“Müharibə sənəti – bu, ölçülüb-biçilmiş və düşünülüb-daşınmış olandan
başqa heç nəyin alınmadığı bir elmdir”.
Bunun ictimaiyyət qarşısında çıxışlara aidiyyəti hərbi əməliyyatlarla
müqayisədə heç də az deyil. Lakin natiqlər bunu başa düşürlərmi, başa
düşürlərsə də, onlar həmişə bu cür hərəkət edirlərmi? Bir çox çıxışlarda sistem
və nizam, bir boşqab irland raqusunda olandan çox deyildir.
Müəyyən fikirlər kompleksini ən effektiv surətdə necə nizama salmalı?
Onlarla tanış olmadan bunu heç kim deyə bilməz. Bu problem həmişə təzə
olur; bu, əbədi, hər bir natiqin özü qarşısına qoymalı olduğu və hər dəfə yenə və
yenə ona cavab verilməli olan sualdır. Bununla bağlı nöqsansız hansısa qaydalar
təklif etmək qeyri-mümkündür, lakin burada konkret nümunə əsasında biz, hər
halda, göstərə bilərik ki, nizama salmaq deyəndə nəyi başa düşürük.
Mükafat alan nitq necə qurulmuşdu
Aşağıda Daşınmaz Əmlak Birjası Milli Assosiasiyasının toplantısında neçə
illər bundan əvvəl söylənmiş bir nitqin mətni verilir. O, müxtəlif şəhərlərdə
söylənmiş digər iyirmi yeddi nitqlə yarışda birinci yerə verilən mükafatı almışdı
və belə desək, həmin mükafatı bu gün də alardı. Bu nitq yaxşı qurulub, aydın,
canlı, maraqlı şəkildə səsləndirilib, faktiki materialla zəngindir. Onda qəlb vardır.
O, dinamikdir. O, buna layiqdir ki, onu oxusunlar və öyrənsinlər.
“Cənab sədr, dostlar!
Yüz qırx dörd il əvvəl mənim şəhərimdə – Filadelfiyada bizim qüdrətli
ölkəmizin, Birləşmiş Ştatların əsasları qoyulmuşdur və buna görə də tamamilə
təbiidir ki, belə bir tarixi keçmişə malik olan şəhərə onu yalnız bizim ölkəmizin
ən böyük sənaye mərkəzi deyil, həm də bütün dünyanın ən iri və ən gözəl
şəhərlərindən biri etmiş həmin qüdrətli amerikalı ruhu hopmuşdur.
Filadelfiyanın iki milyona yaxın əhalisi var; şəhərin ərazisi Miluoki və
Boston, Paris və Berlinin birlikdə yerləşdikləri əraziyə bərabərdir. Biz 130
kvadrat mil ərazimizdən ən yaxşı torpaqların səkkiz min akrını gözəl parkların,
bağların və bulvarların yaradılmasına ayırmışıq ki, sakinlərimizin dincəlmək və
əylənmək üçün kifayət qədər yeri olsun, onların ixtiyarında hər bir ləyaqətli
amerikalının layiq olduğu ətraf mühit olsun.
Dostlar! Filadelfiya – bu təkcə böyük, təmiz və gözəl şəhər deyildir; o, hər
yerdə dünyanın qüdrətli emalatxanası kimi ad çıxarıb; onu buna görə belə
adlandırırlar ki, bizim 9200 sənaye müəssisəmizdə çalışan, iş gününün hər on
dəqiqəsi ərzində yüz min dollar dəyərində faydalı məhsul buraxan 400 min
nəfərlik nəhəng ordumuz vardır. Bir məşhur statistikaçının sözlərinə görə, bizim
ölkəmizdə yun, dəri məmulatları, trikotaj, tekstil malları, dəzgah, akkumulyator,
polad gəmilər və bir çox başqa adda məhsulların istehsalı üzrə Filadelfiya ilə
müqayisə oluna biləcək şəhər yoxdur. Biz hər iki saatda bir parovoz buraxırıq –
gündüz və gecə – və bizim qüdrətli ölkəmizin əhalisinin yarısından çoxu
Filadelfiya şəhərində istehsal olunmuş tramvaylarda gəzir. Biz hər dəqiqədə min
ədəd siqar buraxırıq; keçən il bizim 115 trikotaj fabrikində ölkəmizin hər bir
kişisinə, qadınına və uşağına iki cüt corab məmulatı hazırlanmışdır. Biz İngiltərə
və İrlandiyanın birlikdə istehsal etdiklərindən çox xalça buraxırıq, bizim
kommersiya və sənaye fəaliyyətimizin ümumi miqyası isə elə böyükdür ki,
banklarımızın ötənilki, otuz yeddi milyard dollar təşkil edən qarşılıqlı
downloaded from KitabYurdu.org
hesablaşmalarının məbləği ölkədə olan “Azadlıq zayomları” istiqrazlarının
hamısını geri almağa kifayət edərdi.
Lakin, dostlar, biz öz sənayemizin heyranedici nailiyyətləri, şəhərimizin
ölkəmizdə tibb, incəsənət və təhsilin iri mərkəzlərindən biri olması ilə fəxr etsək
də, qürur hissini daha çox onda keçiririk ki, Filadelfiyada dünyanın başqa
istənilən şəhərində olduğundan çox şəxsi ev vardır. Filadelfiyada 397 000 ev var
və əgər həmin evləri iyirmi beş futluq sahədə bir sıraya düzsək, onda bu sıra
Filadelfiyadan başlayıb, Kanzas-Sitidə indi biz olduğumuz qurultaylar zalından
keçərək Denverə qədər, yəni 1881 mil məsafəyə uzanardı.
Lakin sizin xüsusi diqqətinizi bu mühüm fakta cəlb etmək istəyirəm ki, on
minlərlə bu cür ev şəhərimizin zəhmətkeşlərinə məxsusdur və həmin evlərdə
yaşayanlar da onlardır, özünün yaşadığı torpaq və başının üstündəki dam insana
məxsus olanda isə heç bir xarici xəstəlik həmin adama yoluxa bilməz.
Filadelfiya Avropa anarxizmi üçün münbit zəmin deyildir, çünki bizim
evlərimiz, təhsil müəssisələrimiz və bizim çox böyük sənayemiz bizim
şəhərimizdə doğulmuş və bizim əcdadlarımızın mirası kimi xidmət göstərən əsl
amerikalı ruhu ilə yaradılmışdır. Filadelfiya – bu, bizim qüdrətli ölkəmizin
anasıdır, bu, Amerika azadlığının əsl mənbəyidir. Bu, birinci Amerika bayrağının
hazırlandığı şəhərdir; bu, Birləşmiş Ştatların birinci konqresinin iclas keçirdiyi
şəhərdir; bu, Müstəqillik Deklarasiyasının imzalandığı şəhərdir; bu, Azadlıq
Zənginin, Amerikanın ən hörmət olunan əmanətinin, bizim on minlərlə kişi,
qadın və uşağımızı ilhamlandırdığı şəhərdir. Buna görə də hesab edirik ki, biz
qızıl buzova səcdə qılmaqdan yox, amerikalı ruhunun bərqərar edilməsindən və
yanan azadlıq məşəlini qoruyub saxlamaqdan ibarət olan missiyanı yerinə
yetiririk ki, Vaşinqtonun, Linkolnun və Teodor Ruzveltin hökuməti Yaradanın
izni ilə bütün bəşəriyyət naminə ilhamlanmış olsun”.
Gəlin bu nitqi təhlil edək. Gəlin onun necə qurulduğuna, onun nəyin
sayəsində belə güclü təəssürat yaratdığına baxaq. Hər şeydən qabaq, onun
başlanğıcı və sonluğu vardır. Bu dəyərli cəhət sizin, ola bilsin ki, düşünmək
istəyəcəyinizlə müqayisədə nadir hallarda rast gəlinir. Nitq başlayır və dönməz
olaraq, uçan vəhşi qaz dəstəsi kimi irəli hərəkət edir. Onda artıq olan söz yoxdur,
natiq vaxtını hədər yerə itirmir.
Onda təravətlik, individuallıq vardır. Natiq bununla başlayır ki, başqa
natiqlərin öz şəhərləri barədə, ola bilsin, deyə bilməyəcəklərindən danışır;
göstərir ki, onun şəhəri bütün ölkənin beşiyidir.
O deyir ki, bu, dünyanın ən iri və ən gözəl şəhərlərindən biridir.
Lakin belə bir bəyanat ümumi bir cümlə, banallıq ola bilərdi. Bu cümlə öz-
özlüyündə xüsusi təəssürat yaratmaya bilərdi. Natiq bunu başa düşürdü və buna
görə də öz dinləyicilərinə onun “Miluoki və Boston, Paris və Berlinin birlikdə
yerləşdikləri əraziyə” bərabər olan sahə tutduğunu deməklə Filadelfiyanın
ölçülərini təsəvvür etməyə imkan verdi. Bu, nə isə müəyyən, konkret bir
haşiyədir. Bu, maraqlıdır. Bu heyran edir. Bu yadda qalır. Bu, söylənilən fikri
şüura bütöv bir səhifə statistik göstəricidən yaxşı çatdırır.
Sonra natiq bəyan edir ki, Filadelfiya “hər yerdə dünyanın emalatxanası kimi
ad çıxarıb”. Bu şişirtmək kimi səslənir, elə deyilmi? Təbliğata oxşayır. Əgər o,
bundan dərhal sonra növbəti müddəaya keçmiş olsaydı, heç kimi buna inandıra
downloaded from KitabYurdu.org