54
kompyuter texnologiyasının geniş tətbiqinə və digər müsbət dəyişikliklərə səbəb
olmuşdur.
90-cı illərin əvvəlində Azərbaycan iqtisadiyyatı daha çox xarici investisiya
cəlb etməyə çalışırdısa, müasir dövrdə biz Gürcüstanda, Türkiyədə, Rusiyada,
Qazaxıstanda, Ukraynada və digər yaxın-uzaq ölkələrdə müxtəlif layihələrin
maliyyələşdirilməsində iştirak edirik.
Azərbaycan bank sisteminin gələcək inkişafında İslam bankçılığının
təcrübəsindən istifadə edilməsi də vacibdir. Son illərdə ölkə iqtisadiyyatının
inkişafı bank sektorunda da kifayət qədər qənaətbəxş proseslər baş verməkdədir.
«Moody’s» agentliyinin proqnozuna görə 2014-cü ildə Azərbaycanda iqtisadi
artım 5%, bank kreditləşməsinin artımı təxminən 20%, inflyasiya – 3,4% təşkil
etmişdir. Azərbaycanın xarici əlaqələri də sürətlə genişlənməkdədir. O, bir neçə
Beynəlxalq maliyyə-kredit təşkilatları və iqtisadi qurumlarla qarşılıqlı əlaqədədir.
Ümumilikdə, Azərbaycanın 90-dan çox ölkə ilə ikitərəfli xarici iqtisadi əlaqələri
mövcuddur. Xarici siyasi və iqtisadi əlaqələrdə xüsusi yer İslam Dünyası
ölkələrinə ayrılır. Azərbaycanda dinin dövlətdən ayrılmasına baxmayaraq, əhalinin
mütləq əksəriyyəti islam dininə etiqad etməklə, şəriət qayda-qanunlarına əməl
etməklə, islam bankçılığına da xeyli maraq göstərirlər. Bunu nəzərə alaraq
Azərbaycan Beynəlxalq Bankında (ABB) yaradılmış ilk islam pəncərəsi 2013-cü
ildən müştərilərə xidmət göstərməyə başlayıb. 2014-cü ilin əvvəlinə ABB-da islam
portfelinin həcmi 200 mln.ABŞ dolları olmuşdur və ilin sonuna bu məbləği 400
mln.ABŞ dollarına çatdırmaq nəzərdə tutulur.
İslam İnkişaf bankından verilən məlumata görə Azərbaycanın 6 bankı –
Turanbank, Beynəlxalq Bank, Rabitəbank, Nikoilbank, Əmrah Bank və Bank
Standart (bunların çoxu xarici sərmayəli banklardır) islam bankçılığı alətlərindən
istifadə edir.
Məlumdur ki, hazırda kiçik və orta sahibkarlıq subyektləri bankların təqdim
etdiyi yüksək faiz dərəcələri səbəbindən bir sıra çətinliklərlə üzləşirlər. Faiz
dərəcələri o qədər yüksək olur ki, bu sahibkarın həyata keçirmək istədiyi layihənin
rentabelliyini aşağı salır, bəzən isə onların iflasa uğramasına səbəb olur.
55
İslam bankçılığında isə kredit sahibkara heç bir faiz ödəmədən verilir,
sahibkar yalnız gəlir əldə etdiyi zaman götürdüyü pulun miqdarı müqabilində
banka hissə payı ödəyir. Sahibkar müxtəlif səbəblərdən kredit götürdüyü müddətdə
zərərə düşərsə, bank həmin zərərin aradan qaldırılmasında da iştirak edir. Müasir
dövrdə islam bankları tərəqqi müstəvisinə qədəm qoymaqdadırlar.
Şəriət qanunlarını rəhbər tutaraq fəaliyyət göstərən belə maliyyə institutları
biznes etikasını tərəfdaşlıq formasında inkişaf etdirilməsini irəli sürürlər. Burada
əmanət, depozit etməklə əmanətlərin toplanması və faizlə kreditləşmə prosesinin
həyata keçirilməsi qadağan edilir. Hal-hazırda dünyada 50-dən çox ölkədə 300-dən
çox İslam bankı fəaliyyət göstərir ki, bunların aktivləri bir trilyon dollara qədər
təşkil edir. İslam bankçılığında qeyd olunan gəlir metodları tərəfdaşlıq, qarşılıqlı
mənfəət əldə etmək, zərərin pay bölgüsü əsasında ödənməsi, borc götürülən
vəsaitin hissələrlə qaytarılması, satın alınmış əmlakın güzəştli əsaslarla icarəyə
verilməsi, lizinq əməliyyatlarının üstünlük təşkil etməsi, islam qiymətli kağızları
vasitəsilə mülkiyyət münasibətlərinin müəyyən edilməsi, faizsiz hesabların
açılması kimi xidmətləri əks etdirir. Azərbaycanda bu sahədə nəaliyyət
qazanılması üçün ilk öncə qanunvericilik bazasının işlənib hazırlanması, istehsalın
real sektoru prioritet seçilməsi, Mərkəzi Bank pul-kredit siyasətində dəyişikliklər
aparılmalıdır.
56
3.3. Azərbaycanda iqtisadiyyatın inkişafında bank sektorunun rolu
Hesabat dövründə Azərbaycanda qeyri-neft sektorunda əhəmiyyətli inkişaf
baş vermişdir. Bu inkişafda bank sektorunun rolu xüsusi qeyd olunmalıdır. Son
illər regionlarda yeni istehsal və emal müəssisələrinin yaradılması, idxalı
əvəzləyən, rəqabətədavamlı məhsul buraxılışının artırılmasında güzəştli bank
kreditlərinin rolu danılmazdır.
Azərbaycanda aqrar sektorun inkişafı, ərzaq təhlükəsizliyinin təmin edilməsi
ilə bağlı «Aqrolizinq» Açıq Səhmdar Cəmiyyəti, Sahibkarlığa Kömək Milli Fondu,
Kənd Təsərrüfatı Nazirliyi yanında Kreditlər üzrə Dövlət agentliyi tərəfindən
kifayət qədər güzəştli maliyyə vəsaitləri ayrılır. Təkcə onu qeyd edim ki, son 15
ildə bütün mənbələrdən ölkə iqtisadiyyatının inkişafına 120,0 mlrd.manatdan çox
vəsait yatırılmışdır ki, bunun da 73,0 mlrd.manatı əsas kapitala yönəlmişdir. İndi
hər il orta hesabla əsas kapitala 6,0-7,0 mlrd.manat investisiya yatırılır.
Azərbaycan indi kreditor ölkəyə çevrilmişdir. ÜDM 3 dəfə, dövlət büdcəsi
xərcləri 20 dəfədən çox artmışdır. Dünya reytinqində 148 ölkə arasında inflyasiya
səviyyəsinə görə 1-ci, xarici borcun ÜDM-da aşağı xüsusi çəkisinə görə 13-cü,
iqtisadi rəqabətdavamlılığa görə 38-ci yerdədir və s.
Məlumdur ki, dövlət investisiya xərclərinin böyük hissəsi infrasturktur
layihələrinə yönəldilir. Su anbarları, magistral yollar, dəmir yolları, içməli su və
kanalizasiya layihələri və s. böyük məbləğdə vəsait tələb edən layihələrdir.
Sevindirici haldır ki, bu layihələrin bir çoxu yekunlaşmaq üzrədir və biz növbəti
illərdə büdcə vəsaitlərini daha çox dayanıqlı inkişafı təmin edən layihələrə
yönəltməliyik.
Məlumdur ki, investisiya fəaliyyəti olduqca riskli fəaliyyətdir. Odur ki, bu
sahədə fəaliyyət göstərən sahibkarların dövlətdən müəyyən güzəştlər alması
vacibdir. MDB ölkələri içərisində Özbəkistan respublikasının təcrübəsi diqqətə
layiqdir. Burada daxili bazarı qorumaq məqsədilə «idxalı əvəz edən sənaye
siyasəti» həyata keçirilir. İdxal məhsullarına yüksək gömrük tarifləri tətbiq edilir.
Daşkənddə – Rusiya, Fransa və Kanada ilə birgə İL-114 markalı təyyarə, Amerika
Dostları ilə paylaş: |