a) faktların göstərilməsi;
b) bunlardan irəli gələn mülahizələrin deyilməsi;
c) fəaliyyətə çağırış.
5. Siz, çox güman ki, aşağıdakı planın çox faydalı olduğunu hesab
edərsiniz:
a) pis nəyisə nümayiş etdirmək;
b) həmin pisi necə düzəltmək lazım olduğunu göstərmək;
c) əməkdaşlıq barədə xahiş etmək.
6. Budur, nitq üçün bir dənə də əla plan:
a) maraq və diqqətə nail olmaq;
b) etibar qazanmaq;
c) faktları söyləmək;
d) insanları hərəkətə gəlməyə sövq edən motivlər göstərmək.
7. Keçmiş senator Albert C.Beveric məsləhət görürdü ki, mövzunuzu hər iki
tərəfdən işıqlandıran faktlar toplanmalı, öyrənilməli, sistemləşdirilməli,
yoxlanmalıdır. Onları yoxlayın, bunda əmin olun ki, onlar, həqiqətən də,
faktlardır; sonra isə həmin faktların sizi hansı qənaətə sövq etdiyini özünüz üçün
düşünüb-daşının.
8. Linkoln çıxış etməzdən əvvəl öz qənaətlərini riyazi dəqiqliklə düşünüb-
daşınırdı. Onun qırx yaşı və o artıq konqresin üzvü olanda Linkoln sofizmləri
aşkar etmək və öz qənaətlərini sübuta yetirmək bacarığına yiyələnmək üçün
Evklidi öyrənirdi.
9. Teodor Ruzvelt çıxışlarına hazırlaşanda faktların hamısını toplayır, onları
qiymətləndirir, sonra öz nitqini çox sürətlə diktə edir, makina yazısında
düzəlişlər edir və ardınca nitqi artıq yekun halda diktə edirdi.
10. Əgər bacarırsınızsa, öz çıxışınızı lentə yazın və ona qulaq asın.
11. Natiqin əlindəki qeydlər çıxışa marağı əlli faiz məhv edir. Bundan qaçın.
Ən əsası – öz nitqlərinizi oxumayın. Auditoriyanı nitqin oxunmasına dözməyə
məcbur etmək çətindir.
12. Öz nitqinizi düşünüb-daşınandan və yerbəyer edəndən sonra onu küçədə
gedərkən özlüyünüzdə məşq edin. Harada isə təklikdə qapanın və nitqi əvvəldən
axıradək tam şəkildə səsləndirin, jestlərlə, özünüzə sərbəstlik verərək. Təsəvvür
edin ki, siz əsl auditoriyaya müraciət edirsiniz. Siz bunu nə qədər tez-tez etmiş
olsanız, ictimaiyyət qarşısında çıxışınızın vaxtı gələndə özünüzü bir o qədər yaxşı
hiss edəcəksiniz.
Dördüncü fəsil
Yaddaşı necə yaxşılaşdırmalı
“Orta insan, – deyə tanınmış psixoloq Karl Sişor bildirir, – öz yaddaşının
anadangəlmə imkanlarının ən çoxu on faizindən istifadə edir. Qalan doxsan faiz
it-bat olur, çünki o, yadda saxlamağın təbii qanunlarını pozur”.
Siz də belə insanlar sırasına mənsubsunuzmu? Əgər belədirsə, onda siz həm
sosial, həm də kommersiya cəhətdən qeyri-məqbul vəziyyətdəsiniz; deməli, bu
fəsli oxumaq və təkrar oxumaq sizə maraqlı olacaqdır. Burada yadda saxlamağın
təbii qanunları qələmə alınıb, işgüzar və məişət söhbətlərində, eləcə də
ictimaiyyət qarşısında edilən çıxışlarda onları necə istifadə etmək lazım olduğu
göstərilib.
downloaded from KitabYurdu.org
Bu, “yadda saxlamağın təbii qanunları” çox sadədir. İstənilən, necə deyərlər,
“yadda saxlama sistemi” onlara əsaslanır.
Qısa deyilərsə, söhbət təəssüratdan, təkrardan və assosiasiyadan gedir.
Yadda saxlamağın birinci şərti – yadda saxlamaq barəsində haqqında dərin,
rəngarəng və möhkəm təəssürat almaq lazımdır. Bunun üçün isə siz diqqətinizi
cəmləməlisiniz. Teodor Ruzvelt onu tanıyanların hamısını öz gözəl yaddaşı ilə
heyran edirdi. Lakin Ruzveltin qeyri-adi yadda saxlamaq qabiliyyəti bununla izah
edilirdi ki, onun təəssüratları poladın üzərində həkk olunmuşdu, suyun səthində
yazılmamışdı. İnadkarlığı və məşqləri sayəsində o hətta ən əlverişsiz şəraitdə
belə özünü cəmləməyi bacarırdı. 1912-ci ildə, Proqressiv Partiyasının Çikaqoda
qurultayı keçirilən vaxt onun mənzil-qərargahı Konqres hotelində idi. Aşağıda,
onun pəncərələrinin altında kütlə yığışmışdı. Adamlar bayraqları yellədir və
qışqırırdılar: “Biz Teddini istəyirik! Biz Teddini istəyirik!” İzdihamın nəriltisi,
orkestrlərin musiqisi, siyasi xadimlərin gəlişi və gedişi, təcili iclaslar və
məsləhətləşmələr – bütün bunlar adi adamın diqqətini yayındıra bilərdi, lakin
Ruzvelt öz otağında kreslo-yelləncəkdə oturur, heç nəyə diqqət yetirmir və
yunan tarixçisi Herodotu oxuyurdu. Braziliyanın səhralıq rayonlarında səyahət
zamanı dincəlmək yerinə çatar-çatmaz o bir çətirli ağacın altında quru yer tapır,
səyahət stulunu və Hibbonun “Roma imperiyasının zəifləməsi və dağılmasının
tarixi” kitabını götürür və dərhal da mütaliəyə o qədər dərin qərq olurdu ki, nə
yağışı, nə düşərgədəki səs-küyü, nə də tropik meşənin səslərini vecinə almırdı.
Bu adamın oxuduqlarını yadda saxladığına təəccüblənməyə dəyərmi?
Özünü beş dəqiqə ərzində tam, dərin cəmləmək bütöv günlər ərzində əqli
dumanda dala-qabağa getməkdən çox nəticə verər. “Bir saat intensiv fəaliyyət, –
deyə Henri Uord Biçer yazır, – illər uzunu mürgüləməkdən çox fayda verər”.
“Mən hər şeydən vacib olan bir şeyi mənimsəmişəm, – deyə “Betlehem Stil”
kompaniyasının prezidenti, ildə bir milyon dollardan çox məvacib alan Yucin
Qreys bildirmişdi, – və bunu hər gün, istənilən şəraitdə tətbiq edirəm – mən
hazırda məşğul olduğum işin üzərində cəmlənirəm”.
Bu, qüvvənin, baxdığımız halda yaddaşın qüvvəsinin sirlərindən biridir.
Onlar ağacı niyə görə bilmirdilər
Tomas Edison müəyyən etdi ki, iyirmi yeddi nəfər laborant altı ay ərzində
hər gün Menlo-Parkdakı (Nyu-Cersi ştatı) lampa sexindən zavodun əsas binasına
doğru aparan yolla gedib. Yolun kənarında albalı ağacı bitmişdi, lakin həmin
iyirmi yeddi nəfər arasında keçirilən sorğu göstərdi ki, onlardan heç birinin
ağacın mövcud olduğundan xəbəri yoxdur.
“Orta təfəkkürlü adamın beyni, – deyə Edison qızğınlıqla və inamla bildirir, –
gözlərin gördüyünün heç mində birini də qəbul etmir. Bizim müşahidə – əsl
müşahidə qabiliyyətimizin nə qədər miskin olduğu, demək olar, ağlasığmazdır”.
Orta adamı iki və ya üç dostunuzla tanış edin və belə də alına bilər ki, iki
həftədən sonra o, tanış olduğu adamların heç birinin adını xatırlaya
bilməyəcəkdir. Bəs niyə? Ona görə ki o, hər şeydən əvvəl, onlara layiqincə diqqət
yetirməmişdi, onlara diqqətlə baxmamışdı. O, çox güman, sizə deyəcək ki,
yaddaşı pisdir. Xeyr, onun müşahidə etmək bacarığı pisdir. Axı o, dumanlı havada
fotoşəkillərin alınmadığına görə fotoaparatı mühakimə etməyəcək, amma istəyir
downloaded from KitabYurdu.org