli yeni qaz tənzim-
ləyicisi quraşdırılmışdır.
2017-ci ilin birinci yarısında
Oğuz şəhərində abadlıq və təmir
işləri ilə əlaqədar şəhərin 13 kü-
çə və dalanlarında qum-çınqıl
qatının hazırlanması və 5 küçə-
də asfalt-beton örtüyün salınma-
sı ışi aparılmışdır və işlər da-
vam etdirilir.
Оğuz şəhərində çoxmənzilli
ictimai yaşayış binalrının təmiri
məqsədilə vəsait ayrılmış və 48
nəfər işlə təmin edilmişdir. Ha-
zırda Oğuz şəhərində 6 ictimai
yaşayış binasında fasadın, pil-
ləkən qəfəsinin və dam örtüyü-
nün təmiri işləri başa çatdırılmış,
digər ictimai yaşayış binalarında
isə təmir işləri davam etdirilir.
İlin birinci yarısında rayonda
açılmış 218 yeni iş yerinin hamı-
sı daimi olmuşdur. Bu iş yerlə-
rinin 5-i mövcud müəssisə və
təşkilatlarda, 2-si fəaliyyətini
bərpa etmiş müəssisə və təşki-
latlarda, 211-i fiziki şəxslərin fəa-
liyyəti nəticəsində yaradılmışdır.
Hesabat dövründə bütün ma-
liyyə mənbələri hesabına 1635,8
min manatlıq əsas fondlar isti-
fadəyə verilmişdir.
Rayonun taxılçıları tərəfindən
2017-ci ilin məhsulu üçün 17157
hektar dən və yaşıl yem üçün
payızlıq taxıl səpilmişdir. Biçinə
vaxtında başlayan taxılçılar onu
tez və itkisiz toplamaq üçün
bütün qüvvələrini səfərbərliyə
almışlar. İyulun 17-nə kimi pa-
yızlıq taxıl sahələrinin 15795
hektarında
biçin
keçirilmiş,
37922 ton məhsul əldə edil-
mişdir. Sahələrin məhsuldarlığı
hər hektardan 24 sentner olmuş-
dur.
Bu il barama istehsalına 38
nəfər kümçü cəlb edilmiş və
həmin kümçülər tərəfindən 2524
kq barama istehsal olunmuşdur.
Bu il rayonumuzda 200 hek-
tar sahədə tütün əkilmişdir. Ha-
zırda tütün sahələrində qızğın iş
gedir, becərmə, qırım-düzüm və
qurutma işləri aparılır.
2017-ci ilin altı ayı ərzində
yerli gəlirlərə dair müəyyən olun-
muş 1273646 manat proqnoza
qarşı büdcəyə 1304872 manat
vergi, rüsum və sair gəlir daxil ol-
muşdur ki, bu da proqnozun
102,5% icra olunması deməkdir.
2017-ci ilin birinci yarımilində
Dövlət Sosial Müdafiə Fondu
Oğuz rayon şöbəsi tərəfindən
6114 nəfər pensiyaçıya xidmət
olunmuşdur. Onlara təyin olun-
muş aylıq pensiyaların orta
məbləği 177,2 manat təşkil et-
mişdir. Fondun Oğuz rayon şö-
bəsi üzrə məcburi dövlət sosial
sığorta haqları üzrə proqnoz
4529,4 min manat müəyyənləş-
dirilmişdir ki, bunun da 4257,1
min manatı büdcə təşkilatlarının,
272,3 min manatı isə qeyri-büd-
cə təşkilatlarının payına düşür.
4869,9 min manat vəsait topla-
naraq proqnoz tapşırığa şöbə
üzrə 108 faiz əməl olunmuşdur
2017-ci ilin birinci yarısında is-
tifadə olunan elektrik enerjisi üz-
rə ödəniş 94,6%, satılan təbii qaz
üzrə ödəniş 103 %, verilən içməli
su haqlarının toplanması sahə-
sində ödəniş 92,1 % yerinə yeti-
rilib.
6 ay ərzində rayonun yolla-
rında 336,5 min manatlıq təmir
işləri, 205 min manatlıq cari tə-
mir və cəmi 541,5 min manatlıq
iş həcmi yerinə yetirilmişdir.
Son illər Oğuz rayonunda təh-
silin maddi-texniki bazasının in-
kişafı sahəsində aparılan geniş
miqyaslı tədbirlər 2017-ci ilin bi-
rinci yarımilində də uğurla da-
vam etdirilmişdir. Hazırda Oğuz
şəhərində iki körpələr evi-uşaq
bağçasının tikintisi, Padar kənd
tam orta məktəbində əsaslı təmir
və bərpa-gücləndirmə işləri da-
vam etdirilir. Yaxın zamanlarda
Qarabaldır, Yemişənli və Xalxal-
qışlaq kəndlərində modul tipli
məktəb binalarının inşası nəzər-
də tutulmuşdur.
May ayında Qax şəhərində
keçirilən diaqnostik qiymətlən-
dirmədə rayonun ümumtəhsil
məktəblərində çalışan 840 nəfər
müəllim iştirak etmişdir. Diaq-
nostik qiymətləndirmənin nəticə-
lərinə əsasən Oğuz rayonu bölgə
üzrə I, respublika üzrə IV yerdə
qərarlaşmışdır.
Bu il ali məktəblərə qəbul
imtahanlarının I mərhələsində
isə cari ildə tam orta təhsil sə-
viyyəsini başa vuran məzunlar-
dan 53 nəfəri 500-dən yuxarı, o
cümlədən, 14 nəfəri 600-dən yu-
xarı nəticə göstərmişlər. II mər-
hələdə bu nəticələrin daha da
yaxşılaşacağı gözlənilir.
Fevral ayının 15-dən başla-
yaraq rayonda 17 yaşdan yuxarı
əhalinin müayinəsi həyata keçi-
rilmişdir. Ümumilikdə 30566 nə-
fər müayinədən keçmişdir ki, bu
da nəzərdə tutulmuş müraciət-
lərin 97,1 %-ni təşkil etmişdir.
Müayinələr zamanı 1084 nəfərdə
xəstəlik aşkarlanaraq ambulator
müalicəyə, 293 nəfər stasionar
müalicəyə cəlb olunmuşdur. 63
nəfər müayinə və müalicə məq-
sədi ilə Bakı şəhərinə göndəril-
mişdir.
2017-ci ilin birinci yarısında
rayona 5800 turist istirahətə gəl-
mişdir. Onlardan 320 nəfər dün-
yanın müxtəlif ölkələrindən olan
şəxslərdir.
2017-ci ilin birinci yarısında
rayonun yeniyetmələri və gənc-
ləri zona və respublika miqyaslı
yarış və tədbirlərdə bir sıra uğur-
lara imza atmışlar.
2017-ci ilin birinci yarısında
yerli məsələlərin həllində bələ-
diyyələr tərəfindən bir sıra təd-
birlər həyata keçirilmiş, “Bir bələ-
diyyə azı bir layihə” təşəbbüsü
çərçivəsində bir sıra işlər görül-
müşdür.
İclasda son illərdə Oğuz Me-
şə Mühafizəsi və Bərpası Müəs-
sisəsi rəhbərlərinin tez-tez də-
yişdirilməsinə baxmayaraq ra-
yonda meşələrin qanunsuz ola-
raq qırılmasının davam etdiyi,
belə mənfi halların baş vermə-
sinin səbəbkarlarının ilk növbədə
meşələri qorumalı olan meşə iş-
çilərinin olduğu, nazirlik tərəfin-
dən aparılan və hələ də davam
edən yoxlamalarda çox ciddi
faktların aşkara çıxdığı bildiril-
mişdir.
Şura iclasında rayon həya-
tının digər sahələrindən, müxtəlif
istiqamətlərdə görülən işlərdən
də söhbət açılmış, ayrı-ayrı ida-
rə və müəssisələrin fəaliyyəti
təhlil edilmiş, mövcud nöqsan və
problemlərin aradan qaldırılması
yollarından danışılmışdır.
Oğuz Rayon İcra Hakimiy-
yətində vətəndaşlardan daxil
olan ərizə, təklif və şikayətlərə
“Vətəndaşların müraciətləri haq-
qında” Azərbaycan Respublikası
Qanununun tələblərinə və Prezi-
dent Administrasiyasından daxil
olan tövsiyələrə uyğun olaraq
baxıldığı qeyd edilmiş, bu sahə-
də 2017-ci ilin birinci yarısında
görülmüş işlər, həyata keçirilmiş
tədbirlər, səyyar qəbullar haqqın-
da ətraflı məlumat verilmişdir.
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev əmin
edilmişdir ki, qarşıya qoyulmuş
vəzifələrin yüksək səviyyədə ye-
rinə yetirilməsi üçün Oğuz rayo-
nunda 2017-ci ilin ikinci yarı-
sında da bütün qüvvələr səfərbər
ediləcəkdir.
ŞURA İCLASINDA 2017-Cİ İLİN BİRİNCİ YARISININ
YEKUNLARI MÜZAKİRƏ EDİLMİŞDİR
İyulun 18-də Oğuz Rayon İcra Hakimiyyəti başçısı yanında şuranın 2017-
ci ilin birinci yarısının yekunlarına həsr edilmiş geniş iclası keçirilmişdir.
Hesabat yığıncağını Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qur-
banov açmışdır.
Yığıncaqda “2017-ci ilin birinci yarısında Oğuz rayonunun sosial-iqtisadi
inkişafı və qarşıda duran vəzifələrə dair” rayon icra hakimiyyəti başçısının he-
sabatı dinlənilib müzakirə edilmişdir. Məsələ ilə əlaqədar rayon icra hakimiy-
yəti başçısının müavini Etibar Yusubov məruzə etmişdir.
Məruzə ətrafında müzakirələrdə rayon kənd təsərrüfatı idarəsinin rəisi Azad
Əliyev və suvarma sistemləri idarəsinin rəisi Nizami Əhmədov iştirak etmiş-
lər.
Müzakirə edilmiş məsələ ilə əlaqədar qərar qəbul olunmuşdur.
1969-cu il
iyulun 14-də
Heydər Əliyev
A z ə r b a y c a n
K o m m u n i s t
Partiyası Mər-
kəzi Komitəsi-
nin I katibi se-
çilib. Bu, Azər-
baycanın yeni
tarixində güc-
lü lider və rəh-
bər kimi yer
tutacaq, Azər-
baycanın inki-
şafı naminə
saysız xidmət-
lər göstərəcək
ş ə x s i y y ə t i n
hakimiyyətə və böyük siyasətə gəlişi idi.1969-cu ildə
keçirilən avqust plenumu isə Azərbaycanın həya-
tında mühüm və şərəfli bir mərhələnin başlanğıcı
olub.1969-1982-ci illər respublikamızda quruculuq
salnaməsinin parlaq dövrü kimi tarixə düşüb.
Heydər Əliyevin Azərbaycanın rəhbəri seçilmə-
sindən sonra respublikanın iqtisadi, ictimai-siyasi,
mədəni tarixində yeni bir dövr başlanmışdır. Dahi
şəxsiyyət neçə illərin sükunətini hərəkətə gətirmiş,
milləti, milli düşüncəni oyatmış, güclü iqtisadi poten-
sial yaratmışdır.
(Ulu öndər Heydər Əliyevin respublika
rəhbərliyinə gəlişinin 48 illiyi ilə bağlı mate-
riallar qəzetimizin 2-ci səhifəsində verilmiş-
dir.)
ULU ÖNDƏR HEYDƏR
ƏLİYEV 48 İL ƏVVƏL
İYULUN 14-DƏ RESPUB-
LİKA RƏHBƏRLİYİNƏ
GƏLMİŞDİR