“Azərbaycanda xarici sərmayəli bankların bank sektorunda rolu”



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə18/22
tarix14.09.2018
ölçüsü0,96 Mb.
#68451
1   ...   14   15   16   17   18   19   20   21   22

54 

 

 



 

kompyuter texnologiyasının geniş tətbiqinə  və digər müsbət dəyişikliklərə səbəb 

olmuşdur. 

90-cı  illərin  əvvəlində  Azərbaycan  iqtisadiyyatı  daha  çox  xarici  investisiya 

cəlb  etməyə  çalışırdısa,  müasir  dövrdə  biz  Gürcüstanda,  Türkiyədə,  Rusiyada, 

Qazaxıstanda,  Ukraynada  və  digər  yaxın-uzaq  ölkələrdə  müxtəlif  layihələrin 

maliyyələşdirilməsində iştirak edirik. 

Azərbaycan  bank  sisteminin  gələcək  inkişafında  İslam  bankçılığının 

təcrübəsindən  istifadə  edilməsi  də  vacibdir.  Son  illərdə  ölkə  iqtisadiyyatının 

inkişafı  bank  sektorunda  da  kifayət  qədər  qənaətbəxş  proseslər  baş  verməkdədir. 

«Moody’s»  agentliyinin  proqnozuna  görə  2014-cü  ildə  Azərbaycanda  iqtisadi 

artım  5%,  bank  kreditləşməsinin  artımı  təxminən  20%,  inflyasiya  –  3,4%  təşkil 

etmişdir.  Azərbaycanın  xarici  əlaqələri  də  sürətlə  genişlənməkdədir.  O,  bir  neçə 

Beynəlxalq  maliyyə-kredit  təşkilatları  və  iqtisadi  qurumlarla  qarşılıqlı  əlaqədədir. 

Ümumilikdə,  Azərbaycanın  90-dan  çox  ölkə  ilə  ikitərəfli  xarici  iqtisadi  əlaqələri 

mövcuddur.  Xarici  siyasi  və  iqtisadi  əlaqələrdə  xüsusi  yer  İslam  Dünyası 

ölkələrinə ayrılır. Azərbaycanda dinin dövlətdən ayrılmasına baxmayaraq, əhalinin 

mütləq  əksəriyyəti  islam  dininə  etiqad  etməklə,  şəriət  qayda-qanunlarına  əməl 

etməklə,  islam  bankçılığına  da  xeyli  maraq  göstərirlər.  Bunu  nəzərə  alaraq 

Azərbaycan  Beynəlxalq  Bankında  (ABB)  yaradılmış  ilk  islam  pəncərəsi  2013-cü 

ildən müştərilərə xidmət göstərməyə başlayıb. 2014-cü ilin əvvəlinə ABB-da islam 

portfelinin  həcmi  200  mln.ABŞ  dolları  olmuşdur  və  ilin  sonuna  bu  məbləği  400 

mln.ABŞ dollarına çatdırmaq nəzərdə tutulur. 

İslam  İnkişaf  bankından  verilən  məlumata  görə  Azərbaycanın  6  bankı  – 

Turanbank,  Beynəlxalq  Bank,  Rabitəbank,  Nikoilbank,  Əmrah  Bank  və  Bank 

Standart  (bunların  çoxu  xarici  sərmayəli  banklardır)  islam  bankçılığı  alətlərindən 

istifadə edir. 

Məlumdur ki, hazırda kiçik və orta sahibkarlıq subyektləri bankların təqdim 

etdiyi  yüksək  faiz  dərəcələri  səbəbindən  bir  sıra  çətinliklərlə  üzləşirlər.  Faiz 

dərəcələri o qədər yüksək olur ki, bu sahibkarın həyata keçirmək istədiyi layihənin 

rentabelliyini aşağı salır, bəzən isə onların iflasa uğramasına səbəb olur. 



55 

 

 



 

İslam  bankçılığında  isə  kredit  sahibkara  heç  bir  faiz  ödəmədən  verilir, 

sahibkar  yalnız  gəlir  əldə  etdiyi  zaman  götürdüyü  pulun  miqdarı  müqabilində 

banka hissə payı ödəyir. Sahibkar müxtəlif səbəblərdən kredit götürdüyü müddətdə 

zərərə  düşərsə,  bank  həmin  zərərin  aradan  qaldırılmasında  da  iştirak  edir.  Müasir 

dövrdə islam bankları tərəqqi müstəvisinə qədəm qoymaqdadırlar. 

Şəriət qanunlarını rəhbər tutaraq fəaliyyət göstərən belə maliyyə institutları 

biznes  etikasını  tərəfdaşlıq  formasında  inkişaf  etdirilməsini  irəli  sürürlər.  Burada 

əmanət,  depozit  etməklə  əmanətlərin  toplanması  və  faizlə  kreditləşmə  prosesinin 

həyata keçirilməsi qadağan edilir. Hal-hazırda dünyada 50-dən çox ölkədə 300-dən 

çox  İslam  bankı  fəaliyyət  göstərir  ki,  bunların  aktivləri  bir  trilyon  dollara  qədər 

təşkil  edir.  İslam  bankçılığında  qeyd  olunan  gəlir  metodları  tərəfdaşlıq,  qarşılıqlı 

mənfəət  əldə  etmək,  zərərin  pay  bölgüsü  əsasında  ödənməsi,  borc  götürülən 

vəsaitin  hissələrlə  qaytarılması,  satın  alınmış  əmlakın  güzəştli  əsaslarla  icarəyə 

verilməsi,  lizinq  əməliyyatlarının  üstünlük  təşkil  etməsi,  islam  qiymətli  kağızları 

vasitəsilə  mülkiyyət  münasibətlərinin  müəyyən  edilməsi,  faizsiz  hesabların 

açılması  kimi  xidmətləri  əks  etdirir.  Azərbaycanda  bu  sahədə  nəaliyyət 

qazanılması üçün ilk öncə qanunvericilik bazasının işlənib hazırlanması, istehsalın 

real sektoru  prioritet seçilməsi,  Mərkəzi  Bank  pul-kredit siyasətində  dəyişikliklər 

aparılmalıdır. 

 

 

 




56 

 

 



 

3.3. Azərbaycanda iqtisadiyyatın inkişafında bank sektorunun rolu 

 

Hesabat  dövründə  Azərbaycanda  qeyri-neft  sektorunda  əhəmiyyətli  inkişaf 



baş  vermişdir.  Bu  inkişafda  bank  sektorunun  rolu  xüsusi  qeyd  olunmalıdır.  Son 

illər  regionlarda  yeni  istehsal  və  emal  müəssisələrinin  yaradılması,  idxalı 

əvəzləyən,  rəqabətədavamlı  məhsul  buraxılışının  artırılmasında  güzəştli  bank 

kreditlərinin rolu danılmazdır. 

Azərbaycanda aqrar sektorun inkişafı, ərzaq təhlükəsizliyinin təmin edilməsi 

ilə bağlı «Aqrolizinq» Açıq Səhmdar Cəmiyyəti, Sahibkarlığa Kömək Milli Fondu, 

Kənd  Təsərrüfatı  Nazirliyi  yanında  Kreditlər  üzrə  Dövlət  agentliyi  tərəfindən 

kifayət  qədər  güzəştli  maliyyə  vəsaitləri  ayrılır.  Təkcə  onu  qeyd  edim  ki,  son  15 

ildə  bütün  mənbələrdən  ölkə  iqtisadiyyatının  inkişafına  120,0  mlrd.manatdan  çox 

vəsait  yatırılmışdır  ki,  bunun  da  73,0  mlrd.manatı  əsas  kapitala  yönəlmişdir.  İndi 

hər il orta hesabla əsas kapitala 6,0-7,0 mlrd.manat investisiya yatırılır. 

Azərbaycan  indi  kreditor  ölkəyə  çevrilmişdir.  ÜDM  3  dəfə,  dövlət  büdcəsi 

xərcləri 20 dəfədən çox artmışdır. Dünya reytinqində 148 ölkə arasında inflyasiya 

səviyyəsinə  görə  1-ci,  xarici  borcun  ÜDM-da  aşağı  xüsusi  çəkisinə  görə  13-cü, 

iqtisadi rəqabətdavamlılığa görə 38-ci yerdədir və s. 

Məlumdur  ki,  dövlət  investisiya  xərclərinin  böyük  hissəsi  infrasturktur 

layihələrinə  yönəldilir.  Su  anbarları,  magistral  yollar,  dəmir  yolları,  içməli  su  və 

kanalizasiya  layihələri  və  s.  böyük  məbləğdə  vəsait  tələb  edən  layihələrdir. 

Sevindirici haldır  ki,  bu layihələrin bir çoxu  yekunlaşmaq  üzrədir  və  biz  növbəti 

illərdə  büdcə  vəsaitlərini  daha  çox  dayanıqlı  inkişafı  təmin  edən  layihələrə 

yönəltməliyik. 

Məlumdur  ki,  investisiya  fəaliyyəti  olduqca  riskli  fəaliyyətdir.  Odur  ki,  bu 

sahədə  fəaliyyət  göstərən  sahibkarların  dövlətdən  müəyyən  güzəştlər  alması 

vacibdir.  MDB  ölkələri  içərisində  Özbəkistan  respublikasının  təcrübəsi  diqqətə 

layiqdir.  Burada  daxili  bazarı  qorumaq  məqsədilə  «idxalı  əvəz  edən  sənaye 

siyasəti»  həyata keçirilir. İdxal  məhsullarına  yüksək gömrük tarifləri tətbiq  edilir. 

Daşkənddə – Rusiya, Fransa və Kanada ilə birgə İL-114 markalı təyyarə, Amerika 



Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə