oynamır. Əvvəl-axır, ictimaiyyət qarşısında çıxışlarda ən vacib olanı əl və
ayaqların vəziyyəti yox, psixoloji aspektdir.
Yöndəmsiz əzilib-büzülmələr
təbii jesti əvəz edə bilməz
Bu, bizi tamamilə təbii olaraq jestlər probleminə yaxınlaşdırır ki, bundan
həddən artıq çox sui-istifadə edirlər. İctimaiyyət qarşısında çıxış sahəsində mən
ilk dərsi Orta Qərbin kolleclərində almışam. Mənim yadımda olduğu qədər,
həmin dərs əsas etibarilə jestikulyasiya ilə bağlı idi və bu yalnız faydasız yox,
hətta açıq-aşkar ziyanlı idi. Məni öyrədirdilər ki, əl sərbəst surətdə böyürdən
sallanmalıdır, ovuclar içəriyə, barmaqlar yarı sıxılmış olmalı, baş barmaq isə
ayağa toxunmalıdır. Mənə əli incə əyri cızaraq necə qaldırmaq, əvvəl nişan bar-
mağını, sonra orta, sonra isə çeçələ barmağı açaraq əlin biləyini klassik hərəkətlə
necə yellətmək lazım olduğunu öyrədirdilər.
Bu estetik və dekorativ hərəkət yerinə yetiriləndən sonra əl elə həmin incə
və qeyri-təbii əyrini cızmalıdır ki, yenidən ayağın böyrünə gəlib çatmış olsun.
Bütün bunlar köntöy və affektləşdirilmiş idi və bunda ağıllı və ya səmimi heç nə
yox idi. Mənə o hərəkəti eləməyi öyrədirdilər ki, bunu ağlı başında olan heç kim
heç yerdə və heç vaxt etməyibdir.
Hərəkətlərə mənim öz individuallığımı vermək üçün heç bir cəhd edilmirdi.
Heç kim məni mahmızlamağa çalışmırdı ki, mən jestikulyasiya etməyə bir istək
hiss etmiş olum; bu prosesi daha şux, təbii və qaçılmaz eləmək cəhdi yox idi. Heç
kim məni utancaqlıq qabığımı sındırmağa, eləcə də adam kimi danışmaq və
hərəkət eləmək üçün özümü buxovlanmamış, sərbəst hiss etməyə sövq etmirdi.
Bütün bu kədərli proses çap makinası kimi mexaniki, keçənilki quş yuvası kimi
cansız, Panç və Cudinin çıxışları kimi sarsaq idi.
XX əsrdə bu cür absurd əzilib-büzülmələrə öyrətdikləri ağlasığmaz iş kimi
görünür. Bununla belə, jestlər haqqında kitab yalnız bir neçə il əvvəl nəşr
olunmuşdur – adamları avtomatlaşdırmağa cəhd edən, bu və ya başqa cümləni
səsləndirərkən hansı jestlərdən istifadə etməyi, əlin biri ilə hansı, ikincisiylə
hansı jesti etməyi, hansı hallarda əli bir qədər yuxarı qaldırmaq, hansılarda orta
vəziyyətdə, hansılarda isə aşağıda saxlamağı, bu barmağı necə və o birisini necə
tutmaq lazım olduğunu öyrədən bütöv bir kitab. Mən iyirmi nəfərin eyni vaxtda
sinfin qarşısında necə dayandıqlarını görmüşəm. Onların hamısı həmin kitabdan
qəliz natiq mətnini oxuyurdu və onların hamısı mətnin eyni bir yerində tamamilə
eyni bir jesti edirdi və onların hamısı eyni cür sarsaq təsiri bağışlayırdı. Bütün bu
süni, vaxtı öldürən, mexaniki və ziyanlı sistem jestlərin reputasiyasını bir çox
adamın gözündə süquta uğratdı. Massaçusetsdə iri bir kollecin dekanı bu
yaxınlarda demişdi ki, onun təhsil müəssisəsində ictimaiyyət qarşısında çıxışlar
üzrə kurslar yoxdur, çünki o, ağıllı çıxış etməyi öyrədə bilən həqiqi praktiki kurs
heç vaxt görməyib. Mən bu dekanın nöqteyi-nəzərini tamamilə bölüşürəm.
Jestlərə həsr olunmuş cızma-qaranın onda doqquzu faydasızdır və hətta
bundan da pis – özü ilə yaxşı ağ kağızın və yaxşı qara tipoqraf boyasının israf
edilməsini təcəssüm etdirir. Kitabdan əxz olunan istənilən jest, çox güman ki,
eynilə həmin effekti verəcəkdir. Jestlər sizin təbiətinizdən, sizin ürəyinizdən,
beyninizdən, toxunulan məsələyə marağınızın səviyyəsindən, başqalarını öz
gördüyünüzü görməyə məcbur etmək istəyinizin gücündən, nəhayət, sizin fərdi
downloaded from KitabYurdu.org
instinktlərinizdən irəli gəlməlidir. Yeganə dəyərli jestlər – bu, ekspromt surətdə
meydana çıxan hərəkətlərdir. Adamın özü olmasının bir unsiyası bir ton
təlimatdan bahadır.
Jesti əyninizə smokinq kimi geyinmək mümkün deyil. O yalnız daxili
vəziyyətin zahiri ifadəsidir – öpüşlər, sancmalar, gülüş, dəniz xəstəliyi kimi.
Adamın jestləri diş fırçası kimi sırf şəxsi olmalıdır. Axı insanlar bir-birinə
bənzəmirlər və əgər onlar özlərini təbii apararlarsa, onda onların jestləri də
individual olacaqdır.
Heç iki nəfərə də eynilə bir manerada jestikulyasiya etməyi öyrətmək
mümkün deyil. Kiminsə hündürboylu, ləng hərəkətli, asta fikirləşən Linkolnu
sürətlə danışan, coşqun və eleqant Duqlasın jestlərini təkrarlamağa məcbur
etməyə çalışdığını təsəvvür edin. Bu, sarsaqlıq olardı.
Vəkil Qrendonun sözlərinə görə, “Linkoln əlləriylə yox, başı ilə, onu enerjili
surətdə müxtəlif tərəflərə hərəkət etdirməklə jestikulyasiya edirdi. Başın belə
hərəkəti özünün hansısa bir bəyanatını qeyd eləmək istəyəndə əhəmiyyət kəsb
edirdi. Hərdən bu istək əlin kəskin – elə bil o, elektrik qığılcımlarını alışan
materiala atırmış kimi – hərəkətiylə müşayiət olunurdu. O, əllərini heç vaxt
yellətmir və bəzi natiqlər kimi məkanı cırıb parça-parça etmirdi. O, səhnə
effektinə nail olmağa heç vaxt can atmırdı... Linkoln öz nitqini davam etdirdikcə
öz hərəkətlərində getdikcə daha sərbəst və asudə olur, hətta zəriflik, incəlik
meydana çıxırdı. O, istisnasız təbiiliyə malik idi və tamamilə ləyaqətli görünürdü.
O, dəbdəbəyə, nümayişkarlığa, döyülmüş ibarələrə və riyakarlığa nifrət
edirdi... O, ideyaları öz dinləyicilərinin başına yeridən vaxtda onun sağ əlinin
uzun sümüklü barmağında məna və ifadələrin dünyası yerləşirdi. Hərdən sevinc
və ya məmnunluq ifadə etmək üçün o, hər iki əlini təqribən əlli dərəcəlik bucaq
altında ovucları yuxarı halda, sanki onun xoşuna gələn obrazı qucaqlayırmış kimi
qaldırırdı. Əgər o, güclü ikrah hissini ifadə edirdisə – məsələn, quldarlığı
mühakimə edəndə – onda hər iki əlini ovucları düyünlənmiş halda, havanı
yararaq yuxarı qaldırmaqla iyrəndiyini ifadə edirdi ki, bu, həqiqətən də,
möhtəşəm idi. Bu, onun ən effektli jestlərindən biri idi və bu, onun nifrət
obyektini yerə çırpmaq və onu tapdayıb toza çevirməklə bağlı möhkəm qətiyyəti
demək idi. O, ayaqları üstə həmişə düz dayanırdı və heç vaxt bir ayağını o
birindən qabağa qoymurdu. Heç vaxt heç nəyə toxunmur və heç nəyə
söykənmirdi. Çıxış vaxtı pozasını çox nadir hallarda dəyişirdi. Heç vaxt
təmtəraqlı danışmırdı və heç vaxt səhnədə dala və qabağa gəzmirdi. O, əllərini
boşaltmaq üçün sol əli ilə tez-tez pencəyinin yaxasından baş barmağı yuxarı
halda tutur və sağ əlini jestikulyasiya üçün azad saxlayırdı”.
Sen-Qoden onu Çikaqoda Linkoln-parkda duran heykəldə məhz bu cür həkk
etmişdir.
Linkolnun metodu belə idi. Teodor Ruzvelt daha enerjili, qızğın, fəal idi və
sifəti onu bürüyən hissləri əks etdirirdi, yumruğu düyünlənirdi və onun bütün
bədəni özünüifadə vasitəsi idi. Brayan tez-tez açıq ovcundan, qabağa uzadılmış
əllərindən istifadə edirdi, Qladston tez-tez yumruğu ilə stola və ya ovcuna vurur,
ya da səs-küylə ayaqlarını yerə döyəcləyirdi.
downloaded from KitabYurdu.org