izini qoymaq istəyən yeniyetmə yalnız minlərlə maneəni adlamağı qət etməməli,
həm də minlərlə uğursuzluq və məğlubiyyətə baxmayaraq, qalib gəlməlidir”.
Teodor Ruzvelt
İkincisi, səsinizin tonunu dəyişin
Sizin səsinizin tonu söhbət əsnasında daim dəyişir: gah yüksəlir, gah enir,
gah da yenə qalxır. O, dənizin səthi kimi daim təlatümdədir. Niyə? Heç kim bilmir
və bu, heç kimi maraqlandırmır. Effekt yaxşı alınır və bu, təbiidir. Bizə bunu
öyrənmək heç vaxt lazım gəlməyib – bu, bizə hələ uşaqlıq vaxtımızda, bizim
iradəmizdən kənar, öz-özünə gəlmişdi.
Lakin biz, işdir, auditoriya qarşısında danışmağa çıxsaq, ola bilsin ki, bizim
səsimiz Nevadadakı şoranlıq səhrası kimi darıxdırıcı, yastı və yeknəsəq olsun.
Əgər görsəniz ki, monoton səslə danışırsınız – adətən, hündür səslə – bir
saniyəlik dayanın və özünüzə deyin: “Sən elə bil heykəl kimi danışırsan. Bu
adamlarla SÖHBƏT ELƏ. Adam kimi danış. Özünü təbii apar”.
Bu cür özünətəlqin sizə kömək edəcəkmi? Ola bilər ki, bir az kömək etsin.
Pauza öz-özlüyündə faydalı olacaqdır. Siz təcrübi yolla özünüzə xilas yolu
işləyib hazırlamalısınız.
Səsinizi qəfildən endirmək və yüksəltməklə siz özünüzün seçdiyiniz istənilən
cümlə və ya sözün ümumi fonda, bağınızdakı həmişəyaşıl dəfnə ağacı kimi
seçilməsinə nail ola bilərsiniz. Məşhur bruklinli keşiş-konqreqasionalist, doktor
S.Parks Kedmen bunu tez-tez edirdi. Eyni şeyi cənab Oliver Lodc, eləcə də Brayan
edirdi. Həmin şeyi Ruzvelt də edirdi.
Demək olar ki, hər bir yaxşı natiq bu cür hərəkət edir.
Aşağıda göstərilən nümunələri oxuyarkən qeyd olunmuş sözləri səsinizi
əhəmiyyətli qədər endirərək oxumağa çalışın. Sizdə nə alınacaq?
“Mənim yalnız bir məziyyətim var – heç vaxt naümid olmuram!”
Marşal Foş
“Təhsilin ən böyük məqsədi – bilik yox, hərəkətdir”.
Herbert Spenser
“Mən səksən altı il yaşamışam. Mən adamların, yüzlərlə adamın uğurun
zirvəsinə necə qalxdığını görmüşəm. Uğur qazanmaq üçün zəruri olan
elementlərin hamısından ən vacibi, ən əsası – inamdır”.
Kardinal Gibbons
Üçüncüsü, nitqinizin tempini dəyişin
Balaca uşaq danışanda, yaxud biz adi söhbət edəndə nitqin tempi daim
dəyişir. Bu xoşa gəlir. Bu, təbiidir. Bu, qeyri-şüuri surətdə baş verir. Bu, ifadəlilik
verir. Bu, mahiyyət etibarilə hansı isə bir fikri fərqləndirməyin ən yaxşı
üsullarından biridir.
Uolter B.Stivens yazdığı, Missuri ştatının Tarix Cəmiyyəti tərəfindən nəşr
etdirilmiş “Linkoln reportyorun gözü ilə” kitabında danışır ki, Linkoln öz
sözlərinə xüsusi inandırıcılıq gətirmək istəyəndə onun istifadə etdiyi sevimli
metodlarından biri belə idi.
“O, bir neçə sözü çox tez səsləndirir, qeyd etmək istədiyi sözə və ya cümləyə
çatanda isə nitqini yavaşıdır və həmin sözü təzyiqlə deyir, ardınca isə ildırım
sürətiylə cümləni tamamlayırdı...
downloaded from KitabYurdu.org
Bu cür metod mütləq diqqəti cəlb edir. Misal gətirim. Mən kardinal
Gibbonsun aşağıda göstərilən fikrini ictimaiyyət qarşısında çıxışlarımda tez-tez
sitat gətirirdim. Mən mərdlik ideyasını qeyd etmək istəyirdim və buna görə də
qeyd olunmuş sözlərdə nitqimi yavaşıdır, onları elə səsləndirirdim ki, sanki
özüm də onların təəssüratı altındayam və bu elə bu cür idi. Bu sitatı, lütfən,
hündürdən, elə həmin metodu tətbiq etməklə oxuyun və bundan nə alınacağına
baxın.
Ölümündən bir qədər əvvəl kardinal Gibbons demişdi:
“Mən səksən altı il yaşamışam. Mən adamların, yüzlərlə adamın zirvəyə necə
qalxdığını görmüşəm. Uğura nail olmaq üçün zəruri olan elementlərin
hamısından ən əsas olanı inamdır. Heç kim möhtəşəm bir şey həyata keçirə
bilməz, əgər onda mərdlik yoxdursa”.
“Otuz milyon dollar” sözlərini sürətlə və saymazyana səsləndirməyə cəhd
edin ki, məbləğin çox kiçik olduğu təəssüratı yaransın. İndi isə yavaş-yavaş,
hisslə “otuz min dollar” deyin, elə deyin ki, sanki siz bu məbləğin iri olmasından
sarsılmısınız. Məgər sizdə belə alınmadı ki, otuz min otuz milyondan böyük təsir
bağışladı?
Dördüncüsü, mühüm fikirlərdən əvvəl və
sonra pauza saxlayın
Çox vaxt elə olurdu ki, Linkoln nitqinin ortasında dayanırdı. Mühüm ideyaya
yaxınlaşanda və onun öz dinləyicilərinin şüuruna dərin sirayət etməsini
istəyəndə Linkoln qabağa əyilir və müəyyən vaxt ərzində heç nə demədən
onların düz gözlərinə baxırdı. Bu qəfil susma elə qəfil səs kimi də təəssürat
yaradırdı – o diqqəti cəlb edirdi. Hamı bundan sonra nə gələcəyini diqqətlə,
gərginlik içində gözləyirdi. Məsələn, onun Duqlasla məşhur diskussiyası sona
yaxınlaşanda və əlamətlərin hamısı onun məğlub olacağından xəbər verəndə o
ruhdan düşür, vaxtaşırı onu çoxdankı, vərdiş olunmuş melanxoliya bürüyür, bu,
onun sözlərinə kövrək pafos verirdi.
Linkolnun bioqraflarından birinin yazdığı kimi, özünün yekun nitqlərindən
birini söyləyərkən o, qəfildən “dayandı və yorğun, dərin oturan, həmişə
axıdılmayan göz yaşları ilə dolu olduğu təəssüratı yaradan gözləriylə yarılaqeyd,
yarıdostcanlı çoxsaylı sifətlərə baxa-baxa, bir müddət susaraq dayandı. Əllərini
sanki onlar ümidsiz mübarizədən yorulubmuş kimi çarpazlayaraq özünə xas olan
rəvan səslə dedi:
“Mənim dostlarım, Birləşmiş Ştatların senatına kimin: mənim və ya hakim
Duqlasın seçiləcəyi vacib deyil. Bizim bu gün sizin qarşınızda qoyduğumuz
möhtəşəm sual istənilən adamın şəxsi maraqları, yaxud siyasi fiquru
məsələsindən əhəmiyyətli dərəcədə uzağa gedir. Və mənim dostlarım (burada o,
yenə də pauza etdi və dinləyicilər onun hər bir kəlməsini tuturdular), həmin sual
hətta bizim ikimizin də – hakim Duqlasın və mənim – heysiz, zəif, kəkələyən
səsimiz məzarda susanda da həyati və yandırıcı olacaqdır”.
Bu sadə sözlər və onların necə deyildiyi bütün ürəklərə dərin sirayət etdi”.
Linkoln qeyd etmək istədiyi cümlələrdən sonra da pauza saxlayırdı.
O, həmin cümləni vurğu ilə deyir, onların mənası dinləyicilərin şüuruna
sızana və öz missiyasını yerinə yetirənə qədər susaraq dayanırdı.
downloaded from KitabYurdu.org