Niyə? Ona görə ki böyük təcrübənin əsasında o başa düşmüşdür ki, yaxşı
məruzə – bu, həmin məruzədir ki, onun arxasında natiqin istifadə etməyə
çatdırdığından xeyli çox ehtiyat material durur.
Xülasə
1. Əgər natiqin beynində və ürəyində ideya, bunu demək üçün daxili tələbat,
həqiqətən də, varsa, onda o uğur qazanacağına, demək olar, tamamilə əmin ola
bilər. Yaxşı hazırlanmış nitq – bu, onda doqquz qədər söylənmiş nitqdir.
2. Çıxışa hazırlaşmaq nə deməkdir? Bir neçə cümləni mexaniki surətdə
kağıza köçürmək? Həmin cümlələri əzbərləmək? Qətiyyən yox. Əsl hazırlıq özün
üçün nə isə qənaət çıxarmaqdan, öz fikirlərini seçib və yerbəyer etməkdən, öz
baxışlarını işləyib və formalaşdırmaqdan ibarətdir. Məsələn, Nyu-Yorkdan olan
cənab Cekson “Forbs meqezin” jurnalından oxuduğu başqalarının fikirlərini,
sadəcə olaraq, səsləndirməyə cəhd edəndə süquta uğradı. Lakin onun çıxışı
həmin məqaləni öz nitqinin yalnız başlanğıc məntəqəsi kimi istifadə edəndə, öz
fikirlərini səsləndirəndə, şəxsi müşahidələrinə əsaslanan nümunələri göstərəndə
uğurlu oldu.
3. Əyləşib və otuz dəqiqə ərzində nitq hazırlamağa heç cəhd də etməyin.
Nitqi piroq kimi sifarişlə “bişirmək” olmaz. Nitq gərək yetişsin. Mövzunu həftənin
əvvəlində seçin, onu boş vaxtınızda düşünüb-daşının, onu bəsləyib böyüdün, onu
nə gündüz, nə də gecə yaddan çıxarın. Onu dostlarınızla müzakirə eləyin. Onu
söhbətlərinizin mövzusu edin. Bu mövzu ilə əlaqədar özünüzə mümkün olan hər
cür sual verin. Ağlınıza gələn fikirlərin və nümunələrin hamısını kağız
parçalarına qeyd edin və axtarışlarınızı davam etdirin. İdeyalar, mülahizələr sizə
ən müxtəlif vaxtlarda gələcək: vanna qəbul edəndə, şəhərin mərkəzinə yolla-
nanda da, sizə sifariş etdiyiniz naharı gətirəcəklərini gözləyəndə də.
Linkolnun metodu belə idi. Uğur qazanan natiqlərin, demək olar, hamısı bu
metoddan istifadə edibdir.
4. Sualı müstəqil surətdə düşünüb-daşınandan sonra kitabxanaya gedin və
bu mövzu ilə bağlı ədəbiyyatı oxuyun – əgər vaxt imkan verirsə.
Kitabxanaçıya sizə nə lazım olduğunu danışın. Onun sizə böyük köməyi dəyə
bilər.
5. İstifadə etmək niyyətində olduğunuzdan çox material toplayın. Lyuter
Berbankı təqlid edin. O, çox vaxt istisnasız keyfiyyətlərə malik olan bir və ya iki
nümunəni seçib ayırmaq üçün milyonlarla bitki əkirdi. Yüz fikir seçib ayırın və
onlardan doxsanını kənara atın.
6. Bilik ehtiyatı yaradın, yəni istifadə edə biləcəyinizdən əhəmiyyətli qədər
çox material toplayın, onda ən tam informasiya əldə etmiş olarsınız. Çıxışa
hazırlaşanda Artur Dannın ərzaq məhsullarının satışı üzrə agentləri öyrətdiyi
metoddan, eləcə də İda Tarbellin transatlantik kabel haqqında məqalə
hazırlayarkən tətbiq etdiyi metoddan istifadə edin.
Üçüncü fəsil
Məşhur natiqlər çıxışlarına
necə hazırlaşırdılar
Bir dəfə mən Nyu-Yorkdakı “Rotari” klubunda səhər yeməyində iştirak
edirdim.
downloaded from KitabYurdu.org
Əsas natiq görkəmli dövlət xadimi idi. Tutduğu yüksək post onun nüfuzunu
artırırdı və biz onun edəcəyi nitqindən alacağımız ləzzəti əvvəlcədən dadırdıq. O,
öz idarəsinin fəaliyyəti haqqında danışacağını vəd etmişdi, bu isə nyu-yorklu
biznesmenlərin hər birini maraqlandıra bilərdi.
Natiq öz sahəsini çox gözəl bilirdi, danışmalı olacağından əhəmiyyətli qədər
çox məlumatlı idi. Lakin o, nitqini hazırlamamışdı, bunun üçün özünə lazım
olacaq materialı seçib ayırmamışdı, yerbəyer etməmişdi, sistemləşdirməmişdi.
Bununla belə, o, təcrübəli adamlara xas olan cəsarətlə, heç nəyə baxmadan
natiqlik dəryasına baş vurdu. O, hara getdiyini bilmirdi, lakin buna rəğmən yıxıb
dağıda-dağıda gedirdi.
Qısası, onun beynində vineqret idi və onun bizi qonaq etdiyi də eyni cür təsir
bağışlayırdı. O, dondurmadan başladı, sonra duru yeməyi verdi, ardınca balıq və
ləpə, sonda isə – nə isə duru yemək, dondurma və hisə tutulmuş siyənək
balığından ibarət olan bir həftəbecər. Mən indiyə qədər hələ heç vaxt və heç
yerdə özünü bu qədər itirmiş natiqə rast gəlməmişdim.
Əvvəl o, improvizə etməyə çalışdı, sonra əlacı kəsilərək cibindən bir dəst
kağız çıxartdı və etiraf elədi ki, katibəsi bunu onun üçün tərtib edib. Məsələ, çox
güman, elə bu cür də idi. Lakin bu qeydlərdə nizam dəmir-dümür qırıntılarının
töküldüyü platformada olan nizamdan çox deyildi. O, əsəbi şəkildə kağızları
vərəqləyir, onlardan baş açmağa və cəngəllikdən çıxmağa çalışaraq gah bir, gah
da başqa səhifəni gözdən keçirirdi; birdən elə danışmağa cəhd edirdi ki, sanki bu,
ona müyəssər oldu, lakin yenə də heç nə alınmırdı. O üzr istədi, su xahiş elədi,
əsən əli ilə stəkanı götürdü, bir neçə rabitəsiz cümlə səsləndirdi, dediklərini
təkrarlamağa başladı, yenə də qeydlərdə eşələnməyə girişdi... O, dəqiqəbədəqiqə
daha acizləşir, getdikcə özünü daha çox itirirdi. Onun alnını tər örtmüşdü və o,
tərini siləndə əli əsirdi. Biz hamımız onun süqutunu müşahidə edə-edə oturub,
onun yerinə əzab çəkir, onun halına acıyırdıq. Biz həm də bərk çaşqınlıq hissi
keçirirdik. Lakin natiq danışmaqda inadkarcasına davam edirdi. O, vəziyyətdən
çıxmağa çalışırdı, qeydlərdə eşələnirdi, üzr diləyirdi, su içirdi. Dinləyicilər başa
düşürdülər ki, bu tamaşa sürətlə tam faciəyə yaxınlaşır və o, nəhayət ki, əyləşib
nəticəsiz cəhdlərini dayandıranda hamı yüngüllük hiss etdi. Özünü bu qədər pərt
hiss edən dinləyiciləri, belə bir xəcalət və alçalma yaşamış natiqi mən indiyə
qədər hələ görməmişdim. O, öz nitqini elə söylədi ki, bu cür, Russonun sözlərinə
görə, sevgi məktubları yazılmalıdır: o, nə deməli olduğunu bilməyə-bilməyə
başladı və nə yazdığını başa düşmədən məktubu bitirdi.
Bu hekayənin əxlaqi dərsi, Herbert Spenserin sözləri ilə desək, budur:
“Əgər insanın bilikləri nizamla yerbəyer olunmayıbsa, onda o, nə qədər çox
bilirsə, onun fikirlərində bir o qədər dolaşıqlıq var”.
Sağlam düşüncəli heç bir adam layihə olmadan ev tikməyə başlamaz. Bəs o
heç olmasa təqribi planı və ya tezisləri olmadan çıxışa necə başlaya bilər axı?
İctimaiyyət qarşısında çıxış – bu, qarşıya qoyulan məqsədlə səyahətdir və
marşrut xəritədə qeyd olunmalıdır. Kim ki hara getdiyini bilmir, o, adətən,
naməlum yerə gəlib çıxır.
Mən istəyərdim ki, Yer kürəsinin, natiqlik sənətini öyrənən adamların
toplaşdığı otaqların qapılarının hamısının üstündə alovlu, azı bir fut ölçülü
hərflərlə Napoleonun bu sözləri yazılsın:
downloaded from KitabYurdu.org