Li kapitulyasiyanın şərtlərinin Qrant tərəfindən yazılı surətdə ifadə
edilməsini istəyəndə Federasiyanın Hərbi Qüvvələrinin komandanı general
Parkerə müraciət etdi və ona yazı ləvazimatlarının verilməsini xahiş elədi. “Mən
lələklə kağıza toxunanda, – deyə Qrant öz “Memuarlar”ında yazır, – hansı sözdən
başlayacağımı bilmirdim. Mən yalnız nəzərimdə nə tutduğumu bilirdim və bunu
aydın surətdə, heç bir ikibaşlılıq olmadan ifadə etmək istəyirdim”.
General Qrant, sizə hansı sözdən başlamalı olduğunuzu bilmək lazım deyildi.
Sizin fikirləriniz var idi. Sizdə elə bir şey var idi ki, siz onu deməyi və aydın
deməyi çox istəyirdiniz. Nəticədə sizin adi sözləriniz kağızın üzərinə xüsusi səy
göstərmədən axdı. Eyni şey istənilən adama da aiddir. Əgər siz bunda şübhə
edirsinizsə, bir kəsi vurub yerə yıxın. O ayağa qalxanda bəlli olacaq ki, öz
hisslərini ifadə etmək üçün ona söz axtarmaq lazım deyil.
Horatsi iki min il əvvəl yazırdı:
Yazmağa başlamazdan nizamla fikirləşməyi öyrən,
Filosofların kitabları bu işdə sənə layiqli örnək olar.
Fikrin arxasınca ifadələr isə artıq özbaşına gələcək.
Siz fikirlərinizi artıq cəmləmiş olandan sonra öz nitqinizi əvvəldən axıra
qədər məşq edin. Bunu səssiz, beyninizdə, qəhvədanın qaynamasını gözləyəndə,
küçə ilə gedəndə, lifti gözləyəndə edin. Boş otağa girin və nitqi hündürdən,
jestikulyasiya edə-edə, enerjili surətdə, canlı-canlı səsləndirin.
Kenterberidən olan övliya (keşiş) Noks Littl deyərdi ki, kilsə xadimi moizəni
beş dəfə deməyənə qədər moizə pastvaya
32
heç vaxt tam həcmdə çatmaz. Bəs
siz məruzənizi bir neçə dəfə məşq etmədən onun dinləyicilərə çatacağına necə
ümid edə bilərsiniz? Siz məşq edən vaxt təsəvvür edin ki, qarşınızda auditoriya
var.
Bunu özünüzdə bacardıqca canlı şəkildə təsəvvür edin və onda əsl auditoriya
qarşısına çıxanda sizə belə gələcək ki, onun qarşısında artıq çıxış etmisiniz.
Fermerlər niyə fikirləşirdilər ki,
Linkoln “dəhşətli tənbəldir”
Əgər siz natiqlik sənətini bu tərzdə təcrübə edərsinizsə, onda bir çox məşhur
natiqin nümunəsini dəqiqliklə təkrar etmiş olacaqsınız.
Lloyd Corc öz doğma şəhəri Uelsdə diskussiya cəmiyyətinin sədri olanda tez-
tez əkin sahələrində gəzir, jestikulyasiya və nitqləri ilə ağaclara və dirəklərə
müraciət edirdi.
Linkoln cavanlıq illərində otuz-qırx mil məsafəni piyada gedirdi ki, Brekenric
kimi məşhur natiqi dinləsin. Bundan sonra Linkoln evə o qədər vəcdə gəlmiş,
natiq olmaq istəyi möhkəm yer tutmuş halda qayıdırdı ki, sahədə öz ətrafına
başqa muzdlu kəndliləri yığır və kötüyün üstə qalxaraq nitq söyləyir, müxtəlif
əhvalatlar danışırdı. Onun xozeyinləri hiddətlənir və deyirdilər ki, bu kənd
Siseronu – “dəhşətli tənbəldir”, onun zarafatları və laqqırtıları başqa işçiləri
yoldan çıxarır.
Askvit Oksfordda kilsə yanındakı diskussiya klubunun fəal üzvü olandan
sonra sərbəst danışmağı öyrənmişdi. Sonralar o, özünün belə bir klubunu
yaratdı. Vudro Vilson danışmağı diskussiya cəmiyyətində öyrənirdi. Eyni şeyi
Henri Uord Biçer və qüdrətli Berk də etmişdi. Sufrajist
33
xanımlar Antuanette
Blekuell və Lyusi Stoun eyni cür hərəkət etmişdilər. Elihyu Rut natiqlik sənətinə
downloaded from KitabYurdu.org
Nyu-Yorkda 23-cü küçəsinin Gənclərinin Xristian Assosiasiyası nəzdindəki ədəbi
cəmiyyətdə məşqlərlə başlamışdı.
Məşhur natiqlərin ömür yolları ilə tanış olun və görəcəksiniz ki, onların
hamısı eyni bir şeyi edib – MƏŞQ EDİB. Və haqqında söhbət gedən kursların
dinləyiciləri arasında ən çox uğur əldə edənlər də hamıdan çox məşq edənlərdir.
Bunun üçün sizin vaxtınız kifayət etmir? Onda hüquqşünas və diplomat
Cozer Çot kimi hərəkət edin. O, səhər qəzetini alır və nəqliyyatda gedəndə heç
kimin ona mane olmaması üçün üzünü onunla örtürdü. Müxtəlif hadisələr və hər
cür şayiələri oxumaq əvəzinə isə o, edəcəyi çıxışlar üzərində düşünüb-daşınır və
onları planlaşdırırdı.
Çonsi M.Depyu dəmir yolu kompaniyasının idarə heyətinin sədri və ABŞ
senatoru olanda çox məşğul adam idi. Və bütün bunlarla yanaşı, o az qala hər
axşam nitqlə çıxış edirdi. “Mən bunun işgüzar fəaliyyətimə mane olmasına yol
vermirdim, – deyirdi o. – Nitqlərin hamısı mən axşam işdən evə qayıdanda
hazırlanırdı”.
Bizim ixtiyarımızda hər gün bir neçə saat vaxt var ki, həmin vaxt biz
istədiyimiz hər şeyi edə bilərik. Darvin isə özünə elə də çox vaxt ayıra bilmirdi,
çünki onun səhhəti zəif idi. İyirmi dörd saatdan ağılla istifadə etdiyi üçün o
məşhur oldu.
Teodor Ruzvelt Ağ Evdə olanda, tez-tez olurdu ki, onun səhər vaxtının hamısı
çoxsaylı beş dəqiqəlik söhbətlərə gedirdi. Lakin o, yanında həmişə kitab
saxlayırdı ki, həmin görüşlərin arasında ələ keçən hətta saniyələri də istifadə edə
bilsin.
Əgər siz çox məşğulsunuzsa və sizin vaxtınız azdırsa, Arnold Bennetin
“Sutkada 24 saatı necə yaşamalı” kitabını oxuyun. Onu yan cibinizə qoyun və
asudə dəqiqələrinizdə oxuyun. Mən bu minvalla həmin kitabın öhdəsindən iki
günə gəldim. O, sizə vaxta qənaət etməyi, öz günlərinizdən daha yaxşı istifadə
etməyi öyrədəcəkdir.
Sizə nəfəsinizi dərmək, daimi işinizi başqa bir məşğuliyyətlə əvəzləmək
lazımdır. Natiqlik sənəti üzrə təcrübə toplamaq elə bu olmalıdır. Evdə öz
ailənizin üzvləriylə nitqlərin improvizə edilməsi oyununu oynayın.
Xülasə
1. Napoleon deyirdi ki, “müharibə sənəti – bu, ölçülüb-biçilmiş və düşünülüb-
daşınılandan başqa heç nəyin alınmadığı bir elmdir”. Bunun ictimaiyyət
qarşısında çıxışlara aidiyyəti hərbi əməliyyatlardan heç də az deyildir. Çıxış – bu,
marşrutu xəritədə qeyd edilməli olan səyahətdir. Hara getdiyini bilməyən natiq,
adətən, naməlum yerə gəlib çıxır.
2. Fikirlərin təşkilinin və nitqlərin quruluşunun nöqsansız, dəmir qaydaları
mövcud deyildir. Hər bir çıxış özünün fərdi, xüsusi problemlərini yaradır.
3. Natiq toxunduğu məsələni ətraflı işıqlandırmalı və bir daha ona
qayıtmamalıdır. İllüstrasiya qismində mükafata layiq görülmüş Filadelfiya
haqqında nitqi göstərmək olar. Bir məsələdən digərinə sıçramaq və təzədən
onun üzərinə qayıtmaq lazım deyil – bu, ala-toranlıqda ora-bura cuman yarasanı
xatırladan mənasız vurnuxmadır.
4. Mərhum doktor Konuell öz çıxışlarının bir çoxunu aşağıdakı plan üzrə
qururdu:
downloaded from KitabYurdu.org