Natiqlərin bir çoxunun fəaliyyətini izləyib öyrənən və müəyyən dərəcədə
onların təşəkkül tapmasına yardım edən bu sətirlərin müəllifi, tələbəsi
başlanğıcda qorxu və əsəbi gərginlik keçirəndə sevinir.
Publika qarşısında çıxış etmək həmişə məsuliyyətli işdir, hətta əgər bu,
iyirmi nəfər qadın və kişinin iştirak etdiyi işgüzar görüşdə baş verirsə də. Çıxış
müəyyən gərginlik, müəyyən sarsıntı, müəyyən ehtirasla müşayiət olunur. Natiq
cilovlarını tarıma çəkmiş cins at kimi gərilmiş vəziyyətdə olmalıdır. Ölməz
Siseron hələ iki min il əvvəl demişdi ki, ictimaiyyət qarşısında hər bir həqiqi
yaxşı çıxış həyəcanlı olmalıdır.
Natiqlər eyni hissləri onlar radioda çıxış edəndə də tez-tez keçirirlər. Bu hal
“mikrofon qorxusu” adını daşıyır. Çarli Çaplin radio ilə çıxış edəndə onun nitqləri
həmişə əvvəlcədən yazılardı. O, “Myuzik-holda gecə” adlı vodevili ilə bütün
ölkəni hələ 1912-ci ildə gəzib-dolaşmışdı. Buna qədər İngiltərədə peşəkar
teatrda işləmişdi. Və bununla belə, o, divarları yumşaq üzlüklə döşənmiş otağa
girəndə və mikrofonu görəndə mədəsində coşqun fevral havasında Atlantik
okeanını üzəndə mədədə baş verənə təqribən oxşayan bir hal hiss eləmişdi.
Məşhur kinoaktyor və rejissor Ceyms Kerkvud da eyni hissləri keçirirdi. O,
teatrda baş rolları oynayırdı, lakin gözəgörünməz auditoriya qarşısında çıxış
edəndən sonra radiostudiyadan çıxanda alnının tərini silirdi. “Brodveydə
premyera – bununla müqayisədə heç nədir”, – deyə o etiraf edirdi.
Bəzi adamlar, onlara nə qədər tez-tez çıxış etmək lazım gəlsə də, lap
başlanğıc anında utancaqlıq hiss edirlər, lakin onlar danışmağa başlayandan bir
neçə saniyə sonra bu hiss yox olurdu.
Hətta Linkoln da öz çıxışlarını başlayanda həyəcanlanırdı.
“Başlayanda o çox yöndəmsiz olurdu, – deyə vəkillik praktikası üzrə onun
kompanyonu Qrendon şahidlik edir, – və belə təəssürat yaranırdı ki, o, şəraitə
uyğunlaşmaqda çətinlik çəkir. O, aşkar nəzərə çarpan utancaqlığı ilə bir müddət
mübarizə aparırdı və bu, onun utancaqlığını daha da gücləndirirdi. Mən tez-tez
bunun şahidi olurdum və belə dəqiqələrdə cənab Linkolnun halına acıyırdım. O
danışmağa başlayanda səsi kəskin, cingiltili, xoşagəlməz çıxırdı. Onun özünü
tutmaq manerası, onun qaməti, onun sarı, qırışlarla örtülü sifəti, onun qəribə
pozaları, inamsız hərəkətləri – hər şey, elə bil ki, ona qarşıdır, lakin yalnız qısa
müddətə. Bir neçə dəqiqədən sonra özünü ələ almaq qabiliyyəti, səmimilik,
mehribanlıq, diqqəti cəmləmək öz sözünü deyir və onun əsl nitqi başlayırdı”.
Eyni şey, ola bilsin ki, sizinlə də baş verəcəkdir.
Sizə yaxşı natiq olmaq üçün göstərdiyiniz səylərin tez və müvəffəqiyyətlə
həyata keçməsi üçün dörd qaydaya riayət etmək lazım gələcəkdir.
Birinci qayda:
nitqinizi öz məqsədinizə nail olmaq üçün güclü və
təkidli istəklə başlayın
Bu, sizin, çox güman, özünüz üçün izah etdiyinizdən qat-qat artıq əhəmiyyət
kəsb edir.
Əgər müəllim sizin qəlbinizə və ürəyinizə baxa və sizin istəklərinizin
dərinliyini müəyyən edə bilsəydi, o, sizin nə qədər tez uğur qazanacağınızı,
demək olar, əminliklə öncədən söyləyə bilərdi. Əgər sizin istəkləriniz ləms və
zəifdirsə, sizin nailiyyətləriniz də eynilə bu cür xarakter alacaqdır. Lakin siz öz
downloaded from KitabYurdu.org
məqsədinizə inadla, pişiyi təqib edən buldoq enerjisiylə can atarsınızsa, onda
bizim qalaktikamızda sizi heç nə saxlaya bilməyəcək.
Buna görə də özünüzün hazırlığınızla daha güclü ruh yüksəkliyi ilə məşğul
olmalısınız. Onun faydasını yaddan çıxarmayın. Özünüzə daha güclü inam hissinə
və auditoriya qarşısında daha inandırıcı şəkildə danışmaq qabiliyyətinə
yiyələnməyinizin sizin üçün nə qədər böyük əhəmiyyət kəsb etdiyi barədə
düşünün. Fikirləşin ki, bu, dollara və sentlərə çevrilərsə, sizin üçün nə demək ola
bilər və olacaqdır. Bunu fikirləşin ki, sizin üçün bu, ictimai mənada nə əhəmiyyət
kəsb edə bilər, nə cür dostlar qazana bilərsiniz, sizin şəxsi nüfuzunuzun artacağı
barədə, rəhbər postlar tuta biləcəyiniz haqqında düşünün. Və bu, sizi rəhbər
postlara haqqında fikirləşə biləcəyiniz istənilən başqa fəaliyyət növündən daha
tez çatdıracaqdır.
“Karyerasını qurmaq və özünün etiraf olunmasına nail olmaq üçün,
– deyirdi Çonsi M.Depyu, – insanın yiyələnə bildiyi başqa heç bir qabiliyyət ona
yaxşı danışmaq bacarığı kimi sürətli imkan yarada bilməz”.
Filip Armor milyonların sahibi olandan sonra demişdi: “Mən məşhur
kapitalist olmaqdansa, məşhur natiq olmağa üstünlük verərdim”.
Bu, demək olar, hər bir savadlı insanın can atdığı nailiyyətdir. Endrü Karnegi
vəfat edəndən sonra onun şəxsi kağızları arasında hələ otuz üç yaşı olanda tərtib
etdiyi həyat planı tapılmışdı. Həmin vaxt o hesab edirdi ki, iki ildən sonra hər il
əlli min dollar gəlir götürə biləcəkdir. Buna görə də o, otuz beş yaşı üçün işlərdən
kənarlaşmaq, Oksford Universitetinə daxil olmaq, sistemli təhsil almaq və “xüsusi
diqqəti ictimaiyyət qarşısında çıxışlara yetirmək” niyyətində idi.
Bu yeni bacarığınızın sizə necə bir məmnunluq gətirəcəyi, necə bir sevinc
yaşadacağı barədə fikirləşin. Bu sətirlərin müəllifi Yer kürəsinin heç də az
hissəsini gəzməyib və geniş, həm də müxtəlif təcrübə toplayıb. Lakin o, insanın
auditoriya qarşısında çıxış eləmək və bununla da adamları özü kimi fikirləşməyə
sövq etməkdən aldığı məmnunluqla müqayisə oluna biləcək çox az şeyin adını
çəkə bilər. Bu, sizə qüvvə hissi, qüdrət hissi verəcəkdir. Bu, sizə qazandığınız
uğurlara görə məğrurluq gətirəcəkdir. Bununla da siz başqa adamları
qabaqlayacaq və onlardan yüksəyə qalxacaqsınız. Bunda özünəməxsus magiya,
nəsə unudulmaz cəlbedici bir şey vardır. “Çıxışa başlamazdan iki dəqiqə qabaq
mən, – deyə bir natiq etiraf edirdi, – danışmaqdansa, özümü qamçılatdırmağa
hazır olurdum, lakin nitqin başa çatmasına iki dəqiqə qalanda mən susmaqdansa,
özümü güllələtdirməyə hazıram”.
Bəzi adamlar istənilən əlavə səydən ruhdan düşür və işi yarımçıq atırlar.
Buna görə də siz bu sənətə yiyələnməyin sizə nə verəcəyi haqda daima
düşünməlisiniz; sizin ona can atmaq istəyiniz qaynar, ağappaq ağaranadək
qızdırılmış olmalıdır. Siz məşğələlərdən entuziazmla yapışmalısınız və bu, sizi
qələbəyə gətirəcəkdir. Həftədə bir günün axşamını bu kitabın mütaliəsi üçün
ayırın. Qısaca deyilərsə, özünüzə irəliləmək imkanını maksimal yüngülləşdirin,
geri çəkilməyinizi çətinləşdirin.
Yuli Sezar Qalliyadan tərpənərək La-Manşı keçib və öz legionları ilə hazırda
İngiltərə adlanan ölkəyə çatanda o, öz qoşunlarının uğurunu təmin etmək üçün
nə tədbir görmüşdü? Çox ağıllı bir tədbir: o, öz əsgərlərinə Duvrun tabaşir
qayalarında dayanmağı əmr etdi; onlar dəniz səthindən iki yüz hündürlükdən
downloaded from KitabYurdu.org