qədər xoşbəxt idilər, lakin indi, qırx səkkiz il ötəndən sonra Tolstoy ona çətinliklə
dözə bilirdi. Hərdən gecələr onun qoca, dərddən əldən düşmüş, sevgi həsrətini
çəkən arvadı gəlir, diz çökür və ərindən əlli il qabaq öz gündəliyində onun
haqqında yazdığı o məftunedici sevgi sözlərini bərkdən oxumağı xahiş edirdi. Və
o həmin, həmişəlik ötüb gedən, xoşbəxt, gözəl günlər haqqında oxuyanda hər
ikisi ağlayırdı. Həyatın gerçəkliyi romantik arzulardan necə də kəskin fərqlənirdi.
Əvvəl-axır, 88 yaşında Tolstoyun öz evliliyinin, öz ailə həyatının faciəvi
bədbəxtliyinə dözmək halı qalmadı və 1910-cu ilin qarlı oktyabr gecəsində öz
həyat yoldaşından soyuğun və zülmətin ağuşuna, hara getdiyini özü də
bilməyərək qaçdı.
On bir gün keçəndən sonra o, balaca dəmiryol stansiyasında vəfat etdi.
Ölümündən əvvəl tələb edirdi ki, həyat yoldaşını onun yanına buraxmasınlar.
Qrafinya Tolstoyun öz hücumları, zarıltıları və isterikalarına görə ödədiyi qiymət
bu oldu.
Oxucu deyə bilər ki, onun şikayət etmək üçün kifayət qədər bəhanəsi var idi.
Tutaq ki, amma məsələ bunda deyil. Sual bundan ibarətdir ki, onun dığdığıları və
giley-güzarı kömək etdimi, yoxsa, əksinə, vəziyyəti sonsuz qədər pisləşdirdi?
“Düşünürəm ki, mən qeyri-normal idim” – onun həddindən gec dediyi sözlər
budur.
Avraam Linkolnun da həyatının faciəsi onun evlənməsi idi. Diqqət yetirin,
onun qətlə yetirilməsi yox, onun evlənməsi. But ona atəş açanda Linkoln hiss
etmədi ki, onu öldürdülər. Lakin 23 il ərzində o, demək olar, hər gün onun
həmkarı Qrendonun “uğursuz nikahın çox acı meyvəsi” kimi qələmə aldığının
barını yığırdı. Uğursuz nikah? Belədir, əgər yumşaq desək.
Çünki xanım Linkoln, demək olar, əsrin dörddəbiri ərzində onu bezdirir və
həyatını zəhərləyirdi.
O, həmişə şikayətlənir, ərini tənqid edirdi. Ərində heç nə düzgün deyildi. O
donqarlanır, yöndəmsiz gəzirdi. Yeriyəndə ayaqlarını hindular kimi qaldırır və
qoyurdu. Xanım Linkoln şikayət edirdi ki, onun addımları elastik deyil, onun
hərəkətlərində şuxluq yoxdur. Onun yerişini lağa qoyur, ondan tələb edirdi ki,
Lensinqtonda xanım Mentelin pansionunda özünə öyrətdikləri kimi, ayaq
barmaqlarını aşağı salaraq gəzsin.
Linkolnun iri qulaqlarının necə şəkləndiyi onun xoşuna gəlmirdi. O, Linkolnu
hətta burnunun kifayət qədər düz olmadığına, alt dodağının qabağa çox çıxdığına,
əl və ayaqlarının həddən böyük, başının həddən balaca olduğuna görə də tənbeh
edirdi.
Avraam Linkoln və Meri Todd Linkoln bütün hər şeydə bir-biri ilə ziddiyyət
təşkil edirdilər: tərbiyədə, nəsil-nəcabətlərində, xarakterlərində, zövqlərində,
zəka genişliyində. Onlar bir-birilərini daim qıcıqlandırırdılar...
“Xanım Linkolnun hündür, cingiltili səsi, – deyə mərhum senator, Linkolnun
ən nüfuzlu bioqrafı Albert D.Beneric yazırdı, – küçənin o biri tərəfində eşidilirdi.
Onun aramsız hiddət doğuran püskürtülərini isə qonşuların hamısı eşidirdi.
Onun qəzəbi yalnız sözlərlə ifadə olunmurdu. Çoxları danışırdı ki, onun söyüşləri
fasiləsiz biabırçı hərəkətlərlə müşayiət olunurdu və bu, həqiqətə uyğundur”.
Abraham Lincoln (1809.02.12 – 1865.04.15)
downloaded from KitabYurdu.org
Toylarından bir müddət sonra cənab Linkoln ilə xanımı səhər yeməyi
yeyirmişlər. Linkoln nə iləsə arvadının hiddətini doğurur. Nə ilə, indi bunu heç
kim xatırlamır, lakin qəzəblənmiş xanım Linkoln qaynar qəhvə fincanını qapır və
onu ərinin sifətinə vızıldadır. Özü də bunu başqa adamların yanında edir.
Heç nə deməyərək Linkoln alçaldılmış vəziyyətdə və susqun halda oturub
qalır, xanım Erli nəm dəsmalla ona yaxınlaşır və üzünü və pal-paltarını silir.
Xanım Linkolnun qısqanclığı o qədər axmaqcasına, o qədər quduzcasına və o
qədər ağlasığmaz idi ki, hətta üstündən 75 il keçəndən sonra da onun camaatın
qarşısında çıxardığı biabırçı səhnələr barədə oxuyanda adam hiddətindən
boğulur. Əvvəl-axır xanım Linkoln dəli oldu. Və ola bilsin ki, onun haqqında
demək mümkün olan ən mərhəmətli nə varsa, bu, başlanmaq üzrə olan ruhi
xəstəliyin, çox güman, onun xarakterini dəyişməsidir.
Bu hücumlar, danlaqlar, hiddət püskürtüləri Linkolnu dəyişdimi? Bir
münasibətdə hə. Sözsüz ki, bu, onun xanım Linkolna münasibətini dəyişdi.
Bunlar onu özünün uğursuz evliliyinin peşmançılığını çəkməyə və arvadından
imkan daxilində uzaq olmağa məcbur etdi.
Sprinqfild şəhərində on iki nəfər vəkil var idi və şəhərdə onlara iş çatışmırdı.
Buna görə də onlar, adətən, atla ətraf kəndlərə gedir, hakim Devid Devisin
keçirdiyi səyyar məhkəmə sessiyalarında iştirak edirdilər. Beləcə, onlar bütün
Sprinqfild məhkəmə dairəsində işləri aparırdılar.
Vəkillərin hamısı işlərini elə qururdu ki, şənbə günləri Sprinqfildə qayıdır və
uik-endi öz ailələri ilə birlikdə keçirirdilər. Lakin Linkoln bunu etmirdi. O, evə
qayıtmağa qorxurdu və yazda üç ayı, ardınca isə üç ay da payızda şəhərin
ətraflarında keçirir, Sprinqfildə yaxınlaşmırdı.
İlbəil bu cür davam edirdi. Kənd mehmanxanalarında yaşamaq şəraiti iyrənc
idi, lakin, buna baxmayaraq, o, bunu xanım Linkolnun daimi partlamaları və
oyunlarının baş verdiyi öz ailə ocağından üstün tuturdu.
Xanım Linkoln, imperatriçə Yevgeniya və qrafinya Tolstoy öz hücumları və
dığdığıları ilə bax belə nəticələrə nail olmuşdular. Onlar öz həyatlarına faciədən
başqa heç nə gətirmədilər. Hər şeydən çox, bəsləyib yetişdirdiklərini məhv
etdilər onlar.
Beləliklə, xoşbəxt ailə həyatını qoruyub saxlamaq üçün birinci qayda:
Heç bir halda bəhanə axtarmayın!!!
İkinci fəsil
Sevin və yaşamağa mane olmayın
“Mən həyatımda bir çox axmaqlıqlar törədə bilərdim, – deyirdi Dizraeli, –
amma sevib evlənməyə heç vaxt hazırlaşmamışam”.
O da sevib evlənmədi. O, 35 yaşına qədər subay qaldı. Və onda o, bunu bir
varlı dul qadına təklif etdi. Ondan 15 yaş böyük olan dul qadına.
Qadın bilirdi ki, Dizraeli onu sevmir, bilirdi ki, Dizraeli onunla puluna görə
evlənir.
Buna görə də bir şərt qoydu: onun xarakteri ilə tanış olmağa imkan vermək
üçün ondan bir il gözləməsini xahiş etdi. Və vədə çatanda ona ərə getdi.
Meri Enn 30 il ərzində Dizraeli üçün yaşadı, yalnız onun üçün. Hətta
varidatını da yalnız bunun Dizraelinin həyatını yüngülləşdirdiyinə görə
qiymətləndirirdi. Və o, Dizraelinin qəhrəmanı oldu. Dizraeli qraf tacını Meri Enn
downloaded from KitabYurdu.org