... Bəli, çıxış edən bunun necə baş verdiyini izah edir.
“Saterdey İvninq Post” jurnalında dərc etdirilmiş “Qanqsterlərlə birlikdə”
başlıqlı məqalə belə başlayırdı:
“Qanqsterlər həqiqətənmi təşkil olunublar? Bir qayda olaraq, hə! Necə?..”
Siz görürsünüz ki, bu bir neçə sözdə məqalənin müəllifi mövzu barədə
məlumat verdi, onun haqqında sizə nə isə danışdı və qanqsterlərin necə təşkil
olunduqları ilə bağlı sizdə maraq oyatdı. Bu çox təqdirəlayiqdir. Jurnalistlərin
oxucunun diqqətini dərhal cəlb etmək üçün istifadə etdikləri metodları
ictimaiyyət qarşısında çıxış etmək istəyən hər bir adam öyrənməlidir. Çıxışı necə
başlamaq lazım olduğu ilə bağlı siz onlardan daha çox əxz edə bilərsiniz, nəinki
çap olunmuş seçmə nitqləri öyrənməklə.
Niyə də hansısa bir əhvalatı
danışmaqla başlamayasınız?
Natiq şəxsi təəssüratları barədə danışanda bizim daha çox xoşumuza gəlir.
Rassel E.Konuell özünün “Akrlarla almaz” mühazirəsini altı min dəfədən çox
oxumuşdu və ona görə milyonlar almışdı. Bəs bu istisnasız populyar mühazirə
necə başlanır?
“1870-ci ildə biz Tiqr çayının axını ilə aşağı üzürdük. Muzdla bələdçi
tutmuşduq ki, o, bizə Persepolu, Nineviyanı və Vavilonu göstərsin...”
Və o, əhvalatı danışmağa başlayır. Diqqəti cəlb edən də məhz elə budur. Bu
cür başlanğıc, demək olar, səhvsizdir. O, çətin ki, uğursuz olsun. Hadisələr
cərəyan edir. Dinamizm alır. Biz onların arxasınca gedirik. Biz bilmək istəyirik ki,
sonra nə olacaq.
“Saterdey İvninq Post” jurnalının buraxılışlarından birində çap olunmuş iki
hekayədən götürülən başlanğıc cümlələr belə idi:
1. Revolver atəşinin kəskin şaqqıltısı sakitliyi pozdu.
2. Öz-özlüyündə trivial, lakin gətirə biləcəyi mümkün nəticələrə görə heç də
trivial olmayan insident Denverdə Monvyu mehmanxanasında iyulun birinci
həftəsində baş vermişdi. Bu hadisə Gebelin, işlər müdirinin marağını elə bir
dərəcədə oyatmışdı ki, o, baş verəni Monvyu mehmanxanasının və üstəlik də
yarım düjün digər mehmanxananın sahibi olan Stiv Faradeyə hadisədən bir neçə
gün sonra, növbəti yoxlamanı yayın ortalarında keçirmək arzusuna riayət edərək
bura gələndə danışdı.
Diqqət yetirin ki, bu cümlələr hərəkətlə zəngindir. Onlar nəyisə başlayır.
Onlar sizin marağınızı oyadır. Siz ardını oxumaq istəyirsiniz; siz daha çox
bilmək istəyirsiniz; siz orada sonra nə baş verdiyini aydınlaşdırmaq istəyirsiniz.
Hətta təzə-təzə başlayan təcrübəsiz natiq də bu fənddən istifadə edirsə və
dinləyicilərin marağını oyadırsa, bir qayda olaraq, çıxışını uğurla başlamağa nail
olur.
Hansısa bir konkret illüstrasiyadan başlayın
Ortabab auditoriyaya abstrakt bəyanatları uzun müddət ərzində dinləmək
çətindir, çox çətin. İllüstrasiyaları dinləmək asandır və özü də qat-qat asandır.
Niyə də bunlardan birindən başlamayasınız? Natiqləri buna məcbur etmək
çətindir. Mən bunu bilirəm. Mən artıq cəhd etmişəm. Onlara belə gəlir ki,
başlanğıcda bir neçə ümumi bəyanat verməlidirlər. Heç də belə deyil.
downloaded from KitabYurdu.org
Çıxışınızı illüstrasiyadan başlayın, maraq oyadın, sonra isə özünüzün ümumi
səciyyəli bəyanatlarınızla davam edin. Əgər sizə bu metodu illüstrasiya edən
nümunə lazımdırsa, onda, lütfən, altıncı fəslin başlanğıcına baxın.
İndi sizin oxuduğunuz fəslin başlanğıcında hansı metod istifadə olunmuşdu?
Hansısa bir əşyadan istifadə edin
Diqqəti cəlb etmək üçün, fikrimcə, dünyada ən asan üsul – bu, əldə nə isə
tutmaqdır ki, dinləyicilər həmin əşyanı görə bilsinlər. Hətta vəhşi təbiətli, havalı
adamlar, beşikdəki körpələr və mağazanın vitrinindəki meymunlar, eləcə də
küçədəki itlər də belə bir stimula diqqət yetirərlər. Bu üsul hərdən ən hörmətli
auditoriyanın qarşısında da uğurla istifadə oluna bilər. Məsələn, Filadelfiyadan
olan S.S.Ellis öz çıxışlarından birini baş və nişan barmaqları arasında başı
üzərində hündürdə dəmir pul tutaraq başlamışdı. Təbii ki, dinləyicilərin hamısı
ona baxmağa başladı. Onda o soruşdu: “Zalda olanlardan kiməsə səkidə belə bir
dəmir pul tapmaq nəsib olubmu? Hər şey buna dəlalət edir ki, onu tapan xoşbəxt
daşınmaz əmlak qismində çoxsaylı nemət alacaqdır. Bu adama bircə gəlmək və
həmin dəmir pulu təqdim etmək qalır...”
Sual verin
Ellisin istifadə etdiyi başlanğıcda daha bir müsbət keyfiyyət vardır. Onun
çıxışı sualdan başlanır ki, bu, auditoriyanı çıxış edənlə birlikdə fikirləşməyə,
onunla əməkdaşlıq etməyə məcbur edir. Diqqət yetirin ki, “Saterdey İvninq Post”
jurnalındakı qanqsterlər haqqında məqalə ilk üç cümlədə iki sualla başlanır:
“Qanqsterlər, həqiqətən də, təşkil olunublarmı?... Necə?” Belə bir həlledici sualın
istifadə olunması, əslində, öz dinləyicilərinizin təxəyyülünü qıcıqlandırmaq və
ona daxil olmaq üçün ən sadə və ən etibarlı metodlardan biridir. Əgər başqa
üsulların faydasız olduğu aşkar olarsa, onda bu metodu həmişə tətbiq edə
bilərsiniz.
Hansısa bir məşhur adamın
nitqindən sitatla niyə də başlamayasınız?
Hansısa bir məşhur insanın sözləri həmişə diqqəti cəlb edir, buna görə də
nitqin girişi qismində gözəl sitat hər şeydən yaxşı yarayır. Kommersiyada uğura
həsr olunmuş diskussiyanın necə başlandığı sizin xoşunuza gəlirmi?
“Cəmiyyət bizə həm pul, həm də ehtiram şəklində böyük mükafatlar bəxş
edir, bircə təbəssümdən başqa”, – deyir Elbert Habbard. – Bəs təşəbbüs nədir
belə? Mən sizə cavab verərəm: bu, insanın nəyi etmək lazımdırsa, onu etməsidir,
hərçənd bunu ondan xahiş etməmişdilər”.
Belə giriş bir neçə tərifli söz qazandı. Birinci cümlə maraq oyadır, o, bizi
çəkib aparır və biz daha çox bilmək istəyirik. Əgər natiq “Elbert Habbard”
sözlərindən sonra məharətlə pauza edirsə, onda bu, gözlənti hissini təhrik edir.
“Cəmiyyət bizə nəyə görə böyük mükafatlar bəxş edir?” – deyə biz özümüzdən
soruşuruq. Tez olun bunu bizə danışın. Biz sizinlə razılaşmaya bilərik, lakin
istənilən halda öz rəyinizi bizə bildirin. İkinci cümlə bizi dərhal məsələnin
məğzinə gətirir. Üçüncü – özü ilə sual təcəssüm etdirən cümlə dinləyicilərə
müzakirədə iştirak etməyi, fikirləşməyi, nə isə eləməyi təklif edir. Dinləyicilər isə
bunu çox sevirlər. Bu, onların çox xoşuna gəlir. Dördüncü cümlə təşəbbüs
kəlməsi üçün tərif verir... Bu cür başlanğıcdan sonra natiq nümunə qismində öz
həyatından hadisəni danışır.
downloaded from KitabYurdu.org