hazırlanmayıb və həyat yoldaşınız qat-qat yaxşı biş-düş edəcək və təki sizin onun
haqqında ideal təsəvvürlərinizə uyğun olsun deyə mətbəx plitəsində özü özünü
qızartmağa hazır olacaqdır.
Öz ailə həyatınıza bu dəyişiklikləri qəfildən daxil etməyin – bu, onda şübhə
oyada bilər. Lakin bu gün, ya da sabah evə qayıdanda gül və yaxud bir qutu
şirniyyat alın. Ancaq məbada özünüzə deyəsiniz: “Hə, hə, bunu eləmək lazım
gələcək”. Bunu edin. Və ona güllərlə birlikdə öz mehriban təbəssümünüzü və bir
neçə isti sözünüzü gətirin.
Əgər daha çox ər və həyat yoldaşı bu cür davranmış olsaydı, onda mən
əminəm ki, indi olduğu kimi hər altıncı ailə ittifaqının Reno qayalarına çırpılıb
dağıldığı vəziyyət olmazdı.
Qadını sizə vurulmağa necə məcbur etməyi bilmək istəyərdinizmi? Əla,
budur, sirr ovucun içində olduğu kimidir: özünüzü mərifətli aparmağa çalışın.
Bu, mənim ideyam deyil. Mən onu Doroti Diksdən əlborcu götürmüşəm. Bir
dəfə o bir məşhur, iyirmi üç qadının ürəyini və bank hesabını fəth etmiş
çoxarvadlıdan müsahibə alırdı (demək lazımdır ki, o, müsahibəni, öz aramızdır,
artıq həbsxanada olanda verirdi). Dorotinin onun qadınları özünə vurulmağa
necə məcbur etdiyi ilə bağlı sualına çoxarvadlı cavab vermişdi ki, bunun üçün heç
bir xüsusi fənd tələb olunmur: sizin etdiyiniz nə varsa – bu, qadınla söhbət
edərkən onun haqqında danışmaqdır.
Bu fənd kişilərə də əla təsir göstərir. “Adama onun özü haqqında deyin, –
demişdi Britaniya imperiyasının ən prinsipial nümayəndəsi Dizraeli, – və onlar
sizi saatlarla dinləyəcəklər”.
Beləliklə, əgər siz adamları özünüzə yaxınlaşdırmaq istəyirsinizsə, qayda 6-
da deyildiyi kimi:
Belə edin ki, adamlar özlərinin əhəmiyyət kəsb etdiklərini hiss eləsinlər və
bunu səmimi-qəlbdən edin.
Siz bu kitabı artıq kifayət qədər oxumusunuz. Onu indi örtün, qəlyanınızdan
tütünün külünü çırpıb boşaldın və etiraf etmək fəlsəfəsini dərhal öz yaxın
adamınızın üzərində tətbiq etməyə başlayın.
Ardınca isə sizi magik səhnələr gözləyir.
Xülasə
Adamları özünə yaxınlaşdırmağın altı üsulu:
Qayda 1: Başqa adamlara münasibətdə səmimi maraq büruzə verin.
Qayda 2: Gülümsəyin!
Qayda 3: Yadda saxlayın ki, adama öz adının səsi insan nitqində ən şirin və
ən vacib səsdir.
Qayda 4: Yaxşı dinləyici olun. Başqalarını özləri haqqında danışmağa
şirnikləndirin.
Qayda 5: Həmsöhbətinizin maraq dairəsinə daxil olan mövzular ətrafında
söhbət aparın.
Qayda 6: Adamların özlərinin əhəmiyyət kəsb etdiklərini hiss etməsinə
çalışın – və bunu səmimiyyətlə edin.
15 “Kolyers” – ABŞ-da ən populyar illüstrasiyalı jurnal
16 ABŞ-da Vətəndaş müharibəsi (1861–1865). Birinci Dünya müharibəsi
(1914–1918)
downloaded from KitabYurdu.org
17 Polip – bağırsağı-boşluqlular sinfinə aid olan dəniz heyvanı
18 Padorovski İqnatsi (1860–1941) – polşalı pianoçu, bəstəkar və burjua
Polşasının görkəmli siyasi xadimi
19 Sosial Registr: isteblişmentə – Amerika cəmiyyətinin ən çox nüfuzu və
təsir dairəsi olan hissəsinə aid adamların siyahısı
III Hissə
ADAMLARI ÖZ NÖQTEYİ-NƏZƏRİNİZƏ ÇƏKMƏYİN İYİRMİ ÜSULU
Birinci fəsil
Mübahisə etməklə siz qalib ola bilməzsiniz
Müharibə qurtarandan (Birinci Dünya müharibəsi nəzərdə tutulur) dərhal
sonra mən günlərin birində Londonda elə bir dərs aldım ki, onun qiyməti belə
yoxdur.
Bir jurnalist kimi mənim diqqətimi o vaxtlar cənab Ross Smitin şəxsiyyəti
məşğul edirdi. Avstraliyalı ass-təyyarəçi cənab Ross müharibə dövründə
Fələstində döyüşürdü, sülh bağlanandan sonra isə o, bütün dünyanı heyran
edərək, otuz gün ərzində Yer kürəsinin düz yarısını təyyarə ilə dövr elədi. Belə
bir qəhrəmanlığa o vaxt heç kim cəhd edə bilmirdi. Həmin uçuş o vaxt çox böyük
sensasiya doğurmuşdu.
Avstraliyanın hökuməti onu əlli min dollarla mükafatlandırdı, İngiltərənin
kralı ona cəngavər adı verdi. Bir müddət Yunion Cekin
20
altında yaşayan bu şəxs
haqqında o vaxt çox danışılırdı.
O, Britaniya imperiyası üçün Lindberq oldu.
Həmin axşamı mən ser Rossun şərəfinə verilən banketə dəvət olunmuşdum.
Nahar vaxtı mənim böyrümdə əyləşmiş cənab bir məzəli əhvalat danışdı ki,
onun məğzi bu sitata əsaslanırdı: “Bizim niyyətlərimizə forma verən, onları bizim
arzularımıza müvafiq olaraq yonub düzəldən bir Tanrı mövcuddur”. Danışan
xatırlatdı ki, sitat İncildən götürülmüşdür. O səhv edirdi. Mən bunu tamamilə
dəqiq bilirdim. Bunda heç bir şübhə ola bilməzdi. Və budur, özümün əhəmiyyət
kəsb etdiyimi hiss və öz üstünlüyümü nümayiş etdirmək üçün mən üzərimə
çağırılmayan arzuolunmaz senzor rolunu götürdüm və ona düzəliş etdim. O,
inadkarlıq göstərməyə başladı. Nə? Şekspir?
Bu ola bilməz! Absurddur! Bu, İncildən sitatdır. Və o, bunu bilir.
Əhvalatı danışan məndən sağda, sol tərəfimdə isə köhnə dostum əyləşmişdi.
Vaxtilə o, Şekspiri öyrənməyə bir neçə il sərf eləmişdi. Biz ona mübahisəmizə
aydınlıq gətirməyi təklif etdik. Cənab Gemond bizi dinlədi, ardınca stolun altında
mənim ayağımı tapdaladı və dedi: “Deyl, sən səhv edirsən. Centlmen tamamilə
doğru buyurur. Bu, İncildəndir”.
downloaded from KitabYurdu.org
Həmin axşam onunla evə qayıdanda mən dedim: “Frenk, sən axı bilirsən ki,
bu sitat Şekspirdəndir”. “Aydın məsələdir ki, bilirəm, – deyə o cavab verdi. –
“Hamlet”, 5-ci akt, 2-ci səhnə. Lakin biz səninlə təmtəraqlı səbəbə görə keçirilən
banketdə qonaq idik, mənim əzizim Deyl. Adama nəyə görə sübut etməlisən ki, o,
haqlı deyil. Bu minvalla sən onu özünə yaxınlaşdıra bilərsənmi? Ona öz simasını
xilas etməyə niyə də imkan verməyəsən? Axı o, sənin fikrini soruşmamışdı. O,
sənin fikrini bilmək də istəmirdi. Nəyə görə onunla mübahisə edəsən? Mənim
məsləhətimə qulaq as – iti künclərdən həmişə qaç”.
Bu sözləri deyən adam indi artıq sağ deyil, lakin onun mənə verdiyi dərs öz
bəhrəsini gətirməkdə davam edir.
Bu dərs mənə son dərəcə zəruri idi, çünki mən qatı mübahisəçi idim.
Cavanlığımda qardaşımla Kəhkəşanın altında mövcud olan, hərfi mənada, hər
şeylə bağlı mübahisə edirdim. Mən kollecə daxil olanda məntiqi və
arqumentləşdirmənin üsullarını öyrənməyə və mübahisədə kim kimə qalib gələr
yarışlarında iştirak etməyə başladım. Deyirlər ki, Missuridə doğulan sözlərə
inanmır. Belə ki, mən orada doğulmuşam və nəyisə yoxlamaq üçün mənə aşkar
sübutlar tələb olunurdu. Sonralar mən Nyu-Yorkda polemika nəzəriyyəsini
öyrənmişdim və özümə utanc gətirsəm də, etiraf etməliyəm ki, bu məsələ ilə
bağlı hətta kitab yazmaq niyyətində idim.
O vaxtdan etibarən dinləyici oldum, o vaxta qədər isə minlərlə mübahisədə
iştirak etmişdim və onların nəticələrini qiymətləndirmək imkanım var idi. Bu
əsasda qənaətə gəldim ki, dünyada mübahisədə ən yaxşı nəticə əldə etməyin
yalnız bircə üsulu vardır – bu, mübahisədən qaçmaqdır.
Zəhərli ilanlardan və zəlzələlərdən necə qaçırsınızsa, mübahisələrdən də o
cür qaçın. Mübahisə qurtarandan sonra onun iştirakçılarının hər biri on haldan
doqquzunda əvvəllər olduğu kimi özünün haqlı olduğuna daha möhkəm inanmış
olur.
Siz mübahisəni uda bilməzsiniz. Bilməlisiniz ki, qalib gələndə də udu-
zursunuz. Nəyə görə? Ehtimal edək ki, siz öz opponentiniz üzərində zəfər
çaldınız və onun bu məsələdə heç bir qiymət kəsb etmədiyini sübuta yetirərək öz
arqumentlərinizlə onu yıxıb sürüdünüz. Bəs o? Siz onu özünün alçaldıldığını hiss
eləməyə məcbur etdiniz. Siz onun qürurunu yaraladınız. Və sizin triumfunuz
onda yalnız qisas yanğısını doğuracaq. Bax belə: “Öz iradəsi əleyhinə inandırılan
kəs öz fikrində qalmış olur”.
Sığorta şirkəti öz agentləri üçün mütləq qayda müəyyən etmişdir: “Mübahisə
etməyin!”
Əsl tacirlik, satmaq bacarığı – bu heç də mübahisədə udmaq bacarığı
deyildir. Bu işin mübahisə ilə heç uzaqdan-uzağa da ümumi heç nəyi yoxdur. Bu
üsulla insanın baxışlarını dəyişə bilməzsən.
Budur, sizin üçün parlaq bir nümunə. Bir neçə il əvvəl mənim kurslarıma çox
döyüşkən xarakteri olan Patrik C.O.Heyr adlı bir irland gəldi. Onun təhsili o qədər
də çox deyildi, lakin mübahisə etməyi çox sevirdi. Əvvəllər o, sürücü olmuşdu,
mənim yanıma isə ona görə gəlmişdi ki, yük avtomobillərinin satışı ilə – yeri
gəlmişkən, heç bir uğur qazanmadan – məşğul olmağa başlamışdı. Mürəkkəb
olmayan sorğu-sual yolu ilə aydınlaşdı ki, o, daim mübahisə edir və öz yük maşın-
larını sırımaq istədiyi adamları özünə qarşı kökləyir.
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |