8
AZƏRBAYCAN BEYNƏLXALQ BANKI
31 DEKABR 2012-Cİ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ
KONSOLİDƏ EDİLMİŞ HESABATA QEYDLƏR
(min Azərbaycan Manatı ilə)
1.
ÜMUMİ MƏLUMAT
Azərbaycan Beynəlxalq Bankı 1991-ci ildə tam dövlətə məxsus olan bank kimi təsis olunmuş və
Azərbaycan Respublikasında yerləşir. 28 oktyabr 1992-ci ildə Bank səhmdar kommersiya bankına
çevrilmiş və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (MN) Bankın əsas səhmdarı olmuşdur. 31
dekabr 2012-ci il tarixinə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Bankın ümumi ödənilmiş
nizamnamə kapitalının 51.60% hissəsinə (31 dekabr 2011-ci il tarixinə: 50.20% hissəsinə) sahib
olmuşdur. Bank Azərbaycan Respublikasının Mərkəzi Bankı (ARMB) tərəfindən tənzimlənir və 30
dekabr 1992-ci il tarixində verilmiş ümumi bank lisenziyası əsasında fəaliyyət göstərir. 1 mart 2005-ci
il tarixdə Bankın nizamnamə kapitalında dövlətə məxsus payların özəlləşdirilməsi prosesini
müəyyənləşdirən Prezident Fərmanı qüvvəyə minmişdir. Bankın əsas fəaliyyəti kommersiya
bankçılığı, qiymətli kağızlar, xarici valyuta və derivativ maliyyə alətləri ilə ticarət əməliyyatları, kredit
və zəmanətlərin verilməsi və sair əməliyyatların aparılmasından ibarətdir.
Bankın hüquqi ünvanı aşağıdakı kimidir: Nizami küçəsi 67, Bakı şəhəri, AZ 1005, Azərbaycan
Respublikası.
31 dekabr 2012 və 2011-ci il tarixlərinə Bankın Azərbaycan Respublikasında 37 filialı, London,
Frankfurt, Dubay, Lüksemburq və Nyu-Yorkda 5 nümayəndəliyi fəaliyyət göstərmişdir.
Bank maliyyə hesabatlarında konsolidə edilmiş aşağıdakı təşkilatlardan ibarət olan qrupun (“Qrup”)
ana müəssisəsidir:
Təsisçi payı / səsvermə
hüququ (%)
Adı
Fəaliyyət göstərdiyi ölkə
2012
2011
Əməliyyat növü
Azərbaycan Beynəlxalq
Bankı ASC
Azərbaycan Respublikası
Ana müəssisə
Bankçılıq
Törəmə müəssisələr:
ABB Moskva MMC
Rusiya Federasiyası
100.0
100.0
bankçılıq
Beynəlxalq Sığorta Şirkəti
ASC
Azərbaycan Respublikası
100.0
100.0
sığorta
Azərikard MMC
Azərbaycan Respublikası
100.0
100.0
plastik kartlar
ABB Gürcüstan SC
Gürcüstan Respublikası
75.0
75.0
bankçılıq
Assosiasiya olunmuş
müəssisələr:
Joint Lizinq Şirkəti MMC
Azərbaycan Respublikası
47.6
47.6
lizinq
Bakı Banklararası Valyuta
Birjası
Azərbaycan Respublikası
20.0
20.0
valyuta mübadiləsi
Qrupun son nəzarətçi tərəfi Azərbaycan Respublikasının Hökümətidir.
24 yanvar 2002-ci il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində 100% Qrupa məxsus olan
“Azərbaycan Beynəlxalq Bankı – Moskva” MMC törəmə müəssisəsi (ABB Moskva) qeydiyyatdan
keçmişdir. ABB Moskvanın nizamnamə kapitalı 10,000,000 Avro təşkil etmişdir. ABB Moskva Rusiya
Federasiyasının Mərkəzi Bankı (RFMB) tərəfindən 25 yanvar 2002-ci il tarixində verilmiş lisenziyaya
əsasən fəaliyyət göstərir. Lisenziyaya əsasən ABB Moskvaya hüquqi şəxslərlə rus rublu və digər
xarici valyutalarda bank əməliyyatlarının həyata keçirilməsi imkanı verilir.Qeydiyyata alındıqdan
sonra ilk iki il müddətində Rusiya Federasiyasının qanunvericilik tələblərinə əsasən ABB Moskvaya
fiziki şəxslərdən depozitlərin cəlb edilməsi qadağan edilmişdir. 1 dekabr 2004-cü il tarixində ABB
Moskva RFMB-dan fiziki şəxslərə tam həcmdə bank xidmətləri göstərmək üçün lisenziya almışdır.
ABB Moskvanın əsas fəaliyyəti kommersiya bank xidmətlərindən ibarətdir. ABB Moskva 2 dekabr
2004-cü il tarixindən etibarən Rusiya Federasiyasının Əmanətlərin Sığortalanması Agentliyinin
üzvüdür. ABB Moskva bankının qeydiyyatdan keçmiş ünvanı aşağıdakı kimidir: Rusiya Federasiyası,
Moskva şəhəri, 105062, Tverskaya küç. 6, bina 2. ABB Moskva 28 May 2003-cü il tarixdə Rusiya
Federasiyasının Sankt-Peterburq, 24 avqust 2005-ci il tarixdə isə Yekaterinburq şəhərlərində
filiallarını açmışdır.
9
Qrupun Müşahidə Şurasının 30 dekabr 2006 və 18 may 2011-ci il tarixli qərarlarına əsasən, ABB
Moskvanın nizamnamə kapitalı 31 dekabr 2007 və 31 dekabr 2011-ci il tarixlərində bitən illər ərzində
müvafiq olaraq 4 milyon Avro və 10 milyon AZN artırılmışdır.
5 fevral 2002-ci il tarixdə 100% həcmdə Qrupa məxsus törəmə müəssisə olan Beynəlxalq Sığorta
Şirkəti (bundan sonra - “Törəmə sığorta müəssisəsi”) Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyində qeydiyyata alınmışdır. Törəmə sığorta müəssisəsi Azərbaycan Respublikası Maliyyə
Nazirliyinin 15 oktyabr 2009-cu il tarixli yenilənmiş sığorta lisenziyasına əsasən fəaliyyət göstərir.
Şirkət 33 növ sığorta fəaliyyəti göstərməsi məqsədilə lisenziya əldə etmişdir. Törəmə sığorta
müəssisəsinin həyata keçirdiyi fəaliyyətə tibbi sığorta, nəqliyyat vasitələrinin sığortası, gəmi
sahiblərinin məsuliyyətinin sığortası, gəmiçilik üzrə üçüncü tərəflər qarşısında sığorta, gəmilərin
sığortası, əmlak, bədbəxt hadisələrin sığortası, həyat sığortası, fərdi sığorta, bank risklərinin
sığortalanması, yanğından icbari sığorta, öhdəliklərin yerinə yetirilməməsinə görə məsuliyyət
sığortası, təkrarsığorta və digər sığorta növləri daxildir. Törəmə sığorta müəssisəsinin hüquqi ünvanı
aşağıdakı kimidir: C. Cabbarlı küçəsi 40C, Bakı şəhəri, AZ 1065, Azərbaycan Respublikası.
Banka 100% məxsus olan “Azərikard” MMC 3 may 1996-cı il tarixdə məhdud məsuliyyətli şirkət kimi
təsis edilmişdir. “Azərikard” MMC 4 iyul 1996-cı il tarixdə Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyində qeydiyyatdan keçmiş və 1997-ci ildə fəaliyyətə başlamışdır. “Azərikard” MMC
MasterCard və Viza beynəlxalq elektron ödəmələr xidmətlərinin üzvüdür və Azərbaycan
Respublikasında plastik kart əməliyyatları üzrə klirinq və avtorizasiya mərkəzi kimi fəaliyyət göstərir.
“Azərikard” MMC hazırda Azərbaycan Respublikasında plastik kart əməliyyatları üzrə avtorizasiya və
klirinq xidmətləri göstərən ən iri şirkətlərdən biridir. “Azərikard” MMC-nın hüquqi ünvanı aşağıdakı
kimidir: Azərbaycan Respublikası, Bakı şəhəri, AZ1005, Nizami küç, 67.
16 noyabr 2006-cı il tarixdə Qrup Gürcüstan Respublikasının Tbilisi şəhərində ona 75% məxsus olan
törəmə müəssisəni – “Azərbaycan Beynəlxalq Bankı – Gürcüstan”ı (“ABB Gürcüstan”) qeydiyyatdan
keçirmişdir. ABB Gürcüstanın nizamnamə kapitalı 12,000,000 Gürcüstan Larisi məbləğində müəyyən
edilmişdir ki, bunun da 3,000,000 Lari məbləğində qeyri-nəzarət payı rezident Azərbaycan bankına
və Gürcüstan vətəndaşı olan fiziki şəxsə məxsusdur. ABB-Gürcüstan Gürcüstan Milli Bankı (“GMB”)
tərəfindən verilmiş 5 fevral 2007-ci il tarixli lisenziyaya əsasən fəaliyyətə başlamışdır. ABB-
Gürcüstanın hüquqi ünvanı belədir: Xetaqurova küçəsi 36, Tbilisi, Gürcüstan Respublikası. Qrupun
Müşahidə Şurasının
18 may 2011-ci
il tarixli qəra
r
ına əsasən ABB-Gürcüstanın nizamnamə kapitalı 31
dekabr 2011-ci il tarixində bitən il ərzində 3,750 min manat məbləğində artırılmışdır. Nizamnamə
kapitalındakı ümumi artım 5,000 min manat təşkil etmişdir, belə ki, artımın yerdə qalan hissəsi ABB-
Gürcüstanın digər səhmdarları tərəfindən ödənilmişdir.
Bu konsolidə edilmiş maliyyə hesabatlarının buraxılması 12 mart 2013-cü il tarixində İdarə Heyəti
tərəfindən təsdiq edilmişdir.
2.
MÜHÜM MÜHASİBAT UÇOTU SİYASƏTLƏRİ
Uyğunluq haqqında bəyanat
Bu maliyyə hesabatları Mühasibat Uçotu üzrə Beynəlxalq Standartları Şurası (“MÜBSŞ”) tərəfindən
buraxılmış Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına və Beynəlxalq Maliyyə Hesabatlarının
Şərhi Komitəsi (“BMHŞK”) tərəfindən verilmiş şərhlərə müvafiq olaraq hazırlanmışdır.
Təqdimat meyarlarının digər əsasları
Bu konsolidə edilmiş maliyyə hesabatları Qrupun proqnozlaşdırıla bilən gələcəkdə fasiləsizlik
prinsipinə uyğun olaraq fəaliyyətini davam etdirə biləcəyi ehtimalı əsasında hazırlanmışdır.
Bu konsolidə edilmiş maliyyə hesabatları, başqa cür qeyd edilməyənə qədər, min Azərbaycan
manatı (manat) ilə təqdim olunur. Konsolidə edilmiş maliyyə hesabatları aşağıda göstərilən
mühasibat uçotu siyasətlərində qaydalarında izah edildiyi kimi yenidənqiymətləndirmə məbləğində və
ya ədalətli dəyərlə ölçülmüş binalar və bəzi maliyyə alətləri istisna olunmaqla, ilkin dəyər əsasında
tərtib edilmişdir. Tarixi (ilkin) dəyər ümumi olaraq aktivin mübadilə edilə biləcəyi ədalətli dəyərə
əsaslanır.