Mən bu nəzəriyyəyə riayət etməyə başladım. Əvvəl mən çox şeydən
qorxurdum – qrizli ayılarından tutmuş kəhgir atlara və başkəsənlərə qədər.
Lakin mən özümü elə aparırdım ki, sanki qorxmuram və tədricən, həqiqətən də,
qorxmamağa başladım.
Adamların əksəriyyəti, istək olarsa, eyni şeyi edə bilər”.
Və siz də, əgər istəsəniz, buna nail ola bilərsiniz. “Müharibədə, – demişdi
marşal Foş, – müdafiə olunmağın ən yaxşı üsulu hücum etməkdir”. Buna görə də
öz qorxularınızın üzərinə hücuma keçin. Onların qabağına çıxın, onlarla döyüşün,
onları imkan düşən hər bir vəziyyətdə cəsarətinizlə məğlub edin.
Təsəvvür edin ki, siz hansısa bir naməni çatdırmaq üçün göndərilmisiniz. Biz
naməni gətirənə xüsusi diqqət yetirmirik, bizi onun məzmunu maraqlandırır.
Bütün mətləb məzmundadır. Öz diqqətinizi onun üzərində cəmləşdirin. Onu öz
ürəyinizdə saxlayın. Onu öz beş barmağınız kimi tanıyın. Ona inanın. Ardınca isə
danışın, inandırıcı şəkildə və qətiyyətlə.
Bu cür hərəkət edin və on şans birə qarşı ki, siz tezliklə vəziyyətin yiyəsi
olacaq və özünüzü ələ almağı bacaracaqsınız.
Dördüncü qayda:
təcrübə, təcrübə, təcrübə
Burada yada salmalı olduğumuz axırıncı məsələ, sözsüz ki, ən mühüm
olanıdır. Əgər siz indiyə qədər oxuduqlarınızı unutsanız belə, aşağıdakını yadda
saxlayın: çıxış edərkən özündə inam hissini formalaşdırmaq üçün birinci (onun
özü də axırıncıdır) səhvsiz üsul – bu, bacardıqca çox danışmaqdır. Hər şey
mahiyyət etibarilə bir əsas məqamda cəmlənir – təcrübə, təcrübə və təcrübə. Bu,
hər şey üçün “sine qua non”
28
deməkdir, bunsuz heç nəyin alınmayacağı şərtdir.
“Başlayan hər kəs, – deyə Ruzvelt xəbərdarlıq edir, – “maral sətəlcəmi”
həyəcanına düçar ola bilər. Bu, son həddə əsəbi coşqunluq vəziyyətidir ki, onun
utancaqlıqla ortaq heç nəyi yoxdur. Bu hal ovda birinci dəfə maral görən və ya
döyüşdə iştirak edən hər bir kəsdə olduğu kimi, böyük auditoriya qarşısında ilk
dəfə çıxış edən adamda da meydana çıxa bilər. İnsanın cəsarətə yox, özünü ələ
almaq, soyuqqanlı olmağa ehtiyacı var. Bunu isə yalnız daim təcrübə keçməklə
qazanmaq mümkündür.
O, daimi özünənəzarətlə öz əsəblərini tam şəkildə ələ almağı öyrənməlidir.
Bu, əhəmiyyətli dərəcədə vərdişin, daim səy göstərməyin və daim iradənin
gücünü qabartmağın işidir. Əgər insanın təmayülləri yaxşıdırsa, o, həmin
iradənin gücünün hər təzahürü ilə daha qüvvətli və bir az da qüvvətli olacaqdır”.
Siz auditoriya qarşısında qorxudan yaxa qurtarmaq istəyirsiniz? Gəlin bu
qorxunun nədən doğduğuna baxaq.
“Qorxu cahillik və inamsızlıqdan doğur”, – deyə professor Robinson özünün
“Zəkanın təşəkkül tapması” kitabında yazır. Başqa sözlə desək, qorxu nəticə kimi
təzahür edərək özünə inamın kifayət qədər olmamasından doğur.
Bəs bu, sonuncunu meydana çıxaran nədir? Özünə inamsızlıq öz növbəsində
sizin etməyə həqiqətən qabil olduqlarınızı bilməməyinizin nəticəsi kimi meydana
çıxır. Həmin bu bilməməzlik isə təcrübənin kifayət qədər olmamasından irəli
gəlir. Sizin çiyninizdə uğurlu təcrübə baqajı olanda qorxularınız yox olacaq; onlar
iyul günəşi altında duman kimi əriyib itəcəkdir”.
downloaded from KitabYurdu.org
Bir şey şübhəsizdir: üzməyi öyrənmək üçün suya tullanmaq lazımdır.
Bununla hamı razılaşır. Siz bu kitabı artıq kifayət qədər xeyli vaxtdır ki,
oxuyursunuz. Niyə də siz indi onu bir kənara qoymayasınız və praktiki işdən
yapışmayasınız?
Özünüz üçün bir, yaxşı olardı ki, müəyyən biliklərə malik olduğunuz mövzu
seçin və üç dəqiqəlik çıxış hazırlayın.
Həmin çıxışı təklikdə dəfələrlə məşq edin. Ardınca, əgər mümkündürsə,
adamların və ya dostlarınızın qarşısında çıxış edin, həmin çıxışa bütün qüvvənizi
qoyun.
Xülasə
1. Kursların minlərlə dinləyicisi bu kitabın müəllifinə yazaraq natiqlik
sənətini nə üçün öyrənmək və bunun nəticəsində nəyə nail olmaq istədiklərini
bildiriblər. Demək olar ki, hamının göstərdiyi əsas motiv budur: onlar
həyəcandan yaxa qurtarmaq, publika qarşısında dayanarkən fikirləşməyi
bacarmağı öyrənmək və istənilən miqyaslı auditoriya qarşısında inamla və asudə
danışmaq istəyirlər.
2. Bütün bunları etmək bacarığına yiyələnmək çətin deyil. Bu heç də göylərin
ayrı-ayrı şəxslərə bəxş etdiyi istedad hesab olunmamalıdır. Bu, nə isə poker
oynamağı bacarmaq kimi bir şeydir: istənilən kişi, istənilən qadın – əgər onda
kifayət qədər güclü istək olarsa, özündəki gizli qabiliyyətləri inkişaf etdirə bilər.
3. Təcrübəli natiqlərin bir çoxu auditoriya qarşısında ayrıca bir adamla
söhbət zamanı olduğu ilə müqayisədə daha yaxşı fikirləşir və yaxşı danışır.
Çoxsaylı dinləyicilərin olması onlar üçün stimuldur, onlarda ilham doğurur.
Əgər siz bu kitabda işıqlandırılmış məsləhətlərə dəqiq riayət edərsinizsə,
onda vaxt gələr, siz də eynilə bu cür bacarığa yiyələnər və ictimaiyyət qarşısında
gələcək çıxışlarınızda məmnunluqla belə düşünərsiz.
4. Belə düşünməyin ki, sizinlə bağlı hal – istisna təşkil edir. Sonralar məşhur
natiq olmuş bir çox insan öz fəaliyyətinin başlanğıcında utancaqlıqdan əziyyət
çəkir və auditoriya qarşısında qorxudan az qala iflic vəziyyətə düşürdü. Brayanla,
Jan Joreslə, Lloyd Corcla, Çarlz Stüart Parnellə, Con Braytla, Dizraeli, Şeridan və
bir çox başqaları ilə də eynilə bu baş vermişdi.
5. Tez-tez çıxış etməyinizdən asılı olmayaraq, siz bu utancaqlığı nitqinizin
əvvəlində həmişə hiss edə bilərsiniz, lakin danışmağa başlayandan bir neçə an
sonra o, tamamilə yox olacaqdır.
6. Bu kitabdan qısa vaxt ərzində bacardıqca çox şey əxz etmək üçün
aşağıdakı dörd qaydaya əməl etmək lazımdır:
a) Nitqinizi məqsədə güclü və inadlı can atmaq istəyi ilə başlayın.
Öyrənmək üçün göstərdiyiniz səylərin sizə gətirəcəyi faydaların hamısını
yadda saxlayın. Özünüzdə ruh yüksəkliyi yaradın. Bunun sizə maliyyə və sosial
mənada, eləcə də sizin nüfuzunuzun artması, rəhbər postları tutmaq mənasında
nələr verə biləcəyi haqda düşünün. Yadda saxlayın ki, sizin uğur əldə edəcəyiniz
vaxtın nə qədər tez yetişəcəyi özünüzün məqsədə doğru can atmağınızın
gücündən asılı olacaqdır.
b) Çıxışınıza hazırlaşın. Əgər siz haqqında danışmağa hazırlaşdığınız
mövzunu yaxşı bilməsəniz, özünüzü inamsız hiss edəcəksiniz.
downloaded from KitabYurdu.org