“Mədəni-maarif”.-2009.-№5/6.-S.51-55
Luvr
Sabir ƏMİRXANOV,
pedaqoji elmlər namizədi
İlqar HÜSEYNOV,
kulturologiya elmləri doktoru
Luvr adı ilə dünyada məşhur olan əzəmətli və gözəl saray bir çох yüzilliklər dövrünün fəaliyyətdə
olan muzey kompleksidir. XII əsrin axırları, XIII əsrin əvvəllərində yadelli basqınlarından qorunmaq
məqsədilə Site adasının şimal-qərbində bir qala tikilmişdir. XV əsrdə həmin qala öz hərbi funksiyasını itirir
və bunun nəticəsində şəhər ətrafında müdafiə xarakterli qala divarları ucaldılır.
Get-gedə müvafiq yenidənqurmalar nəticəsində qala Kral iqamətgahına çevrilir. Orta əsrlərin tikinti
nümunəsi olan bu qala, təəssüf ki, bu günə qədər qalmamışdır.
Hələ XVI əsrdə I Fransiskin qərarı ilə yeni saray tikilərkən qalanın bir hissəsi dağıdılmışdır. Fransız
İntibahının xarakterik abidəsi olan bu qalanın bütün mərtəbələri memarlıq baxımından yüksək ustalıqla tikilmiş,
gözəl heykəl və barelyeflərlə bəzədilmişdir. Bir çox heykəltəraşlıq nümunələri memar Pyer Lesko ilə əməkdaşlıq
edən Jan Qujona məxsus olmuşdur. Lesko tərəfindən tikilmiş Luvr binası ilə birlikdə Lemersye Saatlar Pavilyonu
Parisdə XVI - XVII əsrlərin ən gözəl ansambllarından biri hesab edilir. 1667-ci ildə Klod Perronun layihəsi
əsasında sarayın şərq hissəsində klassik ruhda iş görülməyə başlandı. Nəhəng sütunlarla bəzədilən fasad hazırda da
çox möhtəşəm görünür. Binanın şərq hissəsindəki işlər tamamlandıqdan sonra isə Lesko, Lemersye və Perro
tərəfindən tikilən saray öz dördkünclüyünü itirdi.
XIX əsrdə I Napoleonun sərəncamı ilə şimal hissədə iki binanın tikintisinə başlanıldı. Ansambl İkinci
imperiyanın dövründə tamamlandı. Viskontinin layihəsi əsasında şimal hissə binaya əlavə olaraq ucaldıldı. Ona və
cənub hissəyə əlavə olaraq iki qalereya birləşdirildi. Hazırda qalereyanın yan tərəflərinin birindən muzeyə giriş
vardır.
Luvr sarayında Kariatid salonu və Apollon qalereyası daha maraqlıdır. Sarayın Lesko hissəsinə birləşən
Kariatid salonu (XVI əsr) Luvrun ən qədim salonu hesab edilir. Salon öz adını Jan Qujonun dörd Kariatin işindən
götürmüşdür. Onlara tamaşa edən zaman antik nümunələrin renessans Fransası üçün nə qədər böyük əhəmiyyətə
malik olduğunu dərk edirsən. Bizim eradan əvvəl V əsrin sonlarına aid yunan heykəltəraşlığı nümunələri olan
dahiyanə qadın fiqurları yüksək sənətkarlığın inkişafından xəbər verir, qadın cazibədarlığı və gözəlliyinin cizgiləri
ustalıqla tərənnüm edilir: mülayim sifət görünüşü, düzgün bədən mütənasibliyi və digər cizgilər bir daha bunu
təsdiq edir.
Apollon qalereyası XVII əsr saray həyatını əks etdirir. 1661-ci ildə baş vermiş yanğından sonra qalereya
Levo tərəfindən bərpa edilmiş, daxili hissənin qaydaya salınması isə saray rəssamı, dövrünün tanınmış ustası Şarl
Lebren tərəfindən həyata keçirilmişdir. Muzeyin tavan hissəsində ornamentli motivlər arasında dörd dekorativ
panno işlənilmişdir ki, bunlar antik Günəş Allahı Apollona həsr edilmişdir. Lebren üç tavanın bəzək və naxışını
işləmiş, dördüncü tavan isə XIX əsrin ortalarında Delakrua tərəfindən tamamlanmışdır.
Qalereyanın mərkəzi hissəsində şüşə vitrinlərdə, məxmər döşəkcələrin üzərində qiymətli daş-qaşla
bəzədilmiş taclar, üzüklər, qılınclar və digər əşyalar qoyulmuşdur. Bu hissə kralın məşhur və qiymətli kolleksiyaları
hesab edilir. Buraya Hindistandan gətirilmiş 137 karatlıq "regent"-almaz da daxildir. Apollon qalereyasında tətbiqi
incəsənət nümunələri zövq oxşayır, həmçinin antik heykəltəraşlıq nümunələri nümayiş etdirilən Kariatid zalı da
yüksək sənətkarlıqla tərtib edilmişdir.
Bədii muzeyin yaradılması və onun geniş xalq kütlələrinin üzünə açılması fikri Fransada XVIII əsrdə
yaranmışdır. Bu ideyanın reallığa çevrilməsində inqilabın böyük köməyi oldu. 1791 - ci il iyul ayının 26-da
çağırılmış fövqəladə yığıncaq, elm və incəsənət abidələrinin Luvrda cəmləşdirilməsi haqqında və 1792-ci il
sentyabr ayının 27-də Konvent əvvəlki kral iqamətgahında muzey yaradılması haqqında qərarlar qəbul etdi.
Nəhayət, 1793-cü il noyabr ayının 18-də muzey fəaliyyətə başlamışdır. Yeni yaradılan muzey müasir Luvr
səviyyəsində olmasa da, getdikcə zənginləşən kolleksiyalar ayrı-ayrı salonlarda yerləşdirilməyə başlanıldı və
hazırda bu, dünyanın məşhur muzeylərindən birinə çevrilmişdir.
Eksponatların əsasını əvvəlki kral toplantıları və tanınmış ailələrə mənsub kolleksiyalar, kilsələrdən
gətirilmiş müxtəlif nümunələr təşkil edir.
Taxt-tac sahiblərinin toplantılarından danışarkən ilk növbədə I Fransiskanın adı qeyd edilməlidir. Rəfaelin
dörd işi, Leonardo da Vinçinin üç (o cümlədən "Cokonda") məşhur əsəri və hazırda Luvru bəzəyən digər şedevrlər
onun vasitəsilə əldə edilmişdir. Qeyd etmək lazımdır ki, XIV Lüdovikin dövründə kolleksiyaçılıq çox intensiv
şəkildə inkişaf etmişdir (kardinal Mazarininin, bankir Yabaxın və İtaliyanın bir sıra digər tacirlərinin dəyərli
kolleksiyaları). XVIII əsrin əvvəllərində "Kral kabineti"ndə 200 əsər olduğu halda, tez bir zamanda bunların sayı
2500-ə çatdırıldı.
Napoleon yürüşləri zamanı Luvr toplantılarının sayı sürətlə artırdı. Artıq 1798-ci ildə Luvra gənc general
tərəfindən əldə edilmiş antik və İntibah dövrləri abidələri daxil olmağa başladı. Doğrudur, bu gedişat uzun sürmədi,
imperiya ləğv edildikdən sonra 1815-ci ildə kolleksiya nümunələri geri qaytarılmışdır.
Hazırda Luvr kolleksiyalarının sayı 250 mindən artıqdır. Cəsarətlə qeyd etmək olar ki, dünyanın ən məşhur
muzeyləri arasında ancaq Luvr, Qərbi Avropa və Şərq incəsənətinin inkişafı haqqında tam, dolğun, məlumatla
zəngin, yeganə muzeydir.
Luvrda əsasən altı şöbə fəaliyyət göstərir:
1. Rəngkarlıq;
2. Qədim Misir;
3. Qədim Şərq;
4. Yunanıstan və Roma;
5. Heykəltəraşlıq (orta əsrlərdən XIX əsrə qədər);
6. Tətbiqi incəsənət.
Bundan başqa muzeydə xususi rəsm kabineti fəaliyyət göstərir. Kolleksiyalar birinci, ikinci və üçüncü
mərtəbələrdə, heykəltəraşlıq əsərləri isə bi rinci, rəngkarlıq və tətbiqi incəsənət nümunələri ikinci və üçüncü
mərtəbələrdə yerləşir.
Bir çox dünya muzeylərində olduğu kimi, Luvr ekspozisiyalarında da xronoloji prinsip və milli sənətkarlıq
məktəbləri nümunələri nəzərə alınmışdır. Qeyd olunmalıdır ki, bu qaydaya hər yerdə riayət olunmamışdır. Demək
olar ki, bərabər ölçülü və eyni dövrü əhatə edən Enqr portretlərini müxtəlif zallarda ikinci və üçüncü mərtəbələrdə
görmək olar. Eləcə də Delakruanın əsərləri müxtəlif mərtəbələr-də və zallarda qoyulmuşdur. İş burasındadır ki,
ayrı-ayrı adamlar tərəfindən muzeyə hədiyyə verilmiş şəxsi kolleksiyalar Luvrda pərakəndə şəkildə yox, tam halda
yerləşdirilmişdir, əsərlər ayn-ayrılıqda müxtəlif salonlara verilməmişdir. Baysteqyu, Tom-Teri, Moro-Nelaton,
Sosar və XIX əsrə aid digər şəxslərin kolleksiyaları da bu qayda ilə yerləşdirilmişdir. Əlbəttə, burada mühüm cəhət
odur ki, kolleksiyalara toxunmamaq şərtilə muzey onu toplayan şəxslərin böyük hörmətini saxlayır.
Luvr muzeyində bəzi şöbələr hətta axşamlar da açıq olur. Tətbiqi incəsənət əsərləri elektrik işığında öz
təsirliliyini daha da artırır. Buradakı heykəllər bütünlüklə işıqlandırıldığına görə hər bir cizgi tamaşaçıda böyük
maraq doğurur və heykəl ilə hərtərəfli tanış olmaq məcburiyyəti yaranır. Beləliklə, müasir texniki avadanlığın
köməyi, tətbiqi sayəsində tamaşaçı ilə əsər arasında geniş əlaqə yaranır ki, bu da əsər haqqında hərtərəfli təəssüratın
əldə olunmasına xidmət edir.
"Antik incəsənət" şöbəsi əvvəllər "Antik mu zey" adlandırılmış və 1800-cü ildə açılmışdır. Hazırda bu
şöbədə 24 mindən artıq əsər nümayiş etdirilir. Kolleksiyalar birinci mərtəbənin salonlarında yerləşdirilmişdir.
Ekspozisiya xronoloji ardıcıllıq əsasındadır. Salonlar muzeydəki əsərlərin düzülüşünə görə adlandırılmışdır.
(Fidiya, Poliklet, Praksitel salonları və s.). Digərləri isə Roma imperatorlarının şərəfinə adlandırılmaqla, müxtəlif
tarixi dövrlər haqqında təsəvvür yaradır (Avqusta, Septimiya, Severa zalları və s.). Üçüncüləri - Luvrun tarixi ilə
əlaqələndirirlər (Kariatid, Sfınk və s. zalları). Dördüncülərin adları orada nümayiş etdirilən şedevrlərə görə
qoyulmuşdur (Parfenon salonu, Venera salonu və s.). Əgər manejə daxil olmamışdan girişdən sola tərəf çevrilsək,
uzun qalereyanın dərinliyini görürük, başlanğıcda isə b.e.əvvəl III - II əsrlərə aid Nika Samofrakiyskayanın
mərmərdən hazırlanmış heykəli ilə rastlaşırıq. Heykəltəraşlıq nümunəsinə yaxınlaşarkən qətiyyən tələsmək lazım
deyil, sagdan və soldan diqqəti ayırmamaq şərtilə heykələ fikir vermək lazımdır. Axşamlar isə bu heykəl çox güclü
işıq seli ilə hər tərəfdən işıqlandırılır. Əsər çox güclü təsir bağışlayır. İlk baxışdan adama elə gəlir ki, Nika gələcəyə
böyük inamı olan bir insanın gözəl simvolu kimi verilmişdir. Bu, ondan irəli gəlir ki, eksponat üçün muzeydə çox
münasib yer seçilmiş, onun cazibədarlığını daha da artıran şərait yaradılmışdır. Qanadlı Nika elə bil ki, gəminin
buran hissəsinə yenicə enmişdir və hər zaman uçmağa hazırdır. Heykəl çox böyük sənətkarlıqla hazırlanmışdır.
Nika heykəlinin çoxsaylı hissələri 1863-cü ildə fransız arxeoloqları tərəfindən Samofrakiya adasından tapılmışdır.
Bu qalıqları çox ehtiyatla toplamışlar, lakin baş hissəsi və əllərin tapılması bu günə qədər mümkün olmamışdır.
Lakin heykəl o qədər əzəmətli verilmişdir ki, bir anlığa baş hissəsi və qollarının olmamasını belə unudursan.
Nika Samofrakiyskaya-Luvr antik əsərlərinin ən nadir kolleksiyalarından biridir. Bu heykəl bir daha sübut
edir ki, qədim yunan ustalan insanın təsvirində ən yüksək zirvə fəth etmişlər. B.e.əvvəl V əsr yunan mədəniyyətinin
çiçəklənməsi dövrü olmuşdur. Yunan-fars müharibələrinin qalibiyyətlə başa çatmasından sonra Afinada ticarət,
sənaye, elm və incəsənətin sürətlə yüksəlişi başlandı. Bu cür yüksəliş özünü incəsənətdə də göstərməyə bilməzdi.
İnsan fəaliyyətinin müxtəlifliyi, bədii münasibliyi və dinamikası yunan heykəltəraşları tərəfindən çox yüksək zövqlə
tərənnüm edilmişdir.
Qədim Yunanıstanda ən məşhur əsərlərdən sayılan, Olimpiada yerləşən Zevsin məbədi öz dövrünə görə çox
möhtəşəm olmuşdur. Hazırda bu məbəd tamamilə dağılmış, onun heykəltəraşlıq nümunələrinin bir hissəsi şəhər
muzeyində saxlanılır. Məbədin iki hissəsinin nümunəsi Luvrda saxlanılır. Bunlar-Krit öküzü ilə ölüm-dirim
savaşında olan Heraklın təsviri, digəri isə Afina allahlarıdır.
Luvrda saxlanılan b.e. əvvəl II əsrə aid Afrodita Milosskaya heykəli də çox nadir sənət nümunəsi sayılır.
Doğrudur, məhəbbət ilahəsinin qolları olmasa da, bu çatışmazlıq nəzərə çarpmır və zədələnmələr də diqqətdən
kənar qalır. Çox yaraşıqlı, incə boğaz üzərindəki baş yüngülcə əyilmişdir, çiyinlərdən biri bir az yuxarı, o birisi isə
bir az aşağıdır. Zərif bədən dərisinin yumşaqlığı və incəliyi nəzərə çarpacaq dərəcədə qabarıq verilmişdir. Bütün
bunlarla yanaşı, incə lirizmlə zinətləndirilən çox cazibədar, gözəl qadın obrazından gözünü çəkə bilmirsən, əhsən
belə sənətkarlığa-deyirsən.
Məhəbbət ilahəsinin yanından keçərkən tamaşaçı yenidən b.e.əvvəl IV əsrə "düşür". Bu dövrdə Yunanıstan,
Makedoniya çarları tərəfindən istila edilmişdir. Makedoniyalı İsgəndərin sevimli rəssamı Lisipp əsərlərinin Roma
təkrar nüsxələri bizi yeni dövrə-ellinizmə (b.e. əvvəl 111-1 əsrlər) aparır ki, muzeydə bu dövrə aid birinci dərəcəli
əsərlər saxlanılır.
Luvrda qorunan Roma ekspozisiyası hissəsi çox maraqlıdır. Burada portretlər, heykəltəraşlıq nümunələri,
Romadakı müxtəlif dövrlərə aid bina bəzəkləri və s. aiddir. İmperiya dövrünün əsərlərindən natiq-Oktavianın,
Oktavian Avqustun heykəlləri, Avqustun arvadı-Liviyanın portreti və s. nümunələr b.e.əvvəl 11-1 əsrlərə aiddir.
Luvrda etrusk incəsənətinin çox nadir nümunələri saxlanılır. Bu nümunələr arasında etrusk incəsənətinin
çiçəklənməsi dövrünə təsadüf edən b.e.əvvəl VI əsrdə san gildən hazırlanmış monumental qəbirüstü abidə diqqəti
cəlb edir. Yataqda balınca dirsəklənmiş şəkildə kişi və qadın uzanmışdır. Qadın çox inamlı şəkildə kişiyə
söykənmişdir, kişi isə sol əlilə balın ca dirsəklənərək söykənmiş, sağ əlini isə qadının boynundan çiyninə salmışdır.
Görünür ki, bu adamlar həyatda biri-birinə çox yaxın olmuş ər və arvaddır. Fiqurların həyatiliyi sənətkar tərəfindən
tünd-qırmızı, ağ və qara rənglər vasitəsilə canlandırılmışdır.
Heykəltəraşlıqdan fərqli olaraq, antik dünya rəngkarlığı qeyri-qənaətbəxş şəkildə bizə gəlib çatmışdır.
Luvrda bir neçə birinci dərəcəli rəngkarlıq ustalarının əsərləri nümayiş etdirilir. "Feniks" salonunda bizim eranın V
əsrinə aid mozaika vardır ki, burada Feniksın əfsanəvi quşlarının ölümü və dirilmə təsvirləri verilmişdir. Quşlar
yaşıl-qəhvəyi dağlar üzərində, gül-çiçəklə əhatə olunmuş gözəl mənzərədə verilmişdir. Luvrda həm də bizim eranın
I - IV əsrlərinə aid Fayum portretləri də saxlanılır ki, bunlar ağac lövhələr üzərində həkk olunmuş və bu günə qədər
çox yaxşı qorunmuşdur.
Qiymətli daş-qaşlar salonunda gümüş və qızıl məmulatlar, sikkələr nümayiş etdirilir. Bunlar, Bos-koreal
(Pompey yaxınlığı) adlandırılmış, 1895-ci ildə tapılıb muzeyə verilmişdir.
Kampana qalereyasında müxtəlif gül qablan: vazlar, kiçik heykəllər saxlanılır. Belə qabların üzərindəki
yazılar o dövrün həyatı haqqında məlumat verməklə yanaşı qədim rəngkarlığın inkişafı barədə də geniş təsəvvür
yaradır.
Luvr gil kolleksiyalarının qəhrəmanı qadındır. Bu, yunan ilahəsi Demetranın baş (6,5 sm.) hissəsidir.
Onun başı yaylığa bükülmüş halda, üzü, gözləri və burnu görünür. Gözləri doluxsunmuş vəziyyətdədir,
kədərli olmasına baxmayaraq, onun gözəlliyi aydın sezilir. Demetra, yeraltı çarlıq allahı tərəfindən oğurlanmış qızı
üçün göz yaşı tökür. Qeyd etmək lazımdır ki, bu cür heykəllərin yaradılması Yunanıstanda b.e.əvvəl IV əsrdə daha
geniş şəkil almışdır. Bunun mərkəzi Tanaqra olmuşdur.
Qədim Şərq İncəsənəti. Luvrun Şərq incəsənətinə məxsus kolleksiyaları, dünyada ən zəngin və böyük
şöhrətə malik olmuşdur. XIX əsrin ortalarından etibarən çoxsaylı incəsənət abidələri muzeyə daxil olmağa
başlamışdır ki, bu abidələr qədim Xorsabad, Mesopotamiya, Yaxın Asiya və Şimali Afrikanın bir sıra rayonlarından
gətirilmişdir. Buna görə də "Misir muzeyi" (1847) tərkibində xüsusi bölmənin yaradılması məsələsi ortaya çıxdı və
1881-ci ildə "Şərq bölməsi" yaradıldı. Elə bu şöbədə maraq yaradan Luvra gətirilmiş Hind, Çin, Yapon incəsənəti
kolleksiyaları aid edilmişdi. "Şərq bölməsi"ndə İran incəsənəti nümunələri də geniş şəkildə nümayiş etdirilir. Suz
şəhəri abidələrinin nümunələri burada saxlanılır. 1884-cü ildə fransız arxeoloqları bu rayonda qazıntılar aparmış və
bu iş XX əsrdə də davam etdirilmişdir. Suz şəhəri b.e.əvvəl 539-330 - cu illərdə böyük Əhəmənilər dövlətinin
paytaxtı olmuşdur. Bu şəhərdə möhtəşəm memarlıq ansamblları tikilmiş və bu komplekslər zəngin heykəltəraşlıq
nümunələri, müxtəlif bəzəklərlə tərtib edilmişdir. Luvr kolleksiyaları qədim fars sarayları haqqında tamaşaçıda
müəyyən qədər təsəvvür yaradır. Beləliklə, zallardan birinin mərkəzində 6 metr hündürlüyü olan mərmər sütunlar
qoyulmuşdur. Lakin hündürlüyü 20 metrə çatan sütunlar daha valehedicidir. Belə sütunlar 36 ədəddir və təntənəli
mərasimlər salonunda qoyulmuşdur.
"Ölümsüzlər" fraqmenti (b.e. əvvəl VIII əsrə aid) və digər abidə nümunələri müxtəlif dövrlərdəki İran
incəsənəti haqqında müəyyən təsəvvür yaradır.
Suriya və Livan zallarında saxsı, xırda suvenir və bürünc silahların tarixi b.e. əvvəl Vlll-VII əsrlərə təsadüf
edir. XIX əsrin 40-cı illərində arxeoloqlar tərəfindən aşkar edilmiş Nineviya, Xorsabad və Nimrud saraylarının
qalıqları, bir sıra digər əsərlər maraq doğurur.
Qədim Misir İncəsənəti. Fransada qədim Misir incəsənətinə maraq XIX əsrin əvvəllərində yaranmağa
başlamışdır. İncəsənət abidələrinin sürətli şəkildə artımı, artıq 1826-cı ildə müstəqil Misir muzeyinin yaranması ilə
nəticələndi. Burada saxlanılan eksponatlar içərisində 1850-ci ildə fransız arxeoloqu Mariett tərəfindən tapılmış
kiçik ölçülü oturmuş yazar heykəli, b.e. əvvəlki dövrə aid ağacdan düzəldilmiş qız heykəli, Yeni çarlıq dövrünə aid
(b.e. əvvəl XVI-XII əsrlər) 30 sm. ölçülü ağac qaşıq, Liviya şahzadəsi Karomamın heykəli (b.e. əvvəl 860-cı il) və
bir sıra digər abidə nümunələri böyük maraq doğurur.
XII-XIX əsrlər Qərbi Avropa heykəltəraşlığı. Luvrun heykəltəraşlıq şöbəsi yalnız 1893-cü ildən müstəqil
şöbə kimi fəaliyyətə başlamış, ilk kolleksi yalar isə XIX yüzilliyin əvvəllərindən toplanılmağa başlamışdır. Xarici
sənətkarlıq məktəblərindən bu rada İtalyan kolleksiyaları fərqlənir. Heykəltəraşlıq rəngkarlıqdan ayrı şəkildə
nümayiş etdirildiyindən hər hansı bir dövr haqqında hərtərəfli təsəvvürün əldə edilməsində çətinlik yaransa da, bu
metod özünü doğrultmuşdur. Heykəltəraşlıq nümunələri qalereyanm birinci mərtəbəsində yerləşdirilmişdir.
Qeyd etmək lazımdır ki, orta əsrlərin istər Misir, istərsə də yunan bədii sənət plastikası o qədər də güclü
təsir qüvvəsinə malik deyildir. Maraqlı cəhət burasıdır ki, fransız orta əsr sənətkarlığının valehedici nümunələri ilə
Parisdə Sent-Şapeldə, Sen-Jermen de Preda və yaxud Notrdamda tanış olmaq olur ki, burada heykəltəraşlıq
memarlıq və rəngkarlıqla birgə vəhdət təşkil edərək güclü təsir yaradır.
Renessans dövrünə aid Luvrda zəngin, eyni zamanda müxtəlif dövrləri əhatə edən kolleksiyalar-büstlər,
qəbirüstü abidələr və heykəllər saxlanılır.
Mişel Kolumbun (1430/31 - 1512) Luvrda saxlanılan "Müqəddəs Georginin əjdaha ilə döyüşü", XVI əsr
heykəltəraşları Pyer Bontan (1507-1550), Lije-Rişe (1500-1567), Jan Nujon (1510 - 1566/68), Jerman Pilonun
(1535-1590) əsərləri də yüksək tamaşaçı şöhrəti qazanmışdır. Mikelancelo, Pyer Pyuje (1620-1694), Jan Antuan
Qudon (1741-1828) və digər ustaların bir sıra şedevrləri bu qəbildən olan sənətkarlıq nümunələridir.
"Tətbiqi incəsənət" şöbəsi 1893-cü ildə yaranmışdır. Burada qiymətli ləvazimatlar-gümüş, bürünc, fil
sümüyü, ağac, şüşədən və s. müxtəlif dövrlərdə hazırlanmış qiymətli əşyalar saxlanılır. Dyuran, Kampana,
Kamondo, Viskonti və digər şəxslərin kolleksiyaları da şöbə eksponatlarının zənginləşməsinə kömək etmişdir.
"Qərbi Avropa rəngkarlığı" şöbəsi də dünya şöhrətli sənətkarların nadir sənət inciləri ilə zəngindir.
Burada italyan, ispan, flamand, holland, fransız rəngkarlığı da yüksək şəkildə nümayiş etdirilir. Qeyd etmək
lazımdır ki, bu nümunələr içərisində fransız incəsənəti ekspozisiyası böyük bir dövrü-XVI-XIX əsrləri əhatə edir.
Muzeydə XIII-XVIII əsrlər italyan rəngkarlığı öz zənginliyinə görə fransız rəngkarlığından sonra birinci
yeri tutur. Milliyyətcə italyan olan Kardinal Mazarini, ingilis kralı I Karldan bir sıra İtaliya sənətkarlarının
əsərlərini əldə etmişdir. Sonralar bu əsərlər XIV Lüdovik tərəfindən alınmışdır ki, bunlar 89 ədəd Roma və
Florentin, 102 ədəd Venesiya və 178 ədəd isə lombardlıların bədii sənətkarlıq əsərlərindən ibarətdir.
XIV-XVI əsrlər İtaliya rəngkarları Paolo Uçello, Andrea Mantenye, Antonello da Messina, Covanni Bellini,
Sandro Botticelli, Leonardo da Vinçi, Rafael, Tisian, Mikelancelo, Corcone, Veroneze, Tinto retto, Korrecco kimi
məşhur sənətkarların şedevrləri şöbədə saxlanılır.
XVII-XVIII əsrlərin tanınmış incəsənət ustaları-Karavacco, Covanni Battisto Tepolo, Lonqi, Kanaletto,
Qvardi əsərlərinin nümunələri geniş tamaşaçı şöhrəti qazanmışdır.
XV-XVII əsrlər ispan rəngkarlığı italyan sənətkarlıq məktəbinə nisbətən Fransada az məşhurdur. İspan
ustaları El Qreko, Velaskes, Surbaran, Murilo, Qoya sənətkarlığı burada qorunur, nümayiş etdirilir.
XVII əsr Flamand və Holland incəsənəti ustaları Yan Van Eyk, Roqir Van der Veyden, Kventin Masseys,
Piter Paul Rubens, Van Deyk, Yakob İordans, Frans Sneyders, Yakob Reysdal, Yan Sten, Qabriel Metsyu, Frans
Xals, Vermeyer Delftskiy və digər sənətkarların əsərləri muzeyin bədii dəyərlərini qat-qat artırır.
XIV-XIX əsrlər Fransa incəsənəti nümayəndələri Jan Fuke (1420-1480), Jorj de Latur (1593-1652), Nikola
Pussen (1594-1665), Fransua Buşe (1703-1770), Jan-Simeon Şarden (1699-1779), Jak-Lui David (1748-1825),
Teodor Jeriko (1791-1824), Ejen Delakrua (1798-1863), Kamill Кого (1796-1875), Teodor Russo (1812-1867),
Jyül Dyupre (1811-1889) kimi sənətkarların əsərləri də rəğbət qazanmışdır.
Dostları ilə paylaş: |