Beləliklə, əgər siz xoşbəxt ailə həyatınızı qoruyub saxlamaq istəyirsinizsə, ən
vacib qaydalardan birində deyilir:
Səmimi-qəlbdən minnətdar olun!
Beşinci fəsil
Onlar qadın üçün elə böyük
əhəmiyyət kəsb edir ki
Güllər hələ qədim vaxtlardan sevgi-məhəbbətin dili olub. Onların qiyməti
baha deyil, ələlxüsus da mövsüm çağında. Çox vaxt onu hər tində satırlar. Lakin
kişilərin əksəriyyətinin evə nadir hallarda nərgiz buketi gətirdiklərinə baxsaq,
belə başa düşmək olar ki, onlar orxideyalar kimi bahalıdır, yaxud onlar
edelveyslər kimi çətin tapılır.
Həyat yoldaşınıza bir neçə gül gətirmək üçün onun xəstəxanaya düşməsini
gözləmək nəyə lazım? Bir neçə qızılgülü ona niyə də sabah axşam
gətirməyəsiniz? Siz eksperimentləri sevirsiniz? Cəhd edin. Baxaq görək nə
alınacaq.
Qadınlar doğum günlərinə və digər ildönümlərinə çox böyük əhəmiyyət
verirlər. Niyə? Bu, əbədiyyətə qədər qadın sirlərindən biri kimi qalacaqdır. Sıravi
kişi bir çox əlamətdar tarixləri yadda saxlamadan ömrünü pis-yaxşı keçə bilər,
lakin bir neçə tamamilə zəruri olan günlər vardır: 1442-ci il (Kolumbun
Amerikanı kəşf etdiyi il), 1776-cı il (Amerika Birləşmiş Ştatlarının dövlət
müstəqilliyinin elan edildiyi il), həyat yoldaşının doğulduğu il, öz toyunun ili və
günü. Bərkə düşəndə ilk iki tarixsiz də ötüşmək olar, ancaq axırıncı iki tarixi
bilmədən keçinmək qeyri-mümkündür.
Boşanma ilə bağlı 40000 məhkəmə işinə baxmış və 2000 ailə cütlüyünü
barışdıra bilmiş Çikaqodan olan hakim Cozef Sabbat deyir:
“Ailə faciələrinin əksəriyyətinin kökündə gündəlik həyatın xırda məsələləri
durur. Ər işə gedəndə əl yellədərək sağollaşmaq kimi adi bir şey bir çox
boşanmaların qarşısını ala bilərdi”.
Bu gündəlik diqqət əlamətlərinin əhəmiyyətini kişilərin bir çoxu düzgün
qiymətləndirmir.
Əvvəl-axır – nikah adiləşmiş epizodlar sırasıdır. Və buna lazımınca diqqət
yetirməyən ailə cütlüyünün vay halına. Edna Sen Vinsent Mille bunun məğzini iki
sətirdə bildirmişdir:
“Günlərimi qaraldan sevginin getməsi deyil ,
Onun boş şeylərə görə getməsidir”.
Beləliklə, əgər siz xoşbəxt ailə həyatınızı qoruyub saxlamaq istəyirsinizsə, 5-
ci qaydanı tətbiq edin:
Azacıq diqqət göstərin!
Altıncı fəsil
Əgər siz xoşbəxt olmaq istəyirsinizsə, buna saymazyana yanaşmayın
Ən böyük natiqlərdən biri Uolter Demorş prezidentliyə iki dəfə namizəd
olmuş Ceyms C.Bleykin qızı ilə evlənib. Onlar çox illər bundan əvvəl Endrü
Karneginin evində, Şotlandiyada görüşmüşdülər və o vaxtdan istisnasız olaraq
xoşbəxt yaşayırlar.
Sirri nədədir?
downloaded from KitabYurdu.org
“Partnyoru seçəndən sonra vacibliyinə görə növbəti yerdə, – deyir xanım
Demorş, – nikaha daxil olandan sonra nəzakətli olmağın durduğunu hesab
edərdim. Cavan həyat yoldaşları öz ərlərinə münasibətdə kənar şəxslərə olduğu
kimi nəzakətli olaydılar!
Deyingən dildən istənilən kişi qaçardı.
Kobudluq – bu, sevgini gəmirən xərçəngdir. Bunu hər kəs bilir, bununla belə,
yaxşı məlumdur ki, biz yadlarla öz qohumlarımızla olduğundan qat-qat çox
nəzakətli oluruq.
Nə qədər qəribə olsa da, bizə alçaq sözlər deyən yeganə adamlar – bizim öz
ailəmizin üzvləridir”.
Nəzakət ailə həyatı üçün mühərrikə yağ lazım olan qədər vacibdir.
Alıcıya artıq-əskik söz deməyi özünə rəva görməyən bir çox adam öz həyat
yoldaşının üstünə heç düşünüb-daşınmadan çımxırır. Axı onların şəxsi
xoşbəxtlikləri üçün evlilik biznesdən qat-qat həyati əhəmiyyət kəsb edir. Kişinin
ailə ocağının qorunub saxlanması üçün qadın qədər niyə səy göstərmədiyini heç
bir adam başa düşə bilməz.
Hər bir kişi bilir ki, nəvazişlə o, öz arvadından istədiyi hər şeyə nail ola bilər
və bunun müqabilində qadın heç nə tələb etməz. Kişi bunu da bilir ki, qadının ev
təsərrüfatını necə yaxşı idarə etdiyi və ona necə yaxşı kömək etməsi ilə bağlı bir
neçə ucuz kompliment demiş olsa, qadın hər sentə qənaət edər. Hər bir kişi bilir
ki, o, arvadına keçənilki paltarda necə yaxşı göründüyünü və həmin paltarın ona
necə yaraşdığını demiş olsa, onda həyat yoldaşı həmin paltarı Parisin ən son
dəbli paltarına belə dəyişməz.
Beləliklə, əgər siz xoşbəxt ailə həyatınızı qoruyub saxlamaq istəyirsinizsə, 6-
cı qaydadan istifadə edin:
Nəzakətli olun!
Yeddinci fəsil
Nikah həyatında cahil olmayın
Sosial Gigiyena Bürosunun baş katibi Ketrin Bimenq Devis bir dəfə min nəfər
ərdə olan qadını bir sıra intim suallara açıq cavab verməyə inandıraraq anket
sorğusu keçirmişdi. Doktor Devis min nəfər ərdə olan qadının cavabını
oxuduqdan sonra tərəddüd etmədən bildirmişdi ki, onun əmin olduğu kimi, ABŞ-
da boşanmaların əsas səbəblərindən biri fiziki uyğunsuzluqdur.
Doktor Pol Popnou ailə həyatı üzrə ən nüfuzlu amerikalı mütəxəssislərdən
biridir. O, Ailə Münasibətləri İnstitutunun başçısı olaraq minlərlə nikah ilə bağlı
minlərlə cavabı nəzərdən keçirir. O hesab edir ki, nikahda uğursuzluqlar aşağıda
göstərilən dörd səbəbdən birinə görə baş verir. O, həmin səbəbləri bax bu
ardıcıllıqla sadalayır:
1. Seksual uyuşmazlıq.
2. Asudə vaxtı necə keçirməklə bağlı fikir ayrılıqları.
3. Maliyyə çətinlikləri.
4. Əqli, fiziki, yaxud emosional qeyri-normallıqlar.
Diqqət yetirin ki, birinci yerdə seks durur. Və nə qədər qəribə olsa da, pul
çətinlikləri yalnız üçüncü yerdədir.
Boşanmaların öyrənilməsi üzrə nüfuzlu mütəxəssislərin hamısı bununla
razılaşır ki, seksual uyğunluq mütləq şəkildə zəruridir. Baxın, bir neçə il əvvəl
downloaded from KitabYurdu.org