63
Ehtimal nəzəriyyəsinin qiymətlərə və ehtiyatlara tətbiq edildiyi müqavilələri özündə əks etdirən
sığorta portfelində Qrupun öz sığorta müqaviləsi üzrə məruz qaldıgı əsas risk - faktiki iddiaların və
mənfəət ödənişlərinin sığorta öhdəliklərindən artıq olmasıdır. Bu iddiaların və gəlirlərin nəzərdə
tutulandan daha artıq olması nəticəsində baş verə bilər. Sığortalanmış hadisələr təsadüfən baş verir
və iddialar və ödənişlərin faktiki sayı və məbləği hər il statistik metodlara görə müəyyən edilmiş
səviyyədən fərqlənir.
Qrup sığorta riskini anderraytinq (underrating) səlahiyyəti səviyyəsi, qiymət siyasəti, təsdiqlənmiş
təkrar sığortaçılar siyahısı və nəzarəti özündə əks etdirən daxili prosedurlar vasitəsilə idarə edir.
Sığorta üzrə zərər üçün ehtiyatın təxmin edilməsi.
Zərər üçün ehtiyatlar Qrupun əvvəlki dövrlərə aid məlumatlarına əsasən hesablanır. Ödənilməmiş
iddiaların (hesabat olunan və hesabat olunmayan) təxmini dəyərini hesablayarkən Qrup, zərər
nisbətinə əsaslanan təxminləri (zərər nisbəti, Sığorta iddialarının məcmu dəyəri və bu cür iddialarla
bağlı müəyyən maliyyə ilində qazanılmış Sığorta mükafatları arasında nisbət kimi müəyyən edilir) və
faktiki iddialar təcrübəsinə əsaslanan təxminlərdən istifadə edir. Həmin təxminlər müəyyən edildikdə
istifadə edilən formulalar vasitəsilə faktiki iddialar təcrübəsinə daha çox əhəmiyyət verilir.
Zərər nisbəti üzrə ilkin təxmin hesablama üsulunun vacib tərəfidir və sığorta haqqının səviyyəsindəki
dəyişikliklər, gözlənilən bazar təcrübəsi və iddialar üzrə əvvəlki dövrün inflyasiyası kimi faktorları
nəzərə alan keçmiş illərin təcrübəsinə əsaslanır. Cari il üçün istifadə edilən zərər nisbətləri üzrə ilkin
təxmin (təkrar sığortadan əvvəl), cari və əvvəlki ildə qazanılmış sığorta haqlarının risk növünə görə
təhlil edilir.
Gələcək iddialar üzrə ödənişlərin hesablanmasında qeyri-müəyyənlik mənbələri.
Sığorta müqavilələri üzrə iddialar onların yarandığı zaman ödənilir. Sığorta müqaviləsinin müddəti
ərzində baş vermiş bütün sığortalanmış hadisələrə görə Qrup məsuliyyət daşıyır. Nəticə etibarilə,
məsuliyyətlə bağlı iddialar müqavilənin müddətinin başa çatmasından etibarən 3 aydan çox olmayan
qısa müddət ərzində ödənilir. Sığorta müqavilələrindəki pul vəsaitləri axınının məbləğinə və vaxtına
təsir göstərən bəzi dəyişikliklər mövcuddur. Onlar əsasən müqaviləni imzalayan hüquqi və fiziki
şəxslərin həyata keçirdiyi fəaliyyətlərə xas olan risklərə və qəbul etdikləri risklərin idarəedilməsi
prosedurlarına aiddir. Şirkətin müqavilələri üzrə ödənişlər əsasən aşağıdakılar üzrə verilmiş pul
mükafatlarını əks etdirir:
Tibbi sığorta;
Avtomobillərə dəymiş fiziki zərər (avtomobillərin sığortalanması üçün); və
Üçüncü şəxslərə dəymiş maliyyə itkisi, bədən xəsarəti və fiziki xəsarət (nəqliyyat vasitəsi
sahibləri tərəfindən yaranmış).
Bu cür ödənişlər birdəfəlik aparılır və itirilmiş gəlirin və bədbəxt hadisə nəticəsində zərər çəkmiş
tərəfin çəkəcəyi reabilitasiya xərclərinin cari dəyəri kimi hesablanır.
Təkrarsığorta siyasəti
Qrupun avtomobil, əmlak, üçüncü şəxslər qarşısında məsuliyyət, işəgötürənin məsuliyyəti və yük
sığortası üzrə portfelinin bir hissəsi Qrupun üzləşdiyi potensial maksimum riskləri azaldan təkrar
sığorta müqavilələrinə əsasən yerli və xarici sığorta şirkətlərində təkrar sığortalanır.
Diversifikasiya.
Təcrübə göstərir ki, analoji sığorta müqavilələri üzrə portfel nə qədər böyük olarsa, gözlənilən
nəticənin nisbi dəyişkənliyi bir o qədər az olar.Bundan əlavə, daha çeşidli portfelin elementlərində
baş verən hər hansı dəyişikliyin portfelə təsiri daha az ehtimal olunur. Qrup qəbul edilmiş sığorta
risklərini diversifikasiya etmək və bu kateqoriyaların hər biri üzrə gözlənilən nəticələrdəki dəyişiklikləri
azaltmaq üçün kifayət qədər risklərə nail olmaq məqsədilə anderraytinq (underrating) strategiyasını
hazırlamışdır.
64
Bazar riski
Qrup bazardakı ümumi və spesifik dəyişikliklərə məruz qalan faiz, valyuta və pay alətləri üzrə açıq
mövqelər ilə əlaqədar bazar risklərinə məruz qalır. Qrup bazar riskini bu cür risklərə çox az məruz
qalmaq siyasəti vasitəsilə, eləcə də həmin risklərlə baglı Qrupun mövqelərini mütəmadi olaraq
qiymətləndirməklə tənzimləyir.
Qrup maliyyə alətləri ilə hər hansı dilinq əməliyyatları aparmır. Qrupun qiymətli kağızlar bazarında
məruz qaldığı risk onun konsolidə edilmiş likvidlik mövqeyinin daha səmərəli idarəedilməsi
məqsədilə, vaxtaşırı olaraq Azərbaycan Respublikası Mərkəzi Bankının notları, Azərbaycan
Respublikası Maliyyə Nazirliyinin istiqrazları və digər bankların emissiya etdiyi qiymətli kağızlara
investisiya qoyuluşundan yaranır. Qrup valyuta svop müqavilələri ilə əməliyyatlar istisna olmaqla,
adətən derivativlərlə əməliyyat aparmır.
Valyuta riski
Qrup yerli/xarici valyuta məzənnələrindəki dəyişikliklərin onun konsolidə edilmiş maliyyə vəziyyətinə
təsiri ilə əlaqədar xarici valyuta riskinə məruz qalır. Valyuta riski valyuta məzənnələrindəki
dəyişikliklərin Qrupun mənfəətinə və ya maliyyə alətləri üzrə portfelin dəyərinə təsir göstərdiyi zaman
yaranan riskdir.
Xarici valyuta riski ilə əlaqədar Qrupun risk siyasətinin əsas elementi hər hansı valyuta üzrə dilinq
əməliyyatlarının aparılması üçün planlaşdırılmış cəhdin olmamasıdır. Nadir hallarda açıq valyuta
mövqelərinin baş verməsi yalnız fəaliyyətin normal nəticəsində ortaya çıxır. Qrup aktiv və
öhdəliklərini valyutalar üzrə uyğunlaşdırmaq üçün bütün səylərdən istifadə edir.
Bankın məruz qaldığı xarici valyuta riski həmçinin ARMB-nin normativ tələblərinə uyğun olaraq
tənzimlənir. Bu normativlərə əsasən Bankın hər hansı bir xarici valyuta üzrə açıq valyuta mövqeyi
Bankın məcmu kapitalının 10%-dən, bütün xarici valyutalar üzrə isə 20%-dən artıq olmamalıdır.
Xarici valyuta riski Mühasibatlıq və Büdcə Proqnozlaşdırılması Departamenti tərəfindən tənzimlənir.
Açıq valyutada mövqeləri üzrə Mühasibatlıq və Büdcə Proqnozlaşdırılması Departamenti hazırladığı
hesabatlar AÖİK tərəfindən nəzərdən keçirilir.
Aşağıdakı cədvəl Qrupun ilin sonunda xarici valyuta riskinə məruzqalma həddini göstərir:
31 dekabr 2012-ci il
31 dekabr 2011-ci il
Pul
maliyyə
və sığorta
aktivləri
Pul
maliyyə
və sığorta
öhdəlikləri
Valyuta
svop
müqavilələri
Xalis
mövqe
Pul
maliyyə
və sığorta
aktivləri
Pul
maliyyə
və sığorta
öhdəlikləri
Valyuta
svop
müqavilələri
Xalis
mövqe
Manat
2,313,380 1,681,234
-
632,146 1,601,215 1,090,152
-
511,063
ABŞ
dolları
2,654,131 2,610,253
(98,325)
(54,447) 2,151,016 2,226,926
(211,036)
(286,946)
Avro
689,669 1,032,304
98,582
(244,053)
646,357 1,072,306
203,560
(222,389)
Rusiya
Rublu
219,139
170,133
-
49,006
155,814
107,675
-
48,139
Digər
67,339
240,997
-
(173,658)
65,317
55,564
6,062
15,815
Cəmi
5,943,658 5,734,921
257
208,994 4,619,719 4,552,623
(1,414)
65,682
Yuxarıdakı cədvəldə pul maliyyə və sığorta aktiv və öhdəlikləri sütununda valyuta svop
müqavilələrindən yaranan maliyyə aktiv və öhdəlikləri əks etdirilmir. Valyuta svop müqavilələrindən
yaranan maliyyə aktiv və öhdəlikləri sütunda göstərilir.
Valyuta svop müqavilələrini əks etdirən 98,582 min manat məbləğində Avro və Böyük Britaniya
funtu olan debitor borcu və 98,325 min manat məbləğində ABŞ dollarında olan kreditor borcu
derivativlər üzrə 257 min manat məbləğində xalis ədalətli dəyər gəliri yaratmışdır (2011-ci ildə: svop
müqavilələrini əks etdirən 209,622 min manat məbləğində Avro və Böyük Britaniya funtu olan debitor
borcu və 211,036 min manat məbləğində ABŞ dollarında olan kreditor borcu derivativlər üzrə 1,414
min manat məbləğində xalis ədalətli dəyər gəliri yaratmışdır). 11 və 17 saylı Qeydlərə baxın. Bütün
valyuta svop müqavilələri qısamüddətlidir və müddəti 2013-ci ilin yanvar ayında başa çatır.
Yuxarıdakı cədvələ yalnız pul aktivləri və öhdəlikləri daxildir. Qrup hesab edir ki, səhm alətləri üzrə
investisiyalar və qeyri-maddi aktivlər əhəmiyyətli valyuta riskinin yaranmasına gətirib çıxarmır.