Doğrudur, sizdə əvvəlki cümlədə qeyd etdiyim element çatışmır (alqışlar), lakin
düşünürəm ki, onu Metropoliten Layf İnşurans kompaniyasının ruhu
kompensasiya edəcəkdir (sürəkli alqışlar).
Üzrxahlıqdan başlamayın
Təzə-təzə başlayanın çıxışının başlanğıcında yol verdiyi ikinci kobud səhv
onun üzrxahlıq etməsindən ibarətdir: “Mən natiq deyiləm... Mən çıxışa
hazırlaşmamışam... Mənim deməyə sözüm yoxdur...”
Heç bir vəchlə! Heç bir vəchlə! Kiplinqin şeirlərindən biri bu sözlərlə
başlanır: “İrəliyə hərəkət etməyin mənası yoxdur”. Natiq öz çıxışını bu tərzdə
başlayanda dinləyicilərdə məhz belə bir hiss meydana çıxır.
Bu və ya başqa cür olsa da, əgər siz hazırlıqlı deyilsinizsə, bu, sizin köməyiniz
olmadan da bizlərdən bəzilərinin nəzərinə çatacaqdır. Başqaları isə bunu
sezməyəcək. Belədirsə, onların diqqətini buna cəlb etmək nəyə lazımdır? Sizin
hazırlaşmağı lazım bilmədiyiniz və “mətbəx plitənizin üstündə təsadüfən tapılan
istənilən bayat xörəyin onlara yarayacağı” fikrini dinləyicilərinizə təlqin etməklə
onları təhqir etmək nəyə lazım? Xeyr, heç bir vəchlə! Biz sizin üzrxahlıqlarınızı
dinləmək istəmirik. Biz bura gəlmişik ki, bizi məlumatlandırsınlar və maraqlan-
dırsınlar, maraqlandırsınlar, bunu yadda saxlayın.
Siz dinləyicilərin qarşısına çıxan kimi onlar həmin saniyədəcə öz
diqqətlərini, təbii ki, mütləq sizə verirlər. Onu növbəti beş saniyə ərzində
saxlamaq elə də çətin deyil, lakin onu növbəti beş dəqiqə ərzində saxlamaq heç
də asan deyil. Əgər siz onu itirərsinizsə, onu qaytarmaq sizə ikiqat çətin
olacaqdır. Ona görə də öz çıxışınızı artıq birinci cümlədən hansı isə bir maraqlı
məlumatdan başlayın. İkinci və ya üçüncü yox, elə BİRİNCİ cümlədən.
“Bunu necə etmək olar?” – soruşacaqsınız siz. Etiraf edim ki, bu elə də asan
deyil.
Bu məqsəd üçün material toplamağa çalışarkən biz müxtəlif dolambac və
əyri-üyrü cığırlarla getməliyik, zira sizdən, dinləyicilərinizdən, mövzudan,
toplanmış materialdan, situasiyadan və s. elə çox şey asılıdır ki. Bununla belə, biz
ümid edirik ki, bu fəslin yerdə qalan hissəsində nəzərdən keçiriləcək və
illüstrasiyalaşdırılacaq məsləhətlər sizə müəyyən fayda gətirəcək və qiymətli
olacaqdır.
Maraq doğurun
Houell Hili Filadelfiyanın “Penn Atletik” klubunda öz çıxışını bax belə
başlamışdı. O, sizin xoşunuza gəlirmi, o, sizin diqqətinizi dərhal cəlb edirmi?
“Səksən iki il əvvəl, təqribən elə ilin bu vaxtlarında Londonda taleyinə
ölməzlik yazılan bir kitab nəşr olundu. Çoxları onu “dünyada ən möhtəşəm
balaca kitabça” adlandırırdılar. O, ilk dəfə işıq üzü görəndə Strenddə və ya Pell-
Melldə qarşılaşan dostlar bir-birindən soruşurdular: siz onu oxumusunuzmu? Və
cavabında həmişə eşidilirdi: “Bəli, oxumuşam, qoy Tanrı ona yar olsun”.
Kitab işıq üzünə çıxan gün min nüsxəsi satılmışdı. İki həftə ərzində tələb on
beş minə çatdı. Həmin vaxtdan sonra kitab saysız-hesabsız yeni nəşrlərə tab
gətirib. Bir neçə il əvvəl C.P.Morqan həmin kitabın əlyazmasını əfsanəvi məbləğə
alıb və hazırda əlyazma onun digər qiymətsiz sərvətləri arasında Nyu-Yorkun bu,
Morqanın öz kitabxanam adlandırdığı məftunedici rəsm qalereyasında saxlanılır.
Axı bu, dünya miqyasında məşhur olan nə kitabdır belə? “Yeni il mahnısı”.
downloaded from KitabYurdu.org
Dikkensin...”
Siz belə bir başlanğıcı uğurlu hesab edirsinizmi? O, sizin diqqətinizi cəlb
etdimi, əhvalat nəql edildikcə sizin ona marağınız artırdımı? Niyə? Bu, onunla
bağlıdırmı ki, əhvalat sizin marağınızı qıcıqlandırmışdı və sizi gərginlikdə
saxlayırdı?
Maraqlanmaq! Kim ona mübtəla deyil!
Mən meşədə quşlar görmüşəm ki, onlar sırf maraq xətrinə məni müşahidə
edərək bir saat ətrafımda uçublar. Mən Alp dağlarında bir ovçu tanıyıram ki, o,
dağkeçisi tutmaq üçün mələfəni yerə sərib onun altında ora-bura sürünərək bu
heyvanların marağını qıcıqlandırırdı. İtlər, pişiklər, bütün heyvan növləri, o
cümlədən də məşhur genus homo
48
maraqlanmaq hissinə malikdir.
Buna görə də elə birinci cümlədən öz dinləyicilərinizin marağını oyadın və
onlar sizi diqqətlə dinləyəcəklər.
Bir yazıçı polkovnik Tomas Lourens və onun Ərəbistanda macəraları barədə
mühazirəsini aşağıdakı kimi başlayırdı:
“Lloyd Corc deyir ki, o, polkovnik Lourensi bizim zamanın ən romantik və
koloritli şəxsiyyətlərindən biri hesab edir”.
Bu cür başlanğıcın iki üstünlüyü vardır. Birincisi, məşhur adamın
dediklərindən sitat həmişə böyük diqqət cəlb edir.
İkincisi, o maraq doğurur. “Niyə romantik və niyə koloritli? – təbii sual
meydana çıxır. – Mən onun haqqında əvvəllər heç vaxt eşitməmişəm. O, görəsən,
nə edib?”
Tomas Lourens haqqında mühazirəsini Louell Tomas belə başlayırdı:
“Bir dəfə Yerusəlimdə Kristian-Stritlə gedirdim və əynində şərq hökmdarının
dəbdəbəli paltarı olan bir nəfərlə rastlaşdım. Onun böyründə qızıldan əyri qılınc
asılmışdı ki, beləsini yalnız Məhəmməd Peyğəmbərin nəslinin nümayəndələri
gəzdirirdi. Amma bu adam ərəbə qətiyyən oxşamırdı. Onun gözləri mavi idi,
ərəblərin gözləri isə həmişə qara və ya qonur olur”.
Belə başlanğıc sizin diqqətinizi pərçimləyir, elə deyilmi? Siz davamını
eşitmək istəyirsiniz. Bəs o kim idi? O, niyə ərəb kimi geyinmişdi? O, nə ilə məşğul
idi? Onun başına nə iş gəlmişdi?
Öz çıxışını “Siz bilirsinizmi ki, quldarlıq müasir dünyanın on yeddi ölkəsində
mövcuddur?” sualı ilə başlayan bir lektor yalnız öz dinləyicilərinin marağını
oyatmır, həm də onları sarsıdırdı: “Quldarlıq? Bizim dövrümüzdə? On yeddi
ölkədə? Doğru sözə heç oxşamır. Hansı dövlətlərdir bunlar? Onlar harada
yerləşir?”
Çox vaxt elə olur ki, auditoriyanın marağını nəticədən başlamaqla və
dinləyiciləri səbəbi eşitməklə bağlı kəskin istək duymağa məcbur etməklə
oyatmaq mümkün olur.
Məsələn, mənim dinləyicilərimdən biri öz çıxışını belə bir bəyanatla
başlamışdı:
“Bizim qanunverici orqanlarımızdan birinin üzvü bu yaxınlarda çıxış etmişdi
və çömçəquyruğun istənilən məktəb binasından iki mildən yaxın məsafədə
qurbağaya çevrilməsini qadağan edən qanunun qəbul edilməsini təklif etmişdi”.
Siz gülümsəyirsiniz. Natiq zarafat edir? Bu nə cəfəngiyatdır. Bu, həqiqətən
olubmu?
downloaded from KitabYurdu.org