ağacına baxan Tomas Edisonu görürdüm. Mən Mark Tvenin mürəkkəblə yazılmış
hərfləri dinləyicilərin qarşısında dırnağından yalayıb silən obrazını təsəvvür
elədim.
Bəs mən bu şəkillərin ardıcıllığını necə yadda saxladım? Nömrələr üzrə –
birinci, ikinci, üçüncü, dördüncü? Xeyr, bu çox çətin olardı. Mən nömrələri də
şəkillərə çevirdim və nömrələrin şəkillərini mövzuların şəkilləriylə
uyğunlaşdırdım.
Məsələn, “uan” (bir) sözü “ran” (çapmaq) sözü ilə təqribən eyni səslənir və
buna görə də mən Ruzvelti öz otağında, cıdır atının belində oturan vəziyyətdə
təsəvvür elədim. “Tu” (iki), demək olar, “zu” (heyvanxana) kimi səslənir və
təsəvvür etdim ki, Edisonun baxdığı albalı ağacı zooparkda ayının qəfəsində bitir.
“Zsri” (üç) “tri”yə (ağac) oxşayır və mən Linkolnu ağacın başına dırmaşmış və öz
tərəf-müqabilinə hündürdən qəzet oxuduğunu təsəvvür etdim. “For” (dörd)
“dor” (qapı) sözünə oxşayır.
Mark Tven açıq qapının böyründə, çərçivəyə söykənmiş vəziyyətdə
dayanmışdı və auditoriya qarşısında çıxış edə-edə dırnaqlarından mürəkkəbi
yalayıb təmizləyirdi.
Mən yaxşı başa düşürəm ki, bu sətirləri oxuyanlardan bir çoxu bu metodun
sarsaqlıq həddində olduğunu fikirləşəcəkdir. Bu, doğrudur və onun uğurlu
olmasının səbəblərindən biri də məhz elə budur. Məhz qəribə və sarsaq şeylər
nisbətən yaxşı yadda qalır. Əgər mən öz nümunələrimi yalnız nömrələr üzrə
yadda saxlamağa çalışsaydım, onları asanlıqla çaşbaş sala bilərdim, lakin indicə
təsvir etdiyim sistemdə bu, demək olar, mümkün deyil.
Üçüncü bəndi yada salmaq istəyəndə mənə bircə özümdən soruşmaq lazım
gəlirdi ki, ağacın başında nə var idi və dərhal da qarşımda Linkoln peyda olurdu.
Mən birdən iyirmiyə qədər rəqəmləri rəqəmlərlə həmsəs olan şəkillər
seçməklə görmə obrazlarına əsas etibarilə öz rahatlığım üçün çevirmişdim. Əgər
siz bu cür rəqəmli şəkillərin yadda saxlanmasına yarım saat vaxt sərf etsəniz,
yalnız bircə dəfə sadaladığınız iyirmi əşyanın siyahısını dəqiq surətdə eyni
ardıcıllıqla təkrar edə, eləcə də ixtiyari ardıcıllıqla, məsələn, hansı əşyanın
səkkizinci, hansının on dördüncü, hansının üçüncü və ilaxir yerdə dayandığını
deyə bilərsiniz.
Bunu özünüzdə sınaqdan çıxarmağa cəhd edin. Sizdə heç nə alınmayacağını
fikirləşə bilərsiniz, lakin, bununla belə, cəhd edin. Siz tezliklə adamları öz
yaddaşınızla heyran edəcəksiniz və hər halda, bunun maraqlı olduğunu
görəcəksiniz.
Bütün kitabı necə əzbərləmək olar?
Qahirənin Əl-Əzhar Universiteti dünyada ən iri təhsil orqanlarından.? Bu,
iyirmi bir min tələbəsi olan müsəlman təhsil müəssisəsidir. Qəbul im-
tahanlarında universitetə daxil olan hər kəsdən Quranı əzbər bilmək tələb
olunur. Bu, təqribən Novıy Zavet həcmində kitabdır, onu hündürdən oxumaq
üçün üç gün sərf etmək lazımdır.
Çinli tələbələrin dedikləri kimi, alim oğlanlar bəzi dini kitabları və klassik
əsərləri əzbərdən bilməlidirlər.
Ərəb və çinli tələbələr bu cür ağlasığmaz görünən qəhrəmanlığı etməyə necə
müyəssər ola bilirlər?
downloaded from KitabYurdu.org
Təkrarlamağın – yadda saxlamağın “ikinci təbii qanunu” vasitəsilə.
Əgər siz materialı kifayət qədər tez-tez təkrar etsəniz, istənilən sayda
material yadda saxlaya bilərsiniz. Yadda saxlamaq istədiyiniz məlumatları təkrar
edin. Onlardan istifadə edin. Onları tətbiq edin. Sizin üçün təzə olan sözü söhbət
əsnasında işlədin. Əgər təzə tanışınızın adını yadda saxlamaq istəyirsinizsə, onu
adı ilə çağırın. İctimaiyyət qarşısında çıxışınızda haqqında danışmaq istədiyiniz
məqamlara söhbətlərinizdə toxunun. İstifadə edilən məlumatlar yaddaşda
möhkəmlənir.
Hansı təkrar daha faydalıdır?
Lakin zəruri olan mexaniki, kor-koranə təkrarlama deyil. Ağılla, mə-
nimsəmənin müəyyən xüsusiyyətlərinə uyğun surətdə həyata keçirilən tək-
rarlama – bizə lazım olan bax budur. Məsələn, professor Ebbinqhauz mənası
olmayan, misal üçün, “deyuks”, “koli” və s. kimi sözlərin uzun siyahısını öz
tələbələrinə yadda saxlamaq üçün verirdi. O müəyyən etdi ki, tələbələrin üç gün
ərzində otuz səkkiz dəfə təkrar edəndə yadda saxlaya bildikləri sözlərin sayı bir
günün ərzində edilən altmış səkkiz təkrarın nəticəsi ilə eynidir. Digər psixoloji
testlər dəfələrlə həmin nəticələri verirdi.
Bu, bizim yaddaşımızla bağlı olan çox vacib kəşfdir. İndi biz bilirik ki, oturub
mətni təkrarlayan adam onu yaddaşında möhkəmləndirməyə, təkrarlama
prosesi dərrakəli intervallarla edildiyi halla müqayisədə eyni nəticəyə nail olmaq
üçün tələb olunandan iki dəfə çox vaxt və enerji sərf edir.
Mənimsəmənin bu xüsusiyyətini iki amillə izah etmək olar.
Birincisi, təkrarlamalar arasındakı vaxtlarda bizim təhtəlşüurumuz
assosiasiyaların möhkəmləndirilməsi ilə məşğuldur. Professor Ceymsin qeyd
etdiyi kimi, “biz üzməyi qışda öyrənirik, konkidə sürüşməyi isə yayda”.
İkincisi, beyin fasilələrlə işləyir, həddən çox yüklənmədən yorulmur. “Min bir
gecə”nin tərcüməçisi olan cənab Riçard Berton iyirmi yeddi dildə öz ana dilində
olduğu kimi danışırdı; amma o etiraf edirdi ki, heç vaxt dili dalbadal on beş
dəqiqədən çox öyrənməyib və danışmayıb, “çünki bundan sonra ağıl təravətini
itirir”.
İndi bu faktların işığında özünü dərrakəli hesab edən heç bir adam, sözsüz ki,
ictimaiyyət qarşısında etməli olduğu çıxışa hazırlığı çıxışın baş tutmalı olduğu
günün ərəfəsinə saxlamayacaq. Əgər o, belə hərəkət edərsə, onun yaddaşı öz
imkanlarının yalnız yarısı gücündə işləyəcəkdir.
Bizim necə yaddan çıxardığımızı izah edən çox dəyərli kəşf edilmişdi.
Dəfələrlə keçirilən psixoloji eksperimentlər göstərdi ki, biz fikir süzgəcindən
keçirdiyimiz yeni materialın ilk səkkiz saat ərzində sonrakı otuz gün ərzində
olduğundan çox hissəsini unuduruq. Heyrətamiz nisbətdir! Buna görə də işgüzar
iclasdan, valideynlər və müəllimlər assosiasiyası üzvlərinin toplantısından,
klubda təşkil olunmuş dərnəkdə məşğələdən əvvəl – ictimaiyyət qarşısında
çıxışdan bilavasitə qabaq – öz materiallarınızı gözdən keçirin, öz faktlarınızı yada
salın, öz yaddaşınızı təzələyin.
Linkoln bu metodun əhəmiyyətini yaxşı bilirdi və onu tətbiq edirdi.
Gettisberqdə Linkolndan əvvəl adlı-sanlı alim – Edvard Everet çıxış etmişdi.
Linkoln Everetin uzun, rəsmi çıxışının sona çatmaq üzrə olduğunu görəndə “açıq-
aşkar əsəbiləşməyə başladı ki, bu, Linkolnda o, başqa natiqdən sonra çıxış etməli
downloaded from KitabYurdu.org