Siz, çox güman ki, nə deyəcəyiniz və nə ilə qurtaracağınız haqqında heç
anlayışa da malik deyilsiniz, lakin yenə də başlayın. Hətta zəif cümlə də heç
nədən daha yaxşıdır.
“Təşəbbüs orijinallığı nəzərdə tutur, bu, nəyisə özünəməxsus tərzdə, daim
göstəriş gözləmədən etməyi bacarmaq deməkdir”.
Fikir parlaq deyil, bu cümlə nitqə tarixi əhəmiyyət kəsb etdirmir. Lakin bu,
əzabverici susqunluqdan yaxşı deyilmi? Sonuncu sözlər göstərişlərlə bağlı idi. Nə
etmək, gəlin növbəti cümləni bu sözlərdən başlayaq.
“Hər cür müstəqil təfəkkürdən yayınan qulluqçularımıza daim göstəriş
verilməsi, öyüd-nəsihət edilməsi – bu, özümüz üçün təsəvvür edə biləcəyimizin
ən pisidir”.
Şükür Tanrıya, cümlə səsləndirilib. İrəli hərəkət etmək lazımdır. İndi
təsəvvür haqqında nə isə demək olar.
“Təsəvvür – zəruri olan bax budur. Vəhydir, arzudur. Vəhy olmayan yerdə, –
demişdi Solomon, – xalq məhv olur”.
Bax ilişməsiz-filansız artıq iki cümlə var. Ruhdan düşməyək, davam edək.
“Biznes döyüşündə hər il həlak olan işçilərin sayı, həqiqətən də, qüssəlidir.
Mən deyirəm – qüssəlidir, çünki elə həmin kişi və qadınlarda azacıq entuziazm,
bir qədər artıq şöhrətpərəstlik, bir az çox loyallıq olsaydı, onlar uğuru
uğursuzluqdan ayıran demarkasiya xəttindən yüksəyə qalxa bilərdilər. Lakin
biznesdə uğursuzluğa düçar olanda məsələnin bununla bağlı olduğunu heç vaxt
etiraf etmirlər”.
Və bu sayaq davam edirik... Natiq bu ümumi cümlələri səsləndirdiyi vaxt
ərzində planında olan növbəti hissəni, nəyi konkret olaraq demək istədiyini
yadına salmalıdır.
Bu sonsuz zəncir metodunu əgər uzun-uzadı davam etdirsək, buna gəlib
çıxmaq olar ki, natiq pudinqi necə bişirmək və ya bülbülün qiyməti ilə bağlı
mülahizələr yürütməyə başlayacaq. Lakin yaddaşın müvəqqəti itirilməsi
nəticəsində baş verən əqli fəaliyyətin pozulması vaxtı bu, hər halda, əla təcili
yardımdır.
Bu üsulla bir çox can vermək vəziyyətində olan nitqləri həyata qaytarmaq
mümkün olub.
Hər cür tipli əşyaların yadda saxlanmasını
yaxşılaşdırmaq qeyri-mümkündür
Mən bu fəsildə gur təəssüratların alınmasının, faktların təkrarlanmasının və
assosiasiyalaşdırılmasının təmin edilməsini necə yaxşılaşdıra biləcəyimiz
haqqında danışdım. Lakin yaddaşın əsasını assosiasiya təşkil etdiyinə görə
“yaddaşın, – professor Ceymsin göstərdiyi kimi, – ümumi və ya ilkin qabiliyyətini
yaxşılaşdırmaq qeyri-mümkündür; söhbət yalnız assosiasiyalaşdırılmış əşyaların
xüsusi sistemlərini yadda saxlamağımızın yaxşılaşdırılmasından gedə bilər”.
Məsələn, hər gün Şekspirdən bir sitat öyrənməklə biz özümüzün ədəbi
sitatlara yaddaşımızı heyrətamiz dərəcədə yaxşılaşdıra bilərik.
Hər bir yeni sitat bizim beynimizdə özünə çoxlu dost tapacaq ki, onlarla
bağlanacaq. Lakin Şekspirin “Hamlet”dən tutmuş “Romeo”ya qədər bütün
yazdıqlarının yadda saxlanması mütləq deyildir ki, pambıq bazarı və ya “çuqunun
downloaded from KitabYurdu.org
daşlardan təmizlənməsinin Bessemerov prosesi” barədə məlumatları yaddaşda
saxlamağa kömək etmiş olsun.
Gəlin təkrar edək. Əgər biz bu fəsildə qələmə alınmış prinsipləri tətbiq etsək,
istənilən hər şeyin yadda saxlanmasının metodunu yaxşılaşdıra və effektivliyini
yüksəldə bilərik. Əgər biz bu metodları tətbiq etməsək, onda beysbolla bağlı on
milyon faktın yadda saxlanması bizə fond birjasına dəxli olan məlumatları yadda
saxlamaqda heç cür kömək etməyəcəkdir. Bu cür, bir-birinə aidiyyəti olmayan
məlumatları assosiasiyalaşdırmaq qeyri-mümkündür. Xatırladaq ki, “bizim
beynimiz özü ilə əsas etibarilə assosiasiyalaşdıran mexanizm təcəssüm etdirir”.
Xülasə
1. “Orta təfəkkürlü adam, – deyə görkəmli psixoloq Karl Siroş bildirir, – öz
hafizəsinin anadangəlmə imkanlarının ən çoxu on faizindən istifadə edir. Qalan
doxsan faiz məhv olur, çünki o, yadda saxlamağın təbii qanunlarını pozur”.
2. Bu cür üç “yadda saxlamağın təbii qanunu var”: təəssürat, təkrar,
assosiasiya.
3. Yadda saxlamaq istədiyiniz barədə dərin, gur təəssürat almaq lazımdır.
Bunun üçün siz aşağıdakıları etməlisiniz:
a) Diqqətinizi cəmləməlisiniz. Teodor Ruzveltin yaddaşının sirri bunda idi;
b) Diqqətlə müşahidə etməlisiniz. Düzgün təəssürat almalısınız. Fotoaparat
dumanlı havada yaxşı fotoşəkil verməyəcək, sizin şüurunuz da dumanlı
təəssüratları saxlamayacaqdır;
c) Təəssüratları bacardıqca çox sayda hissetmə orqanının köməyi ilə almaq
lazımdır. Linkoln yadda saxlamaq istədiyini hündürdən oxuyurdu ki, qəbuletmə
həm görmə, həm də eşitmə vasitəsilə baş versin;
d) Hər şeydən qabaq, görmə təəssüratlarını almağa çalışın. O daha
möhkəmdir. Gözlərdən beyinə aparan əsəb telləri qulaqlardan beyinə aparan
əsəb tellərindən iyirmi dəfə çoxdur. Mark Tven qeydlərdən istifadə edəndə öz
çıxışının ardıcıllığını yadda saxlaya bilmirdi, amma o, qeydləri bir kənara atanda
və özünün müxtəlif mövzularını yadda saxlamaq üçün şəkillərdən istifadə
etməyə başlayanda onun çətinliklərinin hamısı yox oldu.
4. Yaddaşın ikinci qanunu – təkrar etmə. Minlərlə müsəlman tələbəsi Quranı
– təqribən Novıy Zavet həcmində olan kitabı – əzbərdən bilir və onlar buna
təkrar etmək yolu ilə nail olurlar. Əgər kifayət qədər tez-tez təkrar etsək, onda
biz dərrakəli hədlərdə istənilən hər şeyi yadda saxlaya bilərik:
a) Mətn sizin yaddaşınızda bərkiməyənə qədər onu yenə və yenə təkrar
etməyin. Mətni bir və ya iki dəfə oxuyun, sonra onu bir kənara atın və bir
müddətdən sonra yenidən ona qayıdın. Bu cür, intervallarla təkrar etmək üsulu
mətni yadda saxlamaq üçün sizdən mətni birdəfəyə yadda saxlamaqla
müqayisədə yarıbayarı az vaxt tələb edəcəkdir;
b) Nəyisə yadda saxlayandan sonra biz birinci səkkiz saat ərzində sonrakı
otuz gündə unutduğumuz qədər yaddan çıxarırıq, buna görə də öz qeydlərinizi
çıxışınızdan cəmi bir neçə dəqiqə qabaq gözdən keçirin.
5. Yaddaşın üçüncü qanunu – assosiasiya. Faktları yadda saxlamağın yeganə
üsulu – bu, onun hansısa başqa bir faktla assosiasiyalaşdırılmasıdır. “Şüurda
meydana çıxan hər şey, – deyə professor Ceyms bildirir, – ona daxil edilməlidir,
əgər daxil olursa, o artıq orada olanla qarşılıqlı əlaqəyə girir... Aldığı
downloaded from KitabYurdu.org