olanda həmişə baş verirdi”. O, tələsik eynəyini taxaraq cibindən öz əlyazmasını
çıxartdı və yaddaşını təzələmək üçün onu özlüyündə oxumağa başladı.
Professor Uilyam Ceyms
yaxşı yaddaşın sirrini izah edir
Yadda saxlamağın birinci iki qanunu haqqında... Lakin hələ üçüncü –
assosiasiya qanunu da var. Sonuncu – yadda saxlamağın zəruri elementidir.
Faktiki olaraq o, yaddaşın mexanizminin özünü izah edir.
“Bizim beynimiz, – deyə professor Ceyms müdrikliklə qeyd edir, – özü ilə,
əsasən, assosiasiyalaşan mexanizm təcəssüm etdirir... Tutaq ki, mən müəyyən
müddət danışmıram, sonra isə hökmlü tonla deyirəm: “Yada salın!
Yada salın! Sizin yaddaşınız bu əmrə tabe olacaqmı, o, sizin keçmişinizdən
hansısa müəyyən bir şəkli canlandıracaqmı? Əlbəttə, yox. O, fəaliyyətsiz qalacaq
və soruşacaq: “Mən məhz nəyi yada salmalıyam?”
Qısaca deyilərsə, ona göstəriş lazımdır. Lakin əgər mən desəm ki, öz doğum
tarixinizi və ya səhər nə yediyinizi yadınıza salın, musiqi qammasında notların
ardıcıllığını sadalayın, onda sizin yadda saxlamaq qabiliyyətiniz dərhal tələb
olunan nəticəni verəcək: aldığı göstəriş sizin yaddaşınızın geniş ehtiyatlarının
potensial imkanlarını müəyyən bir istiqamətə yönəldəcəkdir. Bu göstəriş sizin
yada saldığınızla sıx bağlıdır.
“Mənim doğum tarixim” ifadəsi bilavasitə müəyyən rəqəm, ay və illə
assosiasiyalaşır; “bugünkü səhər yeməyi” sözləri qəhvə və bekonlu qayğanaqdan
başqa, xatirələrin qalan bütün tellərindən yan keçəcək; “musiqi qamması” sözləri
şüurda do, re, mi, fa, sol, lya, si, do ilə yaxın qonşuluqdadır. Həqiqətən də,
assosiasiyalar qanunu sizin fikirlərinizin xaricdən daxil edilən hisslərlə
pozulmayan bütün gedişini idarə edir. Şüurda hər nə doğursa, həmin şey ora
kənardan daxil olmalıdır, daxil olaraq isə o, indiyə qədər şüurda olanlarla
qarşılıqlı əlaqəyə girir. Bu həm sizin xatırladıqlarınız, həm də sizin haqqında
fikirləşdiyiniz hər şeyə aiddir... Məşq edilmiş yaddaş assosiasiyaların təşkil
olunmuş sisteminə əsaslanır və onun yüksək keyfiyyəti həmin assosiasiyaların
iki xüsusiyyətindən asılıdır: birincisi, assosiasiyaların möhkəmliyindən və
ikincisi, onların sayından. Beləliklə, “yaxşı yaddaşın sirri” – bu, bizim yadda
saxlamaq istədiyimiz faktların hamısı ilə bağlı çoxobrazlı və çoxsaylı assosiasi-
yaların formalaşmasının sirridir.
Lakin faktla assosiasiya formalaşdırmaq – bu, fakt barədə bacardıqca çox
fikirləşmək deməkdir. Bir sözlə, kənardan eyni informasiya alan iki nəfərdən
aldığı məlumatlar üzərində daha çox fikirləşən və onların arasında daha sıx
bağlılıq quran adam daha yaxşı yaddaşa malik olacaqdır”.
Faktları bir-biriylə necə əlaqələndirməli
Bunların hamısı əladır, amma bizə məlum olan faktları bir-biriylə necə
əlaqələndirək?
Cavab belədir: onların əhəmiyyətinin başa düşülməsi, onların dərk olunması
ilə. Məsələn, əgər siz özünüz üçün yeni olan hər bir faktla tanışlıq zamanı
aşağıdakı sualları qoyarsınızsa və onlara cavab verərsinizsə, bununla yeni
faktları başqa faktlarla əlaqələndirmiş olacaqsınız. Budur həmin suallar:
a) bu, niyə belədir?
b) necə olub ki, bu, belədir?
downloaded from KitabYurdu.org
c) nə vaxtlar belə olur?
d) harada belə olur?
e) kim deyib ki, bu, belədir?
Məsələn, əgər biz tanımadığımız adamın adını öyrəniriksə və bu familiya
adidirsə, onda biz onu eyni familiyalı başqa tanışımızla assosiasiya edə bilərik.
Əgər o, qeyri-adidirsə, biz bundan istifadə edə və adama bunu deyə bilərik. Təzə
tanışın öz familiyası haqqında nə isə danışması nadir hal deyil. Məsələn, bu fəsli
yazanda məni bir qadınla, missis Soterlə tanış etdilər. Mən ondan familiyasının
necə yazıldığını soruşdum və diqqətini onun qeyri-adi olmasına cəlb etdim.
“Bəli, – deyə o cavab verdi, – o, qeyri-adidir. Bu, yunan sözüdür, mənası
“xilasedici” deməkdir”. Sonra o, mənə ərinin əslən Afinadan olan qohumları və
onların orada hökumətdə tutduqları yüksək postlar barədə danışdı. Adamları öz
familiyaları haqqında danışmağa sövq etmək heç də çətin deyil. Bu, onları yadda
saxlamaqda mənə həmişə kömək edir.
Təzə tanışınızın görkəmini diqqətlə gözdən keçirin. Onun gözlərinin və
saçının rəngini yadda saxlayın, onun sifətinin cizgilərini öyrənin. Onun necə
geyindiyinə diqqət yetirin. Onun danışıq manerasına qulaq verin. Onun xarici
görkəmi və individuallığı ilə bağlı aydın, canlı, rəngarəng təəssürat alınacaqdır və
bütün bunları onun familiyası ilə assosiasiyalaşdırın. Növbəti dəfə bu rəngarəng
təəssüratlar sizin şüurunuzda yenidən canlanacaq və eyni zamanda sizə bu
adamın familiyasını yada salmağa da kömək edəcəkdir.
Siz elə bir adamla rastlaşmamısınız ki, onunla ikinci və ya üçüncü dəfə
görüşəndə onun nə ilə məşğul olduğunu, peşəsini xatırlasanız da, onun adının nə
olduğu yadınıza düşməyib? Səbəb bundadır ki, adamın məşğuliyyəti – bu, nə isə
müəyyən və konkret bir şeydir, əhəmiyyəti var.. O, sizə yapışqanlı lent kimi
ilişdiyi halda, əhəmiyyət kəsb etməyən familiya dik damdan dolu dənələri kimi
yumalanıb kənara düşür. Buna görə də adamın familiyasını həmişəlik yadda
saxlamaq üçün bu adamın familiyasını onun peşəsi ilə bağlayan bir cümlə tərtib
edin. Bu metodun effektivliyində heç bir şübhə yoxdur. Məsələn, bir-biri ilə tanış
olmayan iyirmi nəfər bu yaxınlarda Filadelfiyanın Pensilvaniya atletik klubunda
yığışmışdı. Onların hər birindən ayağa qalxıb öz familiyasını və məşğul olduğu işi
deməyi xahiş etdilər. Bundan sonra həmin məlumatları bir-biriylə bağlayan
cümlə tərtib olundu və üstündən bir neçə dəqiqə keçəndən sonra iştirak
edənlərin hamısı buradakı istənilən adamın familiyasını deyə bilərdi. Bundan
xeyli keçəndən sonra yenidən görüşəndə bəlli oldu ki, həmin adamların nə
familiyaları, nə də məşğul olduqları iş yaddan çıxıb, çünki onlar bir-biri ilə
assosiasiya olunmuşdu. Onlar bir-birinə yapışmışdı.
Nümunə üçün həmin qrupun bəzi üzvlərinin familiyasını və adamların
familiyalarını onların məşğul olduqları işlə bağlamaq üçün düzüb-qoşduğumuz
yöndəmsiz cümlələri göstərim:
Mister C.P.Olbrayt, qum təchizatçısı (send biznes) – “Send meyks ol brayt”
(qum hər şeyi işıqlı edir, həmçinin sözlərin oyunu ilə bağlı – qum Olbraytı
düzəldir).
Mister Tomas Fişer, kömür təchizatçısı (koul) – “Hi fişes for koul orders” (o,
kömür sifarişlərini ovlayır).
Tarixləri yadda necə saxlamalı
downloaded from KitabYurdu.org