Lord Rozberi, adətən, sağ əlini qaldırır və onu kəskin surətdə endirirdi.
Natiqin fikirlərində və baxışlarında, hər şeydən qabaq, qüvvə olurdu və jestləri
ifadəli və təbii edən də məhz o idi.
Bədahətənlik... Şuxluq... Hərəkət üçün summun bonum
45
məhz onlardır.
Berk köntöy və jestlərində fövqəladə dərəcədə yöndəmsiz idi. Pitt əllərini
“yöndəmsiz təlxək kimi” yellədirdi. cənab Henri İrvinq bir ayaqdan axsaq idi və
çox qəribə hərəkətlər yerinə yetirirdi. Lord Makoley tribunada yöndəmsiz
görünürdü. Eyni şeyi Qrattan
46
və Parnell haqqında da demək olar.
“Bu, görünür, onunla izah edilir ki, – deyə lord Kerzon parlament natiqliyi
haqda Kembric Universitetində çıxış edərkən bildirmişdir, – dahi natiqlər fərdi
jestlərini yaradıb formalaşdırırlar. Gözəl xarici görkəm və zərif maneralar
möhtəşəm natiqə, şübhəsiz ki, kömək edir, lakin əgər o, gözəl deyilsə və
yöndəmsizdirsə, onda bunun elə də böyük əhəmiyyəti olmur”.
Çox illər bundan qabaq mən məşhur Cipsi Smitin moizəsini dinləmişdim.
Mən minlərlə adamı xristianlığa gətirən bu adamın nitqinin gözəlliyinə heyran
qalmışdım. O, jestlərdən istifadə edirdi, çoxlu jeslərdən, lakin öz hərəkətləri onun
nəzərinə çarpmırdı – nəfəs aldığı hava onun nəzərinə çarpmadığı kimi. Bu, ideal
haldır.
Əgər siz bu prinsipləri həyata keçirərsinizsə, onda jestlərdən istifadə
etdiyiniz sizin də nəzərinizə çarpmayacaqdır. Mən sizə jestikulyasiyanın hansısa
qaydalarını təklif edə bilmərəm, zira hər şey natiqin temperamentindən, onun
hazırlığından, entuziazmından, onun individuallığından, çıxışının predmetindən,
auditoriyadan və şəraitin təsadüflərindən asılıdır.
Faydalı ola biləcək məsləhətlər
Bununla belə, faydalı ola biləcək bir sıra məsləhət vermək məqsədəmüvafiq
olardı. Eyni bir jestin monoton olmaması üçün onu təkrarlamayın. Dirsəklərinizlə
qəfil, kəskin hərəkətlər etməyin. Siz dinləyicilərin qarşısında olanda
çiyinlərinizin hərəkəti daha əlverişli təəssürat yaradır. Öz jestlərinizi çox tez
dayandırmayın.
Əgər siz öz fikrinizi qeyd etmək üçün nişan barmağınızla jest edirsinizsə, bu
jesti cümlənin axırınadək saxlamaqdan qorxmayın. Buna çox tez-tez riayət
etmirlər ki, bu çox sadə və ciddi səhvdir. Nəticədə ifadəlilik təhrif olunur: xırda
sualların əhəmiyyəti artır, həqiqətən ciddi suallar isə onlarla müqayisədə trivial
təsir bağışlayır.
Siz dinləyicilər qarşısında nitq söyləyəndə yalnız təbii görünən jestlər edin.
Lakin təcrübə topladığınız mərhələdə özünüzü jestlərdən, əgər bu zəruridirsə,
istifadə etməyə məcbur edin. Özünüzü məcbur edin və tezliklə jestləriniz təbii
olaraq meydana çıxmağa başlayacaq.
Kitabı örtün. Jestləri çap olunmuş mətn üzrə öyrənmək qeyri-mümkündür.
Danışdığınız vaxt öz instinktləriniz təlimatçınızın deyə biləcəklərindən daha
etibarlı və daha qiymətlidir.
Əgər jestlər və onların istifadə olunması haqqında dediklərimizin hamısını
unutmusunuzsa, bir şeyi yadda saxlayın: əgər adam demək istədiyinə o qədər
aludə olubsa, əgər o, öz fikrini dinləyicilərin şüuruna çatdırmaq yanğısından elə
bir dərəcədə alışırsa ki, özünü unudaraq bədahətən danışır və hərəkət edir, onda
bu halda onun jestləri, çıxış etmək manerası, demək olar, nöqsansız olacaqdır.
downloaded from KitabYurdu.org
Əgər siz bunda şübhələnirsinizsə, hər hansı bir adama yaxınlaşın və onu vurub
yerə sərin. Həmin adam ayağa qalxanda siz onun deyəcəyi sözlərin, çox güman ki,
nöqsansız gözəl nitq nümunəsi olacağını görəcəksiniz.
Və mənim fikrimcə, budur nitq söyləməklə bağlı özümdə müdrik məsləhət
ehtiva edən bir situasiya.
Çəlləyi doldurun.
Tıxacı vurub çıxarın.
Siz təbiətin necə coşduğunu görəcəksiniz.
Xülasə
1. Karnegi Texnologiya İnstitutunun keçirdiyi eksperimentlər nəticəsində
müəyyən olunmuşdur ki, insanın işgüzar uğurlarında onun şəxsiyyəti dərin
biliklərindən qat-qat əhəmiyyətli rol oynayır. Bu həqiqət natiqlik sahəsində də
eyni cür doğrudur. Lakin şəxsiyyət o qədər ələkeçməz, hissolunmaz və sirlidir ki,
onun inkişafı ilə bağlı göstəriş vermək, demək olar, qeyri-mümkündür. Bununla
belə, bu fəsildə haqqında danışılan bəzi məsləhətlər natiqə ən yüksək uğurlar
qazanmaqda kömək edəcəkdir.
2. Yorğun olanda çıxış etməyin. Dincəlin, qüvvənizi bərpa edin, özünüzdə
ehtiyat enerji toplayın.
3. Çıxış etməzdən qabaq az yeyin.
4. Sizin enerjinizi sıxışdıra biləcək heç nə etməyin. Enerji maqnetik
xüsusiyyətlərə malikdir. Enerjili natiqin ətrafına adamlar payız taxılı sahəsinin
ətrafına yığılan vəhşi qazlar kimi toplaşırlar.
5. Səliqəli və zövqlə geyinin. Yaxşı geyindiyinizi dərk etməyiniz özü-
nəhörməti artırır, özünəinamı möhkəmləndirir. Əgər natiqin əynində kisə kimi
şalvar, təmizlənməmiş ayaqqabı varsa, saçı daranmayıbsa, əgər onun döş
cibindən avtoqələm və ya karandaşların ucu çıxırsa və yaxud qadının əl çantası
zövqsüzdürsə, içi nə iləsə doludursa, onda dinləyicilər natiqə onun, güman ki,
özünə etdiyi qədər az hörmət hiss edəcəklər.
6. Gülümsəyin. Auditoriyanın qarşısına sifətinizdə elə ifadə ilə çıxın ki, bu,
dinləyicilərə sizin onların qarşısında olmaqdan şad olduğunuzu demiş olsun.
Professor Overstrit deyir: “Bu cürəsi bu cür olanı doğurur”.
“Əgər biz öz dinləyicilərimizdə maraqlıyıqsa, onda zənn etməyə əsas var ki,
onlar da bizimlə eyni cür maraqlanacaqlar... Tez-tez elə olur ki, biz hələ heç
danışmağa başlamazdan əvvəl bizə tənə və ya bizi təqdir edirlər. Buna görə də
belə zənn etməyə əsas var ki, biz öz davranışımızla müsbət reaksiya meydana
çıxarmaq istəyirik”.
7. Dinləyiciləri bir yerə toplayın. Əgər onlar müxtəlif yerlərə səpələniblərsə,
onlara təsir göstərmək çox çətindir. Kompakt auditoriyanın iştirakçısı olaraq
adam əgər həmin adam tək olardısa və ya böyük zala səpələnmiş kiçik qrupun
bir dinləyicisi olarkən onda şübhə və ya irad doğuracaq məsələyə gülər,
alqışlayar və təqdir edərdi.
8. Əgər siz elə də böyük olmayan dinləyicilər qrupu qarşısında çıxış
edirsinizsə, onda onları kiçik otağa yığın. Hündür yerdə dayanmayın, onlarla bir
səviyyəyə enin. Öz çıxışınızı intim, qeyri-formal edin, onu söhbətə çevirin.
9. Zalda havanın təmiz olmasının qeydinə qalın.
downloaded from KitabYurdu.org