eşitmişəm. Lakin, bununla belə, onların çıxışlarının başlanğıcı ortabab idi. Niyə?
Sözlər. Sözlər. Sözlər.
Onların quruluşunun texnikası nöqsansız idi, lakin onlarda qəlb yox idi.
Bu adamların çıxış etmək manerası onların dediklərinin zayını çıxarırdı.
Adi görünən girişin əhəmiyyəti
Aşağıda göstərilən giriş sizin necə xoşunuza gəlir, xoşunuza gəlirsə, onda
niyə?
Meri E.Riçmond Nyu-York Qadın-Seçicilər Liqasının illik toplantısına o vaxt
müraciət etmişdi ki, yetkinlik yaşına çatmayanların nikahına qarşı qanunvericilik
hazırlanırdı:
“Dünən getdiyim qatar buradan elə də uzaq olmayan şəhərdən keçəndə mən
həmin şəhərdə bir neçə il əvvəl olan toy barədə düşündüm. Bu ştatda bir çox
başqa nikahların da həmin nikah qədər tələsik və katastrofik olduğu ilə bağlı
mən onun haqqında danışmaq və həmin konkret hadisənin bir neçə təfərrüatını
göstərməklə başlamaq istəyirəm.
Bu, dekabrın 12-də baş vermişdi. Orta məktəbin on beş yaşlı qız şagirdi
qonşuluqdakı kollecdə oxuyan, yetkinlik yaşına yenicə çatan bir gənclə ilk dəfə
görüşmüşdü. Dekabrın 15-də, yəni üstündən cəmi üç gün keçəndən sonra onlar
qızın artıq on səkkiz yaşı olduğuna və buna görə də valideynlərinin icazəsinə
zərurət olmadığına and içərək, nikah üçün lisenziya əldə edə bildilər.
Bələdiyyədən bu icazə ilə çıxaraq, onlar dərhal keşişə müraciət etdilər (qız
katolik idi), lakin o, tamamilə ədalətli olaraq onların kəbinini kəsməkdən imtina
etdi. Necə oldusa, qızın anası övladının ərə getmək cəhdindən xəbər tutdu. Lakin
o, qızını axtarıb tapa bilməzdən əvvəl bu cütlüyü sülh hakimi vüsala yetişdirdi.
Adaxlı öz nişanlısını götürdü və onunla mehmanxanaya getdi ki, onlar burada iki
gün və iki gecə keçirdilər; bundan sonra isə o, qızı atdı və bir daha onun yanına
qayıtmadı”.
Bu başlanğıc şəxsən mənim çox xoşuma gəlir. Ən birinci cümlə yaxşıdır. O,
maraqlı xatirələri nəzərdə tutur və bizdə təfərrüatları eşitmək istəyi yaranır. Biz
insan həyatının maraqlı əhvalatını dinləməyə başlayırıq. Bundan başqa, o çox
həqiqətəuyğun görünür. Akademik dadı yoxdur, rəsmiyyət xatirinə danışılmayıb,
düzülüb-qoşulmayıb... “Dünən getdiyim qatar buradan elə də uzaq olmayan
şəhərdən keçəndə mən həmin şəhərdə bir neçə il əvvəl olan toy barədə
düşündüm”. Bu, təbii, sərbəst, insani səslənir. Belə təəssürat yaranır ki, bir nəfər
başqasına maraqlı əhvalat danışır. Bu, istənilən auditoriyanın xoşuna gəlir. Lakin
həddən artıq cidd-cəhdlə, əvvəlcədən düşünülmüş niyyətlə hazırlandığı nəzərə
çarpan çıxış, çox güman ki, dinləyicilərin xoşuna gəlməzdi.
Biz məharəti ört-basdır edən məharəti sevirik.
Xülasə
1. Çıxışın başlanğıcı ən çətinidir, lakin eyni zamanda da o istisnasız olaraq
vacibdir, zira həmin məqamda dinləyicilərin beyni yorğun deyil və onda
təəssürat yaratmaq nisbətən asandır.
Əgər burada təsadüflərə bel bağlasaq, onda bu, həddən artıq ciddi nəticələrə
gətirə bilər; çıxışın başlanğıcını əvvəlcədən dəqiq hazırlamaq lazımdır.
2. Giriş qısa olmalı və bir və ya iki cümlədən çox olmamalıdır. Çox vaxt,
ümumiyyətlə, onsuz da keçinmək olar.
downloaded from KitabYurdu.org
Birbaşa öz çıxışınızın məğzinə buna minimal sayda söz sərf edərək girişin.
Heç kim buna qarşı etiraz etməyəcəkdir.
3. Natiqliyə yenicə başlayanlar çıxışlarını ya yumoristik hekayədən, ya da
üzrxahlıqdan başlamağa meyillidirlər. Həm bu, həm də o biri, adətən, uğursuz
olur.
Yalnız çox az sayda adam – çox, çox, çox az sayda – gülməli lətifəni uğurla
danışa bilər. Belə cəhd auditoriyaya ləzzət vermək əvəzinə, adətən, onu çaşqın
vəziyyətə salır. Hekayələr yerinə düşməli və onlar danışmaq xətrinə
səsləndirilməməlidir. Yumor tortun üstündə şirə olmalıdır, tortun özü yox... Heç
vaxt üzrxahlıq etməyin, çünki bu, adətən, sizin dinləyicilərinizi təhqir edir və
onları əsəbiləşdirir. Nəyi danışmaq istəyirsinizsə, məhz onu da danışın, bunu tez
danışın və öz yerinizə əyləşin.
4. Natiq öz auditoriyasının diqqətini aşağıdakı üsullarla qazana bilər:
a) dinləyicilərin marağını oyatmaqla (Dikkensin “Yeni il mahnısı” kitabı ilə
bağlı halda olduğu kimi);
b) maraqlı əhvalatı adam kimi danışmaqla (məsələn, “Akrlarla almaz”
mühazirəsində olduğu kimi);
c) konkret illüstrasiyadan başlayaraq (bu kitabın altıncı fəslinin başlanğıcına
bax);
d) hansısa bir əşyanı istifadə etməklə (məsələn, onu tapana torpaq sahəsi
almaq hüququ verən dəmir pul kimi);
e) sual verməklə (məsələn: “Sizdən kim isə belə bir dəmir pulu səkidə
tapıbmı?”);
f) hansısa bir heyrətamiz sitatdan başlamaqla (məsələn, Elbert Habbardın öz
çıxışında təşəbbüsün qiyməti barədə etdiyi kimi);
g) çıxışın mövzusunun dinləyicilərin həyati maraqları ilə bağlı olduğunu
göstərməklə (məsələn, bildirərək ki, “...sizin ömrünüzün uzunluğu sizin indiki
yaşınız və səksən yaş arasındakı vaxtın üçdə ikisi qədərdir. ...Siz öz ömrünüzü
uzada bilərsiniz, əgər mütəmadi olaraq dəqiq tibbi müayinədən keçərsinizsə və
s.);
h) sarsıdıcı faktlardan başlamaqla (məsələn, “amerikalılar sivil dünyada ən
dəhşətli cinayətkarlardır” fikrini bildirməklə).
5. Öz çıxışınızı həddən artıq formal başlamayın. Üzə vurmayın ki, siz onu
həddən artıq dəqiqliklə hazırlamısınız. Çıxış sərbəst, qərəzsiz, təbii görünməlidir.
Buna indicə baş verən, yaxud indicə deyilən haqqında danışmaqla nail olmaq
mümkündür (məsələn, “Dünən getdiyim qatar buradan elə də uzaq olmayan
şəhərdən keçəndə mən bu şəhərdə bir neçə il əvvəl olan nikah barədə
düşündüm...”).
Doqquzuncu fəsil
Çıxışı necə yekunlaşdırmalı
Bilmək istəyirsinizmi ki, təcrübəli və ya təcrübəsiz olduğunuzu, məharətinizi,
yaxud vərdişlərin olmamasını nitqinizin hansı yerlərində ən çox üzə vura
bilərsiniz?
Başlanğıcda və sonluqda. Teatrda köhnə, əlbəttə, aktyorlara aid olan məsəl
mövcuddur ki, o, təqribən belə səslənir: “Aktyorların məharətini onların səhnəyə
necə çıxdıqları və oradan necə getdikləri ilə mühakimə etmək olar”.
downloaded from KitabYurdu.org