nəfərin qarşısında da min nəfər dinləyici qarşısında olduğu kimi yaxşı danışa
bilərəm, əgər həmin on iki nəfər mənim ətrafımda və bir-birinə toxunan qədər
yaxın dayanıblarsa. Hətta min dinləyici də, əgər onların bir-biriləri arasında
məsafə dörd futdursa, boş zal kimi təsir bağışlayacaqdır... Öz dinləyicilərinizi bir
yerə toplayın və siz minimum səy göstərməklə onları inandıra biləcəksiniz”.
Böyük auditoriyada olan adam öz individuallığını itirə bilər. O, kütlənin bir
hissəsinə çevrilir və bu halda ona təsir göstərmək – o, ayrıca bir individuum
olduğu vəziyyətlə müqayisədə – xeyli asanlaşır. Adam elə söhbətlərlə bağlı
güləcək və alqışlayacaq ki, həmin söhbətlər ondan yan keçərdi, əgər o, natiqə
qulaq asan yarım düjün dinləyicidən biri olsaydı.
Adamları vahid bütöv halında hərəkətə gətirmək bunu individual şəkildə
etməkdən qat-qat asandır. Döyüşə gedən adamlar, məsələn, ən təhlükəli və
comərd tapşırıqları yerinə yetirməyə can atırlar, çünki onlar bir yerdə olmaq
istəyirlər. Alman əsgərləri sonuncu müharibə dövründə bəzən döyüşə bir-birinin
əllərindən tutaraq gedirdilər.
Kütlələr! Kütlələr! Kütlələr! Onlar özləri ilə maraqlı təzahür təcəssüm
etdirirlər. Möhtəşəm islahatların və xalq hərəkatlarının hamısı kütlə psi-
xologiyasının köməyi ilə həyata keçirilibdir. Everet Din Martin bu mövzuda
maraqlı “Kütlənin davranışı” kitabını yazıb.
Əgər biz elə də böyük olmayan dinləyici qrupu qarşısında çıxış etməyə
hazırlaşırıqsa, bu halda elə də böyük olmayan otaq seçməliyik. Dinləyiciləri
böyük zalda oturtmaqdansa, kiçik otaqda stulları bir-birinə sıx qoymaq daha
yaxşıdır.
Əgər sizin dinləyiciləriniz zalda dağınıq oturublarsa, onda onlardan qabağa
keçməyi və sizə yaxın əyləşməyi xahiş edin. Çıxışınıza başlamazdan əvvəl buna
nail olun.
Tribunaya yalnız auditoriya kifayət qədər böyük və bununla əlaqədar
yüksəklikdə dayanmaq zərurəti həqiqətən də olduğu halda qalxın. Öz
auditoriyanızla bir səviyyədə olun. Öz dinləyicilərinizin yanında dayanın. Hər
hansı bir formal atmosferdən qaçmağa çalışın. İlıq kontakt qurun və çıxışınızı
söhbətə çevirin.
Mayor Pond pəncərələri qırırdı
Zalda havanın təmiz olmasına fikir verin. İctimaiyyət qarşısında çıxış
prosesində oksigen qırtlaq, udlaq və qırtlaq qapağı qədər vacibdir. Siseronun
gözəl natiqliyi, myuzik-holldan “Rokkets” qadın ansamblının məlahəti havası
kiflənmiş zalda, çətin ki, auditoriyanı gərginlikdə saxlaya bilərdi. Ona görə də
mən başqa natiqlərin sırasında auditoriya qarşısında çıxış etməli oluramsa, bu
halda, demək olar, çıxışımdan əvvəl həmişə dinləyicilərdən yerlərindən qalxmağı
və iki dəqiqə dincəlməyi xahiş edirəm; həmin vaxtda isə pəncərələri açıram.
Məşhur bruklinli moizəçi Henri Uord Biçer populyar lektor kimi öz
şöhrətinin zirvəsində olan dövrdə mayor Ceyms B.Pond onun impressariosu
qismində on dörd il ərzində Birləşmiş Ştatların və Kanadanın bütün ərazisini
gəzmişdi. Dinləyicilər toplaşmazdan qabaq Pond həmişə Biçerin çıxış edəcəyi
zala, kilsəyə, yaxud teatra gəlir və işıqlandırılmanı, kresloları, temperaturu,
ventilyasiyanı diqqətlə yoxlayırdı. Pond yorulmaq bilməyən və hay-küyçü qoca
ordu zabiti idi və öz hakimiyyətini istifadə etməyi sevirdi. Buna görə də, əgər
downloaded from KitabYurdu.org
zalda həddindən artıq isti və ya qoxumuş hava olardısa və pəncərələri aça
bilmirdisə, onda kitabları pəncərələrə vızıldadır, şüşəni sındıraraq çilik-çilik
edirdi. Spercen güman edirdi ki, “moizəçiyə oksigen, demək olar, ilahi xeyir-duası
kimi zəruridir”.
Qoy işıq olsun, sifətinizə nur çilənsin
İşdir, siz spritizmin nümayiş olunması ilə məşğul deyilsinizsə, onda, əgər bu
mümkündürsə, zalı işığa qərq edin. Bildirçini əhliləşdirmək yarıqaranlıq,
termosun içərisi kimi tutqun görkəmi olan zalda entuziazm meydana
çıxarmaqdan asandır.
Devid Belaskonun səhnədə rejissura haqqında kitabını oxuyun və siz adi
natiqin düzgün işıqlandırmanın istisnasız dərəcədə mühüm əhəmiyyət kəsb
etməsi barədə azacıq da olsa təsəvvürünün olmadığını biləcəksiniz.
Qoy işıq düz sizin üzünüzə vursun. Adamlar sizi görmək istəyirlər. Sizin sifət
cizgilərinizdə peyda ola biləcək cüzi dəyişikliklər özünüifadənin bir hissəsi, həm
də çox vacib hissəsidir. Bəzən bunlar sizin sözlərinizdən də artıq əhəmiyyət kəsb
edir. Əgər siz düz lampanın altında dayanıbsınızsa, onda sizin sifətinizə kölgə
düşə bilər, amma düz işıqlandırma cihazının qabağında dayanıbsınızsa, onda
sizin sifətiniz parıldayacaqdır. Buna görə də öz çıxışınızı başlamazdan əvvəl
işıqlandırma cəhətdən ən uduşlu olan yeri seçməyiniz daha ağıllı olmazdımı?
Səhnədə lazım olmayan heç nə
Çıxış edəndə stolun arxasında əyləşməyin. Adamlar sizi başdan-ayağa qədər
görmək istəyirlər. Onlar sizi tam görmək üçün hətta boyunlarını da uzadacaqlar.
Hansısa bir xoşqəlbli adam səhnəyə üstündə qrafin və stəkan olan stol
qoyacaqdır. Amma boğazınızda quruluq hiss etmiş olsanız, bir çimdik duz və ya
bir tikə limon ona gətirəcək ki, tüpürcək Niaqara şəlaləsinin gücü ilə ayrılmağa
başlayacaq.
Sizə nə su lazımdır, nə qrafin. Sizə lektorun çıxış etdiyi yüksəklikdə, adətən,
qalaq-qalaq yığılan başqa faydasız əşyalar da lazım deyildir.
Avtomobil firmalarının Brodveydə salonları çox gözəldir, yaxşı tərtib edilib
və göz oxşayır. Parisdə iri parfümeriya və zərgərlik firmalarının mağazaları
dəbdəbəli və bədii zövqlə quraşdırılıb.
Niyə? Ona görə ki bu, gəlirli biznesi təmin edir. Bu cür tərtibatı görəndə
adamda firmaya daha çox hörmət, etibar yaranır.
Elə bu səbəbdən də natiq gözoxşayan fonda çıxış etməlidir.
Mebelin, ümumiyyətlə, olmaması, məncə, ideal variant olardı. Çıxış edənin
arxasında diqqəti cəlb edən heç nə olmamalıdır. Böyürlərdə də heç nə
olmamalıdır. Tünd-göy rəngli pərdə daha çox məsləhət görülür.
Bəs lektorun arxasında, adətən, nə olur? Coğrafi xəritələr, diaqramlar və
cədvəllər, hərdən isə çoxsaylı toz basmış stullar, özü də onlardan bəziləri çevrilib
və bir-birinin üstünə qoyulub. Nə alınır? Ucuz, pinti, nizamsız şərait. Odur ki,
bunların hamısını yığışdırmaq lazımdır.
Henri Uord Biçer deyirdi: “İctimaiyyət qarşısında çıxışda ən vacib olan
adamdır”. Buna görə də çıxış edən qoy İsveçrənin mavi göylərinin fonunda
ucalan qarlı Yunqfrau zirvəsi kimi yaxşı görünsün.
Səhnədə qonaq olmamalıdır
downloaded from KitabYurdu.org