d) Sizin üçün vacib olan sözləri deməzdən əvvəl və onlardan sonra pauza
edirsinizmi?
Yeddinci fəsil
İctimaiyyət qarşısında çıxış və
şəxsiyyət
Karnegi Texnologiya İnstitutu bir dəfə yüz nəfər görkəmli biznesmenə
onların intellektual səviyyəsini yoxlamaq üçün test təklif etmişdi. Testlər
müharibə dövründə orduda istifadə olunanları xatırladırdı.
Alınan nəticələr instituta bunu bəyan etməyə əsas verdi ki, uğur qazanmaq
üçün şəxsiyyət yüksək intellektdən daha vacibdir.
Bu çox vacib – biznesmen üçün çox vacib, təhsil sahəsinin işçisi üçün çox
vacib, azad peşə sahibi olan adamlar üçün çox vacib, natiq üçün çox vacib
müddəa idi.
İctimaiyyət qarşısında çıxışlarda şəxsiyyət, əgər çıxış üçün hazırlaşmaq lazım
olduğunu hesaba almasaq, yəqin ki, ən vacib faktordur. Elbert Habbard deyib:
“Gözəl nitqdə sözlər yox, nitqin manerası vacibdir”. “Manera üstəgəl ideya”
demək daha düzgün olardı. Lakin şəxsiyyət – bu, yayğın və ələkeçməz
bənövşənin ətri kimi təhlilə yaxın durmayan bir “nə isə”dir. İnsanda olan hər şey,
istər fiziki, ruhi, əqli, psixoloji, istərsə də onun üstünlük verdikləri, təmayülləri,
temperamenti, düşüncə tərzi, enerjisi, təcrübəsi, təhsili, onun bütün ömrü –
bütün hər şey şəxsiyyətdə çulğaşır. Şəxsiyyət Eynşteynin nisbilik nəzəriyyəsi
qədər mürəkkəbdir və şəxsiyyət bu nəzəriyyə qədər də az başa düşülür.
Şəxsiyyət irsi qanunauyğunluqların və əhatə edən mühitin nəticəsidir və onu
dəyişmək və ya yaxşılaşdırmaq fövqəladə dərəcədə çətindir. Bununla belə, əgər
səy göstərilərsə, biz onu müəyyən dərəcəyədək bərkidə və onu daha güclü, daha
cəlbedici edə bilərik. Hər halda, təbiətin bizə verdiyi qəribə, şəxsiyyət
adlandırılan təzahürdən maksimum almağa cəhd edə bilərik. Bu sual bizim hər
birimiz üçün istisnasız dərəcədə vacibdir. Şəxsiyyətin təkmilləşdirilməsi üçün
imkanlar məhdud olsa da, bu imkanlar kifayət qədər böyükdür ki, onların
müzakirə və tədqiq edilməsi mümkünsüz iş hesab olunsun. Əgər siz öz
individuallığınızdan maksimuma nail olmaq istəyirsinizsə, onda öz
dinləyicilərinizin qarşısında dincəlmiş halda çıxış etməlisiniz. Yorğun natiq heç
bir maqnetik, cazibədar xüsusiyyətlərə malik olmur.
Həddən artıq yayılmış səhvi – natiqin çıxışa hazırlaşmağı və plan tərtib
etməyi ən son məqama qədər təxirə salması və sonra isə əldən çıxardığı vaxtı
qabaqlamağa cəhd edərək ağlasığmaz templə işləməsindən ibarət olan səhvi
etməyin. Əgər siz belə etmiş olarsınızsa, onda orqanizminizdə bir çox ziyanlı
maddələr yığılacaq, beyniniz yorulacaq və bu, nitqinizdə çox xoşagəlməyən
ləngimələrə gətirəcək, sizi tormozlayacaq, beyin və əsəb sisteminizi zəiflədərək
həyat qüvvənizi tükəndirəcəkdir.
Siz gündüz saat dörddə vacib xəbərlə komitənin iclasında çıxış edə-
cəksinizsə, onda, əgər mümkündürsə, yüngül qəlyanaltı etməli və dincəlməlisiniz.
Fiziki, zehni cəhətdən dincəlmək və əsəblərin sakitləşdirilməsi – sizə lazım olan
bax budur. Məşhur müğənni, xanım Ceraldin Farrat öz yeni tanışlarını çox vaxt
bununla təəccübləndirirdi ki, erkən vidalaşır və onlar axşamın qalan hissəsini
müğənninin əri ilə söhbət etməklə keçirməli olurdular. Öz sənətinin tələbləri ona
downloaded from KitabYurdu.org
məlum idi. Xanım Nordike deyirdi ki, primadonna olmaq – qadına xoş olan hər
şeydən imtina etmək deməkdir: ictimai fəaliyyətdən, dostlardan, iştahalı
təamlardan.
Sizə vacib xəbərlə çıxış etmək lazım gələndə aclıq hissindən ehtiyat edin. Az
yeyin, elə bil ki, müqəddəssiniz. Henri Uord Biçer bazar günləri, adətən, axşam
saat beşdə süd ilə kreker yeyir və bundan sonra heç nə yemirdi.
“Əgər mən axşam oxumalı oluramsa, – deyirdi xanım Melba, – onda nahar
etmirəm, yalnız çox yüngül qəlyanaltı edirəm. Qəlyanaltı balıqdan, cücədən və ya
bişirilmiş alma ilə “şirin ətdən”
44
ibarət olur, bunun üstündən bir stəkan su
içirəm. Mən operadan və ya konsertdən sonra evə qayıdanda axşam yeməyindən
qabaq güclü aclıq hissi keçirirəm”.
Özüm peşəkar natiq olana və hər axşam möhkəm yeyəndən sonra iki saatlıq
nitq söyləməyə cəhd edənə qədər Melba və Biçerin nə qədər müdrikcəsinə
hərəkət etdikləri heç vaxt ağlıma gəlmirdi. Təcrübə mənə göstərdi ki, əvvəl
“dəniz dilindən” filedən, ardınca fransızca qızardılmış kartofdan, salatdan,
tərəvəzlərdən, eləcə də desertdən ləzzət alıb, bunun ardınca isə, bir saatdan
sonra dinləyicilərin qarşısında uğurla çıxış edə bilmərəm. Mənim beynimdə
sirkulyasiya etməli olan qan aşağıya, mədəyə düşərək bifşteks və kartofla
mübarizəyə başlayır. Paderevski haqlı idi: o deyirdi ki, konsertdən əvvəl ürəyi
istədiyini yeyən vaxtlarda onun daxilində yerləşən vəhşi onu, barmaqlarının ucu
da daxil olmaqla, büsbütün ələ keçirir, onun ifasını darıxdırıcı və ifadəsiz edirdi.
Niyə bir natiqdə o birisi ilə
müqayisədə daha yaxşı alınır
Sizin enerjinizi aşağı sala biləcək heç nə etməyin. Enerjiniz maqnetik
xüsusiyyətlərə malikdir. Həyat qüvvəsi, şuxluq və entuziazm mənim ictimai
çıxışlar sahəsində natiqlərə və müəllimlərə ilk növbədə vərdiş etdirmək
istədiyim keyfiyyətlərdən ən vacibləridir. İnsanlar enerjili, özü ilə elə bil enerji
generatorunu təcəssüm etdirən natiqi vəhşi qazlar payız taxılı əkilmiş sahəyə
tökülüşdükləri kimi, dərhal əhatə edirlər.
Londonda Qayd-parkda açıq havada çıxış edən natiqlərin nümunəsində bu
qaydanın öz təsdiqini necə tapdığını mən tez-tez görmüşəm. Mərmər Arkanın
qarşısındakı meydança ən müxtəlif natiqlərin görüş yeridir. İstənilən bazar günü,
günün ikinci yarısında bura gəlmək və Roma Papasının “Günahsızlığın katolik
doktrinasının” izahını dinləmək, Karl Marksın iqtisadi nəzəriyyəsini təbliğ edən
sosialistə, iki arvadı olan müsəlmanın nə üçün haqlı olduğunu başa salan hindliyə
və s. qulaq asmaq olar. Bir natiqin ətrafında yüzlərlə dinləyici dayandığı halda, o
birisinin yanında adamların yalnız kiçik bir topasıdır. Niyə? Müxtəlif natiqlərin
fərqli cəzbetmə qüvvəsini izah etmək üçün çıxışın mövzusunu əsas gətirmək
həmişə kifayət edə bilərmi? Xeyr. Bir çox hallarda bu, natiqin özündən asılıdır:
bu, hamıdan çox onun özü üçün əhəmiyyət kəsb edir və deməli, o daha
maraqlıdır. O daha enerjili və emosional danışır. O, özündən həyat qüvvəsi və ruh
yüksəkliyi şüalandırır. Bu cür natiqlər həmişə diqqəti cəlb edirlər.
Geyim sizə necə təsir göstərir
Universitetin rəhbərliyi ilə psixologiya üzrə mütəxəssis bir qrup adama
suallar göndərmişdilər. Burada respondentlərə geyimin onlara necə təsir
göstərdiyi barədə sual verilirdi. Rəyi soruşulanlar yekdilliklə cavab verdilər ki, öz
downloaded from KitabYurdu.org