Dərslik Azərbaycan Respublikası Təhsil



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə88/94
tarix14.09.2018
ölçüsü3,12 Mb.
#68173
növüDərs
1   ...   84   85   86   87   88   89   90   91   ...   94

 
 
354 
 
sədə məhsulun keyfiyyəti və əməyin xarakteristikası, rek-
lamasiyaların  texniki-iqtisadi  təhlili,  məhsulun  keyfiyyət 
dəyişilmələrinin və vəziyyətinin xarakteristikası üçün gös-
təricilərin daxil edilməsi məqsədəuyğundur. Bu informasi-
ya müəssisədə texniki nəzarət şöbəsi ilə birlikdə xidmətlər 
tərəfindən  toplanır,  ümumiləşdirilir,  sistemləşdirilir  və 
təhlil edilir.  Keyfiyyət üzrə  uçot-hesabat  sənədlərinin  bü-
tün formaları müəssisə, yaxud birliklərin hamısı üçün eyni 
olmalıdır. Keyfiyyətin texniki-iqtisadi təhlilinin nəticələri-
nə görə keyfiyyətin idarə edilməsi üzrə ixtisaslaşmış böl-
mə  məhsulun  keyfiyyətinin  yaxşılaşdırılması  məqsədilə 
tədbirlər hazırlamaq üçün müəssisədə keyfiyyət göstərici-
lərinin dəyişilmə  dinamikasını  müəyyən etməlidir.  Müəs-
sisədə  keyfiyyət  haqqında  informasiyanın  toplanması  və 
işlənməsi  sisteminin  avtomatlaşdırılması  aparılan  işlərin 
mühüm  istiqaməti  sayılır.  Sistemli  idarəetmənin  bir  ele-
menti  kimi  avtomatlaşdırılmış  informasiya  sisteminin  ya-
radılması  böyük  əhəmiyyət  kəsb  edir.  Belə  sistemin  əsası 
kimi  bölüşdürülmüş  qarşılıqlı  əlaqəli  kompüter  şəbəkəsi 
ola bilər. Müəssisələrin iş təcrübəsinə avtomatlaşdırmanın 
tətbiqi keyfiyyəlli və etibarlı informasiyanın dəqiq və ope-
rativ  uçotunun  nizamlanma-sına,  informasiyanın  işlənmə-
sinə  ağır  zəhmət  tələb  edən  işlərin  yüngülləşdirilməsinə, 
konkret növ məhsulların keyfiyyəti barədə ümumiləşdiril-
miş informasiyanın verilməsinə  kömək  edir.  O, həmçinin 
məmulatın həyat tsiklinin müxtəlif mərhələlərində keyfiy-
yət  xarakteristikalarının  dəyişilməsinə  nəzarətin  həyata 
keçirilməsinə imkan verir. 
Keyfiyyətin  idarə  edilməsinin  informasiya  təminatı 
keyfiyyət  sisteminin  yarımsistemidir.  Əhəmiyyət  dərəcə-


 
 
355 
 
sinə  görə  keyfiyyətin  idarə  edilməsində  üstünlük  təşkil 
edir.  Buna  görə  də  o,  bütün  idarəetmə  sisteminin  başlıca 
informasiya  təminedicisi  sayılmalıdır.  Bu  halda,  onu 
keyfiyyət  sisteminin  sənədlərinin  tərkibində  müvafiq 
normativ- texniki və normativ-metodik sənədlər komplek-
si  formasında  əks  etdirmək  lazımdır.  Keyfıyyət  haqqında 
informasiya  üsullarının  təcrübəvi  həyata  keçirilməsi, 
sistemləşdirilməsi, ümumiləşdirilməsi və işlənməsi müəs-
sisələrdə məhsulun keyfiyyəlinin texniki-iqtisadi təhlilinin 
aparılmasını  yaxşılaşdırır, keyfıyyət sisteminin həll etdiyi 
məsələlərin  tərkibini  genişləndirir,  müəssisələrin  və 
birliklərin  idarəetmə  sistemində  informasiya  təminatının 
səmərəliliyini  yüksəldir.  Keyfıyyətin  idarə  edilməsinin 
informasiya təminatının yaxşılaşdırılmasına dair tədbirləri 
«Məhsulun keyfıyyət göstəricilərinin mərkəzi elmi-texniki 
və iqtisadi kompleksinə» daxil etmək lazımdır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
356 
 
ƏLAVƏLƏR 
TEST NÜMUNƏLƏRİ 
1.Aristotelə görə keyfiyyət nə deməkdir? 
A)
 
mahiyyətin vəziyyətlərinin xarakteristikası 
B)
 
məişət ilə uyğun olan təyinat 
C)
 
‖tarazlıq‖ və ―pul‖ 
D)
 
 istehlakçıları real təmin edən xüsusiyyət 
E)
 
xas  olan  xarakteristikaların  tələbatlara  uyğunluğu 
dərəcəsi 
2.Yapon konsepsiyası neçə səviyyə nəzərdə tutur? 
А)1         B)2              С)3              E)4                  E)5 
3. “Məhsul” termini nə deməkdir? 
A)
 
ictimai  və  ya  şəxsi  tələbatların  təmin  edilməsi 
üçün nəzərdə tutulan prosesin nəticəsi 
B)
 
ictimai  tələbatın təmin edilməsi üçün nəzərdə tu-
tulan prosesin nəticəsi 
C)
 
şəxsi tələbatların təmin edilməsi üçün nəzərdə tu-
tulan prosesin nəticəsi 
D)
 
ictimai  istehsalın təmin edilməsi üçün nəzərdə tu-
tulan prosesin nəticəsi 
E)
 
şəxsi  istehsalın  təmin  edilməsi  üçün  nəzərdə  tu-
tulan prosesin nəticəsi 
4.  “Sınaq”  anlayışının  iqtisadi  mahiyyəti  nədən 
ibarətdir? 
A)
 
müəyyən  olunmuş  prosedura  görə  bir  və  ya  bir 
neçə xarakteristikaların təyini 
B)
 
müəyyən olunmuş prosedura görə bir  xarakteristi-
kanın  təyini 
C)
 
müəyyən olunmuş prosedura görə  bir neçə xarak-
teristikanın təyini 


 
 
357 
 
D)
 
 məhsulun miqdarının təyini 
E)
 
müəyyən  olunmuş  tələblərin  yerinə  yetirildiyinin 
təsdiqi 
5. Təsnifat prosesi nə deməkdir? 
A)
 
müəyyən olunmuş məqsədlərə nail olunması üçün 
nəzərdən  keçirilən  obyektin  yararlılığının,  uyğunluğunun, 
səmərəliliyinin təyin edilməsi üçün görülən fəaliyyət 
B)
 
müəyyən olunmuş tələblərin yerinə yetirilməsi qa-
biliyyətinin nümayişi prosesi 
C)
 
müəyyən olunmuş məqsədlərə nail olunması üçün 
nəzərdən keçirilən obyektin  səmərəliliyinin təyin edilməsi 
üçün görülən fəaliyyət 
D)
 
 müəyyən olunmuş məqsədlərə nail olunması üçün 
nəzərdən  keçirilən  obyektin  yararlılığının  təyin  edilməsi 
üçün görülən fəaliyyət 
E)
 
müəyyən olunmuş məqsədlərə nail olunması üçün 
nəzərdən keçirilən obyektin  uyğunluğunun  təyin edilməsi 
üçün görülən fəaliyyət 
6.“Ekspertiza”anlayışının  iqtisadi  mahiyyəti  nə-
dən ibarətdir? 
A)
 
müəyyən olunmuş tələblərin yerinə yetirilməsinin 
təsdiqi 
B)
 
nəzərdən keçirılmiş obyektin səmərəliliyinin təyin 
edilməsi üçün görülən fəaliyyət 
C)
 
nəticədə  məhsulun istehsal edildlyl fəaliyyət 
D)
 
ekspertlər tərəfindən müəyyən sualların tədqiqidir 
ki,  bunların  da  həlli  elm,  texnika,  menecment  sahəsində 
xüsusi bilikləri tələb edir 
E)
 
nəticədə  hazır məhsulun satıldığı fəaliyyət 


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə