27
Beynəlxalq standart keyfiyyətin xarakterik xüsusiy-
yətlərinin formasını xarici görünüşü və tətbiq şərtlərinin
cəmi kimi müəyyən edir ki, bunlar da mallarda öz təyina-
tına uyğun gəlmələri üçün olmalıdırlar. Bütün bu element-
lər keyfiyyətdə - xammalın keyfiyyətini, konstruktiv ölçü-
lərini, və s. nəzərdə tutan məmulatın layihələndirilməsi və
texniki əlamətləri, konstruktor sənədləşdirilməsi və texniki
şərtlər mərhələsində təcəssüm olunan tələbləri ilə müəy-
yən edilir.
Xüsusiyyət – məhsul yaradılarkən, istismar və istifa-
də olunarkən aşkar oluna bilən obyektiv qabiliyyətdir.
Qüsur – məhsulun normativ-texniki sənədləşmə tərə-
findən qoyulmuş tələblərə qarşı uyğunsuzluqdur.
Çıxdaş (zay) – məhsulun qüsur vahididir, yəni heç
olmasa bir qüsura malik olan məhsuldur.
Məhsulun keyfiyyətinin kəmiyyət qiymətləndirilmə-
sinə yanaşmaları xüsusi elm-kvalimetriya təyin edir. Bu,
məhsulun və xidmətlərin keyfiyyətinin ölçülməsi və kə-
miyyət qiymətləndirilməsi üsulları haqqında bir elmdir.
Qüsurların xasiyyətindən asılı olaraq çıxdaş (zay)
düzəldilə bilən və düzəldilə bilməyən (qəti) ola bilər. Bi-
rinci halda qüsur aradan qaldırıldıqdan sonra məmulat tə-
yinatı üzrə istifadə oluna bilər. İkinci halda isə qüsurun
aradan qaldırılması ya texniki cəhətdən mümkün deyil, ya
da iqtisadi cəhətdən məqsədəuyğun deyil.
Məmulatın keyfiyyət səviyyəsi dedikdə, nəzərdən
keçirilən məmulatın xüsusiyyətlərinin baza, yəni rəqiblə-
rin məmulatları, perspektiv nümunələri, standartların, ön-
ləyici standartların və s. xüsusiyyətləri məcmusu ilə müqa-
28
yisəsinə əsaslanan keyfiyyətin nisbi qiymətləndirilməsi
başa düşülür.
Keyfiyyətə sərf olunan xərclər, adətən, aşağıdakı
kateqoriyalara bölünürlər (şəkil 2.1.):
-
qüsurların yaranmasının qarşısının alınmasına çəki-
lən xərclər ;
-
nəzarətə çəkilən xərclər, yəni keyfiyyətin çatdığı
həddin əldə olunmuş səviyyəsinin müəyyənləşməsinə və
təsdiqlənməsinə çəkilən xərclər;
-
qüsura çəkilən daxili xərclər-keyfiyyətin nəzərdə
tutulan səviyyəsinə çatdırılmadıqda, təşkilatın daxilindəki
xərclər, yəni məhsul satılanadək itkilərə çəkilən xərclər;
-
qüsura çəkilən xarici xərclər-keyfiyyətin nəzərdə
tutulan səviyyəsinə çatdırılmadıqda, təşkilatın xaricindəki
xərclər, yəni məhsul satıldıqdan sonra itkilərə çəkilən
xərclər.
Məhsulun keyfiyyət səviyyəsinin qiymətləndirilmə-
sinin hesabat göstəriciləri müəyyən məqsədlərlə təyin edi-
lir. Onlardan ən mühümü - məmulatların müxtəlif isteh-
lakçı xüsusiyyətlərinin və onların iqtisadi xarakteristikala-
rının tutuşdurulmasının, yəni məmulatların keyfiyyətinin
optimal səviyyəsinin müəyyən edilməsidir. İstehlakçılar
tərəfindən məhsulun keyfiyyətinə olan tələbin artması ilə,
buraxılan məhsulun qiyməti və onun maya dəyəri artımı
ayrılmaz surətdə bağlıdır.
29
Şəkil 2.1. Keyfiyyətə çəkilən xərclərin tərkibi
2.2. Keyfiyyət göstəriciləri istehlakçı dəyərlərinin əsas
qiymətləndirmə kateqoriyası kimi
Bu gün bazarda böyük həcmdə müxtəlif cür fərqli
qiymətlə eyni cür görünən, eyni zamanda alıcının fikrincə
bu qiymətlərə uyğun gəlməyən mallar çoxdur. Hər bir is-
tehlakçı özü üçün ən yüksək dəyərə malik məhsul seçir.
Onun fikrincə, bu mal keyfiyyətli və istismara davamlı ol-
malıdır. Bir sözlə, satılan mallar qoyulan qiymətə uyğun
gəlməlidir.
Beləliklə, məhsulun dəyərini hansı amillər müəyyən
edir ? Məhsulun istehlak dəyəri yalnız istismar keyfiyyət
göstəricilərindən deyil, onu birbaşa və ya digər yollar ilə
xarakterizə edən başqa istehlak dəyərlərinin bütöv bir
amillərindən asılıdır.
Keyfiyyətə çəkilən ümumi xərclər
Uyğunluğa çəkilən
xərclər
Hüquqi uyğunsuzluğa
çəkilən xərclər
Nəzarət
Xarici
itkilər
Xəbərdar
-edici
Daxili
itkilər
30
Bütün istehlak dəyərlərini bir-birindən fərqlənən bir
neçə amillərə ayırmaq olar: baza (təməl),daimi, müvəqqəti
dəyərlər, müşayətedici, qoşulmuş, universal və s.
Baza dəyərləri – bu, məhsulun layihələndirmə mər-
hələsində qoyulmuş və keyfiyyətin istismar göstəriciləri
ilə xarakterizə olunan istehlak dəyərləridir. Bura təyinat
(funksional), etibarlılıq (müntəzəmlik, uzunömürlülük, tə-
mirə yararlılıq, saxlanılmaqlıq), texniki estetika (kompozi-
siya bütövlüyü, əmtəə şəklinin mükəmməlliyi), ekoloji (fi-
ziki, kimyəvi, mikrobioloji), erqonomik (iş zonasında eq-
ronomik tələblərə uyğunluq), patent-hüquqi (patent təmiz-
liyi, patent müdafiəsi), təhlükəsizlik və daşınaqlılıq gös-
təriciləri aiddir.
Qeyd olunan göstəricilər məhsulun bütün həyat döv-
rü boyu onu xarakterizə edir. Onlar təkmilləşə, dəyişə bi-
lərlər, lakin onların başlanğıc nomenklaturaları dəyişmir.
Bu göstəricilər rəqiblərin məhsulu ilə müqayisəsi üçün
əsas olan baza istehlak keyfiyyətini müəyyən edir. Təməl
dəyərlərinə istehsalçı müəssisənin istehsal-texnoloji baza-
sını və onun ehtiyat potensiyalını xarakterizə edən məhsu-
lun maya dəyəri aiddir. Məhsulun hazırlanmasının maya
dəyəri faktiki olaraq keyfiyyətin verilmiş təməl göstərici-
ləri ilə məhsulun yaradılmasına və reallaşdırılmasına çəki-
lən xərclərdir, yəni məmulatın təməl keyfiyyəti ilə onun
hazırlanmasının maya dəyəri arasında yüksək korreksiya
mövcuddur.
Daimi, müvəqqəti, müşaiyətedici və qoşulma isteh-
lak dəyərləri baza dəyərlərini tamamlayırlar. Əlavə dəyər-
lər məhsulun layihələndirilməsi zamanı qoyulmuş təməl
keyfiyyətini dəyişmirlər, lakin istehlakçının gözündə onun
Dostları ilə paylaş: |