daha toxunularsa və bu, bizim təbiətimizin ilahi başlanğıcı sayəsində mütləq baş
verəcəkdir – öz səsini İttifaqın xoruna qoşacaqdır”.
Natiqliyə yenicə başlayan özündə çıxışının yekunlaşdırılmasının zəruriliyi ilə
bağlı düzgün hissi necə formalaşdırmalıdır? Mexaniki qaydaların köməyi ilə?
Xeyr. İncəsənətlə bağlı olduğu kimi, bu da həddən artıq incə işdir. Bu, altıncı
hissə çevrilməlidir, demək olar, intuisiya olmalıdır. Əgər natiq çıxışının harmonik
olaraq və sənət baxımından yekunlaşdığını hiss etmirsə, onda o, buna nail ola
biləcəyinə necə bel bağlayır?
Amma belə bir hissi özündə inkişaf etdirmək mümkündür və bunu görkəmli
natiqlərin istifadə etdikləri metodları öyrənməklə etmək olar. Budur, məsələn,
Uels şahzadəsinin Torontoda İmper klubunda çıxışının sonluğu:
“Qorxuram ki, cənablar, mən özümü saxlaya bilmədim və özüm haqqında
həddən çox danışdım. Lakin mən Kanadada sizin qarşınızda çıxış etmək şərəfi
göstərilən bu böyük auditoriyada özümün vəsiyyətim və bununla bağlı olan
məsuliyyətlə əlaqədar düşündüklərimi sizinlə bölüşmək istəyirdim. Mən sizi
yalnız bunda əmin edə bilərəm ki, bu böyük məsuliyyətə və sizin etibarınıza layiq
olmağa həmişə can atacağam”.
Bu çıxışı hətta kor adam da eşitmiş olsaydı, onun başa çatdığını hiss edərdi.
O, ucu heç yerə bağlanmayan kəndir kimi havadan asılı qalmadı, çıxış yekunlaşdı
və tamamlandı.
Məşhur Harri Emerson Fosdik Cenevrədə Müqəddəs Pyotr məbədində
Millətlər Liqasının VI Assambleyası açılandan sonra çıxış edirdi. O, çıxışı üçün bu
mövzunu seçmişdi: “Əlinə qılınc alan hər kəs həmin qılıncla da məhv olacaqdır”.
Onun öz moizəsini necə gözəl, təmtəraqla və qüvvə ilə yekunlaşdırdığına diqqət
yetirin:
“Biz İsa Məsihi və müharibəni barışdıra bilmərik – məsələnin mahiyyəti bax
bundadır. Xristianların vicdanını bu gün məhz bu problem narahat etməlidir.
Müharibə bəşəriyyətin yoluxduğu ən qorxunc və dağıdıcı ictimai günahdır; o,
bütövlükdə və tamamilə qeyri-xristian mənşəlidir; öz metodlarında və
nəticələrində o, Məsihin inkar etdiklərinin hamısını ehtiva edir və müharibə
onun nəzərdə tutduğu demək ola bilməz. Müharibə Tanrı və insan haqqında
istənilən xristian doktrinasının ən qəti, yer üzündəki ateist-nəzəriyyəçilərin
hamısının nə vaxtsa düşünüb tapa biləcəkləri ən qəti inkarı deməkdir. Əgər
xristian kilsəsi bizim zəmanəmizin bu ən böyük mənəvi probleminin həllini öz
üzərinə götürmüş olsaydı, yaxşı olardı və yaxşı olardı ki, o, yenə də bizim
əcdadlarımızın vaxtında olduğu kimi bu müasir dünyanın bütpərəstliyinə qarşı
aydın üsul işləyib hazırlamış olaydı və döyüşən tərəfləri dəstəkləməkdən imtina
edərək tanrı şahlığını millətçiliyin üstünə qoymuş və dünyanı sülhə çağırmış
olaydı. Bu, patriotluğun inkarı yox, əksinə, onun apofeozu demək olardı.
Bu gün burada, bu hündür və qonaqpərvər tavanın altında mən, amerikalı, öz
hökumətimin adından danışa bilmərəm. Lakin mən amerikalı və xristian olaraq
milyonlarla öz həmvətənim adından deyirəm və sizin möhtəşəm, bizim
inandığımız, adına dua etdiyimiz, iştirak etmədiyimizə görə dərindən məyus
olduğumuz işinizdə sizə layiq olduğunuz uğurları diləyirəm. Biz elə həmin
məqsədə – sülh üçün yaradılan dünyaya nail olmaq naminə çoxsaylı üsullarla
mübarizə aparırıq. Hələ indiyə qədər uğrunda mübarizə aparmağına bu qədər
downloaded from KitabYurdu.org
cəhd olmamışdı. Müharibə bəşəriyyətin nə vaxtsa qarşısında durduğu ən
qorxunc bəladır. Mənəviyyat şahlığında tanrı qanunu, fizika şahlığındakı ümum-
dünya cəzbetmə qanunu kimi heç bir adam, heç bir xalq bunu istisna etmir:
“qılıncdan yapışan hər kəs həmin qılıncla da məhv olacaqdır”.
Lakin çıxış sonluqları ilə bağlı bu nümunələr Linkolnun prezidentlik postuna
ikinci dəfə keçdiyi vaxt onun çıxışının sonluğunu xarakterizə edən, səs tonları və
orqan sədalarına bənzəyən musiqisiz tamamlanmamış olardı. Oksford
Universitetinin fəxri rektoru, mərhum qraf Kerzon Keddltonski bildirmişdi ki,
Linkolnun çıxışı “bəşəriyyətin şöhrətini və sərvətini artırır... natiqlik sənətinin ən
saf qızılıdır, bundan da çox, demək olar, İlahidən gələn gözəl nitqdir”:
“Biz sevgi ilə ümid edir və qızğınlıqla göylər qarşısında dua edirik ki, bu
dəhşətli müharibə bəlası bacardıqca tez qurtarsın. Lakin əgər Tanrı müharibənin
iki yüz əlli illik məşəqqətli əmək sayəsində toplanan sərvətlərin hamısı məhv
olana qədər və qamçı zərbəsindən çıxan hər bir damla qanın bahasının, hələ üç
min il əvvəl deyildiyi kimi, qılıncla endirilən zərbədən çıxan qanla ödənəcəyi
vaxta qədər davam etməsini buyurursa, biz ələlxüsus deməliyik ki, “Tanrının
mühakiməsi düzgün və ədalətlidir”.
Öz kinimizi heç kimə qarşı çevirmədən, hamıya tərəf şəfqət qəlbiylə üz
tutaraq, haqlı işdə – Tanrı bizə özünün haqlı olduğunu görmək imkanı verəndə
möhkəm olaraq gəlin bizim qarşımızda duran məsələni həll etməyə can ataq:
ölkənin yaralarını sarıyaq, döyüşün məşəqqətlərini çəkənlərin və başını
qoyanların, dul qadınların və yetim uşaqların qeydinə qalaq – hər şeyi edək ki,
bizim aramızda olduğu kimi, bütün xalqların arasında da ədalətli və möhkəm
sülhə nail olunmasına kömək etmiş olaq”.
Siz indicə, mənim fikrimcə, fani varlığın dili ilə söylənmiş ən parlaq nitq
sonluğunu oxudunuz...
Siz mənim qiymətimlə razısınızmı? Siz hansı nitqdə bundan çox humanistlik,
bundan çox sevgi, bundan çox dərdəşəriklik tapa bilərdiniz?
“Gettisberq nitqi nəcib olsa da, – deyir Uilyam E.Barton yazdığı “Avraam
Linkolnun həyatı” kitabında, – bu çıxışı daha yüksək nəciblik səviyyəsinə çatır...
Bu, Avraam Linkolnun ən görkəmli çıxışıdır və onun intellektual və ruhi
qüvvəsinin çox yüksək səviyyədə olduğunu əks etdirir”.
“O, müqəddəs poemaya bənzəyirdi, – yazırdı Karl Şults. – Amerikanın heç bir
prezidenti Amerika xalqına heç vaxt bu cür sözlər deməyib. Amerikanın heç vaxt
belə prezidenti olmayıb ki, o, ürəyinin dərinliklərində bu cür sözlər tapa bilmiş
olsun”.
Amma siz, çox güman, Vaşinqtonda prezident və ya Ottavada, yaxud
Kanberrada baş nazir kimi ölməz nitqlər söyləməyə hazırlaşmırsınız. Sizin
qarşınızda ictimai fəaliyyətlə məşğul olan bir qrup adamın qarşısında edəcəyiniz
adi çıxışı necə yekunlaşdırmaq problemi duracaqdır. Bəs siz bunu necə
edəcəksiniz? Gəlin bir az fikirləşək.
Gəlin bəzi faydalı təklifləri işləyib hazırlamağa çalışaq.
Öz çıxışınızın əsas müddəalarının xülasəsini verin
Hətta qısa üç və ya beş dəqiqəlik çıxışda belə natiq elə çox məsələyə toxuna
bilər ki, sonda dinləyicilər onun nitqinin əsas müddəalarını tam aydın təsəvvür
edə bilməyəcəklər. Amma bunu natiqlərin yalnız çox azı başa düşür. Onlar yanlış
downloaded from KitabYurdu.org