“Mən onu Napoleon adlandırardım, lakin Napoleon içdiyi andları pozaraq və
dənizdə qan tökərək öz imperiyasını yaratdı. Bu adam öz sözünü heç vaxt
pozmayıb. “Heç bir qisas” – budur onun möhtəşəm devizi və həyat prinsipi.
Budur, onun Fransada öz oğluna dediyi sonuncu sözlər:
“Mənim oğlum, sən nə vaxtsa Santo-Dominqoya qayıdacaqsan. Yadından
çıxart ki, Fransa sənin atanı öldürdü”.
Mən onu Kromvel adlandırardım, lakin Kromvel yalnız əsgər olub və onun
əsasını qoyduğu dövlət onunla birlikdə məzara gedib. Mən onu Vaşinqton
adlandırardım, lakin qüdrətli virginiyalı qulların sahibi idi.
Bu adam öz imperiyası ilə risk edirdi, lakin öz torpaqlarının ən uzaq
kəndində belə qullarla ticarətə icazə vermirdi.
Siz bu gün məni fanatik hesab edə bilərsiniz, zira siz tarixi gözlərinizlə deyil,
fikir qəliblərinizlə oxumusunuz. Lakin üstündən əlli il keçəndən sonra, həqiqət öz
sözünü alanda, tarixin muzası
50
Yunanıstan üçün Fokionun, Roma üçün Brutun,
İngiltərə üçün Hempdenin
51
, Fransa üçün Lafayetin adını yazanda, bizim daha
erkən sivilizasiyamızın parlaq və kamil çiçəyi kimi Vaşinqtonu, həmçinin də
bizim günortamızın yetişmiş barı kimi Con Braunu seçəndə, ardınca isə o, öz
qələmini günəşin işığına batıraraq onların hamısının adlarının üstündə parlaq
göy hərflərlə əsgərin, dövlət xadimi və əzabkeşin – Tussen-Luvertryuanın adını
yazanda həqiqət öz sözünü alacaqdır”.
Vaxt başa çatmaq üzrə olanda
O vaxta qədər axtarın, tədqiq edin, eksperimentləşdirin ki, yaxşı sonluq və
yaxşı giriş tapmış olasınız. Ardınca onları birləşdirin.
O natiq ki öz nitqini bizim tələskən və sürətli əsrimizin əhvali-ruhiyyəsinə
müvafiq olması üçün ixtisar etmir, o, dinləyicilər tərəfindən sevincsiz, bəzi
hallarda isə, sadəcə olaraq, mənfi qəbul olunacaqdır.
Başqa bir kimsə yox, Tarsdan olan müqəddəs Savl
52
aşağıda göstərilən
günahı etmişdi: o, moizə deyən vaxt dinləyicilərindən biri, “Yevtix adlı bir gənci”
yuxu aparır, o, pəncərədən yıxılır və az qalır boynu sınsın. Lakin Savl heç bundan
sonra da öz nitqini dayandırmadı. Hər şey ola bilər. Mənim yadımdadır ki, bir
natiq, həkim Bruklində universitet klubunda çıxış edirdi.
Uzun banket qurulmuşdu. Artıq xeyli natiq çıxış etmişdi. Onun növbəsi
çatanda artıq gecə saat iki idi. Əgər onda ədəb-ərkan, nəzakət və məsuliyyət hissi
olsaydı, o, yarım düjün cümlə deyər və bizə evimizə dağılışmağa imkan verərdi.
O, bunu etdimi? Yox, bircə o, bunu etməzdi. O, viviseksiya
53
əleyhinə qırx beş
dəqiqəlik tiradaya başladı. O, nitqinin heç yarısını deməyə macal tapmamış
dinləyiciləri artıq bu arzudaydılar ki, o, Yevtix kimi pəncərədən yıxılsın və
nəyinisə sındırsın, təki sussun.
Mister Lorimer “Saterdey İvninq Post” jurnalının redaktoru olanda mənə
danışmışdı ki, məqalələr populyarlığın zirvəsində olanda və oxucular davamını
tələb edəndə onu dayandırır. Bəs onda dayandırmaq nə üçün? Bunu etmək nə
üçün?
“Ona görə ki, – deyir Lorimer, – populyarlıq pikinin ardınca tezliklə doymaq
həddi gəlib çatır”.
Bu müdrik qeyd ictimaiyyət qarşısında çıxışlara da aiddir.
downloaded from KitabYurdu.org
Danışmağı o vaxt dayandırın ki, çıxışınızı davam etdirməyi dinləyicilər hələ
də bərk istəyirlər.
Məsihin nə vaxtsa söylədiyi ən möhtəşəm moizəni, dağüstü moizəsini beş
dəqiqə ərzində təkrar etmək olar. Linkolnun Gettisberqdə çıxışı cəmi on
cümlədən ibarət idi. Dünyanın yaradılmasının bütün tarixini həyat kitabında qətl
haqqında səhər qəzetində hekayəni oxumaq üçün tələb olunandan da az vaxt
ərzində oxumaq olar... Qısa olun! Qısa olun!
Nyasanın arxiyepiskopu doktor Conson Afrikanın ibtidai xalqları haqqında
kitab yazıb. O, qırx beş il ərzində onların arasında yaşayıb və onları müşahidə
edib. O yazır ki, əgər natiq kəndin qvanqvana adlandırılan toplantısında həddən
artıq uzun danışırsa, dinləyicilər onu “imetoşa!” qışqırtıları ilə susmağa məcbur
edirlər ki, bu, “kifayətdir!” deməkdir. Danışırlar ki, bir qəbilənin sakinləri natiqə
o bir ayağı üstə dayana biləcəyi vaxt qədər danışmağa icazə verirlər. Qaldırılmış
ayağın baş barmağı torpağa dəyəndə natiq çıxışını başa çatdırmalıdır.
Adi auditoriyanın dinləyiciləri daha nəzakətli və daha təmkinli ola bilsələr
də, uzun-uzadı nitqləri eyni dərəcədə sevmirlər.
Odur ki, onların taleyini yadda saxlayın, hərçənd bilirəm ki, siz bunu
unudacaqsınız.
Və necə çıxış etmək lazım olduğunu onlardan öyrənin.
Xülasə
1. Nitqin sonluğu, həqiqətən də, onun strateji cəhətdən ən vacib hissəsidir.
Sonda deyilən dinləyicilərin yadında, çox güman, daha uzun müddət qalacaq.
2. Çıxışınızı bu sözlərlə yekunlaşdırmayın: “Mənim bu məsələ ilə bağlı demək
istədiklərim təqribən bu qədər. Odur ki, yaxşı olar, bununla yekunlaşdırım”.
Çıxışınızı qurtarın, amma deməyin ki, mən çıxışımı qurtarıram.
3. Çıxışınızın sonluğunu çox dəqiq hazırlayın – necə ki, bunu Vebster, Brayt
və Qladston edirdilər. Onu məşq edin. Çıxışınızı necə yekunlaşdırmağa
hazırlaşdığınızı, demək olar, sözbəsöz bilin. Çıxışınızı aramla yekunlaşdırın. Onu
tamamlanmamış və diş-diş qənbər daşı halında dağınıq saxlamayın.
4. Sonluğun yeddi variantı budur:
a) xülasəni vermək, yenə təkrar etmək və çıxışınızda toxunduğunuz əsas
müddəaları qısa şəkildə söyləmək;
b) hərəkətə çağırış;
c) dinləyicilərə yerinə düşən kompliment etmək;
d) gülüş doğurmaq;
e) yerinə düşən poetik sətirləri iqtibas gətirmək;
f) İncildən sitat istifadə etmək;
g) kulminasiya yaratmaq.
5. Çıxışın yaxşı başlanğıcını və yaxşı sonluğunu hazırlayın və belə edin ki,
onlar bir-biriylə əlaqələndirilmiş olsun. Çıxışınızı həmişə o vaxt dayandırın ki,
dinləyicilər bunu istəməsinlər. Yadda saxlayın:
“Populyarlığın pikindən sonra tezliklə doymaq həddi yetişir”.
Onuncu fəsil
Çıxışınızın mahiyyətinin aydınlığına necə nail olmaq olar
Birinci Dünya müharibəsi dövründə bir tanınmış ingilis yepiskopu Kemp-
Aptonda savadsız əsgərlərin qarşısında çıxış etdi. Onları səngərə göndərməli
downloaded from KitabYurdu.org