20
Sənədləşdirilmiş keyfiyyət sistemlərinin inkişafı tari-
xində beş mərhələni ayırmaq olar ki, bu da keyfiyyəti
beşulduzlu nişan ilə təqdim olunur.
Birinci m ərhələ sistem i – Teylor sisteminin
(1905-ci il) yaranması zamanı idarə olunmaya sistemli ya-
naşmanın ilkin vəzifələrinə müvafiqdir. Təşkilati nöqteyi
nəzərdən o, mütəxəssislər və mühəndislər tərəfindən tex-
niki və istehsalat normalarının yaradılmasını nəzərdə tu-
turdu, fəhlələr isə yalnız onları yerinə yetirməyə borclu
idilər. Bu sistem məmulatların (detalların) keyfiyyətinə
buraxılış sahələri şəklində tələblər qoyurdu və buraxılışla-
rın yuxarı və aşağı hüdudlarına köklənmiş müəyyən qəlib-
lər – keçici və qeyri-keçici ölçülər daxil edirdi. Teylor sis-
teminin uğurlu işləməsini təmin etmək üçün keyfiyyət sa-
həsində ilk peşəkarlar – müfəttişlər (texniki nəzarətçilər)
cəlb olunmuşdur. Motivasiya sistemi qüsurlu və zay məh-
sullar üçün cərimələri, həmçinin işdən xaric olunmaları
nəzərdə tutmuşdur.
Təhsil sistemi peşəkar təhsildən, ölçmə və nəzarət
avadanlığı ilə işləməyi öyrətməkdən ibarət idi. Təchizat-
çılar və istehlakçılar arasındakı qarşılıqlı münasibətlər tex-
niki şərtlərdə (TŞ) qoyulmuş tələblərin əsasında qurulurdu
və bunların icrası qəbul nəzarətində (giriş və çıxış) yoxla-
nılırdı.
Teylor sisteminin yuxarıda göstərilən xüsusiyyətləri
onu hər bir ayrıca götürülmüş məmulatın (detalın) keyfiy-
yətinin sistemli idarə olunmasını təmin edir.
İkinci mərhələ - Teylor sistemi hər bir konkret
məmulatın, (detalın yığma vahidinin) keyfiyyətinin idarə
olunmasının əla mexanizmini vermişdi. Lakin məhsul is-
tehsal proseslərinin həyata keçirilməsinin nəticəsidir və
tezliklə aydın oldu ki, prosesləri idarə etmək lazımdır.
1924-cü ildə "Bell Telephone Labarotories" - də indi
21
(AT&T korporasiyası) R.Y.Consunun rəhbərliyi altında
keyfiyyətin statistik idarə edilməsinin əsaslarını qoymuş
qrup yaradılmışdı. Bunlar V.Şuart tərəfindən nəzarət xəri-
tələrinin işlənilməsini yerinə yetirmiş, H.Dodc və H.Ro-
minq tərəfindən keyfiyyətin idarə edilməsinin statistik
üsullarının əvvəlinə çevirilmiş keyfiyyətin seçkiləri nəza-
rətinin ilk anlayışları və cədvəlləri işlənilmişdir. Bu da
sonradan E.Deminqin sayəsində Yaponiyada çox geniş ya-
yılmışdı və burada iqtisadi inqilaba çox əhəmiyyətli təsir
göstərmişdi. Deminq tapşırıqların və işlərin yerinə yetiril-
mə nəticələrinin qiymətləndirilməsinin ləğvi ideyasını irəli
sürür, belə ki, onun fikrincə onlar qorxu mühiti yaradır,
uzunmüddətli tapşırıqlara fikir verməyərək işə qısamüdd-
ətli qoyuluş şəraiti yaradır və komandalarda işi dağıdırlar.
E.Deminqin nəzər nöqtəsinə söykənərək və onu inkişaf
etdirərək C.Curan əhəmiyyətli dərəcədə istehlakçıların tə-
ləblərinə istiqamətlənmiş "İstehlakçının tələblərinə müva-
fiq" ruhda keyfiyyət termini göstərdi və keyfiyyət nəzarə-
tinin statistik üsullarını, keyfiyyət problemlərinin həllinin
sistematik metodları ilə doldurdu.
Üçüncü mərhələ. 1950-ci illərdə keyfiyyətin
ümumi nəzarəti konsepsiyası – TQC (Total Quality Con-
trol) irəli sürülmüşdü. Onun müəllifi 1957-ci ildə "Keyfiy-
yətin kompleks idarə edilməsi" məqaləsi dərc olunmuş
Amerika alimi A.Feyqenbaumdur. TQC-nin əsas vəzifələ-
rinə konstruktor işlənilməsi mərhələsində məhsulda poten-
sial uyğunsuzluqların aradan qaldırılması, çıxarılan məh-
sulun, komplektlərin və materialların keyfiyyətlərin yoxla-
nılması, həmçinin istehsalatın idarə olunması, servis qullu-
ğu xidmətinin inkişaf və keyfiyyətə verilmiş tələblərin uy-
ğunluğuna riayət edilməsi üzərində nəzarət aiddir. Fey-
qenbaum uyğunzusluqların səbəblərinin öyrənilməsi mə-
sələlərinə diqqət yetirməyə çağırmış və ilk olaraq keyfiy-
22
yətə xərclərin hesabatı sisteminin əhəmiyyətini göstərmişdir.
Bu mərhələdə yalnız keyfiyyət xidməti mütəxəssislə-
rinin deyil, keyfiyyət sahəsində müəssisənin bütün rəhbər-
liyinin məsuliyyət və vəzifələrini, həmçinin də qarşılıqlı
fəaliyyətini müəyyən edən sənədləşdirilmiş keyfiyyət sis-
temləri meydana gəlmişdi. Motivasiya sistemləri insan
amili istiqamətinə doğru yönəlməyə başlamışdı. Maddi
stimullaşdırma azalırdı, mənəvi isə artırdı. Keyfiyyətli
əməyin əsas motivləri kollektivdə işləmək, vəzifələrin
həmkarlar və rəhbərlik tərəfindən tanınması, şirkətin işçi-
sinin gələcəyi haqqında qayğı göstərilməsi, onun sığorta-
lanması və ailəsinə köməklik edilməsidir.
Qeyd etmək lazımdır ki, keyfiyyətin sistemli, komp-
leks idarə edilməsinin inkişaf mərhələsi Sovet İttifaqından
da yan ötməmiş, çoxlu yerli sistemlər yaranmışdır. Məh-
sulun qüsursuz hazırlanmasının Saratov sistemini (BİP);
keyfiyyət, etibarlılıq, ilk məmulatlardan resurs - Qorskiy
sistemini (KANARSPİ) buna misal göstərmək olar.
BİP sistemi əsasında əməyə bilavasitə icraçının özü
tərəfindən nəzarət edilməsi nəzərdə tutulur.
Ən yaxşı sistemlərdən biri olan KANARSPİ (keyfiy-
yət, etibarlılıq, ilk məmulatlardan resurs) açıq-aşkar qa-
baqlayırdı. Sistemə, yüksək keyfiyyətli və etibarlı məhsul
buraxılışını təmin edən mühəndis-texniki və təşkilati təd-
birlər daxil idi. KANAR – SPİ-nin xarakterik xüsusiyyət-
ləri aşağıdakılar idi:
-
məhsulun keyfiyyətinin təminatı məsələrinin kom-
plektliliyi;
-
məhsulun keyfiyyətinin yüksəldilməsinə və müəssi-
sənin konstruktor, texnoloji və sınaq xidmətlərinin inkişa-
fına istiqamətlənmiş tədqiqatların hərtərəfəli inkişafını nə-
zərdə tutan sistemin axtarış xarakterliliyi;
-
buraxılan məmulatların keyfiyyəti haqqında obyek-
Dostları ilə paylaş: |